Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-72/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi İddiaçı BOKT ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00574-EY №-li İstehlak Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 19262.85 (on doqquz min iki yüz altmış iki manat səksə beş qəpik) manat məbləğində qalıq, ona hesablanmış 3545.77 (üç min beş yüz qırx beş manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6555 (altı min beş yüz əlli beş) manat məbləğində dəbbə pulu, cəmi 29363.62 (iyirmi doqquz min üç yüz altmış üç manat altmış iki qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 110000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 19262.85 (on doqquz min iki yüz altmış iki manat səksə beş qəpik) manat məbləğində qalıq, ona hesablanmış 3545.77 (üç min beş yüz qırx beş manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6555 (altı min beş yüz əlli beş) manat məbləğində dəbbə pulu, cəmi 29363.62 (iyirmi doqquz min üç yüz altmış üç manat altmış iki qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASCyə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00574-EY №-li İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 23000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (yeni qaydalarla ünvan 2 (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİ Reyestr № **********24-10301, Qeydiyyat № **********, tarix xx.xx.2019) ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş və bu barədə xx.xx.2019-cu il tarixli, 2019/00574-EYİP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********).İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 110000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 06 noyabr 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 19262.85 (on doqquz min iki yüz altmış iki manat səksə beş qəpik) manat məbləğində qalıq, ona hesablanmış 3545.77 (üç min beş yüz qırx beş manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6555 (altı min beş yüz əlli beş) manat məbləğində dəbbə pulu, cəmi 29363.62 (iyirmi doqquz min üç yüz altmış üç manat altmış iki qəpik) manat məbləğində borc yaranmışdır. İddiaçı BOKT ASC iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə vermiş və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00574-EY №-li istehlak Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 19262.85 manat məbləğində qalıq, ona hesablanmış 7751.50 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18331 manat məbləğində dəbbə pulu, X5 dərəcəsi əsasında hesablanmış 1036.72 manat, cəmi 46382.07 manat borcun, ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (yeni qaydalarla ünvan 2 ünvanına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 19262.85 manat məbləğində qalıq, ona hesablanmış 7751.50 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18331 manat məbləğində dəbbə pulu, X5 dərəcəsi əsasında hesablanmış 1036.72 manat, cəmi 46382.07 manat borcun, ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00574-EY nömrəli, xx.xx.2019cu il tarixli istehlak kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə üzrə kreditor tərəfindən borcluya illik 30% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 23000 AZN məbləğində kreditin verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan 0.0683 ha yaşayış məntəqələrinin torpaqlarında xüsusi mülkiyyətlə məxsus olan Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 259.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi (Dövlət Reyestrində 210 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipoteka qoyulur. İpoteka predmetləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici “FM” Consulting tərəfindən xx.xx.2019-cu il tarixində likvid dəyəri 110.000 (yüz on min) manat məbləğində qiymətləndirilmişdir; İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00574-EY nömrəli, xx.xx.2019cu il tarixli istehlak kredit müqaviləsi üzrə tərtib olunmuş borc haqqında maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh banka kredit borcu üzrə 19262,85 AZN, faiz borcu üzrə 7751.50 AZN, dəbbə borcu üzrə 18331 AZN, X5 dərəcəsi əsasındakı hesablanan faiz 1036,72 AZN, cəmi 46382,07 borcu var; İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 25 iyul 2019-cu il tarixli 2019/00574-EY №-li İstehlak Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, ev 4C (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 259.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi (Dövlət Reyestrində 210 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ünvanlı mənzilin İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, 4C mənzil (yeni qaydalarla: Abşeron rayonu ,Masazır kəndi, S.Vurğun küçəsi, 4) 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq İddiaçı BOKT ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş və İddiaçı BOKT ASC-nin mənzil üzərindəki ipoteka hüququ daşınmaz əmlakın Dövlət reyestrində 210 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır; İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin surətinə əsasən cavabdehdən 25 iyul 2019-cu il tarixli 2019/00574-EY saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, Əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4 nömrəli mənzilə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılması barədə onlara xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı BOKT ASC-yə ünvanlandığı bildirişin qeydiyyata alınması barədə ərizəsinə cavab məktubuna əsasən Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4 nömrəli mənzilə dair tutmanın yönəldilməsi haqqında İddiaçı BOKT ASC-nin bildirişi qeydə alınmışdır; X3 Mərkəzinin xx.xx.2021-ci il tarixli, YD/ 023 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4c (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixinə bazar qiyməti 123.000 manat, likvid dəyəri 110.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli № 9/6277 saylı ekspert rəyinə əsasən İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00574-EY saylı kredit müqaviləsi üzrə Cavabdeh 25 iyul 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) və 01 aprel 2022-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu - əsas borc üzrə-19.483,77 manat , 5 faizlə hesablanmış faiz borcu üzrə -665,70 manat, faiz borcu üzrə 25 iyul 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) 7600,17 manat hesablanmışdır. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli istehlak kredit müqaviləsinə əsasən kreditor borcluya illik 30% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 23000 AZN məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Nəticədə Cavabdeh iddiaçıya kredit borcu - əsas borcu üzrə 19262.85 manat məbləğində qalıq, ona hesablanmış 7751.50 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18331 manat məbləğində dəbbə pulu, X5 dərəcəsi əsasında hesablanmış 1036.72 manat, cəmi 46382.07 manat məbləğində borc yaranmışdır. (xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən) İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsinə əsasən ödənilməmiş borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən kredit müqaviləsinə əsasən, 25 iyul 2021-ci il tarixinə ekspert rəyinə görə əsas borc üzrə-19.483,77 manat müəyyən olunsa da, məhkəmə iddia tələbindən kənara çıxmamaqla 19262.85 manat əsas borcun tutulmalı olması qənaətinə gəlir. 7751,50 manat faiz borcu və X5 dərəcəsi əsasında hesablanmış 1036.72 manat tutulması hissəsində məhkəmə qeyd edir ki, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirməklə 25 iyul 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 7600,17 manat faiz borc, X5 dərəcəsi əsasında hesablanmış 665,70 manat faiz tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 18331 AZN dəbbə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 1800 AZN məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00574- EY №-li İstehlak Kredit Müqaviləsinin ləğv edilməsi” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, kredit müqaviləsi Cavabdeh ilə İddiaçı BOKT ASC arasında 24 ay müdddətinə bağlanmışdır.Hazırki vaxta bu tarixdən 3 il çox müddət keçmişdir. Buna görə də, iddia tələbi bu hissədə təmin olana bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: ünvan 2 ümumi sahəsi 259.8 kv.m-dən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 110.000 manata qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: AZ 1072, ünvan 4 ümumi sahəsi 259.8 kv.m-dən ibarət fərdi yaşayış evinin yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun dəyəri xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsində 110.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq X3 Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni likvid dəyər olaraq 110.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair ekpert rəyi nəzərə alınmaq 110.000 min manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin "əmlakın boşaldılması " hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bi hissədə də təmin edilməli, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: ünvan 4 ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh Kamil oğlundan iddiaçının xeyrinə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Habelə, ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 19262.85 manat əsas borc, ona hesablanmış 7600,17 manat məbləğində faiz borc, X5 dərəcəsi əsasında hesablanmış 665,70 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1800 manat məbləğində dəbbə pulu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, 500 manat ekspertiza xərci İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: ünvan 4 ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh qaytarılmalı, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: ünvan 4 ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən edilməli, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: ünvan 4 ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2019/00574-EY nömrəli, xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 19262,85 (on doqquz min iki yüz altmış iki manat səksən beş qəpik) manat əsas borc, ona hesablanmış 7600,17 manat (yeddi min altı yüz manat on yeddi qəpik) manat məbləğində faiz borc, X5 dərəcəsi əsasında hesablanmış 665,70 manat (altı yüz altmış beş manat yetmiş qəpik) ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1800 (min səkkiz yüz) manat dəbbə pulu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 500 (beş yüz) manat ekspertiza xərci İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4 ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilsin. Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: ünvan 4 ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İpoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi , S.Vurğun küçəsi, ev 4C (Yeni qaydalarla: ünvan 4 ümumi sahəsi 259.8 kv.m –dən ibarət fərdi yaşayış evinin likvid satış qiyməti 110.000 (bir yüz on min) manat məbləğində müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı BOKT ASC-ya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-72/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-72/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver