Məhkəmə qərarları › İş №e-2(005)-4787/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4787/2023

05.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4787/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, əmlakların iddianın sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, əmlakların iddianın sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində “SİPARK” yaşayış komleksində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, toplam 296 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində “SİPARK” yaşayış komleksində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 247.6 kv.m olmaqla, toplam 495.2 kv.m olan qeyriyaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, qeyd edilən əmlakların sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmçinin elektron kabinet vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini əlavə etmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı Cavabdeh MMC və “Sipark” yaşayış kompleksinə qarşı yaşayış sahəsinə cavabdehin müdaxilə etməsinə və məhdudiyyətlər qoyulmasına qadağa qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə hüquqlarının təmin olunması, Cavabdeh MMC tərəfindən qeyd olunan qeyri yaşayış sahələri onun sahiblik və istifadəsinə təhvil verilməsi, yol verdiyi qanun pozğunluğuna görə Cavabdeh MMC vurmuş olduğu zərərə görə 100000 manat təzminat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, Cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixdə 291 saylı müqavilə üzrə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişi, 1 və 2-ci mərtəbələrində, hər mərtəbədə ümumi 148 kv.m olmaqla, cəmi 296 kv.m qeyri yaşayış sahəsinə və xx.xx.2019-cu il tarixli 158 A saylı müqavilə üzrə isə Nərimanov rayonu, Təbriz və F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişli, 1 və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 274,6 kv.m olmaqla, toplam 495,2 kv.m qeyri yaşayış sahəsinə Cavabdeh MMC tərəfindən müdaxilə edilməsi və məhdudiyyətlər yaratması kimi hərəkətlərə qadağan qoyulması, həmin qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi təmin edilməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Nərimanov Rayon Məhkəməsinin 2(005)- 52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən göründüyü kimi iddiaçı iddia ərizəsində qeyd olunan əmlaklar üzərində sahiblik və istifadə hüquqlarının tanınması, əmlakların iddianın sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbi təmin edilməmişdir. Bununla belə hazırki iddia tələbindən görünür olur ki, iddiaçı yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü madəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, hesab edirəm ki, İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, əmlakların iddianın sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eləcə də, dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul rüsum ödəyicisinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə oğluna qarşı qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, əmlakların iddianın sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə, qəbzin nömrəsi: **********) Vəkil geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar