Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-78/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi X3, Cavabdeh1 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı QSC "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC "xxxx" Kommersiya Bankı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Səfərov Cavabdeh3 arasında bağlanmış 09 iyun 2014cü il tarixli 100/02/72195/14 saylı kredit müqaviləsi üzrə 97579,09 (doxsan yeddi min beş yüz yetmiş doqquz manat, doqquz qəpik) manat məbləğində əsas borc, 16974,84 (on altı min doqquz yüz yetmiş dörd manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu, 9984,52 (doqquz min doqquz yüz səksən dörd manat, əlli iki qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 5352,25 (beş min üç yüz əlli iki manat, iyirmi beş qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 129890,7 (yüz iyirmi doqquz min səkkiz yüz doxsan manat, yetmiş qəpik) manat məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipoteka predmetlərinin qeydə alınması üçün ödənilmiş cəmi 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh3 tutulmasına, ilkin satış qiyməti 82500 (səksən iki min beş yüz) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan borc məbləğinin Bank qarşısında ipoteka ilə yüklü Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satılmasına, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına, ilkin satış qiymətləri (birlikdə) 494550 (dörd yüz doxsan dörd min beş yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzilə və Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88 a, 110 saylı mənzilə yönəldilməsinə və ipoteka predmetlərinin açıq hərracdan satılmasına, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4, onunla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin digər ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı (bundan sonra mətndə Bank) iləCavabdeh3 arasında 09 iyun 2014-cü il tarixində kredit verilməsi haqqında 100/02/72195/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank Sizə illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 325000 (üç yüz iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə na məxsus Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzil 12 aprel 2016-cı il tarixdə 100/02/72195/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzil 09 iyun 2014-cü li tarixdə 100/02/72195/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88 a, 110 saylı mənzil 09 iyun 2014-cü il tarixdə 100/02/72195/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri cavabdeh tərəfindən pozulmuş, kredit ödənişləri müqaviləyə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəzərə çatdırılır ki, bunun nəticəsində cavabdehlərin Banka 97579,09 (doxsan yeddi min beş yüz yetmiş doqquz manat, doqquz qəpik) manat məbləğində əsas borc, 16974,84 (on altı min doqquz yüz yetmiş dörd manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu, 9984,52 (doqquz min doqquz yüz səksən dörd manat, əlli iki qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 5352,25 (beş min üç yüz əlli iki manat, iyirmi beş qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 129890,7 (yüz iyirmi doqquz min səkkiz yüz doxsan manat, yetmiş qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 vəkili Vəkil3 iddia tələbini qəbul etmədiklərini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh3 arasında 09 iyun 2014-cü il tarixində kredit verilməsi haqqında 100/02/72195/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank borcalana illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 325000 (üç yüz iyirmi beş min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan 12 aprel 2016-cı il tarixdə 100/02/72195/14 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 09 iyun 2014-cü li tarixli 100/02/72195/14 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzil ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12 iyul 2009-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 09 iyun 2014-cü il tarixli 100/02/72195/14 saylı kredit müqaviləsi üzrə 97579,09 (doxsan yeddi min beş yüz yetmiş doqquz manat, doqquz qəpik) manat məbləğində əsas borc, 16974,84 (on altı min doqquz yüz yetmiş dörd manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu, 9984,52 (doqquz min doqquz yüz səksən dörd manat, əlli iki qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 5352,25 (beş min üç yüz əlli iki manat, iyirmi beş qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 129890,7 (yüz iyirmi doqquz min səkkiz yüz doxsan manat, yetmiş qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 09 iyun 2014-cü il tarixli 100/02/72195/14 saylı müqaviləyə əlavə olunan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 banka olan borcunu aylıq 9,546.87 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.04.2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan qeyd edilir : Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzilə və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 88a, 110 saylı mənzilə dair məlumat və sənəd surətinin təqdim edilməsi barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzil 01.07.1993-cü il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əziztəyov küçəsi, ev 88a, 110 saylı mənzil 30.09.2010- cu il tarixdə X5 adına ilkin qeydiyyatdan keçmişdir. Notarius E.Q.Əliyev tərəfindən təsdiqlənmiş 4Ə-446 reyestr nömrəli 23.04.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 29 saylı DNK-nın 4Ə-39 reyestr nömrəli 02.05.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı №0390187 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88 a, 110 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1234 nömrəli reyestr kitabının 11284 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı № ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 658 nömrəli reyestr kitabının 6033 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh3 arasında 09 iyun 2014-cü il tarixində kredit verilməsi haqqında 100/02/72195/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank borcalana illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 325000 (üç yüz iyirmi beş min) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzil 12 aprel 2016-cı il tarixdə 100/02/72195/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzil 09 iyun 2014-cü li tarixdə 100/02/72195/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh3 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2020-ci il tarixli, 9/3301 №-li Rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx"KB Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli 100/02/72195/14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; müqavilə müddətinin sonun, yəni 09.06.2018-ci il tarixinədək əsas borc üzrə-93.071,88 manat əsas, 29.503,79 manat faiz borcu təşkil edir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 9/4612 №-li Rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx"KB Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli 100/02/72195/14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; müqavilə müddətinin sonun, yəni 09.06.2018-ci il tarixinədək əsas borc üzrə-93.071,88 manat əsas, 29.503,79 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə iş üzrə ekspert rəylərini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən, faiz borcunun tutulması hissəsində tam əsaslıdır, Cavabdeh3 LPO "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə 09 iyun 2014-cü il tarixli 100/02/72195/14 saylı kredit müqaviləsi üzrə 93.071,88 manat məbləğində əsas borc, 16974,84 manat məbləğində faiz borcu tutulmalı, həmçinin məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 5352,25 (beş min üç yüz əlli iki manat, iyirmi beş qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində əsaslı oldğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit üzrə 9984,52 manat məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin məbləğ azadılmalı, cavabdehdən iddiaçının xeyrinə 3000 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi İpoteka predmetinin ilkin satış qiymətinin ilkin satış qiyməti 82500 (səksən iki min beş yüz) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan borc məbləğinin Bank qarşısında ipoteka ilə yüklü Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satılmasına, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına, ilkin satış qiymətləri (birlikdə) 494550 (dörd yüz doxsan dörd min beş yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzilə və Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88 a, 110 saylı mənzilə yönəldilməsinə və ipoteka predmetlərinin açıq hərracdan satılmasına, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4, onunla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin digər ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılmasına dair hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin 19.05.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilin likvid qiyməti 98000 manat, bazar qiyməti 107000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzilin likvid qiyməti 140000 manat , bazar qiyməti 150000 manat təşkil edir. Eyni zamanda sözügedən rəydə qeyd edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88 a, 110 saylı mənzilin qiymətləndirilməsi tərəflərin verdiyi məlumata əsasən, həmin mənzil girovdan çıxarılmış olması səbəbilə, həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzil və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzilə yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılmalı, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 98000 manat müəyyən edilməli, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzilin isə açıq hərracda ilkin satış qiyməti 140000 müəyyən edilməli, mənzillər satılmalı və onlardan əldə ediləcək vəsait Cavabdeh3 banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələbinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc Cavabdeh3 “LPO "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88 a, 110 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi təqdim edilmədiyindən, kredit müqaviləsi üzrə borc məbləğinin həmin mənzilə yönəldilməsi hissəsində tələb əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mənzillərə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzili, həmçinin ipoteka qoyan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzili tərk etməlidirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsümunun və 90 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 120 manat pulun Cavabdeh3 tutularaq iddiaçının xeyrinə, habelə 220 manat mühasibatlıq ekspertizalarının xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xeyrinə ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə 09 iyun 2014-cü il tarixli 100/02/72195/14 saylı kredit müqaviləsi üzrə 93.071,88 manat məbləğində əsas borc, 16974,84 manat məbləğində faiz borcu, 3000 manat məbləğində cərimə borcu, 5352,25 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 118398,97 (yüz on səkkiz min üç yüz doxsan səkkiz manat, doxsan yeddi qəpik) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsümu və 90 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilə və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzilə yönəldilsin, cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 98000 manat, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzilin isə açıq hərracda ilkin satış qiyməti 140000 müəyyən edilsin, hər iki mənzil satılsın və onlardan əldə ediləcək vəsait Cavabdeh3 banka olan borcunun ödənilməsinə yönəldilsin. Borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ müvafiq olaraq Cavabdeh1 və Cavabdeh4 qaytarılsın. Əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc Cavabdeh3 LPO "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə tutulsun. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzil və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 13 saylı mənzillər hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ilə birgə yaşayan ailə üzvləri mənzili tərk etsinlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Mühasibatlıq ekspertizaları tədqiqatının dəyəri 220 manat məbləğində pul Cavabdeh3 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-78/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-78/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver