Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5310/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacıları xx.xx.1978-ci il təvəllüdlü X5 xx.xx.1978-ci il tarixdə və xx.xx.1982-ci il təvəllüdlü X6 isə xx.xx.1983-cü il tarixdə ölmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 anası X4 ilə xx.xx.1976-cı ildə rəsmi nikaha girib ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.1977-ci il təvəllüdlü X15, xx.xx.1978-ci il təvəllüdlü X10, xx.xx.1982-ci il təvəllüdlü X11 və o, xx.xx.1980-ci il tarixdə doğulmuşdur. Bacıları xx.xx.1978-ci il təvəllüdlü Səfərova Səbinə və xx.xx.1982-ci il təvəllüdlü X1 yaşlarında rəhmətə getmişdir. Lakin bu günə qədər onların ölüm haqqında şəhadətnamələri alınmamışdır. Atası xx.xx.1954-cü il təvəllüdlü X9 xx.xx.2024-cü ildə, anası xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2021-ci ildə, qardaşı xx.xx.1977-ci il təvəllüdlü X15 xx.xx.2021-ci ildə rəhmətə getmişlər. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etdiyində isə problemlə rastlaşmışdır. Bu səbəbdən Kürdəmir RİHB-nın şəhər inzibati ərazi dairəsinə xx.xx.2025-ci il tarixdə sorğu verilmiş, sorğuya cavab olaraq akt tərtib olunmuş, xx.xx.2025-ci il tarixli akta əsasən mərhum X10 1978-ci il tarixdə və mərhum X11 1982-ci il tarixdə vəfat etmişlər. Hər iki mərhum Kürdəmir rayonu Şıxlıq qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, bacıları uşaq olarkən xəstəlikdən vəfat etmişlər. Onlar Kürdəmir rayonunda babalarının yanında dəfn edilmişlər. Uşaqlardan birinin qəbrüstü abidəsi vardır. Digərinin isə yaşı lap az olmuşdur. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən bacılarının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi bacılarının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. X3, anası X7; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. X3, anası X4; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. X3, anası X4; - - nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X2 xx.xx.1976-cı il tarixdə nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir; - Kürdəmir Şəhər İƏN üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mərhum X10 1978-ci il tarixdə və mərhum X11 1982-ci il tarixdə vəfat etmişlər, hər iki mərhum Kürdəmir rayonu Şıxlıq qəbiristanlığında dəfn edilmişdir; - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, ölümü təsdiq edən sənəd təqdim edilmədiyindən ölümün qeydə alınması mümkün deyildir; - qəbirüstü abidənin fotoşəklindən görünür ki, “X11 xx.xx.1982-xx.xx.1983” yazıları qeyd edilmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, ərizəçinin bibisidir. xx.xx.1978-ci il təvəllüdlü X10 3-4 aylığında, yəni xx.xx.1978-ci il tarixdə qızdırmadan xəstəxanada, xx.xx.1982-ci il təvəllüdlü X11 isə xx.xx.1983-cü il tarixdə evdə vəfat etmişdilər. Dəfndə iştirak etmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, o, ərizəçinin bibisidir. Ərizəçinin iki bacısı olmuşdur. Hər ikisi körpə vaxtlarında xx.xx.1978-ci il təvəllüdlü X10 xx.xx.1978-ci il tarixdə və xx.xx.1982-ci il təvəllüdlü X11 isə xx.xx.1983-cü il tarixdə vəfat etmişdilər. Dəfn mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü X10 və xx.xx.1982-ci il təvəllüdlü X11 ərizəçinin bacıları olmuşdur. xx.xx.1978-ci il təvəllüdlü X10 xx.xx.1978-ci il tarixdə və xx.xx.1982-ci il təvəllüdlü X11 isə xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən xx.xx.1978-ci il təvəllüdlü X10 və xx.xx.1982-ci il təvəllüdlü X11 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü X5 xx.xx.1978-ci il tarixdə və xx.xx.1982-ci il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində vəfat etmələri faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X5 xx.xx.1978-ci il tarixdə və xx.xx.1982-ci il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində vəfat etmələri faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-5310/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5310/2025
03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver