Məhkəmə qərarları › İş №e-2(005)-335/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-335/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-335/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 2017-ci il tarixli kredit müqavilənin ləğv edilməsi, Cavabdeh 36206,48 manat məbləğində əsas borcun, 9461 manat məbləğində faiz borcunun, ümumilikdə 45667,48 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, kredit, ipoteka müqaviləsinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 39 (otuz doqquz) manat rüsum məbləğinin tutulub iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li, **********02-10301 reyestr №-li, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən, 1998,48 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh paylı mülkiyyət hüququ əsasında məxsus olan “A” tikili, 4 otaq 62,2 kv.m. yaşayış sahəsi, 95,7 kv.m ümumi sahəsinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra evin 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı LPO İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 27.09.2017-ci il tarixli, 7027 F N-li Kredit müqaviləsinə əsasən, cavabdehə mənzilin alınması üçün 48 ay müddətinə, illik 18 faiz hesablanmaqla 49000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 27.09.2017-ci il tarixli, 7027 F N-li Kredit müqaviləsinin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********02-10301 reyestr №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən,1998,48 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh paylı mülkiyyət hüququ əsasında məxsus olan 95,7 kv.m sahəsi (“A” tikili, 4 otaq (y/s 62,2 kv.m, ü/s 95,7 kv.m) banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 07 noyabr 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi 14.11.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin «Kredit alan» üçun açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1 bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan Kredit müqaviləsinin 3.4. bəndinə əsasən, «Kredit alan» kreditdən istifadəyə görə «Kredit verən»ə illik 18 faiz ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4. bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Həmin müqavilənin 5.3. bəndinə əsasən, müqavilənin 3.6. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, «Kredit verən»ə 3.4. bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka bu günə 36206,48 manat məbləğində əsas borc, 9461 manat məbləğində faiz borcu, ümumilikdə 45667,48 manat məbləğində kredit borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan Kredit müqaviləsi üzrə əsas, faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Həmçinin kreditin retrukturizasiyası ilə bağlı kredit alana bildiriş göndərilsə də cavabdeh Banka gəlməmişdir. Məhkəmə iclasında İddiaçıASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 sentyabr 2017-ci il tarixli tarixli 7027F saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 18 faiz olmaqla 48 ay müddətinə 49000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07.11.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekanrn predmeti, AR ƏMDK yarunda DƏDRX-in RX seriyalı, ******* saylı, **********02- 10301 reyestr №-li, 03.10.2017 qeydiyyat №-li, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden çıxarışına əsasən, ünvan 3 ünvanında yerləşən, 1998,48 kv.m. ümumi sahəden ibarət fərdi yaşayış evinin Cavabdeh paylı mülkiyyət hüququ əsasında məxsus olan 95,7 kv.m. sahəsidir. İpotekanın predmeti 75.200 (yetmiş beş min iki yüz) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 09.09.2019cu il tarixli xəbərdarlıq bildirişindən görünür ki, bank tərəfindən 12.09.2019-cu ilədək borcun ödənilməsi tələb olunur, əks halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq olunur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi 27.10.2017-ci il son ödəniş tarixi isə 27.09.2021-ci il tarixidir. Aylıq ödəniş 1439 manat 37 qəpikdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi Cavabdeh tərəfindən İddiaçıASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş, “X4 Mərkəzi” MMC-nin 12 fevral 2021-ci il tarixli, YDN/005 saylı ekspert rəyindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evinin dəyəri 67.600 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5428 saylı 09.02.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış, 27 sentyabr 2017-ci il tarixli, 7027F saylı kredit müqaviləsininn şərtləri nəzərə alınmaqla Cavabdeh 7 sentyabr 2017-ci il tarixli, 7027F saylı kredit müqaviləsi üzrə 09 fevral 2021-ci il tarixə “İddiaçı“ ASC-ə olan borcu ümumilikdə 48180,81 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 38741,99 manat faiz borcu 9438,825 manat. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli 7027F saylı kredit müqaviləsi əsasən kreditor borcluya illik 18 faiz olmaqla 48 ay müddətinə 49000 manat məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki ünvan 3 saylı fərdi yaşayış evi 07.11.2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edildiyindən, məhkəmə dövlət rüsumunu və ekspertiza xərcini cavabdehlərə aid edir. Məhkəmə 7 sentyabr 2017-ci il tarixli, 7027F saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə 36206,48 manat əsas, ekspert rəyinə əsasən 9,438.82 manat faiz, cəmi 45645.3 manat, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumu və kredit, ipoteka müqaviləsinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 39 (otuz doqquz) manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə görə,“ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən“və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində“məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, tutma Cavabdeh mülkiyyətində olan ünvan 3 saylı fərdi yaşayış evinə yönəldilməli, əmlak açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc İddiaçı ASC-ə ödənilməli, Cavabdeh mülkiyyətində olan ünvan 3 saylı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra qeyd edilən mənzil boşaldılmalıdır. Məhkəmə, “X4 Mərkəzi“ MMC-nin 12 fevral 2021-ci il tarixli, YDN/005 saylı ekspert rəyini nəzərdən keçirərək belə qənaətə gəlir ki, Cavabdeh məxsus ünvan 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 67.600 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada icra edilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu səbəbdən onun rədd edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə banka 36206,48 manat əsas, 9438,82 manat faiz, cəmi 45645.3 (qırx beş min altı yüz qırx beş, manat üç sent) manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumu və kredit, ipoteka müqaviləsinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 39 (otuz doqquz) manat rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan ünvan 3 saylı fərdi yaşayış evinə yönəldilsin, əmlak ilkin satış qiyməti 67.600 manat müəyyən ediməklə açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc İddiaçıASC-ə ödənilsin. Cavabdeh mülkiyyətində olan ünvan 3 saylı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra ev boşaldılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutularaq “X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar