Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-709/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmri ilə, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi 2 saylı tam orta məktəbin direktoru vəzifəsindən xx.xx.2023-cü il tarixdən azad edilmişdir. Həmin əmr ləğv edilməli, İddiaçı işlədiyi vəzifəyə bərpa olunmaqla, ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməldir. İddiaçı, uzun illər Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmri ilə İddiaçı Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçının işə bərpa olunmağı və məcburi işburaxmaya görə kompensasiya tələbi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-2478/2022 saylı qətnaməsi ilə təmin edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-651/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1710/2023 saylı qərarı ilə təmin edilməmiş, qətnamə xx.xx.2023-cü il tarixdə icraya yönəldilərək icrası Nərimanov rayon icra şöbəsinə həvalə edilmişdir. İddiaçı, xx.xx.2023-cü il tarixdə, qətnamənin icrası ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə dəvət olunmuşdur. Bundan sonra, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorunun müdiri Rahim Novruzov, sektorun baş məsləhətçisi Pərviz Əhmədov, metodist Rəmzi Hüseynov və məsləhətçi Musa Abdullayevlə birlikdə Saray qəsəbəsi 2 saylı tam orta məktəbə getmiş, orda məktəbin direktoru kimi təqdimatı həyata keçirilmiş və akt tərtib edilmişdir. Bundan sonra idarənin əməkdaşları məktəbdən çıxmışlar. İddiaçı direktor otağına buraxılmamış, ona guya həmin otaqda təmir işləri aparıldığı bildirilmişdir. Vəzifəsinin icrasına başlamaq üçün ona başqa otaq təqdim edilmiş, o həmin otağa daxil olduqdan sonra bir sıra müəllimlər tərəfindən ona fiziki və psixoloji təzyiq olunmuş, məktəbin bir neçə əməkdaşı otağa daxil olaraq İddiaçı otaqdan çıxmasını tələb etmişlər. İddiaçı, məsələ ilə bağlı telefon vasitəsilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorunun baş məsləhətçisi Pərviz Əhmədova zəng edib, bu barədə məlumat vermiş, məlumat verildikdən sonra P.Əhmədov tərəfindən yenidən həmin idarəyə dəvət olunmuş, idarəyə daxil olan kimi məktəbə aid möhürün təhvil verilməsi ondan tələb olunmuşdur. İddiaçı möhürü idarənin əməkdaşı İman adlı şəxsə təhvil vermiş və bununla bağlı akt tərtib edilməsini xahiş etmişdir. Lakin, möhürün ondan təhvil götürülməsi barədə akt ona təqdim olunmamışdır. İdarədə ona şifahi qaydada bildirilmişdir ki, o, həmin gündən işdən azaddır və məktəbə gedə bilməz. Beləliklə, İddiaçı məhkəmə qətnaməsinə əsasən işə bərpa olunduğu formal cəhətdən həyata keçirilsə də, faktiki olaraq ona səlahiyyətlərinin və əmək funksiyalarının icrasına şərait yaradılmamışdır. xx.xx.2023-cü il tarixdə məktəbdə baş vermiş insidentlə bağlı idarəyə məlumat verildikdən sonra onun idarəyə dəvət olunması və dərhal, heç bir səbəb olmadan möhürün ondan təhvil alınması, məktəbin əməkdaşları tərəfindən ona fiziki zor və psixoloji təzyiq tətbiq edilməsinin bilavasitə Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən təşkil olunduğuna əyani sübutdur. İddiaçı, məsələ ilə bağlı AR Elm və Təhsil Nazirliyinə yazılı və şifahi qaydada dəfələrlə məlumat vermiş, nazirliyin xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrinə əsasən onun işdən azad edildiyi, həmin əmrin ona xx.xx.2023-cü il tarixdə təqdim edilməsindən sonra məlum olmuşdur. Abşeron-Xızı Regional Təhsil İdarəsinə Abşeron rayonu, Saray qəsəbəsi 2 saylı tam orta məktəbin möhürünün İddiaçı hansı tarixdə və hansı sənədlər əsasında təhvil alınmasına dair məlumat verilməsi, həmçinin möhürün təhvil alınmasına dair sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə vəkil sorğusu verilmiş, lakin həmin sorğu xx.xx.2023-cü il tarixdə idarənin əməkdaşı Xanım Qasımova tərəfindən imza atılaraq qəbul edilsə də, hal-hazıradək sorğuya cavab verilməmişdir. Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi 2 saylı tam orta məktəbində, direktor İddiaçı ilə bir qrup şəxs arasında baş vermiş davadalaş barədə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə alınmış izahatların və qəbul edilmiş yekun qərarın təsdiq edilmiş surətlərini təqdim etməyə dair vəkil sorğusu verilmiş, polis bölməsi tərəfindən, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023cü il tarixli qərar və material üzrə izahatları alınmış Saray qəsəbəsi 2 saylı tam orta məktəbin əməkdaşları X4 və X3 izahatları təqdim edilmişdir. İzahat verən məktəbin riyaziyyat müəlliməsi X4 izahatında göstərmişdir ki, o, İddiaçı zor tətbiq etməmişdir. İddiaçı kollektiv şəkildə etiraz etmişlər. Məktəbin digər əməkdaşı X7 izahatında göstərmişdir ki, İddiaçı kollektiv şəkildə etiraz etmişlər. Beləliklə, hər iki müəllim, İddiaçı etiraz etdiklərini bildirmişlər. Bu fakt, işin halları ilə bağlı yuxarıda qeyd olunanları bir daha təsdiq edir. xx.xx.2023-cü il tarixdə baş vermiş insidentdən sonra İddiaçı özünü pis hiss etmiş və ailə üzvlərinə zəng etmiş, ailə üzvləri gəlib onu həkimə aparmışlar. "xxxx" MMC General Hospital tibb müəssisəsində müayinəsi zamanı onun yüksək təzyiqi (185/110) olduğu məlum olmuş və ona hepertoniya diaqnozu qoyularaq, xx.xx.2023-cü il tarixinədək əmək öhdəliklərindən azad edilmiş, işə çıxma vaxtı xx.xx.2023-cü il müəyyən edilmişdir. Fikrət Balakaişiyev, səhhətinin pozulması və bununla bağlı xəstəlik vərəqəsinin açıldığı barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli 3-29/3- 1-1189K/2023 saylı əmrin mətnindən də görünür ki, əmrdə İddiaçı işdən çıxarılmasının əsaları göstərilməmiş, onun tərəfindən hansı əmək və icra intizamının pozulmasına yol verdiyi əsaslandırılmamış, hətta göstərilməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2022-ci ilin mart ayında da iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra məhkəmə qərarı ilə işə bərpa olunub və həmin qərar Nazirlik tərəfindən icra olunub. Lakin məktəbin kollektivi etiraz edib və Nazirliyə iddiaçının işlədiyi dövrdə korrupsiya əməlləri ilə bağlı müxtəlif ərizələr daxil olub. Digər tərəfdən valideynlərdə onun məktəbə direktor kimi qayıtmasına etiraz edib və kollektiv müraciətlər, aktlar daxil olub. Bundan sonra Regional Təhsil İdarəsi təqdimat verib ki, məktəbin direktorunun bərpa olunmasına qarşı etirazlar var. Bu səbəbdən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı növbəti əmr verilib və müqaviləyə xitam verilib. Bütün sənədlər məhkəməyə təqdim olunub və orada da ümumi qaydada qeyd olunub ki, Regional İdarənin təqdimatı əsasında iddiaçı Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiqdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 651/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1710/2023 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(103)- 651/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - “General” Hospital tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli ******* saylı əmək qabliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix 9 oktyabrdır. - Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Təşkilatına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Fikrət Balakışiyev Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmişdir. Lakin bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətləri Abşeron-Xızı Regional Təhsil idarəsinə daxil olmuşdur. Bu səbəbdən Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı oglu ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinin Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilərək müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. - Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023cü il tarixli, 89 nömrəli protokolundan çıxarışından görünür ki, Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 2017-2021 -ci ilə qədər məktəbin direktoru vəzifəsində işləmiş İddiaçı məhkəmənin qərarı ilə işə bərpa olunmasına baxmayaraq, məktəbin pedaqoji və texniki kollektivi onun yenidən fəaliyyətini davam etdirməsinə etitaz edərək. Səkinə Abbasovanın fəaliyyətinin davam etdirməsini ciddi surətdə israr etiraz etrrəsi məsələsi müzakirə olunmuşdur. Səsvermənin nətcələrinə uyğun olaraq, Azərbaycan Respubliaksı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qərarına etiraz edilməmişdir. - Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin sədri tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 11 nömrə ilə qeydiyyata alınmış məktubdan görünür ki, məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qarşısının alınması məqsədi ilə Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı Balakişiyev Boran ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Abşeron- Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv olunması məqsədəmüvafıq hesab edilmişdir. - Azərbaycan Respublikasının Elm və Təhsil nazirinə ünvanlanmış məktubdan görünür ki, Nazirlik tərəfindən aparılmış yoxlama nəticələrinə əsasən Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 14 mart 2022-ci il tarixdən ləğv edilmişdir. İddiaçı işə bərpa iddiasi ilə məhkəmələrə müraciət etmiş və müvafiq məhkəmələrin qərarına əsasən işə bərpa olunmuşdur. Lakin məktəb kollektivi Abşeron- Xızı Regional Təhsil İdarəsinə müraciət edərək İddiaçı işə bərpa olunmasına kəskin şəkildə öz etirazlarını bildirmiş və onun məktəbə təkrar rəhbər təyin edilməsini istəmədiklərini qeyd etmişlər. Həmçinin onun işə bərpa olunması bəzi valideynlər tərəfindən də etirazla qarşılanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli, 89 nömrəli iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Qeyd olunanlarla əlaqədar İddiaçılə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsəduyğun hesab edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında 3-29/3-1-1189K/2023 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin 25 sentyabr 2023-cü il tarixdən ləğv edilməsi, İnsan resursları şöbəsi (Eşqi Bağırov) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin (İlhamə Abdullayevə) bu əmrdən irəli gələn məsələləri həll etməsi, İnformasiya və vətəndaşlara xidmət şöbəsinin (Rəşad Xanlarov) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Əsas kimi Nazir müavini Həsən Həsənlinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx-3920 nömrəli xidməti məlumatı, ATİAHİ-nin Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolundan çıxarış və müvafiq sənədlər göstərilmişdir. - 08 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Abşeron RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısının qərarından görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı, xx.xx.2023-cü il tarixdə DİN-nin “102" xidmətinə zəng vuraraq və Abşeron RPl-nin Saray PB-ne ərizə İlə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində yerləşən 2 saylı məktəbdə Validə və Vəsilə adlı müəllimələrin, onu söyüb təhqir edərək qolundan tutub dartaraq üz nahiyyəsinden vurmaları barədə məlumat vermişdir. Toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflər arasında gələcəkdə baş verə biləcək hüquqa zidd hadisələrin qarşısını almaq və ətraflarında qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Abşeron RPl-nin Saray PB-nə göndərilməsi qərara alınmışdır. - xx.xx.1955-ci il təvəllüdlü X2 şahid qismində ifadəsində bildirilmişdir ki, “iki nəvəsi Saray qəsəbəsi 2 saylı məktəbdə oxuyur. Fikrət müəllim orada işləyən zaman, qızı coğrafiya müəlliməsi və yoldaşı da ibtidai sinif müəlliməsi kimi orada işləmişdir. Gələndən sonra 30-40 işçini işə götürmüşdür. Saat 1-2 ərəfəsində hər gün nəvələrini məktəbə aparıb gətirir. Direktor Fikrət müəllimin işə qayıtmasını eşitmişdir. Çox güman ki, Fikrət müəllimin özü əvvəlcədən məktəbə qayıdacağını demişdir. Digər müəllimlər də bundan xəbərdar olmuşdur. O gələndə onu dövrəyə-mühasirəyə almışdırlar. Fikrət müəllimi döymüşdürlər. Bunu öz gözləri ilə kənardan görmüşdür”-deyərək bildirmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Əmək müqaviləsinə işəgötürənin xx.xx.2022-ci il tarixli K- 239 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri İddiaçı münasibətdə ləğv edilmiş, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3- 29/3-1-1189K/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi 25 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrinin ləğv edilməsi, özünün Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -12-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. -70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. -72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. -74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. - 79-cu maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluqlar aşkar olunmuşdur. Belə ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Bununla belə, iş materiallarına əlavə edilmiş “General Hospital” klinikası tərəfindən verilmiş SN00008 seriyalı ******* saylı əmək qabliyyətinin olmaması vərəqəsi ilə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi öz təsdiqini tapır. Əmək Məcəlləsinin 79-cu maddəsi əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla (“a” bəndi istisna olmaqla) ləğv edilməsini birbaşa qadağan edir. Göründüyü kimi cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qabiliyyətli olmadığı müddətdə xitam verməklə əmək qanunvericiliyinin tələbini pozmuşdur. Həmçinin iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əvvəllər də işəgötürənin xx.xx.2022-ci il tarixli K- 239 saylı əmri ilə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı qeyd olunan əmrin ləğv olunması və işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmişdir. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanmışdır. (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-651/2023 saylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1710/2023 saylı Qərarı). Qanunvericiliyə əsasən (AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndi) əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. İddiaçı Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmiş, vəzifəsinin icrası məqsədilə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbinə yaxınlaşmışdır. Lakin, qətnamənin icrası zamanı iddiaçı və məktəbin bəzi əməkdaşları arasında İddiaçı məktəbə bərpa olunmasına etiraz etmələri səbəbindən mübahisə yaranmışdır. Bununla bağlı İddiaçı Abşeron RPİ-nin Saray PB-nə müraciət etmiş, baş vermiş hadisə barədə məlumat vermişdir. Qeyd olunanlar məhkəmə iclasında dindirilmiş şahid - xx.xx.1955-ci il təvəllüdlü X1 ifadəsi ilə də təsdiq olunur. Şahid İddiaçı məktəbə gələrkən müəllimlərin onu dövrəyəmühasirəyə aldığını, mübahisə yarandığını, bunu öz gözləri ilə kənardan gördüyünü bildirmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə qətnaməsinə əsasən direktor vəzifəsinə bərpa olunmasına baxmayaraq, məktəbin bir-neçə əməkdaşı tərəfindən təzyiqə məruz qalmış və İddiaçı Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə direktor vəzifəsinə bərpa edilməsinə baxmayaraq kənar şəxslərin təsiri nəticəsində məhkəmə qətnaməsi ilə bərpa olunmuş hüququnu faktiki olaraq reallaşdıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Digər tərəfdən Abşeron-Xızı Regional Təhsil İdarəsi xx.xx.2023-cü il tarixdə Həmkarlar Təşkilatına müraciət edərək, iddiaçı bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətlərinin daxil olduğu səbəbi ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmiş, İddiaçı oglu ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinin Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilərək müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Abşeron- Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolu ilə məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qarşısının alınması məqsədi ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qərarına etiraz edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin 25 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Əsas kimi Nazir müavini Həsən Həsənlinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx-3920 nömrəli xidməti məlumatı, ATİAHİ-nin Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolundan çıxarış və müvafiq sənədlər göstərilmişdir. Göründüyü kimi, işəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrində İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 25 sentyabr 2023-cü il tarixdən ləğv edilməsi barədə qərara gəlsə də, əmrin əsası kimi əlavə edilmiş sənədlərdə belə hallar müəyyən olunmamışdır. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında bərpa olunmuş hüquqlarının həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə iş yeri olan Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbə getmiş, lakin məktəb kollektivinin təzyiqi ilə qarşılaşmışdır. Təhsil İdarəsi isə iddiaçı bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətlərinin daxil olduğu səbəbi ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsini məqsədəmüvafiq hesab etmişdir. Halbuki iddiaçı bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətlərinin daxil olması iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilməsinə əsas deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması barədə xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmri ilə qanunvericiliyin tələblərin pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdir. Qeyd olunan hal isə Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmrin ləğv olunması kimi hüquqi nəticəyə səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmr Əmək Məcəlləsinin imperativ tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli və İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ləğv olunması, eyni zamanda İddiaçı işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi üçün qanuni əsaslar yaradır. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmri ləğv edilməli, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunmalı, İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İddiaçı barəsində xx.xx.2023cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmri ləğv edilsin. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunsun. İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-709/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-709/2024
28.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver