Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-977/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Ağahəsən qızının Cavabdeh MMC-yə qarşı “öhdəliyin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Ağahəsən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş B, yaşayışın 12-ci mərtəbəsi, ümumi sahəsi 161.7 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 118 saylı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin "xxxx" MMC-yə həvalə edilməsi, əldən çıxmış faydanın məbləğinin müəyyən edilərək iddiaçıya ödənilməsi və ödənmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ağahəsən qızı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ("xxxx" MTK) ilə iddiaçı arasında 07 may 2021-ci il tarixli 318A saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Sifarişçi müqavilədə göstərilmiş məbləği “Podratçı”-ya tam ödəməklə Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş B, yaşayışın 12-ci mərtəbəsi, ümumi sahəsi 161.7 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 118 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə etmişdir. "xxxx" MMC tərəfindən iddaçıya verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçının sifariş verdiyi 3 otaqlı, tam sahəsi eyvanla birlikdə 161.7 kv.m olan mənzillərin sahəsinin hər kv.m üçün 1200 manat olmaqla, cəmi 194.040 (yüz doxsan dörd manat qırx qəpik) manat pulu tam ödəmişdir, borcu yoxdur. 07 may 2021-ci il tarixli 318A saylı müqavilənin şərtlərinə görə "xxxx" MMC ümumi sahəsi 161.7 kv.m olan mənzil dərhal iddiaçıya təhvil verməli idi. Lakin müqavilənin bağlanmasından artıq 2 il 6 ay keçməsinə baxmayaraq, bu günə kimi müqavilənin şərtləri "xxxx" MMC tərəfindən yerinə yetirilmədiyi üçün iddiaçı öz əmlakına sahiblik edə bilmir və bu iddiaçını maddi itkilərə məruz qoyur. Qeyd edilir ki, 2 il 6 ay üçün orta aylıq icarə müqaviləsini müəyyənləşdirərək zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması labüddür. Həmçinin bildirir ki, cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin tez bir zamanda təhvil verilməsi ilə bağlı pretenziya məktubu da göndərilmişdir. Lakin cavabdeh tərəfindən daşınmaz əmlakın təhvil verilməsi ilə bağlı heç bir müsbət tədbir görülməmişdir. Həmin müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən hər hansı fors-major vəziyyətin yaranması ilə əlaqədar tərəflərdən biri müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədikdə 3 (üç) iş günü ərzində belə bir vəziyyətin olması haqqında qarşı tərəfə yazılı məlumat verməlidir. Bildirilir ki, bu haqda iddiaçıya heç bir məlumat verilməmişdir. Odur ki, sözügedən vəziyyətin hər hansı forsmajor halın baş verməsilə əlaqədar olmasından söhbət gedə bilməz. Göründüyü kimi artıq 2 ildən çoxdur ki, müqavilənin şərtləri "xxxx" MMC tərəfindən kobud şəkildə pozulur və nəticədə İddiaçı yetərincə maddi ziyana düşmüşdür. Buna görə də, iddia ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclaslarıının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil EMİS vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı Ağahəsən qızı arasında bağlanmış xx.xx.2021ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş B, yaşayışın 12-ci mərtəbəsi, ümumi sahəsi 161.7 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 118 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş B, yaşayışın 12-ci mərtəbəsi, ümumi sahəsi 161.7 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 118 saylı mənzilin tam dəyəri üzrə İddiaçı Ağahəsən qızının Cavabdeh MMC-yə borcu yoxdur; Pretenziya məktubundan görünür ki, Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı Ağahəsən qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC tərəfindən öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə İddiaçı Ağahəsən qızı tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı Ağahəsən qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş B, yaşayışın 12-ci mərtəbəsi, ümumi sahəsi 161.7 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 118 saylı mənzilini təhvil vermək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Həmin müqaviləyə əsasən sifarişçi 3 otaqlı, tam sahəsi 138.4 kv.m mənzil cəmi 166.080 (bir yüz altmış altı min manat səksən qəpik) manat təşkil edir. Hazırda müqavilə tərəfi - İddiaçı Ağahəsən qızı öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, mənzilin bu günədək ona təhvil verilmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC ilə sifarişçi İddiaçı Ağahəsən qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş B, yaşayışın 12-ci mərtəbəsi, ümumi sahəsi 161.7 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 118 saylı mənzilin verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-977/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-977/2024
25.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver