Məhkəmə qərarları › İş №e-2(005)-4166/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4166/2023

23.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4166/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X9 Mehdi qızının katibliyi Ərizəçi Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Cavabdeh arasında yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X2 valideynlərdən kimin himayəsində qalmasına dair mübahisə üzrə mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01013 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, maraqlı tərəf Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan bir övladları - xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. 29 dekabr 2021-ci il tarixdə Cavabdeh ilə mediasıya təşkilatına müraciət etmişlər və aralarında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişində Cavabdeh ilə aralarında bağlanmış nigahın pozulması, övladları X2 anası X2 yanında qalması, uşağa görə 2021-ci ilin dekabr ayından başlayaraq hər ay 550 (beş yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh ödənilməsi və Ərizəçi sazişlə müəyyən edilən vaxtlarda qızı X6 ilə ünsiyyətdə olmağı barədə razılığa gəlmişlər. Cavabdeh iddiası əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 947/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixdə Səadət Sarayı Bakı Nikah evində 967 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2016-cı il təvəllüdlü övladları X2 Cavabdeh yanında saxlanılması qət edilmişdir. Nikah pozulduqdan sonra Cavabdeh övladları Zərifə və bacısı X7 ilə birlikdə valideynlərinə məxsus Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38, 213 saylı mənzilində yaşamağa başlamışdır. Cavabdeh ilə aralarında bağlanmış barışıq razılaşmasına əsasən Ərizəçi hər ay övladlarının saxlanması üçün Cəmilənin kart hesabına 550 manat və daha artıq pul ödəməyə başlamışdır və övladlarının bütün təhsil və digər xərclərini Ərizəçi qarşılamışdır. Eyni zamanda qızı Zərifəni hər həftə şənbə günü saat 19:00-20:00 radələrində götürmüş və bazar günü saat 18:00-19:00-dək Cavabdeh təhvil vermişdir. 2022-ci ilin sentyabr ayında qızı Zərifə Ərizəçi bildirmişdir ki, anası Cəmilə Rəsul adlı kişini, xalası İnarə isə Murad adlı kişini yaşadıqları evə gətirirlər və onun yanında həmin kişilərlə əylənirlər və hərəsi bir otağa girib orada kişilərlə bir yerdə olurlar. Hətta bir dəfə Cəmilə qızı Zərifəni həmin Rəsul adlı kişi ilə otelə də aparıblar və oteldə gecələyiblər. Rəsul və Murad adlı iki dost 2022-ci ilin sentyabr ayından başlayaraq demək olar ki hər gün **-CE-*** dövlət qeydiyyat nişanlı, KİA Optima markalı avtomobillə evə gələrək Cəmilə və İnarə ilə azyaşlı övladı Babayeva Zərifənin yanında cinsi əlaqədə olmuşlar, uşağın yanında siqaret, içki qəbul etmişlər və hətta bir neçə dəfə gecə saat 00:00-dan 03:00-dək restorana da gedib orada pivə içiblər, qəlyan çəkiblər. Beləliklə keçmiş həyat yoldaşı Cavabdeh azyaşlı övladı X4 qarşı öz valideynlik vəzifələrini - Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində təsbit edilmiş uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunu, həmçinin uşağın erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, оnun icbari ümumi оrta təhsil almasının təmin оlunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq; övladını humanistlik, vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək vəzifələrini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60-cı maddəsində təsbit edilmiş vəzifələrini 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.) yerinə yetirmək əvəzinə, öz valideynlik hüquqlarından sui-istifadə edərək, bacısı Babayeva İnarə ilə birlikdə azyaşlı qız övladları Babayeva Zərifənin əxlaqına, mənəvi psixoloji durumuna təsir göstərən əxlaqsız hərəkətlərə yol verərək, övladına qarşı mənəvi, psixoloji məişət zorakılığı törətmişdir və nəticədə azyaşlı qızı ağır travma keçirmişdir. Ərizəçi bununla bağlı Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə şikayət ərizəsi yazmış və 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış fəaliyyəti nəticəsində həqiqətən də Rəsul və Murad adlı şəxslərin Cavabdeh və bacısı İnarə ilə birlikdə azyaşlı qızının da olduğu evdə cinsi əlaqədə olduqlarını müəyyən etmişlər. Ərizəçi bundan sonra övladı xx.xx.2016-cı il təvəllüdlü X5 cavabdehə verməmiş və uşaq da getmək istəmədiyini bildirərək, onun yanında qalmağa başlamışdır. Hal-hazırda Ərizəçi ilə birlikdə yaşayır və onun bütün maddi və mənəvi tələbatlarını o ödəyir. Bundan sonra Ərizəçi övladı Zərifənin Ərizəçi yanında qalmasının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək Cavabdeh mediasiya təklifi göndərmişdir. Onların birgə razılığı ilə Bakı 18 saylı Mediasiya Təşkilatının mediatoru Gültəkin Məmmədovanın mediatorluğunda könüllü mediasiya sessiyasında iştirak etmişlər və aralarında 17 iyul 2023-cü il tarixli Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir: Tərəflər razılığa gəlirlər ki, 2.1. Bakı şəhərində doğulmuş xx.xx.2016-cı il təvəllüdlü, X2 (bundan sonra “Uşaq”) himayəsi anası Cavabdeh (bundan sonra ”Ana”) alınaraq atası Ərizəçi (bundan sonra ”Ata”) verilir; 2.2. Uşağın öz valideynləri ilə ünsiyyətdə olmaq hüququnu nəzərə alaraq, tərəflər uşağın ana ilə görüşünə aşağıdakı qrafik üzrə razılaşırlar: 2.2.1. Həftənin cümə günü saat 19:00-20:00-radələrində ana uşağı götürür, uşaq cümə və şənbə gecəsini ananın yanında gecələyir, həmin günlərin gündüzlərini onunla qalır, bazar günü axşam saat 18:00-19:00 radələrində isə ana uşağı ataya qaytarır; 2.2.2. Növbəti həftə isə ana, həftənin cümə günü saat 19:00-20:00-radələrində uşağı götürür və şənbə günü saat 16:00-17:00 radələrində Ataya qaytarır və ya bazar günü səhər saatlarında (təqribən 10:30-11:30 radələrində) uşağı götürür və həmin günün axşam saatlarında (təqribən 19:00-20:00 radələrində) Ataya qaytarır; 2.2.3.Bayram və ya tətil günlərində uşaq, istəyi nəzərə alınmaqla gecələmək şərti ilə 2 və ya 3 gün anayla qalır. Uşağın doğum günü ilə əlaqədar olaraq tərəflər razılaşırlar ki, doğum günündən bir gün öncə və ya növbəti gün hər iki valideyn uşaqla birgə bunu qeyd edir və ya uşağı təbrik etmək məqsədilə ana həmin gün ərzində uşaqla 1-2 saat vaxt keçirir, doğum gününün axşamı isə uşaq atanın yanında olur. 2.2.4. 2023-cü ilin avqust ayı ərzində uşaq həftənin 3-4 gününü anayla qalır. (uşağın istəyi nəzərə alınmaqla) 2.2.5. Tərəflər razılaşır və öhdəlik götürürlər ki, yuxarıdakı qrafikə baxmayaraq uşağın valideynlərlə görüşmək, ünsiyyətdə olmaq habelə valideynlərdən birinin yanında gecələməsində uşağın arzu və istəyi, psixi vəziyyəti, tədris qrafiki və sağlamlığı nəzərə alınacaq, ona heç bir təzyiq və məcburiyyət habelə qadağalar tətbiq edilməyəcəkdir. Eyni zamanda tərəflər bu qrafikə qarşılıqlı razılıq əsasında əlavə və dəyişiklik edə bilərlər. 2.2.6. Ata, uşağın anası ilə görüş və ünsiyyətinə heç bir məhdudiyyət və maneə yaratmayacağını öhdəsinə götürür; 2.2.7. Ana, uşağın onun yanında olduğu və gecələdiyi günlərdə ona, lazımı şərait və təhlükəsiz mühiti yaradacığına, təlim tərbiyəsinə, psixologiyasına mənfi təsir edə biləcək amillərdən uzaq tutacağına, uşaq onun yanında olduğu vaxtda kənar şəxslərin evə gəlməsinə icazə verməyəcəyinə, uşağın qidalanma, yuxu və ümumi yaşam rejiminə ciddi riayət edəcəyinə tam zəmanət verir; 2.2.8. Ərizəçi uşağın saxlanılması üçün aliment tələbindən imtina edir. 2.2.9. Uşağın təlim tərbiyəsinin, hüquq və mənafelərinin qorunması, habelə psixoloji amillərin nəzərə alınması məqsədilə bu Sazış bağlandıqdan sonra “Tərəflər” münasibətlərini sivil qaydada, etik normalar çərçivəsində sürdürəcəklərinə, heç birinin işgüzar və ictimai nüfüzuna xələl gətirməyəcəklərinə, bir birinin sosial və şəxsi həyatlarına qarışmayacaqlarına, polemika və mübahisələrini uşaqdan uzaq tutaraq və onu “alət” etmədən danışıqlar yolu ilə həll edəcəklərini öhdələrinə götürürlər. 2.2.10.Tərəflər razılaşırlar ki, bu barışıq sazişi imzalandığı gündən tərəflər arasında mübahisənin həllinə dair imzalanmış 29 dekabr 2021-ci il tarixli Barışıq sazişi qüvvədən düşmüş hesab olunur, Cavabdeh həmin sazişin təsdiq edilməsi üçün Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilmiş ərizədən imtina edir və bunun rəsmiləşdirilməsi üçün aidiyyatı məhkəməyə müvafiq müraciəti edəcəyini öz öhdəsinə götürür. Barışıq sazişi bağlandıqdan və təsdiq edildikdən sonra həmin gün Ərizəçi övladı Zərifəni anası Cavabdeh təhvil vermiş və onlar bir yerdə şəhərə gəzməyə getmişlər. Cəmilə söz verdi ki, qızları Zərifə ilə əvvəl qaldığı ünvan 1 ünvanındakı evdə qalmayacaqlar və nənəsi Ananyevna Nelliyə məxsus Kubinka ərazisində yerləşən evdə qalacaqlar. Zərifə anasının yanında 3-4 gün qaldı. Ərizəçi 4-cü gün qızı Zərifəni anasından təhvil almış və növbəti həftə yenidən Zərifəni cavabdehə təhvil vermişdir. Qızı Zərifə cavabdeh yanında 3 gün qaldı. Ərizəçi qızı Zərifəni cavabdehdən təhvil alıb evə gətirdikdən sonra Zərifə söhbət əsnasında ona bildirdi ki, Rəsul taksi ilə Kubinkaya gəldi anası Cəmiləni və onu Kubinkadan götürüb xalası İnarənin yaşadığı ünvan 1 ünvanındakı evə apardılar və orada xalası İnarə, Murad və tanımadığı başqa bir kişi də var idi. Onlar orada xalası İnarənin ad gününü qeyd etmişlər və yeyib içiblər”. Qızı Zərifə həmçinin bildirdi ki, Ərizəçi anası Cəmilə ilə qaldığı vaxtlarda anası birneçə dəfə onu Rəsulla qəlyanxanaya aparmışlar, həmçinin bulvarda bir yerdə velosiped gəzintisinə çıxmışlar. Qızı Cəmilə velosipeddən yıxılıb başı əzilmişdir. Qızı Zərifədən bunları eşitdikdən sonra, onu cavabdehə bildirmiş və Barışıq sazişinin şərtlərini pozduğu və analıq hüququndan sui-istifadə etdiyi üçün, qızı Zərifə ilə ancaq Ərizəçi nəzarətində görüşə biləcəyini bildirmişdir. Cəmilə onunla razılaşmış və Ərizəçi qızı X1 Mərkəzinə aparmış, Cəmilə də ora gəlmiş və onlar bir yerdə oturmuşlar. Bir-neçə saat oturduqdan sonra Cəmilə qızı Zərifənin tərini silmək adı ilə ayaqyoluna apardı və 1 dəqiqə gecikdilər. Babayev X3 zəng etmişdir ki, “harda qaldınız”, o da bildirmişdir ki, “Zərifəni fenlə quruduram, gəlirik”. Bu an Ərizəçi görmüşdür ki, cavabdeh qızı Zərifənin əlindən tutub çıxışa doğru qaçırdır. Ərizəçi dərhal onların arxasıyca getmiş və artıq Cəmilə Zərifəni əvvəlcədən sifariş etdiyi taksiyə oturtmuşdur. Ərizəçi taksini saxlatdırmış və Zərifəni avtomobildən çıxarıb qucağına alıb aparmışdır. Qızı Zərifə anasının bu hərəkətindən, yəni onu qaçırtmağından çox qorxmuşdu və şok keçirmişdir. Bu hadisədən sonra Ərizəçi qızı Zərifəni bir daha Cəmiləyə verməkdən imtina etmişdir, çünki qızı Zərifə artıq anası ilə görüşmək istəmədiyini bildirmişdir. Ərizəçi qeyd edir ki, maraqlı şəxs - Cavabdeh barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədi. Belə olan halda, Ərizəçi barışıq sazişinin məcburi icrası məqsədilə mediasiya prosesi nəticəsində Cavabdeh ilə aralarında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, uşaq hazırda atası - Ərizəçi yanında qalır. Hazırda ərizəçi uşağın himayəsi ilə bağlı məsələnin məhkəmə qərarı ilə təsdiq edilməsini xahiş edir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 4 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ 806742 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası Cavabdehdır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 01 iyul 2022-ci il tarixdə verilmiş AZ-İ 427053 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Cavabdeh arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 209 № ilə qeyd edilmişdir. İddiaçı CavabdehƏrizəçi qarşı “uşağın atadan məcburi alınıb anaya verilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: 2.1-ci maddəsinə əsasən, Bakı şəhərində doğulmuş xx.xx.2016-cı il təvəllüdlü, X6 (bundan sonra "Uşaq") atası Ərizəçi himayəsinə (bundan sonra "Ata") verilir; 2.2-ci maddəsinə əsasən, uşağın öz valideynləri ilə ünsiyyətdə olmaq hüququnu nəzərə alaraq, tərəflər uşağın ana ilə görüşünə aşağıdakı qrafik üzrə razılaşırlar: 2.2.1-ci maddəsinə əsasən, həftənin cümə günü saat 19:00-20:00-radələrində ana uşağı götürür, uşaq cümə və şənbə gecəsini ananın yanında gecələyir, həmin günlərin gündüzlərini onunla qalır, bazar günü axşam saat 18:00-19:00 radələrində isə ana uşağı ataya qaytarır; 2.2.2-ci maddəsinə əsasən, növbəti həftə isə ana, həftənin cümə günü saat 19:00- 20:00-radələrində uşağı götürür və şənbə günü saat 16:00-17:00 radələrində Ataya qaytarır, və ya bazar günü səhər saatlarında (təqribən 10:30-11:30 radələrində) uşağı götürür və həmin günün axşam saatlarında (təqribən 19:00-20:00 radələrində) Ataya qaytarır; 2.2.3-cü maddəsinə əsasən, bayram və ya tətil günlərində uşaq, istəyi nəzərə alınmaqla gecələmək şərti ilə 2 və ya 3 gün anayla qalır. Uşağın doğum günü ilə əlaqədar olaraq tərəflər razılaşırlar ki, doğum günündən bir gün öncə və ya növbəti gün hər iki valideyn uşaqla birgə bunu qeyd edir və ya uşağı təbrik etmək məqsədilə ana həmin gün ərzində uşaqla 1-2 saat vaxt keçirir, doğum gününün axşamı isə uşaq atanın yanında olur. 2.2.4-cü maddəsinə əsasən, 2023-cü ilin avqust ayı ərzində uşaq həftənin 3-4 gününü anayla qalır. (uşağın istəyi nəzərə alınmaqla) 2.2.5-ci maddəsinə əsasən, tərəflər razılaşır və öhdəlik götürürlər ki, yuxarıdakı qrafikə valideynlərlə görüşmək, ünsiyyətdə olmaq habelə valideynlər gecələməsində uşağın arzu və istəyi, psixi vəziyyəti, tədris qrafiki və sağlamlığı nəzərə alınacaq, ona heç bir təzyiq və məcburiyyət habelə qadağalar tətbiq edilməyəcəkdir. Eyni zamanda tərəflər bu qrafikə qarşılıqlı razılıq əsasında əlavə və dəyişiklik edə bilərlər. 2.2.6-cı maddəsinə əsasən, ata, uşağın anası ilə görüş və ünsiyyətinə heç bir məhdudiyyət və maneə yaratmayacağını öhdəsinə götürür; 2.2.7-ci maddəsinə əsasən, ana, uşağın onun yanında olduğu və gecələdiyi günlərdə ona, lazımı şərait və təhlükəsiz mühiti yaradacığına, təlim tərbiyəsinə, psixologiyasına mənfi təsir edə biləcək amillərdən uzaq tutacağına, uşaq onun yanında olduğu vaxtda kənar şəxslərin (qohumlar istisna olmaqla) evə gəlməsinə icazə verməyəcəyinə, uşağın qidalanma, yuxu və umumi yaşam rejiminə ciddi riayət edəcəyinə tam zəmanət verir; 2.2.8-ci maddəsinə əsasən, Ərizəçi uşağın saxlanılması üçün aliment tələbindən imtina edir. 2.2.9-cu maddəsinə əsasən, uşağın təlim tərbiyəsinin, hüquq və mənafelərinin qorunması, habelə psixoloji amillərin nəzərə alınması məqsədilə bu Saziş bağlandıqdan sonra "Tərəflər" münasibətlərini sivil qaydada, etik normalar çərçivəsində sürdürəcəklərinə, heç birinin işgüzar və ictimai nüfüzuna xələl gətirməyəcəklərinə, bir birinin sosial və şəxsi həyatlarına qanşmayacaqlarına, polemika və mübahisələrini uşaqdan uzaq tutaraq və onu "alət" etmədən danışıqlar yolu ilə həll edəcəklərini öhdələrinə götürürlər. 2.2.10-cu maddəsinə əsasən, Tərəflər razılaşırlar ki, bu barışıq sazişi imzalandığı gündən tərəflər arasında mübahisənin həllinə dair imzalanmış 29 dekabr 2021-ci il tarixli Barışıq sazişi qüvvədən düşmüş hesab olunur, Cavabdeh həmin sazişin təsdiq edilməsi üçün Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilmiş ərizədən imtina edir və bunun rəsmiləşdirilməsi üçün aidiyyatı məhkəməyə müvafiq müraciəti edəcəyini öz öhdəsinə götürür. 2.2.11-ci maddəsinə əsasən, Tərəflər razılaşırlar ki, bu Sazişdən irəli gələn öhdəliklərdən hər hansı biri pozulduğu təqdirdə tərəflər hər ikisi həmin mübahisənin mediasiya yolu ilə həll edilməsi üçün mediator Gültəkin Məmmədovaya müraciət edəcəklər. 2.3-ci maddəsinə əsasən, tam mediasiya xərcini (300 manat) İ Tərəf ödəyir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə edərək xx.xx.2023-cü il tarixli Barışıq sazişi bağlamışlar. Hazırda Ərizəçi Cavabdeh barışıq sazişinin şərtlərini pozduğunu bildirərək həmin barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1.1 və 355-26.1.2-ci maddələrinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, qanunverici mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin qətnamə qəbul etməsi üçün iki şərtdən birinin mövcudluğu ilə bağlı etmişdir. Həmin şərtlər aşağıdakılardır 1) mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi; 2) barışıq sazişinin könüllü icrasından imtina olunması. Belə olan halda Ərizəçi maraqlı şəxs Cavabdeh mübahisəli barışıq sazişinin könüllü qaydada icra etməməsini və ya icra etməkdən imtina etməsini bildirsə də, həmin halın konkret nədə ehtiva olunmasını əsaslandıra bilməmiş, o cümlədən də xx.xx.2016-cı il təvəllüdlü, X2 Ərizəçi himayəsində olduğu müəyyən olunmuş, bu səbəbdən də barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsinə zərurət olmamışdır. Eyni zamanda mülki iş materiallarında olan iddia ərizəsindən də müəyyən olunur ki, Cavabdeh “uşağın atadan məcburi alınıb anaya verilməsi barədə” iddia tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda qeyd olunan mübahisə ilə bağlı məhkəmənin icraatında 2(005)-4041/2023 saylı mülki iş var. Odur ki, tərəflər arasında uşağın himayəsinə dair məhkəmə qaydasında mübahisə mövcuddur, belə ki, uşağın himayəsi ilə bağlı mübahisəyə müvafiq mülki işdə baxılıb hüquqi qiymət veriləcəkdir. Sadalanan xüsusatların kontekstində məhkəmə hesab edir ki, maraqlı şəxsin barışıq sazişinin könüllü icrasından imtina etməsi səbəbindən həmin sazişin təsdiq edilməsi barədə ərizəçinin tələbi əsassızdır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin təsdiq edilməsindən imtina olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinin təsdiq edilməsindən imtina edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar