Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4805/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində mediyasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edərək, Maraqlı şəxs ilə birgə nikahdan olan övladıyla “atanın görüş hüququnun müəyyən edilməsi” tələbini irəli sürüb. Bakı 9 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtləri aşağıdakı kimi qəbul edilmişdir:
1. Tərəflər xx.xx.2022-ci il tarixində aralarında bağlanmış nikah münasibətlərinə xitam vermək məqsədiylə hüquqi prosedur başladıblar. Hazırda tərəflər ayrı yaşayır və onların arasında birgə nikahdan doğulan xx.xx.2023-cü təvəllüdlü uşaqları X1 hazırda anasının yanında qalır. 2. Tərəflər razılaşır ki, uşağın atası həftədə bir dəfə olmaq üzrə Şənbə ya da Bazar günü saat 12:00-17:00 arasında hər görüşdə 2 saat olmaqla övladı ilə görüş hüququnu həyata keçirəcəkdir. 3. Görüş uşağın anasının yanında həyata keçirilir. Hava şəraitinin uyğunluğuna görə bu görüş qapalı ictimai yerdə də keçirilə bilər. 4. Birinci tərəf görüş hüququnu həyata keçirmədən azı bir gün əvvəl ikinci tərəfi bu barədə məlumatlandıracaqdır. Tərəflər görüş saatını bu Sazişin 2-ci bəndi nəzərə alınmaqla öz aralarında razılaşdırırlar. 5. İkinci tərəf hər hansı səbəbə görə uşağı Bakı şəhərindən kənara çıxarmaq istədiyi təqdirdə və bu da həftənin Şənbə və Bazar günlərini əhatə etdiyi hallarda, bu barədə Birinci tərəfə azı bir gün əvvəl məlumat verəcəkdir. Belə halda Birinci tərəfin uşaqla görüşü növbəti həftənin həftəiçi günlərinin birisində, yenə 2 saat olmaqla həyata keçiriləcəkdir. Birinci tərəf görüş müddəti ərzində uşağın qidalanmasını, yuxu rejimini, sağlam şəraitdə qalmasını, soyuqdan və xəstəliklərdən mühafizə etməsini təmin etməlidir. 6. Tərəflər görüş sırasında bir-birinə qarşı qıcıqlandırıcı, təhqir edici, aqressiv, qeyri-mədəni sözlər, davranış və hərəkətlərdən çəkinəcəklər və uşaqla görüş sırasında heç bir halda bir- birinə və bir-birinini ailə üzvlərinə qarşı qeyri-etik, mədəni olmayan, təhqir edici, hörmətsizlik ifadə edən hər cür söz və davranışdan çəkinmə öhdəliyini daşıyırlar. Tərəflər cəmiyyətdə bir- birinin və ailə üzvlərinin nüfuzuna xələl gətirməyəcəkdir. 7. Tərəflər bu Sazişdən irəli gələn hüquq və öhdəliklərini vicdanla yerinə yetirəcəklər. Tərəflərdən hər hansı birisi bu Sazişin müddəalarını yenidən müzakirə etmək istəsə bununla bağlı təkrar mediasiya prosesinə müraciət edəcəkdir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini kobud şəkildə pozaraq, xx.xx.2024-cü il tarixdən uşağın yuxarıda qeyd edilmiş müddətdə onunla görüşünə maneələr yaradır, uşağın onunla görüşməsini əngəlləmək üçün əlindən gələni edir. Bununla bağlı sübut qismində Maraqlı şəxs ünvanladığı mesajlar mövcuddur. Qeyd olunan mesajlar və onun vəkili vasitəsi ilə ona uşaqla görüşün təmin edilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq sonuncu övladıyla görüşü təmin etməkdən qəsdən imtina etməkdədir. Bu halları nəzərə alaraq hesab edir ki, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə zərurət vardır. Qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, barışıq sazişi bağlansa da, icra edilmir. Cavabdehlə keçən ilin sentyabrından ayrı yaşayırlar. Uşaqları ilə görüş hüququ təmin edilmir. Bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Tərəflər xx.xx.2022-ci il tarixində aralarında bağlanmış nikah münasibətlərinə xitam vermək məqsədiylə hüquqi prosedur başladıblar. Hazırda tərəflər ayrı yaşayır və onların arasında birgə nikahdan doğulan xx.xx.2023-cü təvəllüdlü uşaqları X1 hazırda anasının yanında qalır.
2. Tərəflər razılaşır ki, uşağın atası həftədə bir dəfə olmaq üzrə Şənbə ya da Bazar günü saat 12:00-17:00 arasında hər görüşdə 2 saat olmaqla övladı ilə görüş hüququnu həyata keçirəcəkdir.
3. Görüş uşağın anasının yanında həyata keçirilir. Hava şəraitinin uyğunluğuna görə bu görüş qapalı ictimai yerdə də keçirilə bilər.
4. Birinci tərəf görüş hüququnu həyata keçirmədən azı bir gün əvvəl ikinci tərəfi bu barədə məlumatlandıracaqdır. Tərəflər görüş saatını bu Sazişin 2-ci bəndi nəzərə alınmaqla öz aralarında razılaşdırırlar.
5. İkinci tərəf hər hansı səbəbə görə uşağı Bakı şəhərindən kənara çıxarmaq istədiyi təqdirdə və bu da həftənin Şənbə və Bazar günlərini əhatə etdiyi hallarda, bu barədə Birinci tərəfə azı bir gün əvvəl məlumat verəcəkdir. Belə halda Birinci tərəfin uşaqla görüşü növbəti həftənin həftəiçi günlərinin birisində, yenə 2 saat olmaqla həyata keçiriləcəkdir. Birinci tərəf görüş müddəti ərzində uşağın qidalanmasını, yuxu rejimini, sağlam şəraitdə qalmasını, soyuqdan və xəstəliklərdən mühafizə etməsini təmin etməlidir.
6. Tərəflər görüş sırasında bir-birinə qarşı qıcıqlandırıcı, təhqir edici, aqressiv, qeyrimədəni sözlər, davranış və hərəkətlərdən çəkinəcəklər və uşaqla görüş sırasında heç bir halda bir- birinə və bir-birinini ailə üzvlərinə qarşı qeyri-etik, mədəni olmayan, təhqir edici, hörmətsizlik ifadə edən hər cür söz və davranışdan çəkinmə öhdəliyini daşıyırlar. Tərəflər cəmiyyətdə bir- birinin və ailə üzvlərinin nüfuzuna xələl gətirməyəcəkdir.
7. Tərəflər bu Sazişdən irəli gələn hüquq və öhdəliklərini vicdanla yerinə yetirəcəklər. Tərəflərdən hər hansı birisi bu Sazişin müddəalarını yenidən müzakirə etmək istəsə bununla bağlı təkrar mediasiya prosesinə müraciət edəcəkdir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçinın maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər xx.xx.2022-ci il tarixində aralarında bağlanmış nikah münasibətlərinə xitam vermək məqsədiylə hüquqi prosedur başladıblar. Hazırda tərəflər ayrı yaşayır və onların arasında birgə nikahdan doğulan xx.xx.2023-cü təvəllüdlü uşaqları X1 hazırda anasının yanında qalır.
2. Tərəflər razılaşır ki, uşağın atası həftədə bir dəfə olmaq üzrə şənbə ya da bazar günü saat 12:00-17:00 arasında hər görüşdə 2 saat olmaqla övladı ilə görüş hüququnu həyata keçirəcəkdir.
3. Görüş uşağın anasının yanında həyata keçirilir. Hava şəraitinin uyğunluğuna görə bu görüş qapalı ictimai yerdə də keçirilə bilər.
4. Birinci tərəf görüş hüququnu həyata keçirmədən azı bir gün əvvəl ikinci tərəfi bu barədə məlumatlandıracaqdır. Tərəflər görüş saatını bu Sazişin 2-ci bəndi nəzərə alınmaqla öz aralarında razılaşdırırlar.
5. İkinci tərəf hər hansı səbəbə görə uşağı Bakı şəhərindən kənara çıxarmaq istədiyi təqdirdə və bu da həftənin Şənbə və Bazar günlərini əhatə etdiyi hallarda, bu barədə Birinci tərəfə azı bir gün əvvəl məlumat verəcəkdir. Belə halda Birinci tərəfin uşaqla görüşü növbəti həftənin həftəiçi günlərinin birisində, yenə 2 saat olmaqla həyata keçiriləcəkdir. Birinci tərəf görüş müddəti ərzində uşağın qidalanmasını, yuxu rejimini, sağlam şəraitdə qalmasını, soyuqdan və xəstəliklərdən mühafizə etməsini təmin etməlidir.
6. Tərəflər görüş sırasında bir-birinə qarşı qıcıqlandırıcı, təhqir edici, aqressiv, qeyrimədəni sözlər, davranış və hərəkətlərdən çəkinəcəklər və uşaqla görüş sırasında heç bir halda bir- birinə və bir-birinini ailə üzvlərinə qarşı qeyri-etik, mədəni olmayan, təhqir edici, hörmətsizlik ifadə edən hər cür söz və davranışdan çəkinmə öhdəliyini daşıyırlar. Tərəflər cəmiyyətdə bir-birinin və ailə üzvlərinin nüfuzuna xələl gətirməyəcəkdir.
7. Tərəflər bu Sazişdən irəli gələn hüquq və öhdəliklərini vicdanla yerinə yetirəcəklər. Tərəflərdən hər hansı birisi bu Sazişin müddəalarını yenidən müzakirə etmək istəsə bununla bağlı təkrar mediasiya prosesinə müraciət edəcəkdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonar bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərgiz Tağıyeva