Məhkəmə qərarları › İş №e-2(005)-493/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-493/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-493/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2015-ci il tarixli 100/00/129717/15 saylı kredit müqaviləsi üzrə 49197,91 (qırx doqquz min yüz doxsan yeddi ABŞ dolları, doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 21278,68 (iyirmi bir min iki yüz yetmiş səkkiz ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu, 15668,76 (on beş min altı yüz altmış səkkiz ABŞ dolları, yetmiş altı sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 86145,35 (səksən altı min yüz qırx beş ABŞ dolları, otuz beş sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 60 (altmış) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 90 (doxsan) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ümumilikdə 131000 (yüz otuz bir min) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan borc məbləği Bank qarşısında ipoteka ilə yüklü Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinə yönəldilməsinə və ipoteka predmetlərinin açıq hərracdan satılması, ipoteka predmetlərinə tutma yönəldildikdən və o satıldıqdan sonra satışdan əldə olunmuş məbləğin cavabdehin banka olan borcuna sərf edilməsinə, borcun ödənilməmiş qalan hissəsinin Cavabdeh1 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında 21 sentyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 100/00/129717/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi 22 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi 22 sentyabr 2015-ci l tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri cavabdeh tərəfindən pozulmuş, kredit ödənişləri müqaviləyə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində cavabdehin banka 49197,91 (qırx doqquz min yüz doxsan yeddi ABŞ dolları, doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 21278,68 (iyirmi bir min iki yüz yetmiş səkkiz ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu, 15668,76 (on beş min altı yüz altmış səkkiz ABŞ dolları, yetmiş altı sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 86145,35 (səksən altı min yüz qırx beş ABŞ dolları, otuz beş sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin 5.4.5-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Həmin müqavilənin 5.4.9-cu bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək «Borc alan»ın vəzifəsidir.Həmin müqavilənin 5.1.6-cı bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X4 məhkəmə iclaslarında iştirak etmiş, izahatında iddianı qismən qəbul edərək, əsas borc məbləğini qəbul etmiş, cərimə məbləğini isə şişirdilmiş məbləğ hesab edərək azaldılmasını xahiş etmişdir. Həmçinin əmlakın dəyərindən aşağı qiymətləndirildiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 21.09.2015-ci il tarixində kredit verilməsi haqqında 100/00/129717/15 nömrəli müqavilənin məzmunundan görünür ki, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdeh şəxsə illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir; Cavabdeh1, Cavabdeh2 ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında bağlanmış 22.09.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 21.09.2015-ci il tarixli 100/00/129717/15 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi və Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi "xxxx" KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi 26.09.2015-ci il tarixdə "xxxx" KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi 26.09.2015-ci il tarixdə "xxxx" KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının 15.09.2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 11.07.2019-cu il tarixə cavabdeh şəxsin banka 49197,91 ABŞ dolları məbləğində əsas borc, 21278,68 ABŞ dolları məbləğində faiz borcu, 430,32 15668,76 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 86145,35 manat məbləğində borcu qalmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.12.2020-ci il tarixli 9/5429 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatarı və 21 sentyabr 2015-ci il tarixliŞ 100/00/129717/15 №-li kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 21.09.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) "xxxx" KB QSC-yə olan borcu 86903,46 ABŞ dolları məbləğində müəyyən olunmuşdur, o cümlədən: əsas borc üzrə 49197,91 ABŞ dolları, faiz borcu üzrə 37705,55 ABŞ dolları təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.01.2021-ci il tarixli ƏEM/F 07-090/21 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, RX № ******* reyestr nömrəsi **********75 olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin likvid dəyəri 153000 manat, RX № ******* reyestr nömrəsi **********74 olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin likvid dəyəri 234000 manat müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.08.2021-ci il tarixli 01/21-426 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, RX № ******* reyestr nömrəsi **********75 olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin likvid dəyəri 146000 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.08.2021-ci il tarixli 01/21-425 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, RX № ******* reyestr nömrəsi **********74 olan Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin likvid dəyəri 228000 manat təşkil edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir’. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlğa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" KB QSC ilə borcalan Cavabdeh1 arasında bağlanılmış 21.09.2015-ci il tarixli 100/00/129717/15 saylı kredit müqaviləsinə əsasən 48 (qırx səkkiz) ay müddətinə illik 20% ödənişlə 50000 (əlli min) ABŞ dolları məbləğində əsas borcun ödənişinə kredit verilmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" KB QSC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, müəyyən edilmiş kredit borcunu iddiaçı "xxxx" KB QSC-yə ödəməlidir. Məhkəmə iddia ərizəsini ekspert rəyi ilə birgə nəzərdən keçirərəkhesab edir ki, iddia tələbi əsas və faiz hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın 21.09.2015-ci il tarixli 100/00/129717/15 saylı kredit müqaviləsi üzrə üzrə əsas borca hesablanmış 15668,76 ABŞ dolları məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 500 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında bağlanmış 22.09.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 21.09.2015-ci il tarixli 100/00/129717/15 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi və Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi "xxxx" KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinə yönəldilməli, əmlaklar açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc "xxxx" KB QSC-yə ödənilməlidir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu müqavilə üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) "xxxx" KB QSC hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinə yönəldilməli, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc "xxxx" KB QSC-yə ödənilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.07 2021-ci il tarixli qiymətləndirmə hesabatlarını əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 146000 manat məbləğində, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 228000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 60 (altmış) manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğ Cavabdeh1 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. "xxxx" KB QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.09.2015-ci il tarixli 100/00/129717/15 saylı kredit müqaviləsi üzrə 49197,91 ABŞ dolları məbləğində əsas borc, 21278,68 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 70976,59 (yetmiş min doqquz yüz yetmiş altı dollar, əlli doqquz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 60 (altmış) manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğ Cavabdeh1 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə ödənilsin. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinə yönəldilsin, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc "xxxx" KB QSC-yə ödənilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti -likvid dəyəri 146000 manat məbləğində, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti- likvid dəyəri 228000 manat müəyyən edilsin. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizanın xərci olaraq 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar