Məhkəmə qərarları › İş №e-2(005)-806/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-806/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-806/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hərəkətlərə son qoyulması və qeyri-yaşayış sahəsinin ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hərəkətlərə son qoyulması və qeyri-yaşayış sahəsinin ilkin vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyri-yaşayış sahəsinə dair cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair, həmin qeyri - yaşayış sahəsinin tavanının cavabdeh tərəfindən bağlanmasına dair, həmin qeyri-yaşayış sahəsinin elektriklə təmin olunması, su və kanalizasiya xətlərindən istifadəyə verilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyriyaşayış sahəsinə dair cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair, həmin qeyri - yaşayış sahəsinin tavanının cavabdeh tərəfindən bərpa olunaraq ilkin vəziyyətinə qaytarılmasına dair, həmin qeyri-yaşayış sahəsinin elektriklə təmin olunması, su və kanalizasiya xətlərindən istifadə olunmasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyri- yaşayış sahəsinə dair 16 iyul 2021-ci il tarixdə X1 ilə 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsi tərəfindən alındıqdan sonra oranın təmirinə başlanmışdır. 28 iyul 2021-ci il tarixdə işçilər qeyri-yaşayış sahəsinə gələndə orada tavanın yuxarı mərtəbə tərəfdən deşildiyinin şahidi olublar və bu barədə iddiaçıya məlumat verilmişdir. Bununla bağlı binanı inşa etmiş İ.N.V MTK -ya müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, onlar yuxarı mərtəbəni satmışıq və orda tibb mərkəzi olacaqdır. Bu səbəbdən də tibb mərkəzinə giriş üçün burdan piləkən qoyulacaqdır. Bildirdikdə ki, tibb mərkəzi üçün pilləkənin qoyulduğu yer mənim mülkiyyətidir və iddiaçının icazəsi olmadan oranın tavanının deşilməsi və ya pilləkanın qoyulması qanuna zidd bir hərəkətdir və iddiaçının mülkiyyət hüququnun pozulmasıdır, cavab olaraq iddiaçıya bildirildi ki, onlar iddiaçının sənədini ləğv etdirəcəklər və kobud şəkildə uzağı iddiaçıya mansartdan bir əmlak verəcəklərini bildirdilər. Bundan başqa İ.N.V MTK tərəfindən nə elektrik enerjisi, nə su , nə də ki, kanalizasiyadan istifadə etməyə imkan verilmir, bununla bağlı müraciətlərinə əhəmiyyət belə verilmir. Bu səbəbdən də məhkəməyə iddia tələbi ilə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. 19 aprel 2022-ci il tarixdə keçirilmiş yerli baxış iclası zamanı müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi ünvan 1 ünvanında yerləşən yeni tikili binanın altında yerləşir. Qeyri-yaşayış sahəsinə daxil olarkən müəyyən edildi ki, mübahisəli qeyri-yaşayış sahəsi düzbucaqlı şəklində kiçik sahədən ibarətdir. Həmin əmlak təmirsizdir, qeyri-yaşayış sahəsinin tavanında kiçik ölçüdə, kvadrat şəklində dəlik vardır. Qeyri-yaşayış sahəsində elektrik, su, kanalizasiya xətlərinin olması müəyyən edilmir. Məhkəmə iddiaçının vəkilinin (nümayəndəsinin) izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X1 ilə İddiaçı arasında 16 iyul 2021-ci il tarixli AN-İ No ******* saylı notarial qaydada bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyri-yaşayış sahəsini Alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyri-yaşayış sahəsi 09.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 321 nömrəli reyestr kitabının 30453 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Məhkəmədə müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyri-yaşayış sahəsini Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tavanında onun icazəsi və razılığı olmadan deşik açılmış, habelə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində elektrik, su, kanalizasiya xətlərindən istifadə etməsi üçün ona maneələr yaradılmışdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, müəyyən edilir ki, hazırda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin tavanında hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən deşik açılmışdır. Bundan əlavə həmin qeyri-yaşayış sahəsinə su, elektrik və kanalizasiya xəttlərindən istifadə edilməsinə maneçilik yaradılır. İddiaçı mülkiyyətçi olmaqla, həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyri-yaşayış sahəsinin tavanı Cavabdeh tərəfindən bərpa olunaraq ilkin vəziyyətinə qaytarılmalı, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyriyaşayış sahəsinin elektrik, su və kanalizasiya xətlərindən istifadə edilməsinə yaradılmış maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyri-yaşayış sahəsinin tavanı Cavabdeh tərəfindən bərpa olunaraq ilkin vəziyyətinə qaytarılsın. Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.1 kv.m olan qeyriyaşayış sahəsinin elektrik, su və kanalizasiya xətlərindən istifadə edilməsinə yaradılmış maneələr aradan qaldırılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar