Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-805/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19002- 0028/741281/KL №-li kredit limiti müqaviləsinin, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli razılaşmaların, xx.xx.2020-ci il tarixli 002İAMR201430001 №-li və 002İAMR201430002 №-li, xx.xx.2020-ci il tarixli 2301***-*******01R №-li və 2301***-*******02R №-li restruktizasiya razılaşmalarının ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 29179.81 manat əsas kredit borcunun, 3460.68 manat faiz borcunun, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 188.05 manat olmaqla, cəmi 32868,54 manat pulun tutulması; tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 77 №-li evin 7 №-li mənzilinə yönəldilməsi, həmin mənzilin hərracda satılması və satışdan əldə olunan pul hesabına 32868.54 manat pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 77 №-li evin 7 №-li mənzilinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində həmin mənzilin boşaldılması və Bank Respublika” ASCyə təhvil verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cuil tarixli kredit limiti müqaviləsinə əsasən borcalan Edəniz İbadova 120 ay müddətinə, xx.xx.2029-cu ilədək ******* manat kredit limiti ayrılmışdır. Həmin müqavilə çərçivəsində xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə 40000 manat; xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit borcalana verilmişdir. Kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi Cavabdeh1la Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 77 №-lin evin 7 №-li mənzilinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və Cavabdeh2la xx.xx.2019-cu ul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka qoyanın arvadı, İİİ şəxs Maraqlı şəxs mənzilin ipoteka qoyulmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Razılaşmalara əsasən verilən kreditlərin (40000 AZN və 10000 AZN) qalıq məbləğləri xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə restruktizasiya olunaraq kreditlərin müddəti əvvəl xx.xx.2021-ci ilədək, daha sonra isə xx.xx.2022-ci ilədək uzadılmış, faiz məbləği isə 19% müəyyən olunmuşdur. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə Banka ödəməlidir. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəllərinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 29179.81 AZN; b) faizlər üzrə 3460.68 AZN təşkil edir. Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi proseduruna başlanmış və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin təminn edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19002- 0028/741281/KL saylı kredit limiti müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 120 ay müddətinə, xx.xx.2029-cu il tarixədək ******* manat kredit limiti ayrılmışdır. Həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit limiti məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19002- 0028/741281Z saylı zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 19002-0028/741281/KL saylı kredit limiti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2242/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli “ipoteka predmetinə tutma yönəldilməsi haqqında” bildirişin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 77 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan 7 saylı mənzil xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinin icrasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir; Kredit limiti müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 12 ay ərzində, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 926,44 manat ödəməli idi; xx.xx.2019-cu il tarixli, 19002-0028/741281/KL saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli bankla Cavabdeh1 arasında bağlanmış Razılaşmadan görünür ki, Tərəflər arasında bağlanmış 19002-0028/741281/KL saylı, “19” iyul 2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 (bir yüz iyirmi) ay müddətinə illik 30 (otuz) faizdən çox olmamaq şərtilə 1 000 000 (bir milyon) manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”nın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 19002-0028/741281/KL saylı, “19” iyul 2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar (1-ci b). “Kreditverən” 19002- 0028/741281/KL saylı, “19” iyul 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 20 (iyirmi) faiz dərəcəsi ilə xx.xx.2020-ci il tarixinədək ay güzəşt olmaqla 10000 (on min) manat məbləğdə borc pul vəsaitini “Boracalan”m mülkiyyətinə verir. “Borcalan” isə 100 (bir yüz) manat məbləğdə xidmət haqqı ödəyir (2-ci b). Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit əsas vəsaitlərin artırılması məqsədlə verilir (3-cü b). “19” iyul 2019-cu il tarixli 19002-0028/741281/KL saylı kredit limiti müqaviləsinə əsasən “Borcalan”a verilən kreditin kreditləşmə mənbəyi bank vəsaitidir (4-cü b). İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 002İAMR201430001 nömrəli xx.xx.2020-ci il tarixli Restrukturizasiya razılaşmasından görünür ki, Tərəflər arasında bağlanmış 19002- 0028/741281/KL saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 ( bir yüz iyirmi) ay müddətinə illik 30 ( otuz) faizdən çox olmamaq şərtilə ******* (bir milyon manat) AZN məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”-nın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 19002-0028/741281/KL saylı, xx.xx.2019-cu-ci il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar(1-ci b). “Kreditverən” bu Razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019 il tarixli Əlavə Razılaşmaya əsasən “Borcalan”a illik 20 ( iyirmi) faiz dərəcəsi ilə 12 ( on iki) ay müddətinə xx.xx.2020 il tarixinədək 10000 (on min manat) AZN məbləğdə kredit (borc) vennişdir və bu Restrukturizasiya Razılaşmasının imzalanması tarixinə “Borcalan”ın həmin kredit (borc) üzrə 7615.89 (yeddi min alti yüz on beş manat səksən doqquz qəpik) AZN məbləğdə əsas borc, 0 (sıfır) AZN məbləğdə faiz borcu mövcuddur (2-ci b). Bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit (borc) üzrə faiz dərəcəsi 20 (iyirmi) faiz və kreditin son icra müddəti xx.xx.2021 -ci il müəyyən edilir (3-cü b). Kredit limiti müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 12 ay ərzində, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1-ci ay 76,16 manat, 2-ci və 3-cü aylar 126,93 manat, sonrakı aylarda 919,13 manat ödəməli idi; İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 2301***-*******02R nömrəli xx.xx.2020-ci il tarixli Restrukturizasiya razılaşmasından görünür ki, “Kreditverən” 19002-0028/741281/KL saylı, “19” iyul 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 19 (on doqquz) faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixinədək 3 (üç) ay güzəşt olmaqla 8093.07 manat (səkkiz min doxsan üç manat 07 qəpik) məbləğdə borc pul vəsaitini “Boracalan”ın mülkiyyətinə verir (2-ci b). Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit Cavabdeh1 19002- 0028/741281/KL saylı, “19” iyul 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində “10” oktyabr 2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən verilmiş 10 000 (on min) manat məbləğdə kredit üzrə 7615.89 manat (yeddi min altı yüz on beş manat 89 qəpik) əsas borcun qalığının və 477.18 manat (dörd yüz yetmiş yeddi manat 18 qəpik) məbləğdə hesablanmış faizin restrukturizasiyası məqsədi ilə verilir (3-cü b). “19” iyul 2019-cu il tarixli 19002- 0028/741281/KL saylı kredit limiti müqaviləsinə əsasən “Borcalan”a verilən kreditin kreditləşmə mənbəyi bank vəsaitidir (4-cü b). Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq Kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 19 (on doqquz) % dir (5-ci b). Güzəşt müddəti ərzində “Borcalan” götürülmüş kreditə görə yalnız “19” iyul 2019-cu il tarixli 19002-0028/741281/KL saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə “Borcalan” əsas borc, faiz və digər ödənişləri “Kreditverən”ə ödəyəcəkdir. Faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə “Kreditverən-ə qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0.30 manat (30 qəpik) məbləğdə cərimə ödəyəcəkdir (6-ci b). “Borcalan” bu razılaşmanı imzalamaqla 19002- 0028/741281/KL saylı, “19” iyul 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində verilmiş bu razılaşmanın 2-ci bəndində qeyd edilən və “Borcalan”a məxsus bank hesabına köçürülmüş kredit məbləğinin Cavabdeh1 19002-0028/741281/KL saylı, “19” iyul 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində çərçivəsində “10” oktyabr 2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən verilmiş 10 000 (on min) manat məbləğdə kredit üzrə yaranmış borclarının ödənilməsi məqsədi ilə “Kreditverən” tərəfindən qeyd edilən hesabdan silinməsinə razılıq verir. İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 21086,74 AZN, faiz borcu üzrə 2486,83 manat məbləğində borcu yaranmışdır. İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 8093,07 AZN, faiz borcu üzrə 973,85 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 77 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan 7 saylı mənzil "xxxx" ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə 1968 nömrəli reyestr kitabının 181751 nömrəli vərəqində qeydiyyata alınmışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********23 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin ********** №-li xx.xx.2021-ci il tarixli elektron müraciətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 77 saylı evin 7 saylı mənzilinə dair tutmanın yönıldilməsi haqqında bildiriş qeydə alınmışdır. Reyestrdə 8İ-6229 № ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Maraqlı şəxs Bakı şəhəri 51 saylı notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, o, Cavabdeh1 oğluna, ünvan 1 ünvanında yerləşən mənzilin "xxxx" ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borcları ödənilmədiyi təqdirdi tutmanın həmin əmlaka yönəldilməsinə razıdır və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. SN Legal Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 mart 2022-ci il tarixli 19 nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilinin bazar dəyəri 113.000 (bir yüz on üç min) manat, likvid dəyəri 80000 (səksən min) məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/1462 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə ödənilməli olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu il tarixli Razılaşma üzrə əsas kredit borcu 21086,74 manat, faiz borcu 2486,83 manat; xx.xx.2019-cu il tarixli Razılaşma üzrə əsas kredit borcu 8093,07 manat, faiz borcu 973,85 manat; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 120 ay müddətinə, xx.xx.2029-cu ilədək ******* manat kredit limiti ayrılmışdır. Həmin müqavilə çərçivəsində xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə 40000 manat; xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit borcalana verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Lakin kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, Cavabdeh1 kredit limiti müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib ekspert rəyi ilə qarşılaşdıraraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 29179.81 manat əsas kredit borcunun, 3460.68 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Göründüyü kimi, tərəflər arasında kredit limiti müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh1 müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə kredit limiti verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X6 xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 29179.81 manat əsas kredit borcunun, 3460.68 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixli, 19002-0028/741281/KL saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda torpaq sahəsinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə iddia tələbinin "mənzilin boşaldılması" hissəsi ilə bağlı Azərbaycan Respublikasının "İpoteka haqqında" Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin ipoteka predmetinin boşaldılmasını nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinin " mənzilin İddiaçı ASC-yə təhvil verilməsi " hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı bu tələblə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Mənzilə dair qətnamənin icrası qaydasında hərrac keçirildikdən sonra mülkiyyətçi müəyyən olunduğundan həmin tələb yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq əmlakın qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 mart 2022-ci il tarixli 19 nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, ünvan 1 ünvanında yerləşən mənzilinin ilkin satış qiyməti onun likvid dəyəri məbləğində 80.000 (səksən min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 188.05 manat, həmçinin 145 manat məbləğində ekspertiza xərci cavabdehlərə aid edilsin. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19002- 0028/741281/KL №-li kredit limiti müqaviləsi xx.xx.2020-ci il tarixli 2301***-*******01R №-li və 2301***-*******02R №-li restruktizasiya razılaşmaları ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 29179.81 AZN, faiz borcu üzrə 3460.68 AZN, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 188.05 manat olmaqla, cəmi 32868,54 manat tutulsun. Cavabdehlər Cavabdeh1 və X3 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilinin ilkin satış qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən olunsun. ünvan 1 ünvanında yerləşən mənzili açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və X3 müştərək tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-805/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-805/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver