Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-71/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nümayəndə Fərhad oğlu, Cavabdeh3 Xanlar qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC cavabdehlər Cavabdeh1 Sabir oğlu, Cavabdeh2 Astan oğlu, Nümayəndə Fərhad oğlu, Cavabdeh3 Xanlar qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə dair iş üzrə iddia tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı kredit müqaviləsi üzrə 47479.36 (qırx yeddi min dörd yüz yetmiş doqquz manat 36 qəpik) manat məbləğində əsas borc, 7844.58 (yeddi min səkkiz yüz qırx dörd manat 58 qəpik) manat məbləğində faiz borcu, 25488.77 (iyirmi beş min dörd yüz səksən səkkiz manat, 77 qəpik) manat məbləğində cərimə borcu, 5838.74 (beş min səkkiz yüz otuz səkkiz, 74 qəpik) manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 86651.45 (səksən altı min altı yüz əlli bir manat 45 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsümunun və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altmış) manat pulun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına; İpoteka predmetinin ilkin satış qiymətinin 124 800 (yüz iyirmi dörd min səkkiz yüz) manat məbləğində müəyyən edilməklə tutmanın Cavabdeh2 tutulmalı olan məbləği Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilə yönəldilməsinə və həmin mənzilin açıq hərracdan satılmasına; Mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 qız mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 (bundan sonra – Cavabdeh) ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (bundan sonra - Bank) arasında 13 dekabr 2013-cü il tarixində kredit verilməsi haqqında 100/00/52227/13 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış və Kredit Müqaviləsinə əsasən Bank tərəfindən Cavabdehə illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 6 (altı) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. 04.02.2015-ci il tarixli 100/00/52227/13 saylı kredit müqaviləsinə 02 saylı əlavə sazişə əsasən, cavabdehə 50000 (əlli min) manat və əlavə olaraq 34585.24 (otuz dörd min beş yüz səksən beş manat, 24) manat məbləğində kredit verilmiş və müqavilə müddəti 03.02.2017-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədiləCavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzili 13 dekabr 20 13-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. (çıxarış nömrəsi: RX0571839, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72- 05301-093010, qeydiyyat tarixi: 05.02.2015; qeydiyyat nömrəsi: **********). 04.02.2015-ci il tarixli 100/00/52227/13 saylı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişə əsasən, Cavabdehə 50000 (əlli min) manat və əlavə olaraq 34585.24 (otuz dörd min beş yüz səksən beş manat, 24) manat məbləğində kredit verilmiş və müqavilə müddəti 03.02.2017-ci il tarixinə kimi uzadılmışdır. Cavabdeh2 öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı zaminlik müqaviləsi və daha sonra 13.12.2013-cü il tarixli 100/00/52227/13 saylı zaminlik müqaviləsinə 02 saylı əlavə saziş əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onların Banka 47479.36 (qırx yeddi min dörd yüz yetmiş doqquz manat 36 qəpik) manat məbləğində əsas borc, 7844.58 (yeddi min səkkiz yüz qırx dörd manat 58 qəpik) manat məbləğində faiz borcu, 25488.77 (iyirmi beş min dörd yüz səksən səkkiz manat, 77 qəpik) manat məbləğində cərimə borcu, 5838.74 (beş min səkkiz yüz otuz səkkiz, 74 qəpik) manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 86651.45 (səksən altı min altı yüz əlli bir manat 45 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan RespublikasınınMülki MəcəlləsiCavabdeh X3 məhkəmə iclasında izahat verərək, iddia tələbinin əsassız olduğunu bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh2 ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı arasında 13 dekabr 2013-cü il tarixində kredit verilməsi haqqında 100/00/52227/13 saylı müqavilə bağlanmış və Kredit Müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 6 (altı) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzili 13 dekabr 20 13-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bank ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı zaminlik müqaviləsi və daha sonra 13.12.2013-cü il tarixli 100/00/52227/13 saylı zaminlik müqaviləsinə 02 saylı əlavə sazişdən görünür ki, Cavabdeh2 öhdəliklərin icrasını təmin etmək məqsədilə 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 04.02.2015-ci il tarixli 100/00/52227/13 saylı kredit müqaviləsinə 02 saylı əlavə sazişə əsasən, Cavabdehə 50000 (əlli min) manat və əlavə olaraq 34585.24 (otuz dörd min beş yüz səksən beş manat, 24) manat məbləğində kredit verilmiş və müqavilə müddəti 03.02.2017-ci il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı müqaviləyə əlavə olunan 0 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 banka olan borcunu aylıq 1600 manat annuitetlə ödəməyi öhdəinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı №0057801 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzil tam mülkiyyət hüuqu üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 309 nömrəli reyestr kitabının 29362 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 12.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka 47479.36 (qırx yeddi min dörd yüz yetmiş doqquz manat 36 qəpik) manat məbləğində əsas borc, 7844.58 (yeddi min səkkiz yüz qırx dörd manat 58 qəpik) manat məbləğində faiz borcu, 25488.77 (iyirmi beş min dörd yüz səksən səkkiz manat, 77 qəpik) manat məbləğində cərimə borcu, 5838.74 (beş min səkkiz yüz otuz səkkiz, 74 qəpik) manat borcu yaranmışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, LPO "xxxx" Kommersiya Bankı QSC («kreditor») ilə Cavabdeh2 («borcalan») arasında 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı kredit müqaviləsin əsasən, kreditor tərəfindən borcalana illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 6 (altı) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı ipoteka ilə eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzili 13 dekabr 20 13-cü il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı zaminlik müqaviləsi və daha sonra 13.12.2013-cü il tarixli 100/00/52227/13 saylı zaminlik müqaviləsinə 02 saylı əlavə sazişlə Cavabdeh2 öhdəliklərin icrasını təmin etmək məqsədilə 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 saylı Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 04.02.2015-ci il tarixli 100/00/52227/13 saylı kredit müqaviləsinə 02 saylı əlavə sazişə əsasən, cavabdehə 50000 (əlli min) manat və əlavə olaraq 34585.24 (otuz dörd min beş yüz səksən beş manat, 24) manat məbləğində kredit verilmiş və müqavilə müddəti 03.02.2017-ci il tarixinə kimi uzadılmışdır.İş üzrə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə Ekspertiza Mərkəzinin 20.12.2019-cu il tarixli, 28593№-li Rəydə qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 13 dekabr 2013-cü il tarixli, 100/00/52227/13 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh2 cərimə borcu hesablanmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 100/00/52227/13 saylı, 13 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış 04.02.2015-ci il tarixli əlavə sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 iddiaçı ləğv prosesində olan "xxxx" X4 Səhmdar Cəmiyyətinə 03 fevral 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) olan əsas borc üzrə 50625,68 manat, faiz borcu üzrə 784,58 manat cəmi 58470,26 manat məbləğində borcu müəyyən olunur. Bundan başqa iş materiallarında olan hesabdan çıxarış sənədlərində müqavilə müddətinin bitdiyi 03 fevral 2017-ci il tarixdən sonra da 19.04.2019-cu il tarixində Cavabdeh2 Fərmanla bağlı 3146.32 manat məbləğində əsas borcundan silinməsi mövcuddur. Həmin ödənişi də nəzərə aldığı təqdirdə cavabdehin iddiaçı banka olan əsas borcu 47479,36 manat, faiz borcu 7844,58 manat cəmi 55.323,94 manat məbləğində borcu müəyyən olunur. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 13 dekabr 2013-cü il tarixli, 100/00/52227/13 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh2 cərimə borcu hesablanmadı. Beləliklə, məhkəmə iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və əldən çıxmış fayda üçün faiz borcun tutulması hissəsində əsaslıdır, Cavabdeh2 LPO "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə 13 dekabr 2013-cü il tarixli 100/00/52227/13 kredit müqaviləsi üzrə 47479.36 (qırx yeddi min dörd yüz yetmiş doqquz manat 36 qəpik) manat məbləğində əsas borc, 7844.58 (yeddi min səkkiz yüz qırx dörd manat 58 qəpik) manat məbləğində faiz borcu və 5838.74 (beş min səkkiz yüz otuz səkkiz, 74 qəpik) manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tutulmalıdır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh1 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit üzrə 25488.77 (iyirmi beş min dörd yüz səksən səkkiz manat, 77 qəpik) manat məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin məbləğ azadılmalı, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi İpoteka predmetinin ilkin satış qiymətinin 124 800 (yüz iyirmi dörd min səkkiz yüz) manat məbləğində müəyyən edilməklə tutmanın Cavabdeh2 tutulmalı olan məbləği Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilə yönəldilməsinə və həmin mənzilin açıq hərracdan satılmasına hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, “X6” MMC-nin 29.10.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilin likvid qiyməti 208400 manat təşkil edir. Məhkəmə qeyd edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 tam mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 208400 manat müəyyən edilməli, mənzil satılmalı və ondan əldə ediləcək vəsait Cavabdeh2 banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələbinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “LPO "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə “mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 qız mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılması” tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzil hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzili tərk etməlidirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsümunun və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altmış) manat pulun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə, habelə 145 manat mühasibatlıq ekspertizasının xərci Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xeyrinə, 200 MANAT qiymətləndirmə xərci “X6”MMC-nin xeyrinə ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə 47479,36 (qırx yeddi min dörd yüz yetmiş doqquz manat 36 qəpik) manat məbləğində əsas borc, 7844,58 (yeddi min səkkiz yüz qırx dörd manat 58 qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə borcu, 5838,74 (beş min səkkiz yüz otuz səkkiz, 74 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 62162,68 (altmış iki min yüz altmış iki manat altmış səkkiz qəpik) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsümu və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 208400 ( iki yüz səkkiz min dörd yüz) manat müəyyən edilsin, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzil satılsın və ondan əldə ediləcək vəsait Cavabdeh2 banka olan borcunun ödənilməsinə yönəldilsin. Borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılsın. Əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc ümumi qaydada caavbdehlər Cavabdeh2 və Cavabdeh1 LPO "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə tutulsun. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 942-943-cü məhəllədə istifadədə istifadədə olan 0.06513 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 13 mərtəbəli binada 145.3 kv.m ümumi, 88.3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 saylı mənzil hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mənzili tərk etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X6” MMC-nin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-71/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-71/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver