Məhkəmə qərarları › İş №e-2(005)-3828/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3828/2025

11.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3828/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00509 nömrəli barışıq sazişinin xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün barışıq sazişinin bağlandığı xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimentin X1 alınaraq Ərizəçi xeyrinə ödənilməsi və Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X2 anası Ərizəçi ilə ölkə hüdudlarından kənara çıxmasına lazım olan sənədləri (uşaq üçün xarici pasportun verilməsi ilə bağlı müraciət ərizəsini) verməyi öhdəliyinin yerinə yetirilməsi hissəsində məcburi icra edilməsi üçün barışıq sazişinin təsdiq edilməsi və həmçinin 100 manat dövlət rüsumunun Maraqlı şəxs onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sesiyasından keçmək üçün 9 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X3 hər ay 300 manat məbləğində aliment ödənilməsi və onun anası ilə birlikdə ölkə hüdudlarından kənara çıxmasına lazım olan sənədləri vermək öhdəliyini yerinə yetirməmiş və barışıq sazişinin tələblərinə əməl etməmişdir. Bugünədək heç bir aliment məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00509 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - övladları xx.xx.2023-cü il təvəllüdlü X4 anası Ərizəçi himayəsinə verilsin; - ata Maraqlı şəxs övladları xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş uşaq üçün 300 manat təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, “ikinci tərəf” bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir; - “ikinci tərəf” birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X2 anası ilə istənilən zaman ölkə hüdudlarından kənara çıxmasına icazə verir və “ikinci tərəf” bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz üzərinə götürür; - “birinci tərəf” övladları ilə gündəlik rejimlərini pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda ananın iştirakı ilə (uşaq az yaşlı olduğu üçün) görüşə və ünsiyyət yarada bilər; - Tərəflər Ərizəçi və Maraqlı şəxs bir-birilərinə qarşı heç bir əmlak və pul tələbləri yoxdur. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00509 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00509 nömrəli barışıq sazişi: - ata Maraqlı şəxs övladları xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş uşaq üçün 300 manat təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, “ikinci tərəf” bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir; - “ikinci tərəf” birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X2 anası ilə istənilən zaman ölkə hüdudlarından kənara çıxmasına icazə verir və “ikinci tərəf” bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz üzərinə götürür; kimi təsdiq edilməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00509 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - ata Maraqlı şəxs övladları xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş uşaq üçün 300 manat təşkil edən aliment məbləğini ana Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq alimentin məbləği artırıldığı halda, “ikinci tərəf” bu artışı nəzərə alacaqdır və alimentin məbləğini müvafiq məbləğdə artıraraq ödəyəcəkdir; - “ikinci tərəf” birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X2 anası ilə istənilən zaman ölkə hüdudlarından kənara çıxmasına icazə verir və “ikinci tərəf” bununla bağlı rəsmi icazə sənədini və digər lazım olan sənədləri verməyi öz üzərinə götürür; Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar