Məhkəmə qərarları › İş №e-2(005)-706/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-706/2024

30.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-706/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “pul və mənzil” İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair (açar sözlər: mənzilin təhvil verilməsi, müqavilənin etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul və mənzil”, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul və mənzil” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamına və Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyinin Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli qəzalı vəziyyətdə olan binaların istismara yararsız aktına uyğun olaraq qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə söküntüsü nəzərdə tutulmuş, Cavabdeh MTK ilə aralarında bağlanmış 059 saylı, xx.xx.2021-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi” ilə müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən, cavabdehə məxsus güzəştli şərtlərlə yeni inşa edilmiş binada, ümumi sahəsi 31.26 kv.m olan mənzilinin əvəzinə, ümumi sahəsinə 20% əlavə etməklə ümumi sahəsi 39.68 kv.m-dən ibarət təmirli mənzilin dərhal ona verilməsi və cavabdeh tərəfindən əlavə olaraq hər ayda 100 manat olmaqla mənzilin kirayəsi üçün bu günə kimi ödənilməmiş 2000 (20 ay x 100 manat) manat pul məbləğinin və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin Cavabdeh MTK-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamına və Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyinin Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli qəzalı vəziyyətdə olan binaların istismara yararsız aktına uyğun olaraq qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən və ona məxsus hüquqi sənədi əsasında 31.26 kv.m faktiki sahəsi olan 31.26 kv.m-dən ibarət mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa edilmiş binanın A blokunun, 2-ci mərtəbəsində, 2 saylı 39.68 kv.m-dən ibarət təmirli mənzilin ona verilməsi öhdəliyinə dair Cavabdeh MTK ilə aralarında 059 saylı, xx.xx.2021-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi” bağlanmışdır. Müqavilə bağlandıqdan sonra məlum oldu ki, müqavilə ilə nəzərdə tutulan 300 manat kirayə pulu ailədə uşaqların oxuduğu 177 saylı məktəbə yaxın ərazidə müvəqqəti olaraq mənzil kirayə etməyə kifayət deyildir. Bu səbəbdən də 300 manata həmin ərazidə kirayə mənzil müqaviləsi bağlamaq mümkün olmadı. Özü də cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən 400 manat məbləğində mənzil icarə müqaviləsi bağlamış və müqavilənin surətini cavabdehə təqdim etmişdir. Cavabdeh MTK ilə aralarında bağlanmış 059 saylı, xx.xx.2021-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nə əlavə edilmiş şifahi öhdəliyə və Cavabdeh MTK nümayəndələrinin təklifinə əsasən hər ay mənzilə görə müqavilə əsasında ona ödəməli olduqları 400 manat məbləğin 300 manatını müqaviləyə əsasən hər ayda, hər ayda əlavə 100 manatı isə ilk beş aya görə 500 manat olmaqla hər növbəti beş aya görə 500 manat məbləğində mənzilə görə kirayə pulu ona ödənilməli idi. Ona əlavə olaraq yalnız 100 manat olmaqla kirayə pulu, cəmi bir dəfə 500 manat ödənilsə də, sonradan bu əlavə 100 manat kirayə pulu ödənilmədi və ödənilməməkdə də davam edir. Beləliklə, cavabdeh tərəfindən ona söz verilən əlavə hər aya görə 100 manat kirayə pulu, bu günə qədər 1500 manat (15 ay x 100 manat) pul Cavabdeh MTK tərəfindən ona ödənilmir. Bu pulları borc götürərək özü qaldığı ev üçün kirayə pulunu E"xxxx" MTK-nın əvəzinə öz cibindən ödəməyə məcbur olmuşdur. Məlumat üçün bildirir ki, biri 2-ci qrup əlil uşaq olmaqla bu hallar 5 nəfərlik ailəm üçün ciddi çətinliklər yaradır. Daha acınacaqlısı isə o hal oldu ki, keçmiş qonşuları artıq öz yeni evlərinə köçməyə başladığı halda ona evinin yerində inşa edilmiş binada, AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamına və Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyinin Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli qəzalı vəziyyətdə olan binaların istismara yararsız aktına uyğun olaraq qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən və ona məxsus hüquqi sənədi əsasında 31.26 kv.m faktiki sahəsi olan 31.26 kv.m-dən ibarət mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa edilmiş binada, Cavabdeh MTK ilə aralarında bağlanmış 059 saylı, xx.xx.2021-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi” ilə müəyyən edilmiş yerdə ümumi sahəsi 31.26 kv.m olan mənzilin əvəzində ona ümumi sahəsinə 20% əlavə etməklə 39.68 kv.mdən ibarət təmirli mənzili verməyi öhdəsinə götürdüyü halda öhdəliyini icra etmir. Cavabdeh bu qanunsuz və əsassız hərəkətini onunla əsaslandırır ki, guya müqavilədə göstərilən yeni inşa ediləcək binanın A bloku dedikdə Cavabdeh MTK heç də mənzilin yerində inşa olunan binanı “nəzərdə tutmurmuş”, gələcəkdə, haçansa qonşu ərazilərdə tikələcək bina nəzərdə tutulurmuş. Beləliklə, cavabdeh qanunsuz və əsassız olaraq mülkiyyətində olan mənzilini əlindən alıb əvəzinə onu mənzil və icarə pulu ilə təmin etməli olduğu halda mənzilsiz və pulsuz qoymuşdur. EAST Residence” MTK ilə aralarında bağlanmış 059 saylı, xx.xx.2021-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nin 2.3.3-cü bəndinə əsasən binanın bünövrəsi qoyulduğu gündən 18 ay müddətinə mənzilin açarları Mülkiyyətçiyə təqdim edilir. Mənzilin yerində inşa olunan bina artıq istismara hazırdır və qonşuları da hamısı həmin binada mənzillə təmin olunubdur, yalnız ondan başqa. Cavabdeh ona qarşı dələduzluq edərək bildirir ki, ona mənzil verməli olduqları bina hələ tikilməyib və ümumiyyətlə tikintisi başlamayıb. Dəfələrlə Cavabdeh MTK-nın nümayəndələrinə istər öz mənzilin yerində inşa olunan binada ona uyğun ev verilməsi və müvəqqəti olaraq kirayə etdiyi mənzil üçün lazımi maliyyə vəsaitinin vaxtında verilməsi və tam ödənilməsi tələbləri ilə Cavabdeh MTK-ya müraciət etsə də, bu tələbləri cavabdeh tərəfindən anlayışla qarşılanmamış və heç bir tədbir görülməmişdir. Beləliklə, nə Nazirlər Kabinetinin qəzalı vəziyyətdə olan binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi qərarı Cavabdeh MTK tərəfindən tam yerinə yetirilmiş, nə də ona sökülmüş mənzilinin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzil ayrılmışdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin pretenziyadan sonra da bir aydan artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icra edilməsi üçün heç bir hərəkət edilməmiş, bu günə qədər pretenziyaya cavab da verilməmişdir. Ona görə də məhkəmə qaydasında hüquqlarının müdafiəsinə zərurət yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamına və Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyinin Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli qəzalı vəziyyətdə olan binaların istismara yararsız aktına uyğun olaraq qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə söküntüsü nəzərdə tutulmuş, Cavabdeh MTK ilə arasında bağlanmış 059 saylı, xx.xx.2021-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”ilə müəyyən edilmiş ünvan 2 ünvanında yerləşən, cavabdehə məxsus güzəştli şərtlərlə yeni inşa edilmiş binada, ümumi sahəsi 31.26 kv.m olan mənzilinin əvəzinə, ümumi sahəsinə 20% əlavə etməklə ümumi sahəsi 39.68 kv.m-dən ibarət təmirli mənzilin dərhal ona verilməsi və cavabdeh tərəfindən əlavə olaraq hər ayda 100 manat olmaqla mənzilin kirayəsi üçün bu günə kimi ödənilməmiş 2000 (20 ay x 100 manat) manat pul məbləğinin və 430 manat məbləğində ödənilmiş dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin Cavabdeh MTK-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 059 saylı, ünvan 3 ünvanında yerləşən, cavabdehin məcburi köçkün kimi məskunlaşdığı ümumi sahəsi 31.26 kv.m olan mənzilin, ümumi sahəsi 39.68 kv.m-dən ibarət mənzillə əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində ərazinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin 12 aprel 2021-ci il tarixli, 77 saylı Sərəncamı ilə Cavabdeh Mənzil Tikinti Kooperativinə icarə əsasında istifadəsinə 1.2351 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Kooperativin istifadəsinə verilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmışdır. Qeyd olunan Sərəncamla iddiaçı Cavabdeh MTK-ya yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsindən qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması və Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınması, ərazidə layihəaxtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi tapşırılmışdır. Kooperativ tərəfindən Nərimanov rayonunun Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinlərinin əksəriyyətinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həyata keçirilmişdir. Yuxarıda göstərilən ərazinin Sərəncam əsasında Cavabdeh MTK-nın daimi istifadəsinə verildikdən sonra, sakinlər tərəfindən həmin mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilir və onlarla əvəzləşdirmə müqavilələri bağlanır. Beləliklə cavabdeh İddiaçı Cavabdeh MTK-nı aldadaraq, onun etibarından sui-istifadə etməklə ünvan 1 ünvanında yerləşən mənzilin ona mülkiyyət hüququ ilə məxsus olduğunu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı təqdim edəcəyini bildirməklə əvəzləşdirmə müqaviləsi bağlamağa nail olmuşdur. Belə ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 059 saylı, xx.xx.2021-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi” ilə müəyyən edilmişdir ki, Nərimanov rayonu, Qarabağ küçəsi 41, ev 10 ünvanında yerləşən, cavabdehin məcburi köçkün kimi məskunlaşdığı ümumi sahəsi 31.26 kv.m olan mənzilin əvəzinə, ümumi sahəsi 39.68 kv.mdən ibarət mənzil sonuncuya verilir. Bundan başqa həmin müqavilədə mənzil kirayəsi üçün hər ay 300 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh MTK tərəfindən 25 yanvar 2022-ci il tarixdən 21 dekabr 2023-cü il tarixinə qədər mənzil kirayəsi haqqı qismində 6.600 manat pul vəsaiti əsassız olaraq cavabdehə ödənilmişdir. Hesab edir ki, cavabdeh İddiaçı Cavabdeh MTK-nı aldadaraq, onun etibarından sui-istifadə etməklə əvəzləşdirmə müqaviləsi bağladığına görə həmin müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsinin e-2(005)-1696/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-1696/2024 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdeh MTK-ya qarşı “pul və mənzil” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-706/2024 saylı mülki işə birləşdirilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi, qarşı tərəfin birləşdirilmiş iş üzrə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi, qarşı tərəfin birləşdirilmiş iş üzrə Cavabdeh MTK-nın iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin (birləşdirilmiş iş üzrə iddiaçının) nümayəndəsi və vəkili Cavabdeh MTK-nın iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, həmin iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarında olan: - İcarəyəverən Bakı şəhər İcra Hakimiyyəti və icarəçi Cavabdeh MTK arasında bağlanmış 1642 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsindən (torpaq icarə müqaviləsi) görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamı və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qaradağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. Sahə icarəçiyə 49 il müddətinə istifadəyə verilmişdir. - Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli 059 saylı əvəzləşdirmə müqaviləsinin surətindən görünür ki, 1.1-ci bəndinə əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamının 1-ci bəndinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən “Mülkiyyətçi”-yə məxsus hüquqi sənəd əsasında 31.26 m2 faktiki sahəsi 31.26 m2 mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın A blokunun, 2-ci mərtəbəsində, 2 saylı 39,68 m2-dən ibarət təmirli mənzili “Mülkiyətçi-“yə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, “Mülkiyyətçi” özünə məxsus söküntüsü nəzərdə tutulmuş mənzildən köçdüyü gündən yeni inşa edilən yaşayış binasından ona verilən mənzilin açan təqdim olunanadək aylıq 300 (üç yüz) AZN məbləğində kirayə pulu tələb etmək hüququ vardır. Həmin müqavilənin 2.3.3-cü maddəsinə əsasən Cavabdeh MTK binanın bünövrəsi qoyulduğu andan 18 ay müddətinə mənzilin açarlarını mülkiyyətçiyə təqdim etməyi öz öhdəsinə götürmüşdür. - 17 yanvar 2022-ci il tarixli 091 №-li aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı özünəməxsus mənzili söküntü məqsədi ilə Cavabdeh MTK-ya təhvil vermişdir. - X1 və İddiaçı arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli Daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilənin surətindən görünür ki, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi 83 nömrəli mənzili 400 manat məbləğində 18 ay müddətinə icarəyə verir. - "xxxx" ASC tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı xx.xx.2022-ci il tarixinə sudan istifadə və çirkab suyun axıdılması xidmətinə görə borcu yoxdur. - "xxxx" ASC tərəfindən verilmiş 021134 saylı arayışdan görünür ki, ünvan 5 ünvanı üzrə İddiaçı xx.xx.2022-ci il tarixi üçün elektrik enerjisindən borcu yoxdur. - “Azəriqaz” İstehsalat Birliyi “ASAN” xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il traixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə Qarabağ küçəsi ev 41, mənzil 10 ünvanı üzrə təbii qazdan istifadəyə görə borcu yoxdur. - 37 saylı MKİS tərəfindən verilmiş 020428 saylı arayışdan görünür ki, Qarabağ küçəsi ev 41, mənzil 10 ünvanı üzrə MKS-ə ödənişlər üzrə borc yoxdur. - İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən sonuncudan əvəzləşdirmə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi, 3800 manat borcun və mənzilin verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət edəiləcəyi bildirilmişdir. -“Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti Başçısının Laçın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəili tərəfindən verilmiş 08 may 2021-ci il tarixli 280 №li arayışdan görünür ki, İddiaçı 1992-ci ilin may ayından Laçın rayonundan məcburi köçkün düşərək, ünvan 6 ünvanında yaşayır. Ailə tərkibi aşağıdakı kimidir: X3 – arvadı, X5 – oğlu, X4 – oğlu, X6 – oğludur. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın iddia tələbi isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin nümayəndə və vəkillərinin izahatları, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli 059 saylı əvəzləşdirmə müqaviləsinə əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamının 1-ci bəndinə əsasən, Cavabdeh MTK söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus hüquqi sənəd əsasında 31.26 m2 mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın A blokunun, 2-ci mərtəbəsində, 2 saylı 39,68 m2-dən ibarət təmirli mənzil verməyi öhdəsinə götürmüşdür. Söküntüsü nəzərdə tutulmuş mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh MTK-ya təhvil verilmişdir. Bununla belə, yeni mənzil İddiaçı təhvil verilməmişdir. Hazırda İddiaçı müqavilədə göstərilən şərtlərlə yeni binada tikilmiş 39,68 m2-dən ibarət təmirli mənzilin ona təhvil verilməsini, habelə Cavabdeh MTK ilə aralarında olan şifahi razılıqlarına əsasən mənzilin kirayəsinə görə ödənilməmiş 2000 (20 ay x 100) manat məbləğin ona ödənilməsini xahiş edir. Digər tərəfdən Cavabdeh MTK İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 059 saylı müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Mülki işlər bir icraatfa birləşdirilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə Cavabdeh MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməməsinə dair İddiaçı tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh MTK söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən 31.26 m2 mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın A blokunun, 2-ci mərtəbəsində, 2 saylı 39,68 m2-dən ibarət təmirli mənzili İddiaçı verməyi, İddiaçı isə mənzilini söküntü üçün MTK-ya verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Belə ki, o, 17 yanvar 2022-ci il tarixdə yaşadığı söküntüsü nəzərdə tutulan mənzili Cavabdeh MTK-ya təhvil vermişdir (091 №-li akt). Lakin cavabdeh MTK müqavilədə nəzərdə tutulmuş mənzili İddiaçı təhvil verməyərək onunla aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Halbuki Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 39.68 kv.m-dən ibarət təmirli mənzilin ona verilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin İddiaçı mənzilin kirayəsinə görə ödənilməmiş 2000 (20 ay x 100) manat məbləğin ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı özünə məxsus söküntüsü nəzərdə tutulmuş mənzildən köçdüyü gündən yeni inşa edilən yaşayış binasından ona verilən mənzilin açarı təqdim olunanadək aylıq 300 (üç yüz) AZN məbləğində kirayə pulu tələb etmək hüququ vardır (b. 2.2.3). İddiaçı cavabeh MTK ilə aralarında olan şifahi razılığa əsasən, ona müqavilədə qeyd edilən 300 (üç yüz) manatdan əlavə olaraq hər ay 100 manat (yəni cəmi 400 manat) kirayə haqqı ödənilməli olduğunu bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bununla belə, İddiaçı tərəfindən cavabdeh MTK ilə aralarında kirayə haqqına görə müqavilədə nəzərdə tutulandan əlavə olaraq 100 manat məbləğində pul ödənilməsi barədə hər hansı bir razılıq olmasını (şifahi və ya yazılı) təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı mötəbər sübut aşkar edilməmişdir. Halbuki, hər bir iddiaçının bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və iddiaçılar bu hallara dair sübutetmə vəzifəsi daşıyır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırda məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri üzrə İddiaçı, bu tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. İş materialları ilə tərəflər arasında İddiaçı əlavə olaraq aylıq 100 (yüz) manat kirayə haqqı ödənilməsi barədə razılıq olması müəyyən edilmir. Bu hal onlar arasında bağlanmış müqavilə ilə də təsdiq olunmur. Məhkəmə hesab edir ki, müqavilənin məzmununda belə bir şərt (kirayə haqqının 400 manat olması) nəzərdə tutulmadığından, tərəflər arasında belə bir razılıq olması halı sübut olunmadığından, Cavabdeh MTK-dan 20 ay üzrə hər ay 100 manat olmaqla, cəmi 2000 (iki min) manat məbləğdə pulun sonuncudan iddiaçının xeyrinə tutulmasının hər hansı bir hüquqi əsası yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı deyildir və bu səbəbdən də təmin edilə bilməz. Məhkəmə birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasına münasibətdə hesab edir ki, iddia əsaslı deyildir. Belə ki, qanunvericiliyə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM-nin 389.1., 390.1., 390.2.-ci maddələri) İş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh MTK və İddiaçı arasında 07 oktyabr 2021-ci il tarixli 059 saylı əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh MTK söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 31.26 m2 mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın A blokunun, 2-ci mərtəbəsində, 2 saylı 39,68 m2-dən ibarət təmirli mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh MTK müqavilənin aldatma yolu ilə - İddiaçı mənzilin ona mülkiyyət hüququ ilə məxsus olduğunu bildirməklə müqavilə bağladığını iddia edərək, müqavilənin etibarsız hesab olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Ona görə də məhkəmə iddiaçının əqdin etibarsız hesab edilməsi tələbini əsaslı hesab edir. - 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. -339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. -357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. -389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında ilə formalaşdırılmış hüquqi mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Qeyd olunan normanın (m. 339.2) məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Məhkəmə tərəfindən qeyd olunan müqavilənin etibarsızlığı ilə bağlı hər hansı hal müəyyən olunmamış, eləcə də müqavilə azadlığı prinsipinə uyğun olmuşdur. İddiaçı qeyd olunan mənzildə məcburi köçkün olmaqla yaşaması, bu barədə onun tərəfindən MTK-ya məlumat verilməməsi müqavilənin aldatma ilə bağlandığından etibarsızlığı üçün əsas deyildir. Belə ki, qanunvericiliyə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK inşa etdiyi binada sökülmüş mənzildə müvəqqəti məskunlaşmış şəxsə, hətta həmin mənzillərdə heç yaşamayan, hər hansı əlaqəsi olmayan istənilən şəxsə öz iradəsinə uyğun mənzil verilməsinə dair müqavilə bağlaya bilər, belə ki, mülki qanunvericilikdə bu hüququ məhdudlaşdıran hər hansı norma yoxdur. İddiaçı vidanlılıq prinsipinə uyğun olmayaraq bu halı gizlətməsi, qəsdən MTK-ya bu barədə məlumat verməməsi, MTK-nın vicdanla bunu gözləməsi halı sübut olunmur. “Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti Başçısının Laçın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli 280 №-li arayışa əsasən, İddiaçı 1992-ci ilin may ayından Laçın rayonundan məcburi köçkün düşərək, ünvan 6 ünvanında yaşayır. Həmçinin MTK cavabdehin mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edəcəyinə inanaraq müqaviləni bağladığını bildirmişdir. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. MTK öz riski ilə təqdim olunacağı təqdirdə müqavilənin bağlanmayacağını bildirdiyi əhəmiyyətli sənədin təqdim olunmasını gözləməmiş, müqaviləni bağlamışdır. Digər tərəfdən müqavilə 2021-ci il tarixdə bağlanmış, həmin tarixdən bu vaxtadək qeyd olunan sənəd qarşı tərəfdən tələb edilməmiş, müqaviləyə dair hər hansı bir mübahisə olmamışdır. Əksinə, MTK bu müddət ərzində, habelə müqavilənin etibarsız olduğunu iddia edərək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, məhkəmə araşdırması zamanı (xx.xx.2024; xx.xx.2024-cü il tarixlərdə) müqavilə üzrə kirayə haqqına görə nəzərdə tutulmuş ödənişləri İddiaçı etməyə davam etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi hazırda mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsinə dair hərhansı bir əsas müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia tələbi əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsi nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 390 manat dövlət rüsumu xərci Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilməlidir. Birləşdirilmiş iddia üzrə Cavabdeh MTK-nın iddia tələbi isə təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu Cavabdeh MTK-nın özünə aid edilməlidir. Beləliklə məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli 059 saylı əvəzləşdirmə müqaviləsi ilə müəyyən edilmiş ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 31.26 kv.m olan mənzilin əvəzinə, güzəştli şərtlərlə yeni inşa edilmiş binada, ümumi sahəsinə 20% əlavə etməklə ümumi sahəsi 39.68 kv.m-dən ibarət təmirli mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli, cavabdeh tərəfindən 390 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilməlidir. Eyni zamanda birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 059 saylı, ünvan 3 ünvanında yerləşən, cavabdehin məcburi köçkün kimi məskunlaşdığı ümumi sahəsi 31.26 kv.m olan mənzilin, ümumi sahəsi 39.68 kv.m-dən ibarət mənzillə əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın özünə aid edilməlidir. VI. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli 059 saylı əvəzləşdirmə müqaviləsi ilə müəyyən edilmiş ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 31.26 kv.m olan mənzilin əvəzinə, güzəştli şərtlərlə yeni inşa edilmiş binada, ümumi sahəsinə 20% əlavə etməklə ümumi sahəsi 39.68 kv.m-dən ibarət təmirli mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən 390 (üç yüz doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 059 saylı, ünvan 3 ünvanında yerləşən, cavabdehin məcburi köçkün kimi məskunlaşdığı ümumi sahəsi 31.26 kv.m olan mənzilin, ümumi sahəsi 39.68 kv.m-dən ibarət mənzillə əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Birləşdirilmiş iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh MTK-nın özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar