Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-637/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 14655,74 manat olmaqla, bundan 12930,11 manat əsas borc, 1417,83 manat faiz borcu, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 307,80 manat faiz borcu və iş üzrə ödənilmiş 45,83 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka predmeti “AUDİ Q7” minik markalı (buraxılış ili-2006, Ban-WAUAV94L37D015106), rəngi qara, **- SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cil il tarixli, ***-*******AK13İ310120-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 16000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “AUDİ Q7” minik markalı (Buraxılış ili-2006, Ban- WAUAV94L37D015106), rəngi qara, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 31 yanvar 2020-ci il tarixli ***-*******AKİ310120-01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “AUDİ Q7” minik markalı (Buraxılış ili-2006, Ban-WAUAV94L37D015106), rəngi qara, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli **********770 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixində 600 manat məbləğində ödəniş etmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya qismən etiraz edərək bildirmişdir ki, o, 16000 manat bankdan pul götürmüşdür və 12000 manat da ödəniş etmişdir. Düzdür, ödənişlərdə gecikmələr olub. Lakin bu qədər ödəniş etdiyi halda hazırda ondan 14655 manat pul tələb edirlər. 2 dəfə ekspertiza keçirilsə də, məbləğlər eyni göstərilmişdir, cüzi azaldılmışdır. Həmin məbləğlərlə razı deyil. Avtomobilin hərraca çıxarılmasına etiraz etmir. Həmin məsələni məhkəmənin mülahizəsinə buraxır. İddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***- *******AKİ310120-01 saylı kredit müqaviləsinə əsasən borc verən LPO İddiaçı ASC borc alan Cavabdeh 36 ay müddətinə illik 32,35% olmaqla 16000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - “Bank” LPO İddiaçı və “İpoteka qoyan” Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***-*******AKİ310120-01 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan “Audi Q7” minik markalı, 2006-cı il buraxılışlı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixli, 2022/0071-01 saylı istehlak krediti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “Bank”ın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.4-cü bəndinə görə ipoteka predmetinin dəyəri 23500 manat müəyyənləşdirilir; - AD seriyalı 656875 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh “Audi Q7 minik” markalı, **-SO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibidir; - xx.xx.2021-ci il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh 16000 manat pul verilmişdir; - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, ***-*******AKİ310120-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 12930,11 manat əsas, 1417,83 manat faiz, 0 manat cərimə borcu, 307,8 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu olmaqla, cəmi 14655,74 manat borcu vardır; - LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borcunun olması və onun tam ödənilməsi barədə xəbərdar edilmişlər; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/441 saylı rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***-*******AKİ310120-01 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinə, yəni xx.xx.2023-ci tarixə Cavabdeh banka olan borcu əsas borc-12935,87 manat, faiz borcu - 1162,41 manat; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***-*******AKİ310120-01 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla kredit müqaviləsinin müddəti bitdikdən sonra illik beş faizlə xx.xx.2023-cü il tarixinə Cavabdeh banka olan əsas borc- 12.935,87 manat, faiz borcu - 562.41, beş faizlə borcu - 307,23 manat olaraq müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4370 saylı əlavə ekspertiza rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, ***-*******AKİ310120-01 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə X3 xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2023-cü il tarixədək (maliyyə arayışının tarixi) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2021-ci il tarixədək əsas borc üzrə 15698,87 manat, faiz borcu üzrə 2226,45 manat, xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 12935,87 manat, faiz borcu üzrə 562,41 manat, faiz borcu üzrə (5%-lə) 307,23 manat olaraq müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 133,97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 16000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus nəqliyyat vasitəsi ilə təmin edilmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini məhkəmədən xahiş edir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, borc (kredit) müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən borcalan Cavabdeh 36 ay müddətinə, illik 32,35 faiz olmaqla 16000 manat məbləğində kredit verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, kassa məxaric orderi, maliyyə arayışı həmçinin cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Əsas borcun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4370 saylı ekspert rəyi ilə əsas borcun məbləğinin xx.xx.2023-cü il tarixinə 12935,87 manat olduğu müəyyən edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş 30 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən əsas borca görə 15688,11 manat, faiz borcuna görə 2184,89 manat olmaqla, cəmi 17873 manat məbləğində pulun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Qeyd olunduğu kimi hazırki iş üzrə cavabdehə 30 iyul 2021-ci il tarixdə borcun tam ödənilməsi barədə bildiriş göndərilmiş və həmin tarixdən də müqavilə ləğv edilmişdir. Məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilmiş və ekspert qarşısında bildirişin göndərildiyi tarixə əsas və faiz borcunun məbləğinin nə qədər olması barədə sual qoyulmuşdur. Ekspert rəyi ilə cavabdehə bildirişin göndərildiyi xx.xx.2021-ci il tarixinə əsas borcun məbləğinin 15693,87 manat, faiz borcunun 2226,45 manat olduğu, xx.xx.2023-cü il tarixinə isə əsas borcun 12935,87 manat, faiz borcunun 562,41 manat olduğu müəyyən edilmişdir. Lakin iş materiallarında olan xx.xx.2021-xx.xx.2024-cü illər arasındakı dövrə aid hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən sonra da xx.xx.2023-cü il tarixədək ödənişlər həyata keçirilmiş və həmin ödənişlərin ümumi məbləği 8810 manat təşkil etmişdir. Bank tərəfindən borcun tam ödənilməsi barədə bildiriş göndərilməklə müqavilənin ləğv edilməsinə baxmayaraq, faizlər hesablanmaqda davam etmiş və ödənilən məbləğlər hesabına, əsasən faizlər silinmişdir. Ekspert rəyində isə həmin hallar nəzərə alınmamışdır. Məhkəmə prosessual qənaət prinsipini və riyazi hesablamalar əsasında ümumi borcun məbləğinin müəyyən edilməsinin mümkün olduğunu nəzərə alaraq yenidən ekspertiza təyin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə ekspert rəyi ilə müqavilənin ləğv edildiyi tarixə əsas borcun məbləğinin 15693,87 manat, faiz borcunun məbləğinin 2226,45 manat olduğunun müəyyən edildiyini və həmin dövrdən sonra cavabdeh tərəfindən cəmi 8810 manat pulun ödənildiyini nəzərə alaraq hesab edir ki, əsas və faiz borcu birlikdə hesablanmaqla, həmin dövrə olan ümumi borcdan 8810 manat pul çıxılmalı ((15693,87+2226,45)-8810), qalıq məbləğ olan 9110,32 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Əsas və faiz borcunun tutulması iddiası qalan hissədə təmin edilməməlidir. İddiaçının illik beş faiz hesablanmaqla 307,80 manat pulun cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir və bu hüququn mövcudluğu kreditorun gəlir əldə etmək imkanına malik olub-olmamasından, yəni hazırki iş üzrə iddiaçı olan bankın ləğv prosesində olubolmamasından asılı edilə bilməz Bu səbəbdən iddia həmin hissədə də qismən təmin edilməli, ekspert rəyinə uyğun olaraq cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 307,23 manat məbləğində pul tutulmalıdır. İddianın, Cavabdeh məxsus ipoteka predmeti olan nəqliyyat vasitəsinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və kreditorun tələbinin satılmış əmlak hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələrini müəyyən edən 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Bunlara əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, eləcə də ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi aiddir. İş materiallarından göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***-*******AKİ310120-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tərəflər arasında xx.xx.2020 il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus “Audi Q 7” markalı, ** SO *** dövlət qeydiyat nişanlı, buraxılış ili 2006-ci il olan nəqliyyat vasitəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 6.1.1 və 6.1.2-ci maddələrinə görə, borcalan ardıcıl 30 gündən artıq müddətində ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, eləcə də borcalan tərəfindən ödəniş qrafiki üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə kreditor kreditin faizləri ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Hazırki iş üzrə cavabdeh müqavilə şərtlərinə əməl etməyərək ödəniş qrafiki üzrə kredit ödənişlərini gecikdirmişdir, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, tələbin Cavabdeh mülkiyyətində olan “Audi Q7” minik markalı, 2006-cı il buraxılışlı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Adıçəkilən Qanunun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadının 21-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Hazırki mülki iş üzrə İddiaçı ASC və “İpoteka qoyan” Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin 2.4-cü maddəsinə əsasən ipoteka predmetinin bazar qiyməti 23500 manat olaraq müəyyən edilmişdir. Hər iki tərəf məhkəmə iclaslarında iştirak etmiş və ipoteka predmetinin dəyəri ilə bağlı mübahisə olmadığını, müqavilədə müəyyənləşdirdiklərini, mübahisə olacağı təqdirdə avtomobilin texniki vəziyyətinə uyğun olaraq icra mərhələsində müəyyənləşdirilməsinin ağlabatan olduğunu qeyd etmişlər. Məhkəmə həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Qanuna əsasən isə ipoteka predmetinin ilkin satış qiyməti mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3). “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə isə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Məhkəmə qeyd olunanlara əsasən, nəqliyyat vasitəsi qətnamə qanuni qüvvəyə minənə və icra edilənədək amortizasiyaya məruz qala biləcəyindən, bu hal isə onun qiymətinə təsir edəcəyindən, həmçinin ipoteka predmetinin ilkin satış qiyməti tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapdığından, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olmadığından, xüsusilə də tərəflər həmin qiymətin icra mərhələsində müəyyəndirilməsini xahiş etdiklərindən, müvafiq məsələ ilə bağlı qətnamənin icra mərhələsində hər hansı bir mübahisə olacağı təqdirdə, hərrac keçirilməzdən əvvəl avtomobilin icra qurumunun vasitəsilə qiymətləndirilməsini daha ağlabatan və səmərəli hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin həmin borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalan məbləğin tutulması “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada icra edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bunun icrası ilə bağlı əlavə əsaslandırma aparılmasına ehtiyac yoxdur. Həmçinin Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq qalan borc ümumi qaydada “İcra haqqında” Qanunda əks olunmuş məcburi icra tədbirləri həyata keçirilməklə icra edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə iş materiallarından görünür ki, iddiaçı tərəfindən 133,97 manat məbləğində pul dövlət rüsumu olaraq ödənilmişdir. İddia ərizəsində isə iş üzrə ödənilmiş 45,83 manat rüsumun tutulması xahiş edilmişdir. Məhkəmə qeyd edilən halın texniki səhv olduğunu nəzərə alaraq, məhkəmə xərcləri ilə bağlı məsələnin isə hər bir halda məhkəmə tərəfindən həll edilməli olmasını əsas götürərək hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 86 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas və faiz borcuna görə 9110,32 manat məbləğində pul, illik beş faiz hesablanmaqla faiz borcuna görə 307,23 manat pul, cəmi 9417,55 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 133,97 manat pulun 86 manatı tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh məxsus “Audi Q7” minik markalı, 2006cı il buraxılışlı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, avtomobil açıq hərracda satılmalı və satışdan əldə olunan məbləğ borc tələbinin ödənilməsinə yönəldilməli, satışdan artıq qalan vəsait Cavabdeh qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pulun 128 manatı Cavabdeh, 72 manatı iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas və faiz borcuna görə 9110,32 manat pul, illik beş faiz hesablanmaqla faiz borcuna görə 307,23 manat pul, cəmi 9417,55 (doqquz min dörd yüz on yeddi manat, əlli beş qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 133,97 manat pulun 86 (səksən altı) manatı tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus “Audi Q7” minik markalı, 2006-cı il buraxılışlı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin. Avtomobil açıq hərracda satılsın və satışdan əldə olunan məbləğ borc tələbinin ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan vəsait Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri olan 200 manat məbləğində pulun 128 (yüz iyirmi səkkiz) manatı Cavabdeh, 72 (yetmiş iki) manatı iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-637/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-637/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver