Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1008/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhəri, Şərur rayonu, Tumaslı kəndində anadan olmuşdur. O, 2008-2012-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universisetində ali təhsil almışdır. İddiaçı xx.xx.2013-cü il tarixdən etibarən 3 ay sınaq müddəti müəyyən olunmaqla “X14”nın “Mərdəkan” filialına mikromaliyyələşdirmə üzrə mütəxəssis vəzifəsinə təyin olunmuş, xx.xx.2015-ci il tarixdən “X14”nın “Xalqlar dostluğu” filialının mikromaliyyələşdirmə üzrə mütəxəssisi vəzifəsinə keçid etmişdir. xx.xx.2016-cı il tarixdən isə “X14”nın “10 saylı (Əhmədli)” filialının gecikmədə olan mikro kreditlərin yığımı üzrə mütəxəssisi vəzifəsinə, xx.xx.2016-cı il tarixdən mikro kreditlər yığımı departamentinin Bakı-Abşeron şöbəsinin mütəxəssisi vəzifəsinə keçirilmişdir. Bundan sonra o, xx.xx.2017-ci il tarixdən mikro kreditlərin yığımı departamentinin Bakı-Abşeron şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə, xx.xx.2017-ci il tarixdən “19 saylı” (Bakıxanov) filialının mikromaliyyələşdirmə üzrə aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı “19 saylı” (Bakıxanov) filialın mikromaliyyələşdirmə üzrə aparıcı mütəxəssisi kimi 28 fevral 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “2a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “mikro və pərakəndə müştərilər üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdən etibarən 3 ay sınaq müddəti olmaqla “X14”nın “Mərdəkan” filialının mikromaliyyələşdirmə üzrə baş Mütəxəsiss vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdən “10 saylı (Əhmədli)” filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi vəzifəsinə, xx.xx.2021-ci il tarixdə həmin filialın mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2022ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bank iddiaçının xaric olunmasına səbəb kimi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini göstərmişdir. İddiaçı bu günə qədər bir neçə yerdə və fərqli vəzifələrdə işləmişdir. Bu günə qədər işlədiyi heç bir yerdən onun öz iş öhdəliklərini yerinə yetirməməsinə dair heç bir şikayət və ya narazılıq olmamışdır. İddiaçının işdən çıxarılması barədə əmr əsaslandırılmamış və işdən azad edilərkən, qanunvericiliyin tələbləri gözlənilməmiş, alternativ tənbeh tədbirlərinin tətbiqi imkanı araşdırılmamışdır. İddiaçı işdən çıxarılmasını tamamilə qanunsuz və əsassız hesab etdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkündür, ailəlidir və himayəsində 3 (üç) azyaşlı övladı vardır. Ailənin yeganə işləyən üzvüdür. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh "xxxx" ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bankın 10 saylı filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində bank sirrini təşkil edən məlumatların yayılmasına şərait yaradılmış və həmin hal qanunvericiliyin, o cümlədən bankdaxili korporativ sənədlərin tələblərinin pozulması ilə nəticələnmişdir. Baş vermiş hadisənin faktiki və hüquqi tərəfləri barədə məlumat aşağıdakı kimidir: - İddiaçı xx.xx.2022-ci il tarixində bankın Əcəmi filialının mikromaliyyələşdirmə üzrə kiçik mütəxəssisi X12 ilə əlaqə saxlamış və ondan sistem kodunu verərək bank sirri təşkil edən müştəri məlumatlarını 10 saylı filialın digər əməkdaşı olan X3 göndərməsini xahiş etmişdir. İddiaçı daha sonra Leyla Ağamirzəyeva ilə əlaqə saxlayaraq ona göndərilmiş məlumatları həyat yoldaşının Elektron ünvan elektron poçt ünvanına göndərməsini xahiş etmişdir. Leyla Ağamirzəyeva məlumatların məzmununa baxmadan həmin xahişi yerinə yetirmiş və məlumatları həmin elektron poçt ünvanına göndərmişdir (göndərilən məlumatların siyahısı arayışa əlavə olunur). Araşdırma zamanı məlum olmuşdur ki, göndərilmiş məlumatlar “844” müştəri barədə məlumatı əhatə edən bank sirri məlumatları olmuşdur və daha sonra həmin məlumatlar həyat yoldaşının elektron poçt ünvanından İddiaçı elektron poçt ünvanına göndərilmişdir. Adları qeyd olunmuş şəxslərdən alınmış izahatlar bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş və zəruri tədbirlərin görülməsini labüd etmişdir. Bank sirri təşkil edən məlumatların qorunmasının zəruriliyi nəzərə alınaraq, həm Bankın əməkdaşları ilə imzalanan əmək müqaviləsində, həm də bankdaxili korporativ sənədlərdə həmin məlumatların qorunması öhdəliyi, öhdəliyin pozulması halında görülməli olan tədbirlər və həmin öhdəliklər pozulduğu halda Bankın malik olduğu hüquqlar ətraflı şəkildə tənzimlənir. “X14” Açıq Səhmdar Cəmiyyətinin “İntizam Qaydaları”na (bundan sonra: “Qaydalar”) əsasən “Login və şifrənin digər əməkdaşa və ya kənar şəxsə ötürülməsi və ya müxtəlif kanallarla sızdırılması”, “Məxfi məlumatların email və ya digər kanallarla Bankdan kənara göndərilməsi/sızdırılması”, “Kommersiya və ya ticarət sirrini yaymaq, bu sirri qorumamaq, ifşa etmək və məlumatların məxfiliyi qaydalarına əməl etməmək, vəzifəsi ilə əlaqədar olmasa belə məxfi məlumatları Bankdan çıxarmaq və ya açıqlamaq”, “Əmək fəaliyyəti dövründə yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, Bankın və ya mülkiyyətçinin qanuni mənafeyinə, Bankın imicinə və nüfuzuna ciddi xələl gətirmək” kimi pozuntuların törədilməsi Banka onun tərəfindən Qaydalarda qeyd olunmuş müvafiq intizam təhbehinin tətbiq olunması hüququ yaradır. Qaydalara əsasən intizam tədbiri tətbiq edilərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və onun törətdiyi xətanın xarakterini nəzərə alaraq Qaydalarda qeyd olunanlardan fərqli intizam tədbirinin tətbiq edilməsi barədə qərar (əmr) qəbul edilə bilər. "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Etik və peşəkar davranış” Məcəlləsinə əsasən Bank işçiləri tərəfindən Bankın maddi və intellektual resurslarından şəxsi məqsədlər üçün istifadə edilməsinə yol verilmir. İstehsalat, kommersiya sirrinin qəsdən yayılması və yaxud bu sirrin qorunması üzrə öhdəlikləri yerinə yetirməmək, habelə iş vaxtı bilavasitə iş yerində inzibati xətalara və cinayət tərkibli ictimai-təhlükəli hərəkətlərə yol vermək işçi tərəfindən əmək öhdəliklərinin kobud şəkildə pozulması halları hesab edilir. İşçilərdən heç biri iş və ya qeyri-iş saatlarında Bankın və ya onun müştərilərinin işgüzar yazışması, hesabları və ya əməliyyatları üzrə məxfi informasiyadan, eləcə də işlə bağlı istənilən məlumatdan öz şəxsi maliyyə mənafeyi üçün istifadə etmək hüququna malik deyildir. Heç bir işçi müştəriyə aid olan məlumatı, bu kimi informasiyanın yerli məhkəmə, hüquq-mühafizə və ya vergi orqanlarına təqdim edilməsinin tələb olunduğu hallar istisna olmaqla, müştərinin özünün yazılı razılığı olmadan üçüncü şəxs üçün açıqlamaq hüququna malik deyildir. Hər bir işçi müştəri məlumatlarının və təşkilati sirlərin məxfiliyini qorumaq üçün məsuliyyət daşıyır. İddiaçı ilə Bank arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 28 saylı əmək müqaviləsinin 7-ci maddəsində isə qeyd olunmuşdur ki, İşəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən X20 Qaydalarına, Davranış Məcəlləsinə və digər ümumi davranış qaydalarına, bankdaxili korporativ aktlara riayət etmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən bununla məhdudlaşmadan bank qanunvericiliyinə riayət etmək işçinin öhdəliklərinə daxildir. Habelə, əmək müqaviləsinin 7.4-cü maddəsində qeyd olunmuşdur ki, işçi bununla razılaşır ki, onun tərəfindən Əmək Müqaviləsində və xüsusilə Maddə 7-də nəzərdə tutulmuş hər hansı öhdəliklərin pozulması iş yerində normal iş ahənginin və ya normal işgüzar prosesinin, əmək və icra intizam qaydalarının pozulması və ya digər şəkildə İşəgötürənin, onun müştərilərinin və ya iş yoldaşlarının maraqlarına zərər yetirir və buna görə də İşçinin öhdəliklərinin icra edilməməsi sayılaraq Maddə 10.4-ün tətbiqi ilə, yəni əmək müqaviləsinin xitam olunması ilə nəticələnir. Qanunvericiliyin, bankdaxili korporativ aktların tələbləri və əmək müqaviləsinin müddəaları nəzərə alınaraq məlum olmuşdur ki, yuxarıda qeyd olunanlar İddiaçı münasibətdə Bank tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini xitam etmək hüququ yaradır. Göstərilənlərə əsasən, iddianın rədd olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, cavabdehlə aralarında barışıq əldə edilməmişdir. Onun çantasında yalnız 2014-2015-ci illər üzrə müştərilərin nömrələri olan dəftərlər olub, bu isə kobud pozuntu hesab edilməməlidir. İddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib bildirdi ki, cavabdehin etirazından görünür ki, Bankın 10 saylı filialının Mikromaliyyələşdirmə üzrə qrup rəhbəri İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində bank sirrini təşkil edən məlumatların yayılmasına şərait yaradılmış və həmin hal qanunvericiliyin, o cümlədən, bankdaxili korporativ sənədlərin və onunla bağlanmış əmək müqaviləsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Baş vermiş hadisənin faktiki və hüquqi tərəfləri barədə məlumat aşağıdakı kimidir: İddiaçı xx.xx.2022-ci il tarixində Əcəmi filialının Mikromaliyyələşdirmə üzrə kiçik mütəxəssisi X12 ilə əlaqə saxlamış və özünə məxsus sistemə giriş kodunu və istifadəçi adını ona verərək ondan bank sirri təşkil edən müştəri məlumatlarını 10 saylı filialın digər əməkdaşı olan X3 göndərməsini xahiş etmişdir. İddiaçı daha sonra Leyla Ağamirzəyeva ilə əlaqə saxlayaraq ona göndərilmiş məlumatları həyat yoldaşının Elektron ünvan elektron poçt ünvanına göndərməsini xahiş etmişdir. Leyla Ağamirzəyeva məlumatların məzmununa baxmadan həmin xahişi yerinə yetirmiş və məlumatları həmin elektron poçt ünvanına göndərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, göndərilmiş məlumatlar 844 müştəri barədə məlumatı əhatə edən bank sirri məlumatları olmuşdur və daha sonra həmin məlumatlar həyat yoldaşının elektron poçt ünvanından İddiaçı elektron poçt ünvanına göndərilmişdir. Yuxarıda adları qeyd olunmuş şəxslərdən alınmış izahatlar bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş və zəruri tədbirlərin görülməsini labüd etmişdir. Cavabdehin etirazında bir halda bank sirri təşkil edən məlumatların yayılmasına şərait yaratmış ifadəsindən istifadə olunsa da, digər halda, bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş ifadəsindən istifadə olunmuşdur. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsinə ünvanlanmış suallara verilən cavablardan aydın oldu ki, İddiaçı əldə etdiyi informasiyaları yayması, həmin informasiyadan hər hansı formada istifadə etməsi və bunun nəticəsində banka hər hansı formada ziyan dəyməsi barədə heç bir məlumat yoxdur. Hətta onun həyat yoldaşının e-mail adresinə göndərilmiş materiallar bank işçilərinin gözü qarşısında silinmişdir. Lakin bank ehtimal edir ki, məlumatlar silinənədək iddiaçı onları başqa yerdə saxlaya və gələcəkdə həmin informasiyaları yaya bilər ki, nəticədə banka hansısa formada ziyan dəyməsi mümkündür. Sual-cavab əsnasında müəyyən olunan işin danılmaz faktiki hallarından biri də ondan ibarətdir ki, İddiaçı bankın sirr hesab etdiyi məlumatları qoruyub saxlamağa borclu olan şəxs deyildir, həmin məlumatların əldə olunmasında ona kömək etmiş şəxslər X12 və X6 onun tabeçiliyində olan işçilər deyillər. X12 və X3 münasibətdə, hətta sonuncunun həmin məlumatları qoruyub saxlamaq öhdəliyi olmasına baxmayaraq, daha yüngül intizam tənbeh tədbiri tətbiq olunmuşdur və həmin şəxslər bankda əvvəlki vəzifələrində əmək fəaliyyətinə davam edirlər. Digər bir məsələ, bank sirri anlayışının dəqiq müəyyən edilməsidir. Cavabdeh tərəf iddiaçının əldə etdiyi məlumatların bank sirrini təşkil edən məlumatlar olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Şərti olaraq razılaşsaq ki, həqiqətən də, iddiaçının əldə etdiyi məlumatla bank sirri hesab olunan məlumatlardır, o zaman hər şeydən öncə nəzərə almaq lazımdır ki, işçi yalnız qanunla və əmək müqaviləsində qeyd edilmiş əsaslarla işdən çıxarıla bilər. Vəzifə təlimatları və buna bənzər digər sənədlərdəki öhdəliklərini yerinə yetirməməsi işçinin işdən çıxarılması üçün əsas deyildir, hətta, işçi o sənədə imza atsa da. İddiaçının işdən azad edilməsi barədə əmrdə işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı əsaslandırılmayıbdır. Məhkəmə hazırklıq iclasında cavabdehin nümayəndəsinə ünvanlanan suallara verilən cavablardan da aydın olur ki, onlar bunu ehtimal edirlər. İşçinin işdən azad edilməsi ehtimallara deyil, dəqiq, qərəzsiz faktlara əsaslanmalıdır. Əmək məcəlləsi əmək müqaviləsinin ehtimallar əsasında ləğv edilməsini qadağan edir. Bu, konstitusion əmək hüququnun pozuntusudur. İşin faktiki hallarına əsaslanaraq, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirəm. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X8 iddianı qəbul etməyib bildirdi ki, iddiaçı tərəflə barışıq əldə edilməsi qeyri-mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən, müştərinin ad və soyadı belə bank sirrini təşkil edir. Bankın digər işçilərinin bu prosesdə iştirak etməsi isə sırf iddiaçının tələbi ilə olmuşdur. Ali Məhkəmənin də mövqeyi ondan ibarətdir ki, iddiaçının törətdiyi əməl kobud pozuntudur. İddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Qeyd edilməlidir ki, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında iddiaçı bildirmişdir ki, başqa işə daxil olarkən kredit portfelini göstərmək məqsədilə həmin məlumatları özü ilə götürmək istəmişdir. Hazırda onda heç bir məlumat yoxdur, məlumatlar filial müdirinin yanında silinmişdir. İddiaçının vəkili-nümayəndəsi isə əvvəlki iclaslarda çıxışında bildirmişdir ki, iddiaçının məlumatları özü ilə götürməsində məqsədi özünü gələcəkdə qarantiya altına almaq olmuşdur, belə ki, borclar qaytarılmadıqda hansı müştəriyə onun kredit verdiyini sübut etmək üçün həmin məlumatları götürmüşdür. İddiaçı yenidən bank sektorunda işə düzəlsəydi də belə, cavabdehə əhəmiyyətli dərəcədə zərər vurmuş ola bilməzdi. İddiaçı pozuntu edib, lakin cavabdeh tərəfindən təyin edilən cəza, yəni onun işdən çıxarılması adekvat olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini və iddia ərizəsinə etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 28 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı “Mərdəkan” filialına “mikromaliyyələşdirmə üzrə 1-ci dərəcəli mütəxəssis” vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 6 ay müddətinə bağlanmış, 3 ay sınaq müddəti tətbiq olunmuşdur. Əmək müqaviləsinin 7.1, 7.1.6-cı bəndindən görünür ki, işçi üzərinə işəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən X20 Qaydalarına, Davranış Məcəlləsinə və s. və ümumi davranış qaydalarına, bankdaxili korporativ aktlara riayət etmək barədə öhdəlik götürmüşdür. Əmək müqaviləsinin 7.4-cü bəndində qeyd edilmişdir ki, işçi bununla razılaşır ki, onun tərəfindən bu əmək müqaviləsində və xüsusilə maddə 7də nəzərdə tutulmuş hər hansı öhdəliklərin pozulması iş yerində normal iş ahənginin və ya normal işgüzar prosesinin, əmək və icra intizamı qaydalarının pozulması və ya digər şəkildə işəgötürənin, onun müştərilərinin və ya iş yoldaşlarının maraqlarına zərər yetirir və buna görə də işçinin öhdəliklərinin icra edilməməsi sayılaraq maddə 10.4-ün müddəalarının tətbiqi ilə nəticələnir. Əmək müqaviləsinin 9-cu bəndi məxfilik barədə işçinin öhdəliklərini, 10-cu bəndi isə müqavilənin xitamı hallarını təsbit etmişdir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “Mərdəkan” filialına mikromaliyyələşdirmə üzrə 1-ci dərəcəli mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Mülki işin materiallarında olan "xxxx" X21 Səhmdar Cəmiyyətinin “Etik və peşəkar davranış” Məcəlləsinin (xx.xx.2021-ci il tarixli versiya) 2.6.5-2.6.6-cı yarımbəndlərində göstərilmişdir ki, işçilərdən heç biri iş və ya qeyri-iş saatlarında Bankın və ya onun müştərilərinin işgüzar yazışması, hesabları və ya əməliyyatları üzrə məxfi informasiyadan, eləcə də işlə bağlı istənilən məlumatdan öz şəxsi maliyyə mənafeyi üçün istifadə etmək hüququna malik deyildir. Heç bir işçi müştəriyə aid olan məlumatı, bu kimi informasiyanın yerli məhkəmə, hüquq-mühafizə və ya vergi orqanlarına təqdim edilməsinin tələb olunduğu hallar istisna olmaqla, müştərinin özünün yazılı razılığı olmadan üçüncü şəxs üçün açıqlamaq hüququna malik deyildir. Mülki işin materiallarında olan "xxxx" X21 Səhmdar Cəmiyyətinin “İntizam” Qaydalarının (xx.xx.2021-ci il tarixli versiya) 2.2.1-ci yarımbəndindən görünür ki, işəgötürən Azərbaycan Respublikasının əmək qanunverciliyini və bankdaxili korporativ aktları pozan, vəzifəsinin icrası zamanı ciddi nöqsan və diqqətsizliyə yol verən hər bir işçi barəsində intizam tənbehi tədbiri ilə bağlı qərar qəbul edə bilər. Mülki işin materiallarında olan "xxxx" X21 Səhmdar Cəmiyyətinin “İntizam” Qaydalarına (xx.xx.2021-ci il tarixli versiya) Əlavə 1 – intizam xətaları və onlara görə tətbiq edilən intizam tədbirləri haqqında Təlimat cədvəlinin 12, 13 və 18-ci bəndlərində göstərilmişdir ki, login və şifrənin digər əməkdaşa və ya kənar şəxsə ötürülməsi və ya müxtəlif kanallarla sızdırılması, məxfi məlumatların e-mail və ya digər kanallarla Bankdan kənara göndərilməsi/sızdırılması (16-cı bənddə qeyd olunanlar istisna olmaqla) informasiya təhlükəsizliyinə, kommersiya və ya ticarət sirrini yaymaq, bu sirri qorumamaq, ifşa etmək, məlumatların məxfiliyi qaydalarına əməl etməmək, vəzifəsi ilə əlaqədar olmasa belə məxfi məlumatları bankdan çıxarmaq və ya açıqlamaq isə məxfilik və işəgötürənin nüfuzuna xələl gətirən yüksək dərəcəli pozuntu kimi qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" KB ASC-nin İnsan kapitalının idarə edilməsi Departamentinin direktoru, İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru, Təhlükəsizlik Departamentinin direktoru və Hüquq və təşkilati işlər Departamentinin Direktoru tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli işin nəticələrinə dair arayışdan görünür ki, bankın 10 saylı (Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində bank sirrini təşkil edən məlumatların yayılmasına şərait yaradılmış və həmin hal qanunvericiliyin, o cümlədən bankdaxili korporativ sənədlərin tələblərinin pozulması ilə nəticələnmişdir. Baş vermiş hadisənin faktiki və hüquqi tərəfləri barədə məlumat aşağıdakı kimidir: İddiaçı xx.xx.2022-ci il tarixində “Əcəmi” filialının mikromaliyyələşdirmə üzrə kiçik mütəxəssisi X12 ilə əlaqə saxlamış və ondan sistem kodunu verərək bank sirri təşkil edən müməlumatlarını 10 saylı filialın digər əməkdaşı olan X3 göndərməsini xahiş etmişdir. İddiaçı daha sonra Leyla Ağamirzəyeva ilə əlaqə saxlayaraq ona göndərilmiş məlumatları həyat yoldaşının mailto:salmanova.perisan@gmail.comElektron ünvan elektron poçt ünvanına göndərməsini xahiş etmişdir. Leyla Ağamirzəyeva məlumatların məzmununa baxmadan həmin xahişi yerinə yetirmiş və məlumatları həmin elektron poçt ünvanına göndərmişdir (göndərilən məlumatların siyahısı arayışa əlavə olunur). Araşdırma zamanı məlum olmuşdur ki, göndərilmiş məlumatlar 844 müştəri barədə məlumatı əhatə edən bank sirri məlumatları olmuşdur və daha sonra həmin məlumatlar həyat yoldaşının elektron poçt ünvanından İddiaçı elektron poçt ünvanına göndərilmişdir. Bank sirrini təşkil edən məlumatların yayılmasından xəbər tutan kimi, bankdaxili qaydaların ("xxxx" X21 Səhmdar Cəmiyyətinin “İntizam” Qaydaları) tələblərinə müvafiq olaraq filialın müdiri Rəşad Hətəmov tərəfindən dərhal lazımi tədbirlərin görülməsinə başlanılmış, xidməti məlumat tərtib edilərək pozuntu barədə İnsan kapitalının idarə edilməsi Departamentinin Biznes Partnyorluq Şöbəsinə məlumat verilmiş, Şöbə tərəfindən məsələnin araşdırılmasına başlanılmış və Bankın Təhlükəsizlik Departamentinin iştirakı ilə İddiaçı, Kamal Rüstəmli və Leyla Ağamirzəyevanın hadisə barədə izahatlarının alınması təmin edilmişdir. Adları qeyd olunmuş şəxslərdən alınmış izahatlar bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş və zəruri tədbirlərin görülməsini labüd etmişdir. Bank sirri təşkil edən məlumatların qorunmasının zəruriliyi nəzərə alınaraq, həm Bankın əməkdaşları ilə imzalanan əmək müqaviləsində, həm də bankdaxili korporativ sənədlərdə həmin məlumatların qorunması öhdəliyi, öhdəliyin pozulması halında görülməli olan tədbirlər və həmin öhdəliklər pozulduğu halda Bankın malik olduğu hüquqlar ətraflı şəkildə tənzimlənir. "xxxx" X21 Səhmdar Cəmiyyətinin “İntizam” Qaydalarına əsasən “Login və şifrənin digər əməkdaşa və ya kənar şəxsə ötürülməsi və ya müxtəlif kanallarla sızdırılması”, “Məxfi məlumatların email və ya digər kanallarla Bankdan kənara göndərilməsi/sızdırılması”, “Kommersiya və ya ticarət sirrini yaymaq, bu sirri qorumamaq, ifşa etmək və məlumatların məxfiliyi qaydalarına əməl etməmək, vəzifəsi ilə əlaqədar olması belə məxfi məlumatları Bankdan çıxarmaq və ya açıqlamaq”, “Əmək fəaliyyəti dövründə yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, Bankın və ya mülkiyyətçinin qanuni mənafeyinə, Bankın imicinə və nüfuzuna cidd xələl gətirmək” kimi pozuntuların törədilməsi Banka onun tərəfindən Qaydalarda qeyd olunmuş müvafiq intizam tənbehinin tətbiq olunması hüququ yaradır. Qaydalara əsasən intizam tədbiri tətbiq edilərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və onun törətdiyi xətanın xarakterini nəzərə alaraq Qaydalarda qeyd olunanlardan fərqli intizam tədbirinin tətbiq edilməsi barədə qərar (əmr) qəbul edilə bilər. "xxxx" X21 Səhmdar Cəmiyyətinin “Etik və peşəkar davranış” Məcəlləsinə əsasən Bank işçiləri tərəfindən Bankın maddi və intellektual resusrlarından şəxsi məqsədlər üçün istifadə edilməsinə yol verilmir. İstehsalat, kommersiya və ya dövlət sirinin qəsdən yayılması və yaxud bu sirrin qorunması üzrə öhdəlikləri yerinə yetirməmək, habelə iş vaxtı bilavasitə iş yerində inzibati xətalara və cinayət tərkibli ictimai-təhkükəli hərəkətlərə yol vermək işçi tərəfindən əmək öhdəliklərinin kobud şəkildə pozulması halları hesab edilir. İşçilərdən heç biri iş və ya qeyri-iş saatlarında Bankın və ya onun müştərilərinin işgüzar yazışması, hesabları və ya əməliyyatları üzrə məxfi informasiyadan, eləcə də işlə bağlı istənilən məlumatdan öz şəxsi maliyyə mənafeyi üçün istifadə etmək hüququna malik deyildir. Heç bir işçi müştəriyə aid olan məlumatı, bu kimi informasiyanın yerli məhkəmə, hüquq-mühafizə və ya vergi orqanlarına təqdim edilməsinin tələb olunduğu hallar istisna olmaqla, müştərinin özünün yazılı razılığı olmadan üçüncü şəxs üçün açıqlamaq hüququna malik deyildir. Hər bir işçi müştəri məlumatlarının və təşkilat sirlərin məxfiliyini qorumaq üçün məsuliyyət daşıyır. İddiaçı ilə bank arasında imzalanmış xx.xx.2018-ci il tarixli 28 saylı əmək müqaviləsinin 7-ci maddəsində isə qeyd olunmuşdur ki, işəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən X20 Qaydalarına, Davranış Məcəlləsinə və digər ümumi davranış qaydalarına, bankdaxili korporativ aktlara riayət etmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və o cümlədən bununla məhdudlaşmadan bank qanunverciliyinə riayət etmək işçinin öhdəliklərinə daxildir. Habelə əmək müqaviləsinin 7.4cü maddəsində qeyd olunmuşdur ki, işçi bununla razılaşır ki, onun tərəfindən əmək müqaviləsində və xüsusilə maddə 7-də nəzərdə tutulmuş hər hansı öhdəliklərin pozulması iş yerində normal iş ahənginin və ya normal işgüzar prosesinin, əmək və icra intizam qaydalarının pozulması və ya digər şəkildə işəgötürənin, onun müştərilərinin və ya iş yoldaşlarının maraqlarına zərər yetirir və buna görə də işçinin öhdəliklərinin icra edilməməsi sayılaraq Maddə 10.4-ün tətbiqi ilə, yəni əmək müqaviləsinin xitam olunması ilə nəticələnir. Qanunvericiliyin, bankdaxili korporativ aktların tələbləri və əmək müqaviləsinin müddəaları nəzərə alınaraq məlum olmuşdur ki, yuxarıda qeyd olunanlar İddiaçı münasibətdə bank tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini xitam etmək hüququ yaradır. Mülki işin materiallarında olan "xxxx" KB ASC-nin 10 saylı filialının X19 xx.xx.2022-ci il tarixində İnsan kapitalının idarə edilməsi Departamentinin Biznes partnyorluğu şöbəsinə ünvanladığı xidməti məlumatdan görünür ki, öz ərizələri ilə işdən azad olunmaları ilə əlaqədar olaraq banka aid sənədləri və əşyaları təhvil vermək məqsədilə 10 saylı filialın mikromaliyyələşdirmə üzrə qrup rəhbəri İddiaçı və mikromaliyyələşdirmə üzrə mütəxəssisi X4 xx.xx.2022-ci il tarixində onun otağına yaxınlaşmışlar. Baş ofisdən gələn e-mailə əsasən İddiaçı əvəz edən Mikromaliyyələşdirmə biznesi Departament Mikrokreditlərin təhlili şöbəsinin eksperti X1 və Xəyaldan bankın inventarına aid olan əşyaları (mobil telefon, planşet və s.) təhvil almalı idi. Otaqda təhvil-təslim prosesinin necə həyata keçiriləcəyi barədə qısa müzakirə aparıb adları qeyd olunan əməkdaşlara yalnız aid olan şəxsi əşyalarını götürə biləcəklərini bildirmişdir. Hər üç şəxs otağı tərk edib təhvil-təslim prosesinə başladılar. Təhvil-təslim prosesi zamanı Rəşad Hətəmovun elektron-poçt ünvanına İnformasiya Təhlükəsizliyi Departamentindən məlumat daxil olmuş və həmin məlumatda səhər saatlarında Əcəmi filialının mikromaliyyələşdirmə üzrə kiçik mütəxəssis X12 tərəfindən 10 saylı filialın korporativ xidmətlər üzrə aparıcı mütəxəssisi X3 excel formatında sənədi göndərdiyi, sonuncunun isə həmin sənədi banka aid olmayan kənar emailə göndərdiyi bildirilmişdir. Həmin sənəd Rəşad Hətəmov tərəfindən açıldıqda məlum olmuşdur ki, sənəd 800-dən çox mikro müştərisini əhatə edən siyahıdır. Məsələ ilə bağlı Leyla Ağamirzəyeva ilə aparılmış danışıqlar nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixində saat 09:12-də whatsapp vasitəsilə öz e-mailinin yaddaşının dolduğunu, buna görə də digər filialdan Kamalın ona (Leylaya) göndərəcəyi sənədi mailto:salmanova.perisan@gmail.comElektron ünvan mail ünvanına göndərməsini Leyladan xahiş etmişdir. Məsələni araşdırmaq məqsədilə Rəşad Hətəmov təhvil-təslim prosesini bitirmiş, Namiq Mehdiyev və İddiaçı xidməti otağına dəvət etmiş, Fəridlə aparılmış söhbət zamanı məlum olmuşdur ki, Fərid xx.xx.2022-ci il tarixində 08:00-09:00 saatlarında whatsapp vasitəsilə Kamala yazaraq bildirib ki, ona (Kamala) mikro müştərilərin bazasına daxil olmaq məqsədilə özünün istifadəçi adı və sifarişini verərək, ilk olaraq gecikməyə düşmüş mikro müştərilərin, daha sonra isə bütün mikro müştərilərin siyahısını excel formatında Leyla Ağamirzəyevaya göndərməsini istəyir. Kamal sənədi Leylaya, o isə öz növbəsində sənədi açmadan (Leylanın sözlərinə görə) Fəridin bildirdiyi elektron poçt ünvanına göndərmişdir. Həmin ünvanın Fəridin həyat yoldaşına məxsus olduğu və göndərilən sənədi Fəridin öz e-mailinə göndərdiyi məlum olmuşdur. Bu zaman otaqda Rəşad Hətəmov, Fərid və Namiq var idi. X18 həyat yoldaşı ilə əlaqə saxlayıb məlumatların olduğu telefonu filiala gətirməsini xahiş etdikdən sonra Fərid həyat yoldaşın filiala çağırmışdır. Rəşad Hətəmov həm Fəridin, həm də onun həyat yoldaşının mobil telefonlarından müştəri məlumatlarını özündə əks etdirən sənədlərin həmin şəxslərin məlumatı olmaqla video müşayiət ilə silmiş, Fərid otağı tərk etmədən əvvəl onda banka aid olan sənədlər (təqib etdiyi müştərilərə verilmiş kreditlərlə bağlı siyahı, e-maillər, qeyd dəftərinə yazılmış müştəri məlumatları və s.) aşkar edilmiş və götürülmüşdür. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan "xxxx" KB ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 28 saylı Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bunu nəzərə alaraq, əmək kitabçasını təhvil almaq üçün "xxxx" KB ASC-yə (ünvan: Rəşid Behbudov 55) yaxınlaşması xahiş olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli 549-Ü/10 saylı əmrindən görünür ki, bankın 10 saylı (Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsində çalışan İddiaçı xx.xx.2021-xx.xx.2023-cü il iş dövrü üçün xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixinədək 15 təqvim günü əmək məzuniyyəti verilmişdir. xx.xx.2022-ci il tarixdən işə başlamalıdır. Mülki işin materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli 595-Ü/10 saylı əmrindən görünür ki, bankın 10 saylı (Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsində çalışan İddiaçı xx.xx.2022-xx.xx.2023-cü il iş dövrü üçün xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixinədək 1 təqvim günü əmək məzuniyyəti verilmişdir. xx.xx.2022-ci il tarixdən işə başlamalıdır. Mülki işin materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli 1787-K/10 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, "xxxx" KB ASC-də (bundan sonra - bank) 10 saylı (Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsində çalışan İddiaçı (bundan sonra - işçi) xx.xx.2022-ci il tarixində özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, bank sirrini təşkil edən məlumatların qorunması rejiminin hüquqi tələblərini pozmuş və həmin hal qanunverciliyin, bankdaxili korporativ sənədlərin və Bank və İşçi arasında bağlanılmış əmək müqaviləsinin (bundan sonra - Əmək Müqaviləsi) tələblərinin pozulmasına səbəb olmuşdur. Məsələ ilə əlaqədar Bank daxilində araşdırmalar aparılmış və qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Həmçinin, bununla bağlı İşçi və digər əməkdaşlar tərəfindən verilmiş yazılı izahatlarda da sözügedən faktlar təsbit olunmuşdur. Bank və İşçi arasında bağlanılmış Əmək Müqaviləsinin 7-ci bəndində qeyd olunduğu kimi, İşəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən X20 Qaydalarına, Davranış Məcəlləsinə və digər ümumi davranış qaydalarına, bankdaxili korporativ aktlara riayət etmək, habelə Azərbaycan Respublikasının qanunverciliyinə, o cümlədən bununla məhdudlaşmadan bank qanunverciliyinə riayət etmək İşçinin öhdəliklərinə daxildir. Habelə, Əmək Müqaviləsinin 7.4-cü maddəsinə əsasən İşçi onun tərəfindən Əmək Müqaviləsində və xüsusilə 7-ci maddədə nəzərdə tutulmuş hər hansı öhdəliklərin pozulması iş yerində normal iş ahənginin və ya normal işgüzar prosesinin, əmək və icra intizam qaydalarının pozulması və ya digər şəkildə İşəgötürənin, onun müştərilərinin və ya iş yoldaşlarının maraqlarına zərər yetirir və buna görə də İşçinin öhdəliklərinin icra edilməməsi sayılaraq Maddə 10.4-ün tətbiqi ilə, yəni əmək müqaviləsinin xitam olunması ilə nəticələnir. İşçi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin, Bankın “İntizam Qaydaları”nın və “Etik və peşəkar davranış” Məcəlləsinin tələblərini pozmuş, Əmək Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və Bankın qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Qeyd olunanları nəzərə alaraq və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərini rəhbər tutaraq, 10 saylı (Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsində çalışan İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, “işçi özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” əsası ilə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrin surəti, işçi İddiaçı əmək kitabçası və son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi daxil olmaqla) işçiyə təqdim edilmiş, əmrdən irəli gələn məsələlərin həllinin İnsan kapitalının idarə edilməsi Departamentinə tapşırılması əmr edilmişdir. Əmrin əsasını İddiaçı xx.xx.2022-ci il tarixli izahatı, Bankın əməkdaşları X7 və X2 xx.xx.2022-ci il tarixli izahatları, 10 saylı (Əhmədli) filialın X19 xx.xx.2022-ci il tarixli “Xidməti Məlumat”a dair sənədi, “İşin nəticələrinə dair” xx.xx.2022-ci il tarixli Arayış təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" KB ASC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə 1787-K/10 saylı, xx.xx.2022-ci il tarixli əmr əsasında “70.ç.işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə xitam verilmişdir. Mülki işin materiallarında olan ******* nömrəli əmək kitabçasında edilmiş 10-13 nömrəli qeydlərdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli əmrə əsasən 02 iyul 2018-ci il tarixdən etibarən 3 ay sınaq müddəti müəyyən olmaqla Mərdəkan filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli 169-K nömrəli əmrə əsasən 10 saylı Əhmədli filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi vəzifəsinə, xx.xx.2021-ci il tarixli 413-K nömrəli əmrə əsasən “10 saylı (Əhmədli)” filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 1787-K nömrəli əmrə əsasən “AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, “İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi” səbəbi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan Mediasiya Şurası Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli MŞB-18-00148 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı "xxxx" KB ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbi üzrə mediasiya işi ilə bağlı 15 dekabr 2022-ci il tarixə, saat 17:30-a Sumqayıt şəhəri Sülh küçəsi (məhkəmə kompleksinin yanında yerləşən) 60A saylı bina, 2-ci mərtəbə, 21-ci otaq ünvanında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İlkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil iştirak etmiş, "xxxx" ASC-yə ilkin mediasiya sessiyası barədə xx.xx.2022-ci il tarixdə göndərilmiş bildiriş xx.xx.2022-ci il tarixdə çatdırılmış, lakin nümayəndəsi mediasiya prosesində iştirak etməmişdir. Mülki işin materiallarında olan "xxxx"nin sosial şəbəkələrdə davranış qaydalarının informasiya təhlükəsizliyinin qorunması haqqında öhdəlik adlı bölməsinin 4-cü bəndindən görünür ki, İddiaçı xx.xx.2018-ci ildə öz imzası ilə təsdiq etmişdir ki, "xxxx"-nin daxilində şəxsi poçt ünvanından istifadə etməyəcək, Bankdan kənarda şəxsi poçt ünvanından istifadə edərkən xidməti məlumatları kənar şəxsə göndərməyəcək. Mülki işin materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Kamal Rüstəmlinin və Leyla Ağamirzəyevanın, xx.xx.2022-ci il tarixdə isə İddiaçı izahatları alınmışdır. İddiaçı izahatı ilə təsdiq olunur ki, o, müştərilər barədə olan məlumatların toplandığı kredit portfelini götürmüşdür. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən, iddiaçı cavabdeh cəmiyyətin “Mərdəkan” filialının “mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi” vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə “10 saylı” (Əhmədli) filialının “mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi” vəzifəsinə, xx.xx.2021-ci il tarixdə “10 saylı” (Əhmədli) filialının “mikromaliyyələşdirmə üzrə qrup rəhbəri” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə İddiaçı xx.xx.2022-ci il tarixli izahatı, Bankın əməkdaşları X7 və X2 xx.xx.2022-ci il tarixli izahatları, 10 saylı (Əhmədli) filialın X19 xx.xx.2022-ci il tarixli “Xidməti Məlumat”a dair sənədi, “İşin nəticələrinə dair” xx.xx.2022-ci il tarixli Arayışa əsaslanaraq verilmiş 1787-K nömrəli əmrə əsasən “AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, “İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi” səbəbi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixli məktubla cavabdeh tərəfindən iddiaçıya bu barədə məlumat verilmiş və əmək kitabçasını təhvil almaq üçün cavabdeh cəmiyyətin ofisinə yaxınlaşması xahiş olunmuşdur. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə razılaşmayaraq, cavabdehlə aralarında olan əmək mübahisəsinin mediasiya vasitəsilə həll edilməsi məqsədilə mediasiyaya müraciət etmiş, lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmışdır. Bu münasibətlərdə iddiaçı işçi, cavabdeh isə işəgötürən qismində çıxış etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçının törətdiyi əməlin kobud pozuntu olması səbəbilə onun iddiasına etiraz edir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının cavabdeh banka məxsus müəyyən istifadəçi adı və şifrə ilə daxil oluna bilən sistemdən qanunla qorunan məlumatlar hesab edilən 844 müştərinin məlumatlarını əhatə edən elektron faylın digər işçilərin etibarından sui-istifadə edərək korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına göndərilməsinə səbəb olması, həmin elektron məlumatlarla yanaşı, müştərilərə dair məlumatların əks olunduğu dəftərləri başqa işə girərkən təqdim etməsi məqsədilə götürməsi işin mübahisəsiz halını təşkil edir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ ondan ibarətdir ki, bankdan götürülən məlumatlar qanunla qorunan sirr deyildir, iddiaçı həmin məlumatları yaymamış və ya məlumatların yayılmasına şərait yaratmamış, cavabdehə isə bunun nəticəsində hər hansı məbləğdə ziyan dəyməmişdir. Buna görə də iddiaçı tərəf hesab edir ki, cavabdehin iddiaçının bu əməli nəticəsində onu işdən azad etməsi barəsində əmri qanunazidd olaraq verilmişdir, çünki iddiaçının törətdiyi əmələ görə onun işdən azad edilməsi nəticə etibarilə adekvat olmamış, həmçinin, işçinin qanunla qorunan əmək hüquqlarını pozmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə vurğulamağı zəruri hesab edir ki, işin mübahisəsiz halını təşkil edən müştərilərə məxsus məlumatların iddiaçı tərəfindən götürülməsi faktı onunla cavabdeh arasında olan əmək müqaviləsinin müvafiq bəndlərinin, cavabdehin öz işçilərinə aşıladığı “Etik və peşəkar davranış” Məcəlləsinin, “İntizam” Qaydalarının, “Sosial şəbəkələrdə davranış qaydaları”nın müvafiq yarımbəndlərinin kobud şəkildə pozulması, eyni zamanda, “İntizam” Qaydalarına əlavə edilmiş Təlimatda göstərilən yüksək dərəcəli pozuntuların iddiaçı tərəfindən törədilməsi ilə nəticələnmiş, beləliklə, cavabdehi həm hüquqi, həm də iqtisadi cəhətdən risklərə məruz qoymuşdur. Məhkəmə qeyd edir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur. Belə ki, kommersiya sirri, hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Bank sirri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında, müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatlardır. Müştəri məlumatlarının sirri isə özlüyündə kommersiya müəssisə və şirkətlərinin, bankların, sığorta şirkətlərinin, kapital bazarında və maliyyə bazarlarında fəaliyyət göstərən vasitəçi təşkilatların müştəri ilə münasibətlərində birbaşa və ya dolayı yolla əldə etdikləri şəxsi, iqtisadi, maliyyə, pul vəsaitləri ilə bağlı bütün əməliyyatlar, müştərinin kredit vəziyyəti barədə məlumat və sənədləri ehtiva edir. Göründüyü kimi, kommersiya sirrinin sahibi olan cavabdeh bank iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda, şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi. Bununla da iddiaçının götürdüyü məlumatların qanunla mühafizə edilən sirlərin siyahısına aid olmaması və həmin məlumatların yayılmaması, habelə, yayılmasına onun tərəfindən şərait yaradılmaması, cavabdehə ziyan dəyməməsi barədə gətirdiyi dəlillər məhkəmə tərəfindən əsassız hesab olunur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının götürdüyü məlumatlar cavabdehin kommersiya sirrini təşkil edir, kommersiya sirri isə həm qanunvericiliklə, həm də cavabdehin qəbul etdiyi müvafiq sənədlərlə qorunur. Məlumatların yayılması və ya yayılmasına iddiaçı tərəfindən şəraitin yaradılması halı tərəflərin izahatları və iş materialları ilə təsdiq edilmədiyi kimi, təkzib də edilmir (iddiaçının həyat yoldaşının şəxsi elektron poçt ünvanına göndərilməsi nəzərə alınmalıdır), buna görə də işin mübahisəli halını təşkil edir. Cavabdehə ziyan vurulması halı hazırki vaxtda mövcud olmasa da, gələcəkdə cavabdehə ziyan vurulma riskinin mövcud olması istisna olunmur. Hazırki situasiyada məhkəmənin iddiaçının gətirdiyi dəlillərə əsaslanaraq onun əməlini kobud pozuntu hesab etməməsi, cavabdehin əmrini qanunsuz hesab edərək ləğv etməsi ədalət balansının, işçilər tərəfindən iş yerlərində olan məlumatların məxfiliyinin qanunla müəyyən edilmiş qorunma qaydalarının rahatlıqla pozulması və buna görə heç bir cəza almaması ilə nəticələnə, gələcəkdə belə halların artmasına məhkəmə tərəfindən rəvac verilməsi kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyin tələbləri baxımından doğru olmuşdur. Əmrin verilməsi və rəsmiləşdirilməsi prosesində, habelə əmrin məzmununda əmək qanunvericiliyinin tələblərini pozan, qanunazidd hesab oluna bilən hal aşkar edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən, kommersiya sirrinin işçi tərəfindən yayılması ilə yanaşı, sadəcə onun tərəfindən bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Hazırki halda da, işçi işə qəbul edilən zaman ona bəyan edilmiş və məsuliyyət yaradacağı izah edilmiş daxili qaydalara zidd şəkildə kommersiya sirrini təşkil edən məlumatları başqa şəxsin elektron ünvanına göndərilməsinə səbəb olmaqla, bankın bu məlumatların gizli saxlanılmasına dair müəyyən etdiyi rejimlə bağlı öhdəliklərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsinin) 2ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76-cı maddəsinin “c” və “e” bəndlərində qeyd edilmişdir ki, işçi qanunazidd hərəkətləri ilə inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda və işəgötürənin kommersiya sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0, 2.0.1, 2.0.3- 2.0.4 və 2.0.7-ci maddəsində qeyd edilmişdir ki, kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxsdir. Kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxsdir. Kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Həmin Qanunun 41.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir. Həmin Qanunun 41.5-ci maddəsinə görə, bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967.1-967.3-cü maddələrinə görə, bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı üçün iddianın rədd edilməsi qənaətinə gəlir. Həmçinin, məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, İddiaçı cavabdeh "xxxx" KB ASCyə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsinin təmin edilməməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələblərinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1008/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1008/2023
10.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver