Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3038/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əfəndizadə Mehriban Xalid qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "Xalq" Bankı ilə X3 (Borcalan) arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən. İddiaçı tərəfindən Borcalana 120 (bir yüz iyirmi) ay müddətinə, kreditdən istifadəyə görə illik 4 % (dörd faiz) ödənilməsi şərtilə, 4 000 000 (dörd milyon) manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC "Xalq" Bankı. X1 və Cavabdeh (İpoteka qoyan) arasında sonuncuya məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binasının (bundan sonra «İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********13219/İM №-li İpoteka müqaviləsi (bundan sonra «İpoteka müqaviləsi» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC “Xalq" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Borc alan T.Ə.İsmayılova Kredit müqaviləsinin 2.3-cü və 2.4-cü bəndlərinə və həmin müqavilənin 1 №-İi Əlavəsi olan Klassik Ödəniş cədvəlinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin ödənilməsini kreditin verildiyi təqvim ayından etibarən, əsas borc məbləğinin qaytarılmasını isə kreditləşmə müddətinin ilk 60 (altmış) ayını əhatə edən güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq qalan müddət ərzində bərabər hissələrlə hər təqvim ayının sonuncu günü həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borc alan T.Ə.İsmayılova öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş. Kredit müqaviləsi üzrə əsas borc məbləğini tam şəkildə banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə borc alan T.Ə.İsınayılova tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cii yarımbəndinə əsasən, əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Buna uyğun olaraq Bank tərəfindən borcalan T.Ə.İsmayılovaya “Əsas borcun və hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsi haqqında" xx.xx.2023-cü il tarixli BŞ-XO-26.5.2023-020 №-li Bildiriş ünvanlanmışdır. Beləliklə, həmin tarixə (xx.xx.2024-cü il) Borcalanın İddiaçı qarşısında 4 011 555,57 (dörd milyon on bir min beş yüz əlli beş manat 57 qəpik) manat məbləğində gecikdirilıuiş borcu yaranmışdır ki. bunun da 4 000 000 (dörd milyon) manatı vaxtı keçmiş əsas borcdan, 11 555,57 (on bir min beş yüz əlli beş manat 57 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Habelə, Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilıııəsinə görə Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 30 % (otuz faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 1 027 134,83 (bir milyon iyirmi yeddi min bir yüz otuz dörd manat 83 qəpik ) manat təşkil edir. Bundan başqa iddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh qızma İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli BO-XO-25.9.2023-006 nömrəli bildiriş göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023- cü il tarixli BO-XO-25.9.2023-006 №-li bildirişin qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli BŞ- XO-3.10.2023-001 №-li ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə elektron qaydada müraciət edilmiş və həmin İdarə tərəfindən bildirişin qeydə alınması həyata keçirilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış münasibətləri məhkəmə nəzərdən keçirdib müəyyən etmişdir ki, bu münasibətlər kommersiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı iddia tələbi üzrə mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı- ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, həm "xxxx" ASC-nin, həm Cavabdeh,həm də üçüncü şəxs (borcalan) X2 VÖEN-i vardır. 25 sentyabr 2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, kredit Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində 4 ha müasir istixana kompleksinin tikintisi və tərəvəz məhsullarının istehsalı məqsədilə verilmişdir. Hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə geri qaytarmalıdır Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. ********** nömrəli qəbzlə ödənilmiş 2777.31 manat dövlət rüsumu iddiaçı "xxxx" ASCyə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3038/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3038/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver