Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-571/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və "xxxx" ASC-dən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada xx.xx.2017-ci il tarixli, 28-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsi üzrə 170730,10 manat əsas, 4704,35 manat faiz borcu olmaqla, cəmi 175434,45 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 465,43 manat dövlət rüsumunun, 0,70 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün Ödənilmiş 20 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019-cu il) yönəldilməsi; İpoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca tutulması, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh1 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzili ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi; Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3ndən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 28-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsi üzrə 170730,10 manat əsas, 6320,94 manat faiz borcu olmaqla, cəmi 177051,04 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 465,43 manat dövlət rüsumunun, 0,70 manat bank xidmət haqqının, daha sonra tələbin həcminin artırılması üçün ödənilmiş 1,65 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının tutulması; tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019-cu il) yönəldilməsi; ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılınası, satışdan əldə olunan vəsaitin borca tutulması, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh1 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzili ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 28-xx-xx-2017-AF-BP nömrəli, xx.xx.2017-ci il tarixli Təminatlı Kredit müqaviləsinə əsasən cavabdehə 224 ay müddətinə, illik 8 faiz olmaqla 182800 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit borcunun təminatı kimi Bankla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və sonuncuya məxsus ümumi sahəsi 107.3 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ünvanında yerləşən 73 saylı evin 52 nömrəli mənzili (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) ipoteka hüquqi ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 28-xx-xx- 2017-AF-BP saylı, xx.xx.2017-cı il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Göstərilən Təminatlı Kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Zaminlik müqavilələrinə əsasən borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zaminlər kreditor qarşısında kredit məbləğini, hesablanacaq faizləri, dəbbə pulunu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyırlar. Lakin borc alan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlərə kreditin qaytarılması haqqında tərəfindən xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. xx.xx.2021-ci il tarixə 28-xx-xx- 2017-AF-BP nömrəli, xx.xx.2017-ci il tarixli Təminatlı kredit müqaviləsinə əsasən cavabdehlərin Banka 170730,10 manat əsas, 4704,35 manat faiz borcu olmaqla, ümumilikdə 175434,45 manat məbləğində kredit borcları mövcuddur. Beləliklə, müqavilə üzrə Öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun tələb edilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin (likvid qiymətinin) müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün bank tərəfindən ümumilikdə 50 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 175434,45 manat olduğundan, bank tərəfindən 465,43 manat dövlət rüsumu və 0,70 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərəməhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ciil tarixli, 28-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh1 224 ay müddətinə, illik 8% ödəmək şərti ilə 182800 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzil xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir; "xxxx" ASC ilə Cavabdeh3 MTKarasında bağlanmış xx.xx.2017-ci il tarixli, 28-xx-xx-2017- AF-BP saylı zaminlik müqaviləsinə əsasən borcalanCavabdeh1xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh3 MTK borcalanCavabdeh1 ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 28-xx-xx-2017-AF-BP saylı zaminlik müqaviləsinə əsasən borcalanCavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh2 borcalanCavabdeh1 ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 224ay ərzində, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2036-cı il tarixədək hər ay 1574,00 (sonuncu ay 1560,47) manatödəməli idi; xx.xx.2017-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 "xxxx" ASC-dən 182800manat məbləğində pulu qəbul etmişdir; "xxxx" ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür kixx.xx.2017-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti) müqaviləsi üzrə əsas borc üzrə 170730,10 AZN, faiz borcu üzrə 4704,35manat məbləğində borcu yaranmışdır. "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli təminatlı kredit (daxili ipoteka krediti) müqaviləsi üzrə əsas borc üzrə 170730,10 AZN, faiz borcu üzrə 6320,94 manat, iddia ərizəsini verilməsi üçün ödənilmiş dövlət rüsumu 467,05 manat, bank tərəfindən ödənilmiş komissiya haqqı 1,10 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzil "xxxx" ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə 3135 nömrəli reyestr kitabının 292799 nömrəli vərəqində qeydiyyata alınmışdır; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 aprel 2022-ci il tarixli ƏEM/A 32-283/22 qiymətləndirmə rəyinin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilinin bazar dəyəri 214.000 (iki yüz on dörd min) manat, likvid dəyəri 203000 (iki yüz üç min) məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 466,13manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmışxx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən borcluya 224 ay müddətinə, illik 8 faiz olmaqla 182800 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 və Cavabdeh3 MTK arasında ayrı-ayrılıqda xx.xx.2017-ci il tarixdə zaminlik müqavilələri imzalanmışdır.Zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Lakin kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 170730,10 AZN, faiz borcu üzrə 6320,94 AZN, cəmi 177051,04manat borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh1 182800manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zaminlərCavabdeh2 və Cavabdeh3 MTK borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-danmüştərək qaydada əsas borc üzrə 170730,10 AZN, faiz borcu üzrə 6320,94 AZN, cəmi 177051,04 manat "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 sentyabr 2019-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzil iddiaçı "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak 219437,55 manata qiymətləndirilmişdir (1.6-cı bənd). Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda torpaq sahəsinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq əmlakın qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 aprel 2022-ci il tarixli ƏEM/A 32-283/22 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilinin ilkin satış qiyməti onun likvid dəyəri məbləğində 203.000 (iki üç min) manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin “istifadə hüququna xitam verilməsi” hissəsini əsassız hesab edərək qeyd edir ki, ipoteka predmeti olan mənzilin mülkiyyətçisi hazırda "xxxx" ASC olmadığından qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 465,43 manat dövlət rüsumu, 0,70 manat bank xidmət haqqı, tələbin həcminin artırılmasıüçün ödənilmiş 1,65 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, 30 manat xidmət haqqı, həmçinin 150 manat məbləğində ekspertiza xərci cavabdehlərə aid edilsin. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaqismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 170730,10 AZN, faiz borcu üzrə 6320,94 AZN, cəmi 177051,04 (yüz yetmiş yeddi min əlli bir manat dörd qəpik) AZN kredit borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 465,43 manat dövlət rüsumu, 0,70 manat bank xidmət haqqı, tələbin həcminin artırılması üçün ödənilmiş 1,65 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, 30 manat xidmət haqqı tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzilinin ilkin satış qiyməti 203000 (iki yüz üç min) manat məbləğində müəyyən olunsun. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.3 kv.m olan 52 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-571/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-571/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver