Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-350/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 231.85 kv.m təşkil edən mağazanın uçurulması ilə bağlı əmlak sahibinə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 949500 manat, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 50000 manat, cəmi 999500 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 480 manat pulun Cavabdeh MTK-dan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai prospekti, Tələt Şıxəliyev küçəsi və Qarabağ küçəsinin kəsişməsində yerləşən, qapısı Xətai prospektinə açılan mübahisəli daşınmaz əmlak uzun illər X1 məxsus olmuş, həmin daşınmaz əmlak əvvəllər yaşayış sahəsi olsa da, lakin 20 il ərzində qeyri-yaşayış sahəsinə çevirilmiş və Cavabdeh (əvvəlki MMC) MTK tərəfindən sökülənədək mağaza kimi fəaliyyət göstərərək, ümumilkdə ailənin istifadəsində olmuş və həmin qeyri yaşayış sahəsindən əldə edilən vəsaitlə ailənin maddi ehtiyacları ödənilmişdir. 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən 2017-ci ildən etibarən sözügedən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququ DƏDRX-də Dövlət qeydiyyatına alınmışdır. Ümumi sahəsi 231.85 kv.m təşkil edən tikinti materiallarının satışının həyata keçirildiyi mağaza sahibkarlıq obyekti kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və onun qanuni nümayəndəsi kimi Tahir Bayramov uzun illər dövlət büdcəsinə vergilər və digər məcburi sosial ödənişlər etmişdir. Cavabdeh (əvvəlki MMC) indiki MTK, əmlakın mülkiyyətçisi və ya onun qanuni nümayəndəsi ilə razılaşmadan, onunla hər hansı bir müqavilə bağlamadan xx.xx.2018-ci il tarixdə gecə vaxtı mağazanı uçurtmuşdur. Bununla da, ona külli miqdarda maddi zərər vurmuşdur. Həmin ərazidə qeyri-yaşayış sahəsinin hər 1 kv.m qiyməti kifayət qədər yüksək məbləğ təşkil edir. Bundan əlavə mağaza daima müxtəlif iş adamlarına icarəyə verilmiş və rəsmi olaraq aylıq icarə haqqı 500 manatdan hesablanmışdır. Hazırda isə həmin ərazidə icarə haqqları aylıq 1500-2000 manatdan az təşkil etmir. Cavabdeh tərəfindən əmlak sahibinə icarədən gələn gəlirə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 36 ay ərzində 18000 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə (yəni qiymətlərin qalxması nəzərə alınmaqla) aylıq 1500 manatdan hesablanmaqla, 21 ay ərzində 31500 manat, cəmi 49500 manat, əmlakın məhv edilməsinə görə isə 900000 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində ona və ailəsinə mənəvi zərər də dəymişdir. Bu zərəri 50000 manat məbləğində qiymətləndirir və maddi ziyanla eyni zamanda bu mənəvi zərərin əvəzini də ödəməlidir. Tərəflər məhkəməyə ərizə ünvanlayaraq, aralarında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər və bildirmişlər ki, iş üzrə icraata xitam verilmənin hüquqi nəticələri ona aydındır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hazırda tərəflər mübahisəni məhkəmədən kənar öz aralarında həll edərək məhkəmə araşdırmalarını aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi ilə tamamlamaq qərarına gəlmişlər. Tərəflər, yəni barışıq razılaşması haqqında sazişə imza edən şəxslər (mülki iş üzrə tərəflər): İddiaçı (qanuni nümayəndəsi Qanuni nümayəndə) və Cavabdeh MTK bu bəndlər ilə tanış olmuş və tərtib edilən barışıq sazişini aşağıda göstərilən şərtlərlə imza edirlər; 1 - Cavabdeh MTK İddiaçı (qanuni nümayəndəsinə) xx.xx.2024-cü il tarixdə 200000 manat, xx.xx.2024-cü il tarixdə isə 200000 manat olmaqla, ümumilikdə 400000 manat məbləğində pul ödəyir, İddiaçı (qanuni nümayəndəsi) isə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29, 2 nömrəli mənzilə, həmin mənzilə özbaşına artırılmaqla inşa olunmuş əlavə tikililərə (faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərmiş), eyni zamanda həmin əmlakın altında yerləşən torpaq sahəsinə olan hüquqlarına görə kompensasiyanı (400000 manatı) qəbul etməklə Cavabdeh MTK-ya qarşı bütün iddialardan imtina edir. 2 - Tərəflər razılığa gəlir ki, bu Barışıq sazişinin 1-ci bəndində qeyd edilən 400000 manat məbləğin yuxarıda qeyd edilən şərtlərlə İddiaçı (qanuni nümayəndəsinə) ödənilməsi, onun Cavabdeh MTK-ya qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır. 3 - İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29, 2 nömrəli mənzilin söküldüyünü təsdiq etməklə, həmin mənzilə olan mülkiyyət hüququnu itirməsini qəbul edir və gələcəkdə həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına olan reyestr qeydinin ləğv olunması üçün bütün zəruri, hüquqi və faktiki hərəkətləri edəcəkdir. 4 - İddiaçı (qanuni nümayəndəsi) öhdəsinə götürür ki, gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29, 2 nömrəli mənzillə, həmin mənzilə özbaşına artırılmaqla inşa olunmuş əlavə tikililərlə (faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərmiş), eyni zamanda həmin əmlakın altında yerləşən torpaq sahəsinə olan hüquqlarla bağlı hər hansı bir iddia, tələb irəli sürüləcəyi təqdirdə Cavabdeh MTK-nı həmin iddia və tələblərdən azad edəcəkdir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı (qanuni nümayəndəsi Qanuni nümayəndə) və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1 - Cavabdeh MTK İddiaçı (qanuni nümayəndəsinə) xx.xx.2024-cü il tarixdə 200000 manat, xx.xx.2024-cü il tarixdə isə 200000 manat olmaqla, ümumilikdə 400000 manat məbləğində pul ödəyir, İddiaçı (qanuni nümayəndəsi) isə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29, 2 nömrəli mənzilə, həmin mənzilə özbaşına artırılmaqla inşa olunmuş əlavə tikililərə (faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərmiş), eyni zamanda həmin əmlakın altında yerləşən torpaq sahəsinə olan hüquqlarına görə kompensasiyanı (400000 manatı) qəbul etməklə Cavabdeh MTK-ya qarşı bütün iddialardan imtina edir. 2 - Tərəflər razılığa gəlir ki, bu Barışıq sazişinin 1-ci bəndində qeyd edilən 400000 manat məbləğin yuxarıda qeyd edilən şərtlərlə İddiaçı (qanuni nümayəndəsinə) ödənilməsi, onun Cavabdeh MTK-ya qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır. 3 - İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29, 2 nömrəli mənzilin söküldüyünü təsdiq etməklə, həmin mənzilə olan mülkiyyət hüququnu itirməsini qəbul edir və gələcəkdə həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına olan reyestr qeydinin ləğv olunması üçün bütün zəruri, hüquqi və faktiki hərəkətləri edəcəkdir. 4 - İddiaçı (qanuni nümayəndəsi) öhdəsinə götürür ki, gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 29, 2 nömrəli mənzillə, həmin mənzilə özbaşına artırılmaqla inşa olunmuş əlavə tikililərlə (faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərmiş), eyni zamanda həmin əmlakın altında yerləşən torpaq sahəsinə olan hüquqlarla bağlı hər hansı bir iddia, tələb irəli sürüləcəyi təqdirdə Cavabdeh MTK-nı həmin iddia və tələblərdən azad edəcəkdir. İddiaçı Cavabdeh MTK-ya qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(005)-350/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-350/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-350/2024
18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver