Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5208/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 154, 156, 158, 3 saylı mənzildə yerləşən (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 158, M9, mənzil 3) aşağıda qeyd edilən əşyaların 1. Qonaq otağı: Divan-kreslo, jurnal masası dəsti, 6 nəfərlik masa dəsti (1 stol, 6 stul), TV stend, Televizor, Çılçıraq, xalça, pərdələr. 2. Böyük yataq otağı: Yataq mebeli (taxt, şfoner, tumbuçka, kamod), çılçıraq, xalça, pərdə. 3. Mətbəx: Mətbəx mebeli (tam avadanlıqlarla təhciz olunmuş), Soyuducu 2 ədəd, qabyuyan, mikrodalğalı soba, duxovka, televizor, mətbəx stol-stulu, xalça, pərdə, çılçıraq. 4. Kiçik yataq otağı: İki çarpayı (krovat), Şifoner (qarderob), xalça, pərdə, çılçıraq. 5. Dəhliz: Qarderob divar içi yığılma iki ədəd, paltaryuyan, iki ədəd çılçıraq.
6. Sanitar qovşağı və hamam: Əl-üz yuyan dəsti (moydadır) 2 ədəd, vanna, 7. Balkon: Kombi, İddiaçı təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: -150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Qanunvericiliyə uyğun olaraq, hazırki iddia ərizəsi üzrə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmiş hazırki iddia ərizəsi üzrə həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmiş, iddia ərizəsinə xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 manat manat dövlət rüsumuna dair qəbz əlavə olunmuşdur. Qeyd olunan dövlət rüsumuna dair qəbzin istifadə tarixçəsinə dair çıxarışla müəyyən olunur ki, qeyd olunan dövlət rüsumu başqa mülki iş üzrə artıq istifadə olunmuş, ondan imtina olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səbinə Nuriyeva