Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-577/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzil üzərində payların müəyyən edilməsi, məcburi payın tamamlanması və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş (açar sözlər: miras əmlak, mirasda məcburi pay, məcburi payın tamamlanması hüququ, özbaşına tikili) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzil üzərində payların müəyyən edilməsi, məcburi payın tamamlanması və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan ataları X13 ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən mənzil və ünvan 5rləşən mənzil üzərində 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə X8 paylarının müəyyənləşdirilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 115, mənzil 27 ünvanda yerləşən mənzilin hər birinə 1/8 hissə, cəmi 1/4 hissə verilməklə məcburi paylarının tamamlanması, həmin mənzilin 1/8 hissəsi üzərində İddiaçı2, 1/8 hissəsi üzərində İddiaçı1 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh1 mülkiyyətində olan ataları X13 ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən mənzil və ünvan 5rləşən mənzil üzərində 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə X8 paylarının müəyyənləşdirilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 115, mənzil 27 ünvanda yerləşən mənzilin hər birinə 1/8 hissə, cəmi 1/4 hissə verilməklə məcburi payın tamamlanması, həmin mənzilin 1/8 hissəsi üzərində İddiaçı2, 1/8 hissəsi üzərində İddiaçı1 mülkiyyət hüququnun tanınması, X6 miras qalmış 6.309,76 manat pulun Cavabdeh1 tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 X4nun qanun üzrə birinci növbəli vərəsələridir. X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Hazırki iş üzrə üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 mərhumun ölümündən dərhal sonra saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tərtib olunmasına nail olmuş (mərhumun uşaqlarının adlarını düzgün göstərməyərək), həmin şəhadətnaməyə əsasən Bakı Şəhəri 51 saylı Notariat Kontoruna müraciət edərək, sözügedən miras əmlakı tək vərəsə kimi qəbul etmişlər. Bakı Şəhəri 51 saylı Notariat Kontoru isə digər vərəsələrin dairəsini araşdırmayaraq 08 iyul 2023-cü il tarixli, 2V-89 saylı və 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tərtib etmişdir. Bu baxımdan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1893/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onların, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhəri 51 saylı Notariat Kontoruna qarşı (Cavabdeh1 və Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) "vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair" iddiaları təmin edilmiş, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən V-2/2023 saylı vərəsəlik işi üzrə verilmiş 08 iyul 2023-cü il tarixli, 2V-89 saylı və 08 iyul 2023-cü il tarixli, 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Göstərilən məhkəmə qətnaməsi qüvvəyə mindiyindən icraya yönəlmişdir. Nəsimi Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmış iddia zamanı verilmiş sorğuya cavabdan məlum olmuşdur ki, Cavabdeh1 notariat orqanına tək vərəsələrin dairəsi ilə bağlı deyil, miras əmlakların dairəsi barədə də yanlış məlumat vermişdir. Belə ki, məlum olmuşdur ki, Cavabdeh1 mərhum ataları X13 ilə birgə nikahda olduğu dövrdə 19 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən mənzili və 01 avqust 2022-ci il tarixdə isə ünvan 2 ünvandakı mənzili alqı-satqı ilə əldə etmiş, həmin mülklər atası X13 vəfat etdiyi gün, yəni 05 yanvar 2023-cü il tarixdə də onun mülkiyyətində olmuş və hal-hazırda da mülkiyyətindədir. Ailə Məcəlləsinin 32-37-ci maddələrinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak ər-arvadın birgə mülkiyyəti hesab edilir, onlar arasında bərabər bölünür. Bundan da görünür ki, yuxarıda göstərilən evlərin yarısına pay hüququ atalarına məxsus olmuşdur və mənzillərin atasına məxsus hissəsi miras kütləyə daxil edilməli və oradan pay çatmalıdır. Onlar 28 sentyabr 2024-cü il tarixli ərizə ilə Bakı şəhəri 51 saylı notariat ofisinə müraciət edərək ataları X6 qalan miras əmlaka daxil olan ünvan 1 ünvanda, həmçinin ünvan 3 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 115, mənzil 27 ünvanda yerləşən mənzillərdən onlara çatmalı olan paya dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişlər. Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən verilmiş 28 sentyabr 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, vərəsələrin yazılı ərizəsinə əsasən yalnız sağ qalmış arvadın razılığı ilə ölmüş ərin ümumi əmlakındakı payı da müəyyən edilə bilər. Belə razılıq olmadıqda əmlakdakı payı müəyyənləşdirmək və şəhadətnamənin verilməsi mümkün deyil. Cavabdeh1 razılıq vermədiyindən göstərilən mənzillərdə atalarının payının müəyyənləşdirilməsi və onlara həmin miras əmlaklardakı paylara dair vərəsəlik şəhadətnamələrinin verilməsi mümkün olmamışdır. Belə olduğu halda ünvan 1 ünvanda, həmçinin ünvan 5rləşən mənzillərdə atalarının payı məhkəmə qaydasında müəyyən edilməli və həmin pay miras kütləsinə daxil edilməlidir. Bundan başqa ataları X13 vəfat etməmişdən bir neçə gün əvvəl öz mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 115, mənzil 27 ünvanda yerləşən mənzili Cavabdeh1 bağışlamışdır. Qanunvericiliyin tələbinə görə həmin mənzildən onlara pay çatmalıdır. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 115, mənzil 27 ünvanında yerləşən mənzilin, ünvan 6 ünvanında yerləşən mənzilin, ünvan 7 ünvanında yerləşən mənzilin, ünvan 8 yerləşən fərdi yaşayış evinin və “Nissan Sentra" minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 ilə X8 birgə nikahları dövründə əldə etdikləri əmlaklar hesab edilməsi, bu əmlakların xüsusən də ünvan 8 yerləşən fərdi yaşayış evinin həm birgə nikah dövründə əldə edilmiş əmlak, həm də miras kütləsinə (miras aktivinə, miras dəyərinə) daxil edilməsi və ya aid edilməsi, X8 dörd vərəsəsinin - Cavabdeh1, Cavabdeh2, İddiaçı2 və İddiaçı1 olmasının təsdiq və nəzərə alınması, Cavabdeh1 ünvan 8 yerləşən ümumi sahəsi 106.20 kv.m-dən ibarət olan fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən ona 1/2 hissədə pay hüququnun tanınması, digər əmlakların - Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 115, mənzil 27 ünvanında yerləşən mənzilin; ünvan 6 ünvanında yerləşən mənzilin, ünvan 7 ünvanında yerləşən mənzilin və “Nissan Sentra” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab edilərək Cavabdeh1 1/2 hissədə paylarının, vərəsə kimi isə qeyd olunan hər-bir əmlaklar üzrə qalan 1/2, yəni 50%-nə 1/4 hissədə miras paylarının müəyyən edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 X15 küçəsi, ev 115, mənzil 27 ünvanında yerləşən mənzildən 1/16 hissədə, qalan əmlaklardan 1/8 hissədə tələb etdikləri paylarının dəyərinə münasibətdə isə, onlara miras əmlak kütləsindən 137000 manat dəyərində ünvan 8 yerləşən ümumi sahəsi 106.20 kv.m-dən ibarət olan fərdi yaşayış evinin 2, yəni 50%-i (68.500 manat) hissəsinin verilməsini (pay düşməsini) nəzərə alaraq onların digər miras əmlaklardan pay tələb etmək hüquqlarının olmaması (bu tələblərə dair iddialarının rədd edilməsi), digər hissələrdə isə iddanın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz və vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 X4 ilə xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bundan sonra X4 xx.xx.1994-cü il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ev 128 B evi almışdır. Daha sonra həmin evə dair 7954 nömrəli qeydiyyat vəsiqəsi alaraq qeyd olunan evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 16 nömrəli reyestr kitabında 2336 səhifəsində qeydə alma, 30/5911 nömrədə xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. 2022-ci il tarixdə isə birgə nikah dövründə alınmış ünvan 9 ünvanında yerləşən ev söküntü sahəsinə düşdüyündən qarşılıqlı razılaşmaya əsasən tikinti şirkəti tərəfindən sökülərək əvəzində digər yaşayış sahəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə isə X13 uzun sürən ağır xəstəlikdən - daixili orqanlarında bədxassəli şiş-xərçəng xəstəliyindən vəfat etmişdir. X13 2019-cu il tarixdən xərçəng xəstəliyindən əziyyət çəkmiş, ölkə xaricindəki və daxili tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən mütəmadi çoxşaxəli müayinələr, ağır və xüsusi müalicələr və cərrahi əməliyatlar keçirmişdir. Bununla bağlı 2019-cu ilin sonlarında və 2022-ci ilin əvvəlində iki dəfə Türkiyə Respublikasında yerləşən "MEDİCAL PARK" tibb müəssisəsində doktor Serkan Çelik tərəfindən hər dəfə 10-20 gün müddətində həmin tibb müəssisəsində stasionar müayinə və müalicə olunmuşdur. Bununla da 2019-cu il üçün ümumilikdə həmin tibbi xərclər üçün 20.000 manat, 2022-ci il üçün isə ümumilikdə həmin tibbi xərclər üçün 10.000 manat vəsait ödənilmişdir. Milli Onkoliya Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, 2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cərrahiyə əməliyyatı icra edilmiş, bir neçə dəfə kimyaterapiya müalicə kursu almışdır. Ümumilikdə 33 kurs kimyaterapiya müalicəsi almış və hər kursa isə 1.500 manat olmaqla, bu kimyaterapiyalara 50.000 manatdan çox vəsait xərclənmişdir. Bundan əlavə X8 dəfn xərcləri ilə bağlı (dəfni - üç mərasimi 5.200 manat; qırx mərasimi 2.200 manat: il dönümü 1920 manat; qəbir daşı 3.500 manat: cümə axşamları və s. 2700 manat) ümumilikdə 15.520 manat məbləğində pul xərclənmiş və istər müalicəsi ilə bağlı xərclənən vəsait, istərsə də ölümü ilə bağlı xərclənən vəsait onun həyat yoldaşı Cavabdeh1 və oğlu Cavabdeh2 tərəfindən bəzi hissəsi digər şəxslərdən borc alınmaqla qarşılanmışdır. Hazırki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 isə nəinki, bu xərclərə bir manat belə kömək etməmişlər, ümumiyyətlə heç vaxt atalarının səhhəti ilə bağlı maraqlanmamışlar, ona heç vaxt baş çəkməmişlər, telefon zəngi belə etməmişlər. X4 xx.xx.2013-cü il tarixli, ev alğı-satqı müqaviləsinə əsasən ünvan 10 ünvanında yerləşən (ümumi sahəsi 208 kv/m - tikinti altı sahəsi 106.20 kv/m, həyətyanı sahəsi 101.80 kv/m) fərdi yaşayış evini almışdır. Həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət çıxarışının olmamasına baxmayaraq, ev bütün kommunal xidmətlərlə təchiz edilmiş və hazırda qeyd olunan evdə iddaçı İddiaçı2 ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025ci il tarixli, 0156 saylı hesabatdan görünür ki, ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 106.20 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin bazar qiyməti 137000 manat müəyyən olunmuşdur. Bununla da Cavabdeh1 ilə X4 birgə nikahları dövründə tələbdə qeyd olunan əmlaklardan əlavə qeyd edilən fərdi yaşayış evini almışlar və hazırda iddaçı İddiaçı2 istifadəsindədir. Lakin iddaçılar həmin əmlakı birgə nikah dövründə əldə olunmuş və miras əmlak kütləsinə daxil etməməklə onu qanunsuz olaraq mənimsəmək və onu miras əmlak kütləsindən yayındırmaq istəmişlər. Odur ki, qanunvericiliyin tələblərinə əsasən həmin fərdi yaşayış evi həm birgə nikah dövründə əldə edilmiş əmlak kütləsinə, həm də miras əmlak kütləsinə daxil edilməklə həmin əmlak və ya onun dəyəri miras əmlaklarda paylar müəyyən edilən zaman mütləq nəzərə alınmalıdır. Cavabdeh1 ilə X4 ölməmişdən öncə belə razılığa gəlmişlər ki, ünvan 8 yerləşən fərdi yaşayış evinin (onun dəyərinin) bir qismi X4nun birinci nikahdan olan övladları İddiaçı2 və İddiaçı1 verilsin, qalan hissəsi və digər əmlakların ona düşən hissələri isə arvadı Cavabdeh1 və bundan onunla başqa nikahdan olan Cavabdeh2 verilsin. Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 115 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m sahədən ibarət olan 27 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 155000 manat müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən X13 mülkiyyətində olmuş və birgə nikah dövründə əldə edilmiş mənzili tam olaraq arvadı Cavabdeh1 bağışlamışdır. Mənzil birgə nikah dövründə əldə olunduğundan onun yarısı Cavabdeh1 məxsusdur, qalan yarı hissəsinə isə dörd nəfər vərəsənin (1. Cavabdeh1; 2. Cavabdeh2;
3. İddiaçı2 və 4. İddiaçı1) bərabər payları müəyyən edilə bilər. Həmin ev artıq Şirzad Əliyevin sağlığında bağışlanmışdır və bu halda cavabdehlərə MM-nin 1193-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı (məcburi pay) qədər pay düşə bilər. Bu mənzil birgə nikah dövründə əldə olunduğundan onun dəyəri 155.000:2=77.500 bu məbləğ üzrə 4 vərəsə 77.500:4=19375 bu qanun üzrə vərəsələrə düşə biləcək pay və bunun yarısı isə 19375:2=9687.5 manat müəyyən olunur. Beləliklə iddaçılar İddiaçı2 və İddiaçı1 bu mənzildən hər birinə 9687.5 manat dəyərində paylarının tamamlanmasını tələb edə bilərlər. Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 28,6 kv.m sahədən ibarət olan 11 saylı mənzilin bazar qiyməti 62.000 manat müəyyən olunmuşdur. Bu mənzil birgə nikah dövründə əldə olunduğundan onun yarısı Cavabdeh1 məxsusdur, qalan yarı hissəsinə isə dörd nəfər vərəsənin bərabər payları müəyyən edilə bilər. Beləliklə iddiaçılar İddiaçı2 və İddiaçı1 bu mənzildən hər birinə 7750 manat dəyərində pay tələb edə bilərlər. ünvan 12 ünvanında yerləşən ümumi nəticəsində 60.500 manat müəyyən olunmuşdur. Bu mənzil birgə nikah dövründə əldə olunduğundan onun yarısı Cavabdeh1 məxsusdur. Qalan yarı hissəsinə isə dörd nəfər vərəsənin bərabər payları müəyyən edilə bilər. iddiaçılar İddiaçı2 və İddiaçı1 bu mənzildən hər birinə 7562.5 manat dəyərində pay tələb edə bilərlər. "Nissan Sentra” avtomobili birgə nikah dövründə əldə olunduğundan onun yarısı Cavabdeh1a məxsusdur, qalan yarı hissəsinə isə dörd nəfər vərəsənin bərabər payları müəyyən edilə bilər. Tələb olunan pul vəsaiti X4nun işlədiyi orqandan 4066.61 manat son haqq hesab kimi, 4872.42 manat isə müavinət kimi onun ölməsi səbəbindən və ölmündən sonra (dəfn pulu, maddi yardım və s.) verilmişdir. Həmin əmlak (pul vəsaiti) isə mərhumun öldüyü məqamadək mövcud olmadığından və konkret təyinatlı olduğundan bu MM-nin 1115-ci maddəsinin tələblərinə uyğun miras əmlak kütləsinə daxil olmadığından vərəsələr arasında bölünə bilməz. İddaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 115 ünvanında yerləşən 27 saylı mənzildən hər birinə 9687.5 manat dəyərində, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 3 ünvanında yerləşən 11 saylı mənzildən hər birinə 7750 manat dəyərində, ünvan 12 ünvanında yerləşən 44 saylı mənzildən hər birinə 7562.5 manat dəyərində və “Nissan Sentra” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobildən hər birinə 1500 manat dəyərində, ümumilikdə isə hər birinə cəmi 26.500 manat (iksinin payının cəmi dəyəri 53.000 manat) dəyərində pay tələb edə bilərlər. Lakin iddaçılara miras əmlak kütləsinin 137.000 (bir yüz otuz yeddi min) manat dəyərində ünvan 8 yerləşən ümumi sahəsi 106.20 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin dəyərinin 50%-i verildiyindən, bunun dəyərinin isə (68.500 manat) onlara miras əmlakdan qanun üzrə düşən payın dəyərindən xeyli çox olması onların hazırki iddasının əsassız olmasına dəlalət edir və təmin edilməsini mümkünsüz etmişdir.
II. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, iddiaçılar X4nun ilk nikahından olan övladlarıdır. Cavabdehlər isə ikinci nikahdan olan həyat yoldaşı və övladıdır. Cavabdeh tərəf vərəsələrin dairəsini və miras əmlakın kütləsini gizlətmişdir. Məhkəmə qətnaməsi ilə onlar birinci dərəcəli vərəsələr kimi müəyyən olunmuşlar. Onlar notariat ofisinə müraciət etsələr də, birgə nikah dövründə əldə edilmiş əmlak arvadının adına olduğundan yalnız məhkəmə tərəfindən bölünə biləcəyi bildirilərək imtina edilmişdir. Mübahisələndirilən iki mənzil Əliyev Şirzad dünyasını dəyişən zaman cavabdehin adına olub. Bundan başqa Əliyev Şirzad dünyasını dəyişməmişdən 10 gün əvvəl öz adına olan mənzili həyat yoldaşına bağışlayıb. Bununla da iddiaçıların məcburi pay hüquqları pozulmuşdur. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, əmlaklar birgə nikah dövründə əldə edildiyindən cavabdehin 1/2 hissədə payı çıxıldıqdan sonra bölgü aparılmalıdır. Həmçinin miras qoyana məxsus olmuş və cavabdehlərin yaşadığı fərdi yaşayış evi də məcburi pay hesablanarkən nəzərə alınmalıdır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 29, V hissə. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə 129, İ hissə. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 180.1. tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1152. Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun; Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir; Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar; Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir; Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır; Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır; Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1251. Əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə etibarlı olan sərəncam vermişsə, o bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə verməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı:
Mülki Məcəllənin 1200-cü maddəsi məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 29,7 kv.m olan ünvan 13 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir; xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, X5 (Satıcı), Cavabdeh1 (Alıcıya) ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 29,7 kv.m olan əmlakı 63500 manata satmış, Cavabdeh1 həmin qiymətə əmlakı almışdır; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 28,6 olan ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixindən Cavabdeh1 mülkiyyətindədir; xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Kerimova Samira (Satıcı), Cavabdeh1 (Alıcıya) ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 28,6 kv.m olan əmlakı 63500 manata satmış, Cavabdeh1 həmin qiymətə əmlakı almışdır; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 15 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir; xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “Hədiyyə verən” (X13), “Hədiyyə alan”a ( Cavabdeh1 ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m olan mənzili tam mülkiyyət üzrə bağışlamışdır. X2 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 imzalamışdır; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə böyrəküstü vəzinin ikincili bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsələri: Cavabdeh1 və Cavabdeh2 onların hər biri miras əmlakdan 1/2 irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində olan 4066,61 manat son haqq hesab və 4872,42 manat məbləğində müavinətdən ibarətdir; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsələri Cavabdeh1 və Cavabdeh2 və onların hər biri miras əmlakdan 1/2 irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: X10 məxsus olmuş 2014-cü il buraxılışlı “Nissan Sentra” minik markalı **-ZT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1893/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 51 saylı Notariat Konturuna qarşı ( Cavabdeh1 və Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən V-2/2023 saylı vərəsəlik işi üzrə verilmiş 08 iyul 2023-cü il tarixli, 2V-89 saylı və 08 iyul 2023-cü il tarixli, 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsələri: İddiaçı2, İddiaçı1 və onların hər biri miras əmlakdan 1/4 (ümumi əmlakdan 1/8) hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: X10 məxsus olmuş 2014-cü il buraxılışlı “Nissan Sentra” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsələri: İddiaçı2 və İddiaçı1 onların hər biri miras əmlakdan 1/4 (ümumi əmlakdan 1/8) hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində olan 4066,61 manat son haqq hesab və 4872,42 manat məbləğində müavinətin 1/2 hissəsindən ibarətdir; xx.xx.2024-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərarın surətindən görünür ki, İddiaçı2 və İddiaçı1 V-2/2023 nömrli vərəsəlik işi üzrə ümumi əmlakdakı paya vərəsələlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0156 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 115 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m sahədən ibarət 27 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 155000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ev 3 ünvanında yerləşən ümumi sahəsi 28,6 kv.metrdən ibarət 11 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 62000 manat, Abay Kunanbayov küçəsi ev 28 ünvanında yerləşən ümumi sahəsi 29,7 kv.m sahədən ibarət 44 saylı mənzilin bazar qiyməti 60500 manat, "Nissan Sentra" minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla təxminən 16300 manat, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsi, ev 8-A ünvanında yerləşən ümumi sahəsi 106,20 kv.m sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 137000 manat müəyyən edilmişdir. Qiymətləndirmə tədqiqatının dəyəri 500 manat təşkil edir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Nissan Sentra" minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə X13 tərəfindən gömrük bəyannaməsinə əsasən əldə edilmiş, daha sonra vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh2 sahibliyinə keçmişdir. xx.xx.2023-cü il tarixdə həmin avtomobil alğı-satqı müqaviləsinə əsasən X1. Hazırda onun adına qeydiyyatdadır; xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 “Nissan Sentra" minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata X3; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin sorğuya cavab məktubundan görünür ki, sabiq əməkdaş X8 vəfatı ilə əlaqədar olaraq Dövlət Vergi Xidmətinin "İşçi heyyətinin siyahısından çıxarılması haqqında" əmrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin verilməsi tapşırılmışdır. Qeyd olunanlarla əlaqədar 4872.42 manat hesablama aparılmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusunun təqdim etdiyi "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında vərəsələrin hesabına köçürülmüşdür; Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 130 nömrəli məktubunun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsi, ev 8-A ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı2 qeydiyyatsız yaşayır. Torpaq Bələdiyyə torpağıdır. İddiaçıların ilkin tələbi miras qoyana məxsus əmlak üzərində miras paylarının müəyyən edilməsi məqsədilə, atalarının sağlığında cavabdehlə birgə nikah dövründə əldə etdiyi əmlakın miras qoyanla cavabdeh arasında bərabər hissələrdə bölünməsindən ibarətdir. Bu münasibətlərə ər-arvadın nikah müddətində əldə etdikləri əmlakın rejimi ilə bağlı normalar tətbiq edilməlidir. İşin halllarından göründüyü kimi, X13 və Cavabdeh1 16 iyun 1993-cü il tarixində nikaha daxil olmuş, miras qoyan Əliyev Şirzad xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçılar miras qoyanın birinci nikahından, Cavabdeh2 ikinci nikahından olan övladları, digər cavabdeh isə arvadıdır. Mübahisələndirilən ünvan 17 ünvanında yerləşən mənzil 01 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında, digər ünvan 18 ünvanında yerləşən mənzil isə 19 iyun 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin dövrdə X20 ilə cavabdehin birgə nikahda olmaları və birgə təsərrüfat aparmaları işin mübahisələndirilməyən halıdır. Həmçinin iddiaçıların bu cür iddia qaldırmağa subyektiv hüquqları məhz vərəsəlik hüququndan irəli gəlir və bu hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddiaları təmin edilmiş, cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilmişdir. Bununla da onlar mirası qəbul etmiş qanun üzrə vərəsələr kimi tanınmışlar. Bu baxımdan iddia əmlakın bölünməsi hissəsində təmin edilməli, ünvan 1 ünvanda yerləşən mənzil və ünvan 5rləşən mənzil üzərində 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə isə X4nun payları müəyyən edilməlidir. İddiaçıların vərəsəlik hüquqlarının pozulması nəticəsində dəymiş zərərin əvəzi olaraq 6309,76 manat pulun tutulması tələbi ilə bağlı qeyd olunmalıdır ki, miras əmlakın bütün vərəsələrin razılığı olmadan satılması razılığı alınmayan vərəsələrin Azırbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə tanınan və qorunan vərəsəlik hüququndan məhrum edilməsinə yönəlmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Əgər miras əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi tələbi irəli sürülməmişdirsə və ya bunun üçün əsas yoxdursa, bu zaman hüquqları pozulmuş vərəsə miras kütləsinə daxil olmuş əşyalardan onun vərəsə kimi payına düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etmək hüququna malikdir. Hazırki iş üzrə iddiaçılar miras kütləsinə daxil olan və cavabdehlər tərəfindən satılmış nəqliyyat vasitəsinin bazar dəyərinin, eləcə də mərhumun iş yeri tərəfindən ödənilmiş 4066,61 manat son haqq hesab və 4872,42 manat müavinətin ½ hissəsinin (hər birinə ¼ hissə olmaqla) onlara verilməsini xahiş edirlər. İş materiallarına əlavə edilmiş Baş X21 İdarəsinin arayışından görünür ki, “Nissan Sentra” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixində gömrük bəyannaməsinə əsasən X8 adına rəsmiləşdirilmişdir. Miras qoyanın vəfatından sonra həmin nəqliyyat vasitəsinə dair cavabdehlərin hər birinin ½ hissədə payları müəyyən edilməklə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə dair sənədlərdən görünür ki, Cavabdeh1 BDYPİ-yə ərizə ünvanlayaraq nəqliyyat vasitəsinin şəhadətnaməsinin oğlu Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 isə 15 avqust 2023-cü il tarixində həmin nəqliyyat vasitəsini X9 12000 manata satmışdır. Nəqliyyat vasitəsi satıldığından iddiaçıların miras əmlakın onlara çatası pay həddində zərərin ödənilməsini tələb etmək hüquqları yaranmışdır. Zərərin məbləğinə gəlincə qeyd edilməlidir ki, məhkəmə tərəfindən qiymətləndirmə rəyi alınmış, nəqliyyat vasitəsinin satıldığı dövrə dəyəri 16300 manat müəyyən edilmişdir. İddiaçılar həmin məbləğin yarısını tələb etsələr də məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsində göstərilmiş məbləğ əsas götürülməlidir. Belə ki, həmin müqavilə etibarsız hesab edilməmişdir və qüvvədədir. Həmçinin qiymətləndirmə nəzəri təhlillər əsasında nəqliyyat vasitəsinə baxış keçirilmədən aparılmışdır. Cavabdeh tərəfin bildirdiyinə görə nəqliyyat vasitəsində müəyyən nasazlıqlar olmuş, bu səbəbdən həmin qiymətə satılmışdır. Qeyd edilənlər baxımından məhkəmə nəqliyyat vasitəsinin dəyəri kimi alğı-satqı müqaviləsində göstərilmiş məbləği, 12000 manatın əsas götürülməsini ağlabatan və qanuni hesab edir. Cavabdehin nəqliyyat vasitəsinə münasibətdə etirazının dəlillərindən biri onun birgə nikah dövründə əldə edilməsi və Cavabdeh1 məxsus 1\2 hissədə payı çıxıldıqdan sonra qalan hissənin dəyərinin vərəsələr arasında bölüşdürülməsindən ibarətdir. Məhkəmə etirazın dəlillərini haqlı hesab edərək qeyd edir ki, nəqliyyat vasitəsi birgə nikah dövründə əvəzli qaydada əldə edildiyindən ailə və mülki qanunvericiliyinin tələblərinə əsasən birgə əmlak hesab edilir və Cavabdeh1 1\2 hissədə payı çıxıldıqdan sonra qalan məbləğ 4 vərəsənin payına uyğun bölünməlidir. Həmçinin nəqliyyat vasitəsinə dair vərəsəlik şəhatnaməsi verilmiş və İddiaçı2, İddiaçı1 hər birinin miras əmlak olan nəqliyyat vasitəsi üzərində 1/4 (ümumi əmlakdan 1/8) hissədə paylarının olduğu müəyyən edilmişdir. Bu baxımdan iddia həmin hissədə qismən təmin edilməli, vurulmuş zərərə görə iddiaçıların hər birinə 1500 manat məbləğində pul (12000:1/2:1/4=1500) nəqliyyat vasitəsini satan cavabdehdən - Cavabdeh2 tutularaq ödənilməlidir. Son haqq-hesab və müavinətə görə zərərin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, Milli Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı məktubdan göründüyü kimi, 08 iyul 2023-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında son haqq hesab və müavinət vərəsələr Cavabdeh2 və X7 hesabına köçürülmüşdür. Sonradan həmin şəhadətnamə etibarsız hesab edilmişdir. Yenidən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X8 vərəsələri İddiaçı2 və İddiaçı1 hər birinin 4066,61 manat son haqq hesab və 4872,42 manat məbləğində müavinətin 1/4 (ümumi əmlakdan 1/8) hissədə payları müəyyən edilmişdir. Son haqq-hesab və müavinətin cavabdehlər tərəfindən alınması işin mübahisələndirilməyən halıdır. Son haqqhesab miras əmlaka daxil olduğundan və birgə nikah dövründə qazanılmış əmlak olduğundan Cavabdeh1 ½ hissədə payı çıxıldıqdan sonra qalan məbləğ 4 vərəsə arasında bölünməlidir. Bu zaman iddiaçıların hər birinə düşəcək məbləğ 4066,61:2:4=508,3 manat təşkil edir və həmin pul məbləği cavabdehlərdən tutularaq iddiaçılara ödənilməlidir. İddia tələbinin müavinətin iddiaçılara düşən hissəsinin cavabdehlərdən tutulması ilə bağlı isə məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən ödənilmiş 4872,42 manat pul miras qoyanın ölümü ilə əlaqədar verildiyindən miras əmlak kütləsinə daxil deyildir. Belə ki, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Vəfat edən işçinin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ödənilən birdəfəlik ödənişin isə miras əmlak olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. Göründüyü kimi, hazırki iş üzrə birdəfəlik ödəmə mərhumun ölümü ilə əlaqədar onun iş yeri tərəfindən ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Həmçinin nəzərə alınmalıdır ki, miras qoyanın uzun müddət xəstəlikdən müalicə alması, ona qulluq edilməsi, dəfn, yas mərasimləri və sair ilə bağlı xərclər cavabdehlər tərəfindən ödənilmiş, bu halı iddiaçı tərəf də qəbul etmişdir. Bu baxımdan məhkəmə cavabdehin etirazının dəlillərini və çəkilən xərclərin ağlabatan məbləğini nəzərə alaraq müavinətə görə ödənilmiş pulun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsini ədalətli hesab etmir. İddia tələbinin məcburi payın tamamlanması hissəsi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Məcburi payın tamamlanması tələbinin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Lakin bu cür bərpa bağışlanmış əşya üzərində məcburi pay hüququ olan vərəsənin mülkiyyət hüquqlarının müəyyən edilməsi ilə deyil, məcburi payın arta biləcəyi məbləğin əşyanın bağışlandığı şəxsdən tutulması yolu ilə həyata keçirilir. Hazırki iş üzrə Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 115 ünvanında yerləşən 27 saylı mənzil xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Əliyev Şirzad tərəfindən Cavabdeh1 bağışlanmışdır. Məhkəmə tərəfindən alınmış qiymətləndirmə rəyində Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 115 ünvanında yerləşən ümumi sahəsi 79,6 kv.m sahədən ibarət 27 saylı mənzilin bazar dəyəri 155000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ev 3 ünvanında yerləşən ümumi sahəsi 28,6 kv.m sahədən ibarət 11 saylı mənzilin bazar qiyməti 62000 manat, ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 29,7 kv.m sahədən ibarət 44 saylı mənzilin bazar qiyməti 60500 manat, "Nissan Sentra" minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 16300 manat müəyyən edilmişdir. Lakin məhkəmə nəqliyyat vasitəsinin dəyəri kimi alğı-satqı müqaviləsində göstərilən məbləğin əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Həmçinin miras əmlaka mərhumun işlədiyi Milli Gəlirlər Baş İdarəsi tərəfindən hesablanmış 4066,61 manat son haqq-hesab da daxildir. O da nəzərə alınmalıdır ki, qeyd edilən əşyalar birgə nikah dövründə əldə edildiyindən Cavabdeh1 ½ hissədə payı çıxıldıqdan sonra 4 vərəsə arasında bölünməklə müvafiq hesablama aparılmalıdır. Beləliklə, mirasdan məcbiru payın tamamlanması zərurətinin yaranması üçün əsasların olub-olmamasını müəyyən etmək məqsədi ilə miras aktivinin ümumi dəyəri müəyyən olunmalıdır. Hazırki iş üzrə miras kütləsinə daxil olan ümumilikdə miras əmlakın dəyəri (62000+60500+12000+4066,61):1/2=69.283,3 manat təşkil etmişdir. Həmin məbləğ isə 4 vərəsə arasında bölündükdə hər bir vərəsəyə 17320,83 manat düşür. Bağışlanmış əşya daxil edildikdə isə miras əmlakın dəyəri 69283,3+155000=224.283,3 manat olur. Bu zaman məcburi pay 1/8 hissə olmaqla, 224,283,3 : 4 (vərəsə) : 2 (məcburi pay)=28.035,41 manat təşkil edir. Göründüyü kimi, bağışlanan əmlak miras kütləsinə daxil olan zaman hər bir vərəsənin məcburi payı (28.035,41 manat) qanun üzrə vərəsəlik zamanı onlara düşən paydan (17320,83) çox olduğundan iddiaçıların məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları yaranmışdır. Bu baxımdan məcburi pay hüququ olan vərəsələrə məcburi paylarının tamamlanması üçün 28035,41-17320,83=10714,58 manat pul bağışlanmış əşyanın mülkiyyətçisi Cavabdeh1ından tutularaq ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində bağışlanmış mənzilə dair məcburi pay hüququnun tanınmasını xahiş etsə də, Mülki Məcəllənin 1200-cü maddəsinin tələbləri baxımından vərəsənin bağışlanmış əşya üzərində məcburi pay hüququ tanındığı halda, həmin payın tamamlanması üçün müvafiq pul məbləği hesablanaraq ona ödənilməlidir. Hazırki iş üzrə iddiaçıların daşınmaz əşya bağışlandığından məcburi pay hüquqları pozulmuşdur, bu səbəbdən bağışlanmış mənzil üzərində onların məcburi pay hüquqları tanınmaqla həmin payın artırılması məqsədilə yuxarıda qeyd edilən pul məbləği ödənilməlidir. Məhkəmə qeyd edilənlər baxımından prosessual qənaət prinsipini və Mülki Prosessual Məcəllənin 218-ci maddəsinin tələblərini nəzərə alaraq məcburi payın tamamlanması üçün pul məbləğinin ödənilməsini iddia tələbindən kənara çıxma kimi qiymətləndirmir. Cavabdehin Xırdalan şəhərində yerləşən və cavabdehlərə verilmiş qanunsuz tikilinin də nəzərə alınmalı olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, miras əmlaka yalnız dövlət tərəfindən tanınan və qorunan hüquqlar daxil edilir. Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin isə özbaşına tikili olması işin mübahisələndirilməyən halıdır. Sözügedən tikili özbaşına tikili olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 180 və 1151-ci maddələri baxımından X4nun əmlakı hesab edilmirdi və miras əmlak toplusuna daxil deyildir. Cavabdehin özbaşına tikili üzərində pay hüququnun tanınması və sair barədə dəlilləri ilə əlaqədar isə məhkəmə qeyd edir ki, həmin dəlillər əsassız olmaqla hazırki iş üzrə etiraz və ya vəsatətlə həll edilməli olan məsələlər sırasına aid deyildir.
V. Nəticə:
Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən mənzil və ünvan 20 ünvanda yerləşən mənzil üzərində 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə X4nun payları müəyyən edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 115 ünvanında yerləşən 27 saylı mənzilə məcburi pay hüquqları tanınmaqla mənzilin dəyərindən hər birinə 10714,58 manat məbləğində pul Cavabdeh1 tutularaq ödənilməlidir. Həmçinin vurulmuş zərərə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 1500 manat məbləğində pul Cavabdeh2, hər birinə 508,3 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 20 ünvanında yerləşən mənzil üzərində 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə X4nun payları müəyyən edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 115 ünvanında yerləşən 27 saylı mənzilə məcburi pay hüquqları tanınmaqla mənzilin dəyərindən hər birinə 10714,58 (on min yeddi yüz on dörd manat, əlli səkkiz qəpik) manat məbləğində pul Cavabdeh1 tutularaq ödənilsin. Vurulmuş zərərə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 1500 (min beş yüz) manat məbləğində pul Cavabdeh2, hər birinə 508,3 (beş yüz səkkiz manat, otuz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22) ödənilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən, tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərgiz Tağıyeva