Məhkəmə qərarları › İş №e-2(006)-109/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-109/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-109/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X4, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi (vəkili) Vəkil3, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi (vəkili) Vəkil1, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2, ilk iddia üzrə cavabdeh Respublika Diaqnostika Mərkəzi ASC-nin nümayəndəsi X5, ilk iddia üzrə cavabdeh Respublika Diaqnostika Mərkəzi ASC-nin nümayəndəsi (vəkili) Vəkil4 iştirakları ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Respublika Diaqnostika Mərkəzi ASC-yə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh1 qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığa vurulmuş zərərə görə 5.199,14 manat və hazırki iddianın qaldırılmasına görə ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurulmuş zərərə görə 5.000 manat, mənəvi zərərə görə 5.000 manat, onun tərəfindən edilmiş əməliyyatlara, analizlərə, dərmanlara, yol xərclərinə və bununla əlaqədar ödənilmiş digər xərclərə görə 10.000 manat və hazırkı iddia ərizəsinin qaldırılmasına görə ödənilmiş 150 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurulmuş zərərə görə 500.000 manat, mənəvi zərərə görə 300.000 manat, onun tərəfindən edilmiş əməliyyatlara, analizlərə, dərmanlara, yol xərclərinə və bununla əlaqədar ödənilmiş digər xərclərə görə 20.000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.110 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurulmuş zərərə görə 500.000 manat, mənəvi zərərə görə 300.000 manat, onun tərəfindən edilmiş əməliyyatlara, analizlərə, dərmanlara, yol xərclərinə və bununla əlaqədar ödənilmiş digər xərclərə görə 20.000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.260 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonda, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurulmuş zərərə görə 500.000 manat, mənəvi zərərə görə 300.000 manat, onun tərəfindən edilmiş əməliyyatlara, analizlərə, dərmanlara, yol xərclərinə və bununla əlaqədar ödənilmiş digər xərclərə görə 20.000 manat olmaqla ümumilikdə 820.000 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.260 manat dövlət rüsumunun birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən son 2-3 ildə səhhətində bəzi narahatlıqları olmuşdur. Onun şikayəti sidik ifrazatının tezləşməsi ilə bağlı olmuşdur. Narahatlıqları bir qədər də artdığına görə o, müayinə olunmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə Respublika Diaqnostika Mərkəzinə getmiş, orada səhhətində yaranmış problemlə bağlı həkim lazım olduğunu bildirdikdə, onu həkim Cavabdeh1 yönləndirmişlər. O, Cavabdeh1 qəbuluna daxil olduqdan sonra ona şikayətlərini bildirmiş, şikayətləri sidik ifrazının tezləşməsi və çətin olması, eləcə də sol qasıq nahiyəsində şişkinliklə bağlı olmuşdur. Cavabdeh1 İddiaçı ilkin müayinə etdikdən sonra onun göndərməsi ilə Tələt həmin gün Bakı şəhəri Nərimanov rayonunda yerləşən «ELLAB» və Bakı şəhəri Heydər Hüseynov küçəsində yerləşən «UROLAB» klinikalarında uroloji müayinələrdən keçmişdir. Müayinənin nəticələri barədə sənədləri Cavabdeh1 təqdim etmişdir. Rəşad tərəfindən ona «N40 Prostat vəzinin hiperplaziyası» (K40.9, birtərəfli və ya dəqiqləşdirilməmiş qaşıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan) diaqnozu qoyulmuşdur. Rəşad onun əməliyyat olunacağını və əməliyyat üçün Respublika Diaqnostika Mərkəzinə gəlməyini bildirmişdir. xx.xx.2023-cü ildə o, əməliyyat olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə getmiş, həmin gün həkim Cavabdeh1 onu əməliyyat etmişdir. xx.xx.2023-cü il tarixdə isə o, xəstəxanadan evə buraxılmışdır. Bundan sonra iddiaçının səhhətində olan vəziyyət yaxşılaşmaq və aradan qalxmaq əvəzinə daha da artmışdır. Belə ki, sidik ifrazı əvvəlkindən daha da tezləşmiş və daha da çətinləşmişdir. Vəziyyəti daha da pisləşdiyindən xx.xx.2023-cü il tarixdə o, yenidən Cavabdeh1 Fərhad oğlunun yanına gedərək səhhətində olan ağırlaşmalar barədə ona kəskin iradlarını bildirmişdir. Belə ki, əməliyyatdan sonra şikayətlərinin daha da artmasını və ağırlaşmasını ona bildirmişdir. Bu iradlarından sonra Rəşad yenidən onu müayinələrdən keçmək üçün yuxarıda qeyd edilən klinikalara göndərmişdir. Müayinələrdən keçib gəldikdən sonra Rəşad tərəfindən ona qoyulmuş diaqnoz «Z98,8 Prostat vəzinin transurteral rezeksiyası əməliyyatından sonrakı vəziyyəti» olmuşdur. Həkim Rəşad onun yenidən bu dəfə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında əməliyyat olunacağını bildirmişdir. 03 may 2023-cü il tarixdə Rəşad onu venadaxili anesteziya altında yenidən əməliyyat etmişdir. Bundan sonra o, evə yazılmış, daha sonra başa düşmüşdür ki, həkim onun prostat vəzini kəsib xaric etmişdir. Əməliyyatın nəticələrinə dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş tibbi sənədlərdə də İddiaçı üzərində «Diaqnostik Sistouretroskopiya-sidik kisəsi boynunda ödemli toxumanın xaric edilməsi» əməliyyatının icra olunması qeyd olunmuşdur. Bundan sonrakı müddətdə İddiaçı Çin Xalq Respublikasına gedərək orada müayinə olunmuşdur. 2023-cü ilin dekabr ayında isə müalicə üçün Türkiyə Respublikasına getmiş, bir sıra müayinələrdən keçdikdən sonra orada əməliyyat olunmuşdur. Rəşadın İddiaçı göndərdiyi «UROLAB» və «ELLAB» klinikaları tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli USM və digər ilkin müayinə sənədlərindən açıq-aşkar görünür ki, əməliyyatdan əvvəl İddiaçı prostat vəzi ilə bağlı hər hansı ciddi bir problemi olmayıb, prostat vəzi və qarın boşluğunda yerləşən digər orqanların vəziyyəti ilə bağlı göstəricilər tam norma daxilində olmuşdur və sidik ifrazatı ilə bağlı biokimyəvi analizlərin də nəticələri yaxşıdır. Həmçinin "xxxx" klinikasının xx.xx.2021 və xx.xx.2022-ci il tarixli, «Florence» Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli, «X31» klinikasının xx.xx.2020-ci il tarixli, «Spero Hospital» tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli uroloji USM müayinə sənədlərindən də görünür ki, əməliyyatdan əvvəl prostat vəzinin ölçüləri tam normaldır. Cavabdeh1 iddiaçını göndərdiyi «ELLAB» klinikasının xx.xx.2023-cü il tarixli biokimyəvi analiz nəticələrinə dair müayinə sənədlərindən də görünür ki, əməliyyatdan sonra İddiaçı sidik ifrazatı ilə bağlı göstəricilərdə xeyli dərəcədə pisləşmələr olmuşdur. Buna baxmayaraq «UROLAB» klinikası tərəfindən verilmiş eyni tarixli USM müayinə sənədlərindən görünür ki, 1-ci əməliyyatdan sonra onun prostat vəzində hər hansı patologiya olmamış, vəzin ölçüləri norma daxilində olmuşdur. Cavabdeh1 Fərhad oğlu tərəfindən aparılmış belə bir səhv əməliyyatın nəticəsində onun həyati əhəmiyyəti olan orqanlarından biri və orqanizmin həyati əhəmiyyətli funksiyası, demək olar ki, sıradan çıxmışdır. Bu hadisə ona həddən artıq çox ağır təsir etmişdir. Bu müddətdə o, çox ağır stress və mənəvi sarsıntılar, iztirablar keçirmişdir. İddiaçı psixoloji durumu gərgin və ağır olduğundan psixiatra müraciət etmək məcburiyyətində qalmışdır və hal-hazırda da davamlı psixiatr dəstəyi alır. O, xx.xx.2023-cü il tarixində Zəhra klinikasında, həkim psixiatr Lalə Məmmədovanın psixodiaqnostik müayinəsində olmuş, ona «X20» diaqnozu qoyulmuşdur, hal-hazırda da mütəmadi olaraq dərman müalicəsi və psixoterapiya seansları alır. Buna baxmayaraq o, hələ də özünə gələ bilməmiş, baş verənlərin mənəvi və psixoloji sarsıntılarını üzərindən ata bilməmişdir. Bu günkü gündə də sağlamlığına vurulmuş zərərin yaratdığı ağır psixoloji travmanın nəticələrindən əziyyət çəkir. Hal-hazırda İddiaçı Cavabdeh1 tərəfindən onun sağlamlığına vurulmuş zərərin ödənilməsini tələb edir. İddiaçı bütün bu müddət ərzində səhhətinə dəymiş zərərə görə həm ölkədə, həm də ölkə xaricində dəfələrlə müayinələrdən keçməyə məcbur olmuş, müalicə üçün dərmanlara xeyli miqdarda pul xərcləmişdir. Bu, iddia ərizəsinə əlavə edilmiş həmin dərmanların reseptlərindən də görünür. Eyni zamanda başına gəlmiş bu ağır hadisədən sonra psixiatrdan mütəmadi olaraq psixoloji dəstək alması üçün dərman müalicəsi və psixoterapiya seanslarında iştirak etməyə əhəmiyyətli məbləğdə pullar xərcləmişdir. Qeyd etmək zəruridir ki, o, hal-hazırda da mütəmadi olaraq həm dərman müalicəsi, həm də psixiatr dəstəyi alır və bundan sonra da almağa davam etmək məcburiyyətindədir. Belə olan halda, aydın məsələdir ki, onun bu xərcləri bundan sonra da davam edəcək. Cavabdeh tərəfindən edilmiş yanlış əməliyyatdan sonra o, müayinə və müalicə üçün xarici ölkələrə getmiş, bu zaman həmin ölkələrdə də xeyli miqdarda xərclərə məruz qalmış, təkcə uçuşlarla bağlı təyyarə biletlərinə görə 1893,14 AZN və 252 Avro ödəmişdir. Beləliklə, İddiaçı həkim Cavabdeh1 tərəfindən yanlış əməliyyat edilməsi nəticəsində sağlamlığına ağır və bərpaolunmaz zərər dəymişdir. Onun həkimə müraciət edən zaman şikayətləri, bir sıra ilkin tibbi müayinələr nəticəsində xəstənin müəyyən olunmuş vəziyyəti, müayinədən sonra ona qoyulmuş diaqnoz, bundan sonra icra edilmiş əməliyyat, xəstənin əməliyyatdan sonrakı vəziyyəti və əməliyyatdan sonrakı vəziyyətlə bağlı qoyulmuş diaqnoz arasındakı aşkar görünən səbəbli əlaqə yaranmış xəsarətin həkimin kobud səhlənkarlığı və təqsiri üzündən yarandığını sübut edir. Buna görə də, iddia ərizəsində qeyd olunan qanunvericilik normalarının göstərişlərinə uyğun olaraq İddiaçı həkimi Cavabdeh1 mülki məsuliyyət daşıyır, onun həm sağlamlığına dəymiş zərərin əvəzini, həm də onun sağlamlığına dəymiş zərərin nəticəsində keçirdiyi psixoloji sarsıntı və iztirablara görə dəymiş mənəvi zərərin əvəzini ona ödəməlidir. Bundan başqa, İddiaçı məhkəmədə hazırkı iddianın qaldırılmasına görə 72 manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumunun əvəzi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə İddiaçı söylədikləri həqiqətləri əks etdirmədiyinə, əksinə ictimaiyyət arasında hörmət, nüfuz sahibi olan, işinin öhdəsindən layiqincə gələn, öz işini peşəkarcasına icra edən şəxs kimi ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 manat pul vəsaitinin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı öz işini peşəkarcasına icra edən şəxs kimi ona dəymiş maddi və mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı Cavabdeh1 onun sağlamlığına vurulmuş zərərə görə 5.199,14 manat və iddiaçı tərəfindən ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Sonra, dəqiq ifadə etdikdə, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəf iddia ərizəsinə əlavə edərək, həmin məbləği artıraraq iddiaçının saglamlığına vurulmuş zərərə görə 5.000 manat, mənəvi zərərə görə 5.000 manat, iddiaçı tərəfindən əməliyyatlara, analizlərə, dərmanlara yol xərclərinə və bununla əlaqədar ödənilmiş digər xərclərə görə 10.000 manat, eyni zamanda hazırki iddianın qaldırılmasına görə ödənilmiş 150 manat dövlət rüsumunun da Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsinə dair ərizəni elektron məhkəmə portalına yerləşdirmişdir. Qarşı tərəf öz iddia ərizəsinə əlavəni elektron məhkəmə sisteminə yeni əlavə etdiyinə görə ilk iddia üzrə cavabdeh tərəf qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Qarşı tərəfin iddia ərizəsinə əlavəsinə, ərizədə qeyd edilən məbləğlərə nəzər salınsa görünər ki, həqiqətlər heç də iddiaçı tərəfindən verilmiş ilk iddia ərizəsində əks etdirildiyi kimi deyildir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 şərəf və ləyaqətini, eyni zamanda işgüzar nüfuzunu ləkələməkdən başqa bir iş görməmişdir. Çünki Cavabdeh1 öz sahəsi üzrə peşəkar, vəzifəsini şərəflə icra etmişdir. Belə olduğu halda qarşı tərəfin onu şər-böhtanla ləkələməsi onun ictimai nüfuzuna böyük zərbə vurmaqdadır. Hazırki mülki iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 haqlı olaraq ona dəymiş mənəvi zərərin ödənilməsini tələb edir. Çünki, iddiaçının iddia ərizəsində göstərdikləri yalan və absurddur, sırf Cavabdeh1 ilə qərəzli mövqe tutmaqdır. Belə ki, Tələt bəy doktor Cavabdeh1 karyerasına, ictimai nüfuzuna ziyan vurmaq niyyətindədir, iddiaçı dəfələrlə bunu cavabdehə və onun klinikasında olan personal heyətinə və həmin anda orda olan xəstələrə söyləmişdir. Bir neçə gün bundan əvvəl Tələt bəy şərlərlə kifayətlənməmiş, özü ilə naməlum bir media əməkdaşı ilə həkim, transplantoloq Cavabdeh1 çalışdığı klinikaya gələrək, səs-küy yaradaraq orada çalışan əməkdaşların və klinkada müalicə alan pasientlərin narahatlığına səbəb olmuş, həkimi təhqir edərək, nalayiq ifadələr işlətmişdir. Və dəfələrlə Cavabdeh1 nüfuzuna xələl gətirməyə cəhd etmişdir. Bu səs küyün nəticəsində klinika 102 xidmətinə müraciət etmişdir və polis əməkdaşları anındaca klinikaya gələrək Tələt bəyi bölməyə apararaq oradan uzaqlaşdırmışlar. Habelə halhazırda sadalamasalar da, lakin məhkəməyə təqdim edəcəklər ki, son bir neçə ay ərzində Tələt bəy heç bir əsas olmadan heç bir məhkəmə qərarı olmadan doktorun şərəfinə yalandan şər atmaqla müxtəlif dövlət qurumlarına şikayət yazmaqdadır. Bu isə növbəti dəfə onu qərəzli şəkildə gözdən salmaq niyyətinin mövcudluğunu sübut edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, ikinci əməliyyatda Hospitalın baş həkimi Kənan Əhmədov ona zəmanət vermişdir ki, əməliyyatın çəkilişi aparılacaq. Rəşad həkim ona dedi ki, ayrı yerdə əməliyyat olunmasına icazə vermir, çünki ilk əməliyyatı özü edib, ikincini də özü edəcək. O, haradan bilirdi ki, səhv edib və ayrı yerdə əməliyyat olunsa, Rəşada şər atmış olar. Kənan Əhmədov ona dedi ki, əməliyyata girsə disk verəcək. Kənan Əhmədov özü də əməliyyatda iştirak etdi. Sağda Kənan, solda isə Rəşad dayanmışdı. Dedi ki, sözləri sözdür, disk veriləcək. Əməliyyatdan sonra axşam diski tələb etmiş, sabah saat 1-ə qədər vaxt vermişdi. Saat 1 olanda onlara zəng etmiş, şikayət edəcəyini bildirmişdir. Aradan 20 dəqiqə keçəndən sonra Gülnar xanım ona zəng etdi ki, Rəşadın vəkilidir. 22 dəqiqə söhbət etmişlər. Ona birlikdə çay içməyi təklif etmişdir. Yolda Vüqara - onun köməkçisinə zəng etdi ki, diski hazırlasınlar. 6 dəqiqə yenə də Gülnar xanımla söhbəti olmuşdur. Şikayət etməyə gedəndə iclasda idi. Onu gözləməli olmuşdur. Kənan da orada idi. Kənana da xatırlatmışdır ki, ona diskin veriləcəyi barədə zəmanət verilmişdir. Sonda məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil3 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki,ilk iddianı tam müdafiə edir. Qısa şəkildə xatırlatmaq istəyir ki, şəxs 2023-cü ilin yanvar ayında müraciət edib və əməliyyat keçirib. Əməliyyat zamanı səhvə yol verilib. Mahir adında mərhum şəxsə edilməli olan əməliyyat Tələtə edilib. Tələt bəy üzərində keçirilməli olan əməliyyat isə Mahirə edilib. Məsələ ondan ibarətdir ki, əgər bu əməliyyat uğurlu alınmışdırsa, ikinci əməliyyata nə ehtiyac var idi. Çox bəsit məntiqdir. Əməliyyat olunan insanlar niyə ikinci dəfə əməliyyat olunmurlar. Əməliyyatlar arasında çox qısa müddət yəni 4 ay müəyyən edilib. İkinci məsələ vurğulanır ki, Türkiyədə prostatla bağlı əməliyyat üçün bu adam müraciət edib. Prostat götürülüb, pis günə qoyulub, qalıqlar qalıb. Sağlam prostatı götürüblər. Təbii olaraq götürülmüş prostata görə müraciət olunmalı idi. Bundan təbii olan nə ola bilər. Ondan əlavə diski təqdim etmişdirlər. Diskin 9.15, 6.59 saniyələrində Vüqar adlı köməkçi ilə bağlı danışıqlar var. Səs yazısının əvvəllərində və sonunda Tələt bəy Cavabdeh1 deyir ki, diskə baxsın, səhv tərəf olsa üzr də istəyər. Həkimin köməkçisi Tələt bəyə bildirib ki, Cavabdeh1 Tələt bəydən qorxur. Bunu olduğu kimi Cavabdeh1 deyir. İnsani reaksiya göstərmir, nə zaman, niyə, kimə deyildiyi ilə maraqlanmır, buna etiraz etmir. Susqunluq razılıq əlamətidir, ona qarşı sürülən ittihamlara reaksiya bildirmir. Bu necə ola bilər. Məhkəmə prosesində vurğulanır ki, disk yoxdur. Sorğu ortaya çıxandan sonra artıq yeni vəkil tutmağa ehtiyac yarandı. Artıq düşünüblər ki, 2 fikir bir-biri ilə ziddiyyət təşkil edir,yaxşı şəkildə müdafiə olunmalıdır. Bildirirlər ki, yaddaş qurğusu format olunub. Sorğuya cavabda elektron diskin formatlaşmasından söhbət gedir. Elektron diskin formatlaşması deyə ifadə yoxdur. Bu artıq uşaq başı aldatmaq kimi bir şeydir. Respublika Diaqnostika Mərkəzinin hansısa əməkdaşı olan iddia edilən şəxsin şəxsiyyyəti ilə bağlı onların heç bir məlumatı yoxdur. Guya ki, həmin əməkdaş rəhbərə yazır ki, bəs il yarım əvvəl formatlaşdırmışdır və indi də məlumat verir. İndi niyə məlumat verir. Keçən məhkəmə iclasında o hissə tıxandı qaldı. Buna don geyindirmək lazım olduğunu düşündülər. Bu şəkildə don geyindirmək yolu seçiblər. Diskin ortaya çıxacağı halda hər şey hamıya aydın olacaq. Prostat vəzinin problemi kimi diaqnoz qoyublar. Əməliyyat zamanı çıxarılan hissədə hər hansı problem görünmür. Qoyduqları diaqnoza əsasən çıxarılan hissədən görmək olur ki, problem nədədir. Hansısa heyvanı kəsim zamanı məsələn onun ağ ciyərində problem varsa, baxan kimi heyvanın xəstə olub-olmadığı aydın olur. İndi də həmin prostat vəzinin görüntünün ortaya çıxarılmamasının səbəbi diaqnozun düzgün qoyulmadığı, problemin olmadığı ortaya çıxacaq. Sağlam prostatı çıxarıblar. Mərhum Mahir bəylə bağlı məsələdə onu qeyd edə bilər ki, Mahir bəyə icra olunmalı olan bədxassəli prostat törəməsi əməliyyatı Tələt bəyə, Tələt bəyə icra olunmalı olan qasıq yırtığı əməliyyatı isə Mahir bəyə icra olunub. O ki qaldı, diaqnozların qarışması məsələsinə o, bir az araşdırmalı olmuşdur. Bu diaqnoz əməliyyatdan dərhal sonra verilməyib. Problemlərin yarandığı zaman hətta ikinci əməliyyatdan sonra verilib. Məsələlərin çox hissəsini vurğulamaq istəmir. Apellyasiya Məhkəməsində çıxışı üçün saxlayır. Şəxsi mülahizəsinə görə diskin verilməməsinin ikinci səbəbi epikrizdə qoyulmuş 2 diaqnoza görə əməliyyatı sırf prostata görə edib. Bəs qasıq yırtığı diaqnozu da var. Ona görə əməliyyat niyə edilməyib. Bunun əməliyyatı niyə olunmayıb. Tutaq ki, əməliyyatı düzgün edib. Prostatda problem var, nəyə görə qasıq yırtığına görə əməliyyat aparılmayıb. Bunun açıqlanması haradadır. Mahirdə təkcə bir prostatla bağlı diaqnoz olub. Başqa diaqnoz yoxdur. Bu da onu sübut edir ki, iddia əsaslıdır. O ki, qaldı ekspertiza rəylərinə, çox təəssüf olsun ki, həkim səhvlərinə görə xoşagəlməz hallar olur. Şəxsən maraqlanmışdır, şəkər xəstəliyinə görə sağ ayağı kəsilmək əvəzinə sol sağlam ayağı kəsilməsi halında da o işlə bağlı da cinayət işi başlanmamışdır. Cinayətin başlanmamasının səbəbi ekspertin verdiyi rəydir. Bu sadəcə dəhşət bir şeydir. Belə həkimə cinayət işi başlamayıblarsa, Cavabdeh1 da cinayət işi başlamazlar. Bunun da öz səbəbi vardır. Bu hallara onlar niyə rast gəlir. Belə ki, açıq-aşkar olan pozuntulara göz yumulması, cəmiyyətdə yaranmış olmuş bu fikirlərə görə cərrahlar qorxacaqlar, əməliyyatlar həyata keçirməyəcəklər, bəzi həkimlər ümumiyyətlə ölkədən çıxıb gedəcəklər. Praktika var, tendensiya var. Həkimlər bilə-bilə o səhvləri etmirlər, onları qorumalıyıq və s. Müəyyən bir mənada tibbi və sosioloji baxımdan haqq qazandırmaq olar. Amma hər şeyin bir həddi var. Vəkil dostunun icraatında bir mülki mübahisə var, xanım keysəyiyyə əməliyyatı olmuşdur. Əməliyyat zamanı xanımın idrar yolu kəsilmişdi. İdrar bədənə axırdı. O işdə belə cinayət işi başlamadılar. Çox təəssüf olsun ki, ölkədə yaranmış olan yalnış tendensiya var. Ekspertiza rəyləri tamamilə işin məğzinin kənarındadır. Sadəcə olaraq qeyd edir ki, əməliyyatın gedişatı düzgün olub. Əməliyyat belədir, əməliyyat elədir, amma deyilmir ki, burada əməliyyat lazım idi, ya lazım deyildi. Ekspertiza rəylərində məqsədli şəkildə qoyulmuş suallara düzgün cavab verilməyib. 6 halı sadalamağa çalışdı ki, Cavabdeh1 həyata keçirdiyi əməliyyatlarda çox təəssüf olsun ki, hüquqazidd əməllər var. Sonda məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, iki ildən artıqdır bu mübahisə gedir. O, daha çox ekspert rəylərinə müraciət etmək istəyir. İlk ekspertizadan sonra eksperti çağırmışlar. Qərəzli ifadələri araşdırmış və görmüşlər ki, iş yenidən rəy verilməsi üçün ekspertizaya getməlidir. Rəydə göstərilən ifadələr, gəlinən mövqe hamıya bəlli idi və hüquqi əsaslara malik deyildi. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ən azından ilk rəy tərtib edilməmişdən qabaq Tələt bəy müayinə üçün çağırılmışdı. Həmin müayinə zamanı çox qəribə də olsa əməliyyatlardan sonrakı məsələ qeyd edilməmişdir. Tələt bəy müayinələrdən keçdi və əməliyyatın nəticəsi olaraq yırtıq olduğu göstərilmişdir. Bundan sonra əlavə ikinci ekspertizanın keçirilməsini xahiş etmişdir. Çox təəsüf olsun ki, məhkəmə vəsatəti təmin etmədi. İkinci rəy tam qısa və ümumi olaraq birinci rəyə əsaslanan rəy idi. Ensiklopediyanı açıb saatlarla ona baxmaq lazımdır ki, bu adam burada nə yazıb. Hansı terminlər var və aydınlaşdırmaq lazımdır. İkinci rəy də birincindən geri qalmırdı. Konkret olaraq məhkəmənin suallarına lazımi qaydada cavab verməmişdi. Tələt bəy çox inanırdı. O, əvvəlcədən Tələt bəyi xəbərdar etmişdir. Görünür Tələt bəyin fikirləri və gözləntiləri özünü doğrultmadı. Bu disklərin təqdim olunmaması bir daha sübut edir ki, həkimin apardığı əməliyyat düzgün olmamışdır. İkinci əməliyyatın icrası birincinin doğru olmamasının göstəricisidir. Adam xarici ölkələrə getdi. Türkiyədə iki əməliyyatdan sonra bilindi ki, artıq prostatın bərpası mümkün deyil. Güman edir ki, Cavabdeh1 səhv edib. Ona görə də maddi və mənəvi ziyanı tələb edirlər. Mənəvi ziyan daha çoxdur. Özünə qalsa onun tutulmağını istərdi. Amma Tələt sağalmaz olan orqanın əvəzini tələb edir. Maddi tələbin qoyulması tamam ayrı başqa məsələ ilə bağlıdır. İddianın təmin olunsa onun nəticələri görüləcək. Uzun müddətdir ki, diskin alınması ilə bağlı müraciət edirdilər. İqtisadiyyat Nazirliyindən də rəsmi məlumat gəldi ki, bu məsələlər ilə əlaqədar heç bir hüquqi qeydiyyatı yoxdur. Bu yaxınlarda sertifikat məsələsi qoyuldu. Əgər ictimai müzakirələr aparılsa, görünər ki, kifayət qədər Cavabdeh1 barədə narazılıq var. Dövlət Təhlükəsizlik Xidmətinin klinikası ilə, Respublika Diaqnostika Mərkəzinin disklərlə, görüntülərlə və onların formatlaşdırılması ilə bağlı cavabları bir-birilə eynilik təşkil edir. Bu da artıq Cavabdeh1ı müdafiə etmək formatını daşıyır. Mən hesab edir ki, Cavabdeh1 fəaliyyətinin dayandırılması ilə bağlı müvəqqəti təminat tədbiri vermək lazımdır. Bunu çoxdan etməli idilər,amma hələ də hüquqları var. Hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Qarşılıqlı iddia isə elə bir iddiadır ki, onun heç bir hüquqi əsası yoxdur və təmin olunmamasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, əgər bu prosesdə iştirakçı olmasa idi, cavabdeh kimi çıxış etməsə idi, adi stolda əyləşən kənar şəxs olsa idi, vicdanına əl basaraq deyə bilərdi ki, həkimin səhvi olub. Məhkəmə zalında elə səhnə qurdular, hamının fikrində elə təsəvvür formalaşdırdılar. Həqiqət var axı. Həqiqəti gizlətmək olmaz. İddiaçı tərəf səs yazısında onlara lazım olan sözləri saxlayıb digər hissələri məhkəmədə dinlənilməsini tələb etmədilər. Tələt bəy deyir ki, ittihamlandırır, amma Rəşadın dediklərini dinləmədilər. Tələt bəy özü öz vəkili haqqında ittihamlar sürür. Bildirir ki, vəkili pulla ələ almışlar. Samir bəylə bu uzun yolu birgə getmişlər. Çəkişmişlər, bərkişmişlər. Samir bəylə bağlı Cavabdeh1 deyir ki, vəkili satın almısan. İş burasındadır ki, Tələt bəy cəfəngiyyat danışır. Səs yazısında deyir ki, Azərbaycan xalqının qarşısında üzr istə, bütün millətin qarşısında nüfuzuna xələl gətirmişdir. Tələt bəy də deyir ki, niyə üzr istəməlidir. Bu iki insan öz arasında çəkişirlər. Sonra Tələt bəy deyir Vüqar zəng edib ki, Rəşad bəy ondan qorxur. Cavabdeh1 da oradan Vüqarı çağırır. Orxan bəy bayaqkı izahatında bildirdi ki, normal insan reaksiya verər. Rəşad da Vüqara müraciət edir ki, “Vüqar səəən?” Hansı hissə qulaq asdırıldı? Guya ki, onun assistenti bunu deyib. Hansı köməkçi öz rəhbəri barəsində bu fikirdə olar? Köməkçi bunu əsla etməz. Özü əməliyyatda iştirak edən adam elə söz deyə bilərmi? Rəhbərinin başının üstündən keçərmi? Məhkəmədə durmadan CD məsələsini qabardırlar. O, CD-də heç birşey yoxdur. Günü bu gün də Tələt bəy ona zəng edir. Bir əməliyyat, bir müayinə olub. Müayinənin CD-si təqdim edilmişdir. Həkim səhlənkarlığı, həkim yalnışlığı ilə bağlı məhkəməyə müraciət edərdilər. İş getdi, ekspertizanın qarşısına. Ekspertin qarşısına sual qoyuldu. Bu insanın apardığı əməliyyat yalnışdır ya doğrudur? İki dəfə ölkənin Səhiyyə Nazirliyinin ekspertizası altında möhürü ilə, məsuliyyəti və səlahiyyəti ilə yazdı ki, bu sənədlərə əsasən bu həkimin bu xəstənin üzərində aparılan əməliyyatda yalnışlığa yol verilməyib. Səhiyyə Nazirliyi, Respublika Diaqnostika Mərkəzi, Türkiyə Cümhuriyyətindəki professor həkim, Professor olan Cavabdeh1, hamı cəfəngiyat, yalan danışdı, bircə İddiaçı doğru dedi. Bu insanın xəstəlikləri arasında psixoloji xəstəliyi var. Rişxənd etmir, heç kim bilmir sabah başına nə gələcək. Amma, hər şeyin qaydası var. Professorlar yalan danışdı, iki əməliyyat səhv salındı, diaqnozlar qarışdırıldı, Türkiyədə cinayət işi başladıldı, axtarış elan olundu, türk həkim zərərçəkmiş şəxs qismində tanındı, hamı çaşdı, bir tək dövlətdən şəxsiyyət dəyişkənliyinə görə dövlətdən müavinət alan Tələt doğruları danışdı. Son iki prosesdir mərhum Mahir ortalığa atılıb. Cavabdeh1 həftənin 3 günü televiziyada canlı efirdə başına and içilir. Gündə Cavabdeh1 çiçək gəlir, klinikasında növbəsinə düşmək olmur. Cavabdeh1 barəsində nüfuz ortadadır. X12 Xidmətinin baş həkimidir. Baş həkim vəzifəsində qoyduğu adamın tarixçəsini, gördüyü işləri, onun nüfuzunu nəzərə alınmayıb? İndiyə qədər müvəkkili bir yerdə ağzını açıb bu barədə danışmayıb. Rəşad bəyin məhkəmə üçün qısa izahında qeyd edir ki, analizində xəstə 2 il boyunca mielitdən əziyyət çəkdiyini ifadə etmişdir. 6 aya qədər alt ətrafları hərəkətsiz olub. Xəstə yazılan şikayət ərizəsində bu barədə bəhs etməyib. Qeyd etməlidir ki, xəstənin bu müddətdə sərbəst ifrazı olmayıb. Katetor prosedurları ona tətbiq olunub. Xəstə Medera hospitalında Elxan həkimin müalicəsi alıb. Bu Cavabdeh1 qədər olub. Eyni zamanda fərdi qaydada həkim nevroloq Əli Musayevin müalicəsini də alıb. Bundan sonra nevroloji simptonları geriləyib. Bu müalicəyə dair, xəstəxanada yatdığına dair məlumat epikrizdə öz əksini tapıb. Həm məhkəmə tibbi ekspertizaya, həm də məhkəməyə təqdim etmişlər. Müalicələrdən sonra uradinamik testlərin nəticəsi olaraq sidik düyünlərini aradan qaldırmışlar. Bu da sidik yolları açır. Bu müddətə qədər xəstə normal rahat şəkildə sidik ifraz edə bilməyib. Buna görə də xəstəyə 2023-cü il tarixdən Respublika Dianostika Mərkəzində prostat vəzinin rezeksiyası və hernioplastikası əməliyyatı icra olub. Xəstə öncədən spermanın çıxmayacağı barədə məlumatlandırılıb. Çünki adam şəkərdir, adamın cinsi zəifliyi var, adamın psixoloji durumunda çox ciddi problemlər var. Bu da heç vaxt müalicə olunmayıb. Birmənalı şəkildə kişiliyinə təsir edir. Bu normaldır. Tələt bəyin şəxsiyyəti ilə işi yoxdur, burada onun xəstəliyindən söhbət gedir. Xəstə cinsi zəifliklə bağlı müraciət edib. Ona müalicənin effekti olmayacağı təqdirdə penisimplantasiyası tətbiq ediləcəyi söylənilmişdir. Deməli bu söhbət aparılmışdırsa, bu problem fakt olub. Çıxarılan prostat materialı histopatoloji analiz üçün Bakı patologiya Mərkəzinə göndərilmişdir. Histopatoloji rəydə analiz kodunda xəstənin açıq aydın prostatın xoşxassəli adenomatoz və fibramiskulyar hiperplaziyası diaqnozu öz təsdiqini tapıb. Xəstənin şikayət ərizəsində prostatında hər hansı patologiya aşkar edilməyib ifadəsi qərəzli və əsassızdır. Patologiya var. Sübutla və sənədlə ekspertizaya gedib. Avropa urologiya protokollarında prostatın ölçülərinin çox az böyüməsi abdominol ultrosəs ölçülərin normal aralıqda olması sidik ifrazına maneəni inkar etmir. Normal olsa, şişsə də sidik ifrazında problem yarana bilir. Buna görə də xəstəliyin müalicəsində radiomüayinələrlə bərabər anamnestik göstəricilər əhəmiyyət kəsb edir. Respublika Diaqnostika Mərkəzində verilən epikrizlərdə də abstruktiv şikayətlərin olduğu analizlərdə göstərilir. Sidik kisəsi və ara-sıra sidik ifrazı halları müşahidə edilir. Bu normaldır. Buna görə də 03 may 2023-cü il tarixdə anesteziya altında sisteskopiya proseduru icra olunub. Bu prosedurların icrası zamanı heç bir kliniki əməliyyatlıq patologiyaya rast gəlinmədi. Çox kiçik sahədə hiperplaziyalı və ödəmli sahə rezeksiya edildi. Rezeksiya kəsmə deməkdir. Ödəmli sahə çirk, iltihabdır, orqan deyil. Bu dəfəki material da Bakı Patologiya Mərkəzinə göndərildi. Xroniki aktiv iltihab bədənin ödəm toxuması göstərilmişdir. Xroniki aktiv iltihab bədənin iltihabıdır. Daha sonra xəstə hətta orqanizmin spazmında şikayət edib, Elmdə bu daha çox qadınlarda rast gəlinir. Amma bəzən əməliyyatlardan sonra da rast gəlinə bilir. Xəstə əməliyyatdan qabaq məlumatlandırılmışdır. Cinsəl zəifliyin daha çox şəkərə və mielitə bağlı olduğunu nəzərinə çatdırmışlar. Bundan əlavə əməliyyatdan sonra cinsi zəiflik ilə bağlı konstruktiv müalicələr alıb. Nəzərə çatdırmaq istəyir ki, hal-hazırda xəstədə bəzi simptonlar aradan qalxmışdır. Hal-hazırda xəstədə retroqrad spermanın çıxmaması, orqazm əsnasında sidik ifrazından şikayətçidir. Bunu da manual masturbasiya aktı zamanı olduğunu ifadə edir. Bunu o, dəfələrlə deyib. Qeyd etməlidir ki, xəstənin psixioloji cəhətdən adekvat olduğu həmkarları tərəfindən fərq edilmişdir. Daha sonra çoxsaylı mesajlarda “prostatımı satmısız”, ”oğlumu snayperlə öldürmək istəyirsiz” kimi ifadələr var. İddiaçı 2010-cu ildən etibarən psixiatrik xəstəlik diaqnozu ilə şəxsiyyət dəyişkənliyi diaqnozu ilə müddətsiz ikinci qrup əlil olduğu ortaya çıxmışdır. Sonda məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi X13 məhkəmə iclasında ilk iddianı qəbul etmədi və izahatında bildirdi ki, Respublika Diaqnostika Mərkəzi lisenziya əsasında fəaliyyət göstərir. Həkim rəsmi işləyir. Rəsmi şəkildə əməliyyatlar icra olunur. Hesab edir ki, onların heç bir məsuliyyəti yoxdur. Sonda məhkəmədən ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi (vəkili) Vəkil4 məhkəmə iclasında ilk iddianı qəbul etmədi və öz izahatında bildirdi ki, bütün məsələlər rəydə ətraflı qeyd edilib. Qoyulmuş diaqnoza əsasən əməliyyat aparılıb. Ümumiyyətlə 3–cü şəxsin müzakirə edilməsi doğru deyil. Adam vəfat edib. Həkim sirri təşkil edən məlumatlar burada araşdırılmamalı və müzakirə edilməməlidir. Xəstələr gündəlik əməliyyat olunurlar. Nəyə əsaslanırlar ki, məhz Mahirlə qarışdırıblar. Əməliyyat düzgün icra olunmuşdur. Tam əminliklə deyə bilər ki, heç bir sənəddə çəkilişlərlə bağlı normativ tələb yoxdur. 2005-2020-ci illərdə belə bir məcburiyyət olmayıb. Sonrakı illərdəki normativ sənədlərə nəzər yetirəndə nəsə dəyişiklik görmək olmur. Mütləq qaydada nəzərdə tutulmur. Həkim özü hesab eləsə ki, çəkiliş lazımdır o zaman video çəkiliş aparılır. Xəstə israr edəndə ona təqdim edə bilər. Köhnə avadanlıqlarda çəkilişi köçürüb ayrıca saxlamaq lazımdır. Müasir texnikada isə özlərində yaddaş qurğusu olur. Videoyazılar bəlkə də olubsa da, qurğunun öz yaddaşı 2024-cü ildə artıq formatlaşdırılıb. Yaddaş dolanda format olunur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsinin (vəkili) vəsatəti əsasında dindirilmiş ilk tibbi ekspert rəyini vermiş ekspert X14 bildirmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə Komisyon Ekspertizalar şöbəsində məhkəmətibbi müayinəsindən keçmişdir. Məhkəmə tibbi müayinəsi zamanı şikayəti cinsi qəbiliyyətin zəifliyi, sidiyə çətinliklə getməsi, nevroloji pozğunluqdan olmuşdur. Müayinələrin nəticəsində ilkin diaqnoz prostatın Hiperplaziyası və Hernioplastika diaqnozu təyin olunmuşdur. Hernioplastika qasıq yırtığı ilə bağlı olan diaqnozdur. Prostat vəzin Hiperplaziyası cərrahiyyə əməliyyatına göstərişdir. Əməliyyatın aparılmasına tibbi göstəriş olmuşdur və əməliyyat aparılmışdır. Diaqnoz düzgün təyin olunub. Hiperolaziya birbaşa cərrahiyyə əməliyyatına göstərişdir. Toxuma öz funksiyasını dəyişir və oradan çıxmalıdır. Əməliyyat zamanı videogörüntü aparılır. Prostat vəzi əvvəlki vəziyyətə qayıtmır, prostat vəzi xaric olunur.29 may 2024-cü il tarixində vətəndaş tibbi müayinədən keçirilmişdir. Vətəndaş cinsi qabiliyyətinin zəifliyindən şikayət etmişdir. Əməliyyatdan əvvəl xəstəni görməmişlər. Toxumanın xaric edilməsi müdaxilədir. İkinci əməliyyatın birinci əməliyyat ilə əlaqəsi vardır. Belə ki, xəstədə irritativ şikayətlər və hematuriya önə çıxdığından sistouretroskopiyanın icrasına göstəriş olmuşdur. Toxumanın xaric edilməsi tibbi müdaxilə adlanır. Vətəndaş onlara müraciət etmiş, onlar da Tələt bəyi müayinə etdikdən sonra Vüsal Əhmədovun yanına göndərmişlər. Onlar da daxili təlimata əsasən mürəkkəb ekspertizalarda, xüsusilə komisyon ekspertizalarda hər hansısa mütəxəssisin fikirlərinə istinad etmək lazımdırsa, bütün tibb müəssisələrinin tibbi ekspertlərə köməklik etməsi həmin müayinə həkimlərinin vəzifəsidir. İş materialları: X31 tərəfindən verilmiş, İddiaçı üzərində aparılmış xx.xx.2020-ci il tarixli ultrasonoqrafiyanın (1) nəticələrinə dair tibbi sənəddən görünür ki, böyrəklər: Sağ: Ölçüləri 130x45 mm. Forması adi. Hüdudları dəqiq, düzgün. Parenxima qalınlığı 16 mm, exogenliyi norma daxilində. Qabıq - medulyar aydındır. Parenxima - sinus differensiasiya dəqiq görünür. Kasacıq - ləyən sistemi - genişlənməyib. Hidronefrotik transformasiya yoxdur. Konkrement yoxdur. Ptoz, distopiya – yoxdur. Sol: Ölçüləri 127x48 mm. Forması adi. Hüdudları dəqiq, düzgün. Parenxima qalınlığı 14 mm, exogenliyi norma daxilində. Qabıq medulyar aydındır. Parenxima - sinus differensiasiya dəqiq görünür Kasacıq - ləyən sistemi - genişlənməyib. Hidronefrotik transformasiya yoxdur. Konkrement yoxdur. Ptoz, distopiya – yoxdur. Proksimal ureter – genişlənməyib. Distal ureter – genişlənməyib. Sidik kisəsi: Forması dəyişməyib. Kənarları düz. Divar qalınlığı 7 mm (N = 2-5 mm). Selikli qisanın relyefi dəyişməyib. Daş yoxdur. Qalıq sidik 20 ml. Prostat Vəzi: (Transabdominal). Ölçüləri - ön arxa (AR) 28 mm (N = 17-30 mm-dən çox olmamaqla), köndələn (R) 42 mm (N = 27-45 mm-dən çox olmamaqla), yuxarı-aşağı (L) 34 mm (N = 24-41 mm-dən çox olmamaqla), həcmi (v) 22 ml (N - < 30ml). Heterogendir. Hüdudları düzgün. Deformasiya uğramayıb. Exogenliyi zəifləyib. Exopozitiv əlavələr (periuretral zonada) vardır (kalsinat – 4 mm). Nəticə: Böyrək kasacıqlarında duz kristalları izləndi. Sağ böyrəkdə parenximadaxili homogen kist izlənir – 12 x 10 mm. Sidik kisəsinin divarı qalınlaşıb. Spero Hospital tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kompüter tomoqrafiya müayinəsinin protokolundan görünür ki, qarın boşluğunun və çanağın nativ KT-da: Qaraciyərin ölçülərində əhəmiyyətli böyümə izlənmir, sol pay elonqasiyalıdır (anatomik variant). Qaraciyər konturları düzgün, parenximasının strukturu xəfif piylənibdir. Qapı venası genişlənməyib. Sağ hipoqastral nahiyyədə dərialtında, sağ inferior interkostal əzələlər arasında, qaraciyərin sağ payının aşağı bucağı ilə qarnın ön divarı arasında, sağ yan kanalda və sağ qalça çuxuru nahiyyəsində az miqdarda hava qabarları izlənir. Umbilikal nahiyyənin dərisi, dərialti piy toxuması və ona sirayət edən rectus əzələsi fokal olaraq heterogen və ödemli izlənir. Bu sahədə az miqdarda hava qabarları qeyd edilir (postop). Qaraciyərdaxili və xarici öd yolları genişlənməmişdir. Öd kisəsi izlənmir, lojasında metallik dens postop klipslər qeyd edilir. Dalağın ölçüləri norma daxilində olub, konturları düzgün, parenximasmın strukturu homogendir. Dalaq venası genişlənməyib. Mədəaltı vəzin ölçüləri yaşa uyğundur, konturu təbiidir, parenximasının strukturu homogendir. Peripankreatik piy toxuması açıqdır. Böyrəklərin ölçüləri, yerləşməsi, konturları və parenximalarının qalınlıqları normaldır. Sağ böyrəyin alt qütb parenximasında 10.0 mm-lik bəsit parenximal kist izlənir. Hər iki böyrəkdə konkrement izlənmir. Hər iki böyrəkdə KLS genişlənməmişdir. Hər iki sidik axarında genişlənmə, konkrement izlənmir. Böyrəküstü vəzlərin ölçüsü və şəkli normaldır. Törəmə aşkar olunmur. Paraaortik limfa düyünləri böyüməmişdir. Qarın boşluğunda sərbəst maye görülmür. Sidik kisəsi boşdur, mənfəzində Foley kateteri qeyd edilir. Kisə daxilində konkrement izlənmir. Prostat yaşa uyğun ölçülərdə və görünüşdədir. Bilateral perivezikal sahədə mm-lik dens flebolit izlənir. Nazik və yoğun bağırsaq ilgəklərinə aid nəzərəçarpan keçməməzlik, patoloji divar qalınlaşması və ya həcmli proses aşkar edilmir. İncələmə sahəsindəki sümüklər diffuz olaraq osteoporotikdir. Lumbal fəqərə cisimlərinin tamamlayıcı lövhələrində Şmorl düyünləri qeyd edilir. Bilateral olaraq kiçik qasıq yırtığı izlənir, yırtıq kisələrində bağırsaq ilgəyi qeyd edilmir. xx.xx.2021-ci il tarixdə verilmiş, xx.xx.2026-cı il tarixədək etibarlı olan Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH seriyalı 038776 saylı sertifikasiya şəhadətnaməsindən görünür ki, Cavabdeh1 25 yanvar 2021-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində urologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Bakı Patologiya Mərkəzinin təqdim etdiyi analiz nəticələrindən (qəbul və əməliyyat tarixi xx.xx.2021, cavab tarixi xx.xx.2021-ci il, göndərilən xəstəxana Medera hospital) görünür ki, İddiaçı sidik kisəsi törəməsi diaqnozu qoyulmuş, makroskopik və mikroskopik təsvir verilmiş, mikroskopik rəydə sidik kisəsi, TUR: - sidik kisəsi mukozasında atipik hüceyrələrin proliferasiyası; - sistik və qlandular sistit (cystitis cystica et glandudaris); xroniki aktiv iltihab qeyd olunmuşdur. Eləcə də qeyd olunmuşdur ki, atipik hüceyrələrin verifikasiyası üçün nümunə üzərində immunhistokimyəvi müayinə tələb olunur. MedEra Hospital tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli abdomen USM ultrasəs müayinəsinin nəticələrindən görünür ki, böyrəklər: sağ böyrək – uzunluğu – 128 mm (N 90-120 mm), eni – 55 mm (N 40-70 mm). Parenximası – 23 mm (13-25 mm). Kortiko medulyar differensasiya aydındır. Kasa-ləyən sistemində genişlənmə aşkar olunmadı. Qan-damar şəkli normaldır. Yerləşməsi tipikdir. Aşağı qütbdə d = 13 mm ölçüdə anexogen, kortikal sist izlənilir. Sol böyrək – uzunluğu – 118 mm (N 90-120 mm), eni – 55mm (N 40- 70 mm). Parenximası – 16 mm (13-25 mm). Kortiko medulyar differensasiya aydındır. Kasa-ləyən sistemində genişlənmə aşkar olunmadı. Qan-damar şəkli normaldır.Yerləşməsi tipikdir. Sidik kisəsi - orta dolğunluqdadır. Möhtəviyyatı homogendir. Daxilində konkrement aşkar olunmadı. Divarı - 7.7 mm, qalınlaşıb. Həcm: 100ml. Post void residual həcmi - 81 ml (N < 20 ml). Prostat vəzi – ölçüləri – 27 uzunluq – 27 mm (N 35 mm), eni – 35 mm (N 45 mm), qalınlığı – 34 mm (N 35 mm), həcmi – 17 sm3 (N 30 sm3). Exogenliyi mülayim artıb, exostrukturu dənəvərdir. Nəticə olaraq bildirilmişdir ki, sağ böyrək strukturunda kortikal sist (Bosniak 1). Sidik kisə divarının diffuz qalınlaşması. MedEra Hospital tərəfindən verilmiş, İddiaçı xx.xx.2022-ci il tarixli ultrasəs müayinəsinin nəticələrindən görünür ki, böyrəklər: Sağ böyrək – uzunluğu – 138 mm (N 90-120 mm), eni – 62 mm (N 40-70 mm). Parenximası - 23mm (1.3-25 mm).Kortiko medulyar differensasiya aydındır. Kasa-ləyən sistemində genişlənmə aşkar olunmadı. Qan-damar şəkli normaldır. Yerləşməsi tipikdir. Aşağı qütbdə d=15 mm ölçüdə anexogen kortikal sist izlənilir. Sol böyrək – uzunluğu – 121 mm (N 90-120 mm), eni 33 mm (N 40-70 mm). Parenximası – 19 mm (13-25 mm) - bertoni kalonu izlənilir. Kortiko medulyar differensasiya aydındır. Kasa-İəyən sistemində genişlənmə aşkar olunmadı. Qan-damar şəkli normaldır. Yerləşməsi tipikdir. Orta qrup kasada d=5.8 mm ölçüdə hiperexogen akustik kölgə verən konkrement izlənilir. Sidik kisəsi - Tam dolğunluqdadır. Möhtəviyyatı hipoexogen dispers partüküllüdür. SÜM məsləhətdir. Daxilində konkrement aşkar olunmadı. Divarı – 4.0 mm, qalınlaşmayıb. Həcm: 505 ml. Post void residual həcm: 93 ml (N<20 ml). Prostat vəzi ölçüləri – uzunluq – 28 mm (N 35 mm), eni – 39 mm (N 45 mm). Qalınlığı – 36 mm (N 35 mm), həcmi – 21 sm3 (N 30 sm3). Exogenliyi artıb, exostrukturu dənəvərdir. Nəticə: Sağ böyrək strukturunda sist. Sol tərəfli nefrolitiaz. MedEra Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekstrakranial damarların doppleroqrafiyasının nəticələrindən görünür ki, İddiaçı bilateral subklavian arteriya və venalar, jiqular venalarda tripleks müayinə zamanı normal görüntüləndi. Sağ İCA-da qanın axın surəti və həcmi N.İntimamedial qatın qalınlığı 1.0 mm-dir (0.8-1.0 mm N) - yaşa uyğundur. Sağ İCA vollFlow - 205ml\dəq. Sağ İCA bulbu nahiyəsində 3.7x2.3 mm ölçüdə hiperexgen (fibriotik), akustik kölgə verən, hemodinamik əhəmiyyətsiz aterosklerativ lövhə izlənilir. Sağ İCA boyun nahiyəsində deformasiya müşahidə olunmur. Sağ VA vollFlow- 93ml\dəq. Sağ VA deformasiya izlənilmir. Sol İCA-da qanın axın surəti və həcmi N.İntimamedial qatın qalınlığı 1.0 mm-dir (0.8-1.0 mm N) - yaşa uyğundur. Sol İCA vollFlow-205 ml\dəq. Sol İCA bulbus nahiyəsində d=2.4 mm, d=1.5mm, d=2.0 mm hiperexogen (fibrotik) hemodinamik əhəmiyyətsiz aterosklerativ lövhələlər izlənilir. İCA boyun nahiyəsində deformasiya müşahidə olunmur. Sol VA vollFlow - 115ml\dəq Sol VA deformasiya izlənilmir. Vertebro-bazilyar çatışmazlıq müşahidə olunmur. Nəticə: Biİateraİ İCA-larda aterosklerotiv lövhələr-hemodinamik əhəmiyyətsiz. MedEra Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abdominal ultrasəs müayinəsinin nəticələrindən görünür ki, İddiaçı qaraciyər - ölçüləri sağ pay (ventral-dorsal ölçü) – 175 mm (N 100-150 mm). Sol pay – 103 mm (N 50-85 mm) Kraniokaudal ölçü – 191 mm (N < 160 mm) - Qlisson kapsulunun konturları hamar və aydındır. Exogenliyi yüksəlib, steatoz və birləşdirici toxumlar hesabına. Exostrukturu – homogendir (orta dənəvərdir). Damar şəklinin arxitektonikası normal izlənilir. V.portae-11 mm (N < = 13 mm). Axın izlənilir. Hepatopetal. VCİ – 19 mm (N <= 25 mm) Qaraciyər daxili və xarici öd yolları genişlənməyib. Öd kisəsi - Xolesistektomiya. Xoledox – 5.9 mm (N < 10 mm). Mədəaltı vəz-ölçüləri baş – 26 mm (N < 30 mm), cism – 20 mm (N < 21 mm), quyruq – 27 mm (N < 25 mm). Exogenliyi artıb. Exostrukturu dənəvərdir. Virsunq axarı genişlənməyib. Dalaq ölçüləri: 134 x 47 mm (130 mm – 40 mm). Exostrukturu homogendir. Exogenliyi normaldır. V.linealis dalaq qapısında - 6.0 mm, qaraciyərin qapısında - 7.0 mm. Böyrəklər: Sağ böyrək – uzunluğu – 128 mm (N 90-120 mm), eni – 50 mm (N 40-70 mm). Parenximası – 21 mm (13-25 mm). Kortiko medulyar differensasiya aydındır. Kasa-ləyən sistemində genişlənmə aşkar olunmadı. Qan-damar şəkli normaldır. Yerləşməsi tipikdir. Aşağı qütbdə 17 x 13 mm ölçüdə anexogen kortikal sist izlənilir. Sol böyrək – uzunluğu – 118 mm (N 90-120 mm), eni – 53 mm (N 40-70 mm). Parenximası – 19 mm (13-25 mm). Kortiko medulyar differensasiya aydındır. Kasa-ləyən sistemində genişlənmə aşkar olunmadı. Qan-damar şəkli normaldır. Yerləşməsi tipikdir. Sidik kisəsi - Orta dolğunluqdadır. Möhtəviyyatı homogendir. Daxilində konkrement aşkar olunmadı. Divarı - 4.0 mm, qalınlaşmayıb. Həcm: 477 ml. Prostat vəzi – ölçüləri – uzunluq – 31 mm (N 35 mm), eni – 53 mm (N 45 mm). Qalınlığı – 43 mm (N 35 mm), həcmi – 38 sm3 (N 30 sm3). Exogenliyi artıb, exostrukturu dənəvərdir. P.S. Qarın boşluğunda assit və paraaortal LAP izlənilmir. Bağırsaqlarda meteorizm izlənilir. Nəticə: Hepatosteatoz İİ grade. Hepatosplenomeqaliya. Sağ böyrək strukturunda sist - Bosniak 1. X22 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə İddiaçı üzərində aparılmış ultrasəs müayinəsinin nəticələrinə dair tibbi sənəddən görünür ki, sidik-kisəsi: tam dolu vəziyyətdədir (V= 280 ml), kənarları hamar, düz, forması adidir, selikli qişanın relyefi dəyişməyib. Divarın qalınlığı - 3 mm (N-5 mm). Möhtəviyyatı homogendir. Sağ sidik axarında sidik kisəsinə yaxın ölçüsü 7.7 mm hiperexogen əlavə izlənilir - sağ sidik axarının daşı? (çapıq toxuması olmağı da inkar edilmir). Prostat vəzi: yerləşməsi tipik, forması şabalıdvari. Ölçüləri: en: 41 mm Nnorma (30- 45 mm); qalınlıq: 28 mm Nnorma (20 - 30 mm); uzunluq: 28 mm Nnorma (25 – 40 mm). Vhəcm = 16.07 sm3 N 20-28 sm3 qədər. Vəzin ölçüləri normadadır. Hüdudları düzgündür. Exogenliyi norma daxilində, exostrukturu həmcinsdir. Periuretral sahədə ölçüsü 18x18x18 mm, V = 2.9 sm3 düyün izlənilir – prostat vəzinin düyünlü hiperplaziyasının ilkin əlamətləri. Toxum kisəcikləri - simmetrik, strukturu sərtləşib, exogenliyi artıb. Sağ - 41x6 mm. Sol - 38x8 mm. Qalıq sidik yoxlanılmadı (xəstə imtina etdi). Nəticə: Prostat vəzinin düyünlü hiperplaziyasının ilkin əlamətləri. Sağ sidik axarının daşı? Ellab laboratoriyası tərəfindən verimiş, İddiaçı analiz nəticələrindən görünür ki, o, müayinə edilərək, biokimyəvi testlər, endokrin testlər, infeksiya seroligiyası testləri aparılmış, onkomarkerlər alınmış, qanun ümumi analizi həyata keçirilmiş, sidiyin ümumi analizi icra olunmuş, bu test və analizlərin nəticələri müvaiq cədvəllər üzrə müfəssəl şəkildə qeyd olunmuşdur. Nümunələr xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə alınmış və müvafiq testlər aparılmışdır. Urolab Klinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qarın boşluğunun USM nəticələrindən görünür ki, İddiaçı qaraciyər ölçüləri artmışdır (170 mm) və parenxima exogenliyi steatoza ikincili artmışdır. Nəzərə çarpan və ya exogenlik fərqi göstərən törəmə izlənmədi. Öd kisəsi əməliyyat yolu ilə çıxarılmışdır. Qaraciyər daxili və xarici öd yolları normal genişlikdədir. Dalaq normal böyüklükdə olub (115x36 mm), parenximi normal görünümdədir. Mədəaltı vəz parenxima exogenliyi bir gədər artmışdır. Mədə altı vəzi proyeksiyasında USM-i ilə aşkar patologiya qeyd olunmadı. Böyrəklərin yerləşimi, şəkli və böyüklükləri normaldır. Ölçüləri sağda 122x61 mm, solda 118x55 mm, parenxima qalınlığı sağda 14 mm, solda 14 mm-dir. Parenxima və sinus exogenliyi təbiidir. Daş, bərkimiş törəmə və ya hidronefroz izlənmədi. Sağ böyrək orta-aşağı hissədə, parenximadan ekzofitik uzanımlı, 19x14 mm ölçüsündə, sadə kista izlənilir. Hər iki böyrəkdə tək-tək kristalloid izlənilir. Sidik kisəsi divar qalınlığı və mənfəzi normaldır. Sidik kisəsi içərisində daş, törəmə yoxdur. Prostat vəzin ölçüləri 23x36x42 mm, həcmi 18 ml olub, normaldır. Parenximasında 12 mm ölçüsündə kalsinat izlənilir. Xroniki prostatit əlaməti. Qarın boşluğunda sərbəst maye izlənmədi. Sol qasıq nahiyyəsində Valsalva sınağı ilə, 27 mm-lik deffekt sahəsindən piy toxuması və bağırsaq ilgəkləri herniya olunmaqdadır. Renal Doppler: Renal arteriyadalar indirekt metodla dəyərləndirilmişdir. Rengli doppler ultrasonoqrafik müayinəsində, spektral görüntüdə hər iki intrarenal arteriyalarında axın sürəti və hemodinamikası normaldır. Hər iki böyrəyin, intrarenal arteriyalarından alınan spektrum analiz nəticələri göstərilmişdir. Sistolik, Diastolik, Rl müvafiq olaraq Sağ intrarenal arter (sm/sn) 45; 18; 0.58; Sol intrarenal a. (sm/sn) 34; 16; 0.51. Abdominal aorta pik sistolik sürət - 83 sm/sn-dir. RAİ norma daxilindədir. Skrotal Doppler: Xaya ölçüləri sağda 28x35x48 mm, solda 30x27x47 mm, həcmi sağda 34 ml, solda 27 ml-dir. Total volume 61 ml olub, yaşa görə normaldır. Hər iki xaya ölçüləri normaldır. Konturları hamar, parenximləri homogen olub, kütlə qeyd olunmur. Hər iki epididimus normal ölçü və exo quruluşdadır. Sağda 4x3 mm, solda 3 mm ölçülərində olmaqla hər iki tərəfdə apendiks testis izlənilir. Sağda xaya damarları normal genişlikdədir. Solda xaya damarları genişliyi Valsalva sınağından öncə 2.2 mm olub, Valsalva sınağından sonra 3 mm, 3.2 mm ölçüsünə çatmışdır. Bu damarlarda Valsalva sınağı ilə refluks axını izlənildi. Xayalıq mayesi fiziolojik həddədir. Tərkibi bir qədər çöküntülüdür. Hər iki xayanın qanlanması norma daxilindədir. NƏTİCƏ: Hər iki intrarenal arteriyalarda Rİ dəyərləri norma daxilindədir; Hepatomeqaliya, hepatosteatoz İİ dərəcəli xolesistektomiyalı; mədəaltı vəzin parenxima exogenliyi bir qədər artmış (steatoza ikincili?), sağ böyrəkdə sadə kista, hər iki böyrəkdə tək-tək kristalloid, prostat vəzində kalsinat-xroniki prostatit, sol tərəfli qasıq yırtığı. Çek fakturalardan görünür ki, İddiaçı tərəfindən Respublika Diaqnostika Mərkəzinə 25 yanvar 2023-cü il tarixdə 90 manat paket xaric xidmət məbləği ödənilmişdir. Paketdaxili ödənilməli məbləğ 0 manat təşkil etmişdir. Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, İddiaçı N40 Prostat vəzinin hiperplaziyası, K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan diaqnozu qoyulmuş, xəstə üzərində xx.xx.2023-cü il tarixdə «Prostat vəzinin transuretral rezeksiyası + Soltərəfli hernioplastika» əməliyyatı icra olunmuşdur. Rezeksiya olunmuş toxumalar patohistoloji müayinəyə göndərilmişdir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Sidik ifrazı uretra kateterlədir. Yara birincili sağalır. Xəstə kafi vəziyyətdə evə yazılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli xxxxxxx0002X0 saylı bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli 183k saylı əmrə əsasən Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Urolab Klinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qarın boşluğunun USM nəticələrindən görünür ki, İddiaçı qaraciyər ölçüləri artmışdır (177 mm) və parenxima exogenliyi steatoza ikincili artmışdır. Nəzərə çarpan və ya exogenlik fərqi göstərən törəmə izlənmədi. Öd kisəsi əməliyyat yolu ilə çıxarılmışdır. Qaraciyər daxili və xarici öd yolları normal genişlikdədir. Dalaq normal böyüklükdə olub (120x41 mm), parenximi normal görünümdədir. Mədəaltı vəz parenxima exogenliyi bir qədər artmışdır. Mədə altı vəzi proyeksiyasında USM-si ilə aşkar patologiya qeyd olunmadı. Böyrəklərin yerləşimi, şəkli və böyüklükləri normaldır. Ölçüləri sağda 123x57 mm, solda 120x47 mm, parenxima qalınlığı sağda 18 mm, solda 16 mm-dir. Daş, bərkimiş törəmə və ya hidronefroz izlənmədi. Sağ böyrək orta hissədə, parenximadan ekzofitik uzanımlı, 16x15 mm ölçüsündə, sadə kista izlənilir. Hər iki böyrəkdə tək-tək kristalloid izlənilir. Sidik kisəsi divar qalınlığı və mənfəzi normaldır. Sidik kisəsi içərisində daş, törəmə yoxdur. Prostat vəzi əməliyyatdan sonraki vəziyyət, ölçüləri 12x12x12 mm, həcmi 9 ml-dir. Qarın boşluğunda sərbəst maye izlənmədi. Renal Doppler: Rəngli doppler müayinəsində, spektral görüntüdə hər iki böyrək arteriyalarında axın sürəti və hemodinamikası normaldır. Hər iki böyrəyin, renal arteriyalarından alınan spektrum analiz nəticələri göstərilmişdir. xx.xx.2023-cü il tarixli 35297 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 10 adda xidmətin icra olunması üçün (Urolab) 136 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli 35298 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Uroloji USM, qarın boşluğu digər orqanların USM və renal doppler USM xidməti üçün (Urolab) 115 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli 35299 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən qalıq sidiyin təyini və Urofloumetriya üçün (Urolab) 30 manat ödəniş edilmişdir. Azərbaycan Tibb Universitetinin X7 tərəfindən verilmiş, İddiaçıla bağlı transtorakal exokardioqrafiyanın xx.xx.2023-cü il tarixli nəticələrindən görünür ki, sol mədəciyin sistola diastolik ölçüləri və sistolik funksiyası normaldır, konsentrik hipertrofiyası və relaksativ tip diastolik disfunksiyası qeyd edilir. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Sol qulaqcıq bir qədər böyümüşdür. Sağ boşluqlar normaldır. Aorta kökü və qapaqları kalsifik qalındır, açılmaları normaldır. Pulmonar arteriya normaldır. Pulmonar arteriya təzyiqi normaldır. Perikard boşluğu təmizdir. Rəngli doppler ExoKQ-də: MC-min TC-nin qeyd edilir. xx.xx.2023-cü il tarixli 35393 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 4 adda xidmətin icra olunması üçün (Urolab) 65 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli elektrokardioqrammanın nəticələrindən görünür ki, İddiaçı sinus taxikardiyası, bigimeni tipli ekstrasistoliyalar izlənir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, İddiaçı Z98.8 Prostat vəzinin transuretral rezeksiyası əməliyyatından sonrakı vəziyyəti diaqnozu qoyulmuş, həkim Rəşad Şoltan tərəfindən xəstə üzərində xx.xx.2023-cü il tarixdə venadaxili anesteziya altında «Diaqnostik Sistouretroskopiya + sidik kisəsi boynunda ödemli toxumanın xaric edilməsi» əməliyyatı icra olunmuşdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli döş qəfəsinin düz proyeksiyasında rentgenoqrafiyasının nəticələrindən görünür ki, İddiaçı döş qəfəsinin divarı, əzələ, sümük və yumşaq toxumaları norma daxilindədir. Hər iki sinus açıq olub, diafraqma konturu düzgündür. Ürək norma daxilindədir. Sağ hiliar nahiyədə genişlənmə izlənilir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi DTX Hərbi Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli testlərin nəticələrindən görünür ki, İddiaçı müayinə edilmiş, kliniki testlər, ekspress testlər, biokimyəvi testlər aparılmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən sistouretroskopiya xidməti üçün həmin Hospitala 400 manat ödəniş edilmişdir. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş əməliyyat protokolunda göstərilmişdir ki,xəstə İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə aparılmış əməliyyatın adı: prostat vəzin TUR-ı (internet resursundan məlumat: Prostat vəzin TUR əməliyyatı dedikdə, yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş cihaz vasitəsilə sidik kanalından keçməklə prostat vəzin böyümüş hissəsinin yaxud tamamilə prostat vəzi toxumasının xaric edilməsi əməliyyatıdır. ), ilkin diaqnoz: N40- Prostat vəzinin hiperplaziyası. Əməliyyatın gedişi: litotomiya pozisiyasında əməliyyat sahəsi betadinlə işləndi və steril örtüklərlə örtüldü. 26 fr optik rezektoskopla external meadan sidik kisəsinə girildi. Reviziya zamanı prostat paylarının hipertrofiyası qeyd edildi. Monopolyar rejimdə prostat payları rezeksiya olundu. Hemostaz aparıldı. 24 Fr 3 yollu foley kateteri qoyuldu vı irriqasiya qoşuldu. Supin pozisiyasında əməliyyat sahəsi betadinlə işləndi və steril örtüklərlə örtüldü. Sol inquinal nahiyədə 5 sm kəsik aparıldı, qasıq kanalı açıldı və toxum ciyəsi əldə edildi. Yırtıq kisəsi təyin edildi, açıldı, möhtəviyyatı qarın boşluğuna salındı. Kisə bağlandı və kəsildi. Yara sahəsi formalaşdırıldı. Prolen torla lixtenşteym üsulu ilə hernioplastika icra edildi. Hemostaz aparıldı. Yara yuyuldu. Hemovak drenaj qoyuldu. Aponevroz, dərialtı və dəri tikildi. Anoloji əməliyyat sağda icra edildi. Əməliyyat bitdi. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş stasionar xəstənin xx.xx.2023-cü il tarixli tibbi kartasından görünür ki, İddiaçı münasibətdə qəbul şöbəsinin diaqnozu: uretra daralması, kliniki diaqnoz: hiperaktiv sidik kisəsi, prostat vəzinin transuretal rezeksiyası əməliyyatından sonrakı vəziyyət, cərrahi əməliyyat: diaqnostik sistouretroskopiya sidik kisə boynunda ödemli toxumaların xaric edilməsi icra edilmişdir.Müqaviləyə əlavə №1-dən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə pasiyentin razılığı ərizəsinə imza edərək həkim Cavabdeh1 tərəfindən sistouretroskopiya prosedurunun aparılmasına razılıq vermişdir. Epikrizdən görünür ki, İddiaçı Z98.8 Prostat vəzinin transuretal rezeksiyası əməliyyatından sonrakı vəziyyət diaqnozu qoyulmuş, xəstənin şikayətləri əsasında xx.xx.2023-cü il tarixdə venadaxili anesteziya altında diaqnostik sistouretroskopiya-sidiki kisəsi boynunda ödemli toxumanın xaric edilməsi əməliyyatı icra olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən Zəhra klinikasında həkim psixiatr Lala Məmmədovanın psixodiaqnostik müayinəsində olmuşdur, ona «X20» diaqnozu qoyulmuşdur. Hal-hazırda pasiyentə dərman müalicəsi və davamlı olaraq psixoterapiya seansları təyin edilmişdir. Pasiyentin psixoloji vəziyyəti yaxşı olmadığından psixoterapiya seansları hələ də davam edir. Sidik yollarının funksional diaqnostikası Urodinamiya haqqında xx.xx.2024-cü il tarixdə tibb üzrə fəlsəfə doktoru Elza Binnətova tərəfindən İddiaçı üzərində aparılmış müayinənin nəticələrinə əsasən sonuncuya urodinamik terminal detruzor hiperaktivliyi diaqnozu qoyulmuşdur. "xxxx" MMC-nin 05 iyul 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı TUR yatağı – toxum kisəsi fistulası diaqnozu qoyulmuş, ümumi anesteziya altında CH9,5 ureteroskop uretraya salınmışdır. Toxum təpəsinə qədər uretrada patoloji dəyişiklik aşkar edilmədi. Keçirilmiş TURP əməliyyatından sonra yaranan TUR yatağında saat 7 istiqamətində 1 sm genişlikdə prostat vəzi yatağından toxum kisəsinə uzanan fistula yolu aşkar edilmişdir. Fistula yolundan sensor üzərindən ureteroskop toxum kisəsinə salınmışdır. Vezikuloskopiya və vezikuloqrafiya müayinələri icra edilmişdir. Sistoskopiyada sidik kisəsində patalogiya aşkar edilməmişdir. Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X8 08 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Lənkəran rayonu Şıxəkəran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Respublika Diaqnostika Mərkəzində həkim Cavabdeh1 tərəfindən qasıq nahiyəsindən əməliyyat olunarkən həkim səhlənkarlığı nəticəsində prostatının götürülməsi barədə müraciəti ilə əlaqədar Yasamal rayon prokurorluğunda araşdırma aparılmış, toplanmış 181-c-24 saylı materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs qismində X23 Respublikasının səlahiyyətli prokurorluğuna verdiyi 2024/183250 saylı xx.xx.2024-cü il tarixli ifadə protokolundan görünür ki, Oktay Akça aşağıdakı məzmunda ifadə vermişdir: «Respublika Baş Prokurorluğuna təqdim etdiyim ərizənin məzmunu doğrudur, ərizənin məzmununu eynilə təkrarlayıram. Altındakı imza mənə aiddir. X28 xəstəxanasında təxminən 2 ildir ki, uroloq professor kimi fəaliyyət göstərirəm. Peşəm çərçivəsində çox sayda prostat əməliyyatı və cərrahi müdaxilə həyata keçirmişəm. Fevral ayında Azərbaycan vətəndaşı İddiaçı adlı şəxs xəstəxanamıza müraciət etdi. Onu müayinə etdikdə prostat əməliyyatı keçirdiyini, bu əməliyyatı Azərbaycanda icra edən həkimin səhvləri nəticəsində cinsi həyatının mənfi təsirləndiyini, bu vəziyyətin düzəldilməsini və ya əməliyyatı icra edən həkimin səhvlərinin müəyyən edilməsini istədiyini bildirdi. Mən həkim kimi əvvəlcə ümumi müayinələri apardım və onun keçirdiyi əməliyyatda hər hansı bir səhv görmədim. Sadəcə əməliyyat nəticəsində prostatda qalmış qalığı aşkar etdim. Mən ona bildirdim ki, bu qalıqları təmizləyə bilərəm, lakin cinsi həyatında heç bir düzəliş yarada bilmərəm və icra edəcəyim əməliyyatın bu məqsədlə olmayacağını izah etdim. Bundan başqa, içəridə qalmış sidik miqdarını azaltmağa yönəlmiş bir əməliyyat həyata keçirəcəyimi bildirdim. Əməliyyata dair lazımi razılıq sənədləri imzalandı və mən qeyd etdiyim əməliyyatı icra etdim. Normal halda, xəstələr 1 gün xəstəxanada qalır və sonra evə buraxılırlar. Lakin bu şəxs xaricdən gəldiyi üçün biz 3 günlük xəstəxanada qalmasını təmin etdik və tam sağaldıqdan sonra evə buraxdıq. Təxminən 2 həftə sonra şübhəli şəxs katibəmlə əlaqə saxladı. Onun mənim əlaqə məlumatlarımı necə əldə etdiyini bilmirdim. Daha sonra katibəm bu barədə məni məlumatlandırdı və mən də ona telefon nömrəmi paylaşa biləcəyini dedim. Şübhəli şəxs mənimlə əlaqə saxladı. İlk günlərdə hörmət çərçivəsində danışırdı. Lakin bir müddət sonra davranışı və danışıq tərzi dəyişdi. Mən də onu blokladım. Daha sonra şəxs telefonla və mesaj vasitəsilə mənə «Məni parçalayıb atdınız, məni aldatdınız, o həkimin səhvini gördünüz və ondan rüşvət aldınız, buna görə həqiqəti demədiniz. Boş yerə həkimləri öldürmürlər» kimi ifadələr göndərdi. Bundan başqa, səs yazısında «Onu Azərbaycana gətirəcəyəm, paşa tanışlarım var» kimi ifadələr işlədib. Bununla birlikdə, sizə təqdim etdiyim şübhəli şəxsə aid mesaj və səs yazıları araşdırıldıqda çoxlu təhdid və təhqir məzmunlu ifadələrin olduğu görüləcəkdir. Bu şəkildə mənə qarşı təhdid və təhqir ifadələri işlədərək, daim əlaqə saxlayaraq mənim sakitliyimi və əmin-amanlığımı pozan bu şübhəli şəxs barəsində şikayətçiyəm. Həyat təhlükəsizliyimdən narahatam. Bu məsələnin də nəzərə alınmasını istəyirəm. Əlaqənin müəyyən edilməsinə açıq razılığım vardır. Hadisə ilə bağlı ifadəm bundan ibarətdir. Protokol ifadə verən tərəfindən oxundu və birlikdə imzalandı.» Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-4/2-19984/2024 saylı məktubundan görünür ki, Lənkəran rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024cü il tarixli 655 nömrəli sorğu məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ilkin olaraq ümumi xəstəlik səbəbindən 2002-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Nəzərə çatdırılmışdır ki, sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş və xx.xx.2010-cu il tarixdən ümumi xəstəlik səbəbindən (Diaqnoz Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, tez-tez qıcolma tutmaları ilə) müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Cavabdeh2 ASC-nin Vəkil1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 181 saylı məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə «Prostat vəzinin transureal rezeksiyası + Soltərəfli hernioplastika» endoskopik cərrahiyyə əməliyyatı aparılmışdır. Lakin əməliyyat zamanı yazılan video görüntülərin bir il ərzində saxlanıldığını və bu müddətdən sonra elektron diskin formatlaşdırılmasını nəzərə alaraq, onların təqdim edilməsi qeyri-mümkündür. İddiaçı müalicəsi ilə bağlı ödəniş barədə məlumat məktuba əlavə olunmuşdur. «Psixi Sağlamlıq Mərkəzi» PHŞ-nın ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli 5968 saylı məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı «Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları F07.8» diaqnozu ilə Lənkəran RMX-da müayinə olunmuşdur. Ətraflı məlumat üçün Lənkəran RMX-ya müraciət edilməsi tövsiyə olunmuş, vətəndaşın Psixi Sağlamlıq Mərkəzinə müraciət etmədiyi nəzərə çatdırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, fərdi sahibkar Cavabdeh1 özəl tibb fəaliyyəti üzrə lisenziyanın verilməsinə dair məlumat reyestrdə qeydə alınmamışdır. Türkiyə Cumhuriyyəti VM X29 X3 X16 (Tıbbi Pataloji) hasta : Talat Hüseynov (xx.xx.2023-cü il tarixdə təsdiq olunmuşdur) görünür ki, 12 cc hacminde kirli beyaz kahve renkli doku parçası aşkar edilmişdir. Materyalin tümü 4 kaset halinde takip edilmişdir. Neoplazma rastlanmamışdır. Ona benign adenomiomatoz hiperplaziya, xroniki nonspesifik prostatit diaqnozu qoyulmuşdur (Laboratoriya müayinəsinin nəticələri barədə hesabatın Azərbaycan dilinə tərcüməsi əlavə olunmuşdur). Avrasiya Hospitalı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* saylı əməliyyat protokolundan görünür ki, İddiaçı üzərində sistoskopiya əməliyyatı aparılmışdır. Xəstəyə ümumi anesteziya altında litotomiya pozisiyası verilmişdir. Əməliyyat sahəsi 3 dəfə betadinlə təmizlənmiş və steril örtülərlə örtülmüşdür. 22-Fr 30 optik sistoskopla sidik kanalına girilmişdir. Uretradan sidik kisəsinə girilmiş, sistoskopiya icra olunmuşdur. Sistoskopiya zamanı prostatik uretra ilə sidik kisəsi üçbucağı arasında dəlik görülmüşdür. 22-Fr 30 optik sistoskopla dəlikdən girmək mümkün olmadığından, 7Fr ureterorenoskopa dəyişdirilmişdir. 7Fr ureterorenoskopla baxış zamanı dəliyin kor sonlandığı görülmüşdür. Ureterorenoskop çıxarılaraq əməliyyata son verilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər səlahiyyətli orqanlara yazdığı şikayət ərizəsində qeyd olunmuşdur ki, Cavabdeh1 Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Baş İdarəsi X17 rəisidir. Lənkəran rayonu, Şıxəkəran kənd sakini İddiaçı səhhətində yaranmış narahatlıqlardan dolayı xx.xx.2023-cü il tarixdə Respublika Diaqnostika Mərkəzində olmuşdur. Xəstə yəni, İddiaçı müəyyən müayinələrdən keçmiş və nəticədə xx.xx.2023-cü il tarixdə Respublika Diaqnostika Mərkəzində Cavabdeh1 tərəfindən əməliyyat edilmişdir. Xəstənin vəziyyəti stabilləşdikdən, səhhətində hər şeyin qaydasında olduğu müşahidə edildikdən sonra, xx.xx.2023-cü il tarixdə xəstə evə buraxılmışdır. Lakin, İddiaçı bundan sonra Cavabdeh1ı tez-tez narahat etməyə başlamış, guya ona düzgün diaqnoz qoyulmadığını və belə olduğu təqdirdə yalnış əməliyyatın icra edildiyini, onun prostat vəzinin kəsilərək xaric edildiyi kimi (deyir ki, Cavabdeh1 prostatımı kəsib və satıb kimi...) yalan-yanlış və absurd ifadələrlə dolu sms və telefon zəngləri ilə onu narahat etməyə başlamışdır. Hətta, vətəndaş İddiaçı onu təhdid etmiş, olar-olmaz sözlər söyləmiş, bu azmış kimi dəfələrlə çalışdığı klinikaya gələrək böyük narahatçılıq yaratmışdır, təhqir, böhtanlar söyləmişdir. Belə olduğu halda ona əgər hüquqları pozulubsa, məhkəməyə və ya digər lazım bildiyi qurumlara şikayət edə biləcəyi söylənilmişdir. Çünki, Cavabdeh1 tərəfindən həkim yanlışlığına yol verilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Nəsimi rayon məhkəməsinə «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda da həmin mülki iş Nəsimi rayon məhkəməsinin icraatındadır. Prostat vəzinin kəsilərək xaric edildiyini və satıldığını iddia edən İddiaçı iddia ərizəsində göstərmədiyi, amma müayinə sənədlərində uzun müddət (əməliyyatdan çoxçox qabaq) cinsi zəiflikdən əziyyət çəkdiyi öz əksini tapmışdır. Ayrıca anamnezində xəstənin uzun müddət miyelit və 2 tip şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi məlum olmuşdur. Xəstədə miyelitlə bağlı 6 ay aşağı ətrafların paraplegiyası (iflici) müşahidə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 1142/2024 saylı qərardadına əsasən, mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməsi üçün iş ekspertizaya göndərilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X10»nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı üzərində icra edilmiş istər İ əməliyyat («X1+Hernioplastika»), istərsə DƏ Endoskopik prosedur (Sistoskopia və ödəmli toxumanın rezeksiyası) taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Məhkəmə tibbi-ekspertizası zamanı aparılmış urodinamik müayinə nəticəsinə əsasən, xəstədə olan sidik kisəsinin disfunksiyasının neyrogen mənşəli olduğu müəyyən edilmişdir. Daha sonra 2-ci dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1142/2024 saylı qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X10» tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aparılan tibbi prosedurlar (əməliyyatlar) ona təyin olunmuş diaqnozlara uyğun olaraq icra olunmuşdur. Lakin, mülki işin məhkəmə icraatında olmasına baxmayaraq, hal hazırda Cavabdeh1 şikayətçi olduğu şəxs İddiaçı bununla da sakitləşməyib, bu dəfə də Yasamal rayon Prokurorluğuna müraciət etmişdir. Yasamal rayon Prokurorluğunda iş obyektiv və hərtərəfli araşdırıldıqdan sonra 8 iyul 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərar qəbul edilmişdir. İddiaçı Cavabdeh1 cəmiyyət içindəki işgüzar nüfuzunu bildiyi halda ona böhtan ataraq, ləkələməkdən, şərəf və ləyaqətinə xələl gətirməkdən çəkinmir və bu qanunsuz əməllərini davam etdirməkdədir. O, hətta özünü «jurnalist» adlandıraraq şantaj yoluyla pul qazanan, reket jurnalistikası ilə məşğul olan şəxslərlə birlikdə xx.xx.2025-ci il tarixdə Cavabdeh1 konsultant olduğu ünvan 4 ünvanında yerləşən «Urolab» klinikasına gedərək, səs-küy yaradaraq orada çalışan əməkdaşların və klinkada müalicə alan pasientlərin narahatlığına səbəb olmuş, Cavabdeh1ı təhqir və təhdid edərək, nalayiq ifadələr işlətmişdir. Bu səs küyün nəticəsində klinika tərəfindən 102 xidmətinə müraciət edilmiş və polis əməkdaşları anındaca klinikaya gələrək İddiaçı oradan bölməyə aparmışlar. Bütün bu müddət ərzində vətəndaş İddiaçı danışdıqlarından və etdiyi hərəkətlərdən Cavabdeh1 şübhələnirdi ki, psixoloji sağlamlıq durumu yerində olan kəs bu cür davranmaz. Bu hərəkətləri müşahidə etdikcə bu şübhələr daha da artırdı. Belə olan halda ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə xx.xx.2024-cü il tarixli, 655 nömrəli sorğuya cavab olaraq bildirmişdir ki, İddiaçı ilkin olaraq ümumi xəstəlik səbəbindən 2002-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyinatı aparılmışdır. Nəzərə çatdırılmışdır ki, sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş və xx.xx.2010-cu il tarixdən ümumi xəstəlik səbəbindən (Diaqnoz: Baş beynin travmatık xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, tez-tez qıcolma tutmaları ilə) müddətsiz İİ dərəcəli əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra bununla kifayətlənməyib Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Psixi Sağlamlıq Mərkəzi» X24 də xx.xx.2024-cü il tarixli 672 saylı müraciət ünvanlanmışdır. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı «Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları F07.8» diaqnozu ilə Lənkəran RMX-da müayinə olunub. İddiaçı bütün müraciət etdiyi orqanlardan şikayətinin əsassız olduğunu görüb, yeni üsula əl atıb. Bu dəfə daha da irəli gedərək, Cavabdeh1ı və ya özünü öldürəcəyi ilə hədələyir. Hal-hazırda və ya gələcəkdə Cavabdeh1ı və eyni zamanda özünü öldürəcəyi kimi təhdidlərin qarşısı alınmalı, aidiyyəti qurumlar tərəfindən vətəndaş İddiaçı dəvət olunmalı, qanuna müvafiq olaraq tədbirlər görülməlidir. Yuxarıda qeyd olunan güc strukturlarına yaranmış təhlükə barədə məlumat verməyə bilməzdilər. Hələ əgər sözügedən təhlükə öldürmək təhdidi ilə bağlıdırsa. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində şəxsiyyət davranış pozğunluğu diaqnozu ilə qeydiyyatdadır, buna görə o, ümumi xəstəlik səbəbindən 2002-ci il tarixdən Müddətsiz əlillik əldə etmişdir. Bu isə o deməkdir ki, növbəti dəfə şəxsiyyət pozğunluğu keçirərkən nə edəcəyi bəlli deyil. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 72 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 78 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 960 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli 13945 saylı ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün 242 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi Ekspertiza və X10» PHŞ-nın xx.xx.2024-cü il tarixli KEŞ-463 saylı rəyindən görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, məhkəmə-tibbi və özünün məhkəmə tibbi müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1. İddiaçı aparılmış laborator, ultrasonoqrafiya və urofloumetriya müayinələrinin nəticələrinə əsasən, ona «Prostat vəzin hiperplaziyası və Hernioplastika» diaqnozu düzgün təyin edilmişdir. Anamnestik məlumatlara əsasən xəstəyə konservativ müalicələr aparılmış və müalicələrin müsbət təsiri olmamışdır. Beynəlxalq protokollara uyğun olaraq xx.xx.2024-cü il tarixdə İddiaçı üzərində «X1 və Hernioplastika» əməliyyatı icra edilmişdir. Əməliyyatdan 1 ay sonra xəstə təkrar müayinələrdən keçmişdir. «Urolab» klinikasında aparılan laborator, ultrasonoqrafiya və urofloumetriya müayinələrində sidik ifrazında hər hansı maneə aşkarlanmamışdır. Digər bütün müayinələr də norma daxilində olmuşdur. Daha sonra xəstədə hematuriya, sidik ifrazında dəyişiklik şikayətləri yaranmışdır. Xəstəyə xx.xx.2024-cü il tarixdə «Sistoskopiya və ödemli toxumanın rezeksiyası» endoskopik proseduru icra edilmişdir. 2. Tibbi sənədlərə əsasən, İddiaçı icra edilmiş istər birinci əməliyyat («X1 + Hernioplastika»), istərsə də ikinci endoskopik prosedur («Sistoskopiya və ödemli toxumanın rezeksiyası») tibbi göstəriş əsasında və təyin olunan diaqnoza uyğun aparılmışdır. Əməliyyat zamanı xaric edilən prostat toxumasının histopatoloji müayinəsi aparılmış və «Prostat vəzinin hiperplaziyası» diaqnozu təsdiqlənmişdir. İkinci əməliyyatdan sonra çıxarılan ödemli toxumanın histopatoloji diaqnozunda da «İltihabi qranulyasion toxuma»nın olduğu qeyd edilmişdir. 3. Birinci əməliyyatdan öncə xəstədə prostat vəzinin ölçüləri transabdominal ultrasonoqrafiyada 18 qram olmuşdur. Avropa Urologiya və Amerika Urologiya protokollarında prostatın hiperplaziyası ilə bağlı qərar verərkən mütləq urofloumetriya, klinik simptomlar, laborator analizlər əsas götürülür. Xəstənin anamnezində və aparılan müayinələrdə (əməliyyatönü urofloumetriya) obstruktiv şikayətlər ön planda olduğu üçün əməliyyat qərarı düzgün olmuşdur. 4. Tibbi sənədlərə əsasən, «Prostat vəzin transuretral rezeksiyası» əməliyyatından sonra xəstədə əməliyyata bağlı hər hansı fəsad müəyyən edilməmişdir. Əksinə, əməliyyatdan sonra aparılan müayinələrdə (postoperativ urofloumetriya) obstruksiyanın (sidik ifrazına maneənin) aradan qaldırıldığı aşkar edilmişdir. Xəstədə retroqrad eyakulyasiya əməliyyatın fəsadı deyil, əməliyyatdan sonrakı fizioloji hal kimi qiymətləndirilir. 5. Tibbi sənədlərə əsasən, birinci əməliyyata göstəriş tibbi olaraq düzgün əsaslandırılmışdır. Əməliyyatın nəticəsində obstruktiv şikayətlər və böyük ölçülü qasıq yırtığı aradan qaldırılmışdır (əməliyyatdan sonrakı urofloumetriya və instrumental müayinələrə əsasən). 6. «X1»ndan sonra əməliyyat yatağında prostat vəziyə aid fibroz kapsula qalır, bu da müayinələrdə öz əksini tapmışdır. Xəstədə əməliyyatdan əvvəl mövcud olan cinsi zəifliyin əməliyyatla əlaqəsi istisna edilir. Xəstəyə cinsi zəifliyə və müşahidə edilən sidik kisəsi hiperaktivliyinə görə düzgün olaraq konservativ müalicə aparılmışdır (tadalafil və solifenacin). 7. İddiaçı xx.xx.2024-cü il tarixdə aparılmış «Sistouretroskopiya və ödemli toxumanın rezeksiyası» onun şikayətlərinə uyğun olmuşdur. Belə ki, xəstə hematuriya və sidik ifrazının tezliyindən şikayət etmişdir. Buna uyğun olaraq xəstəyə bu prosedur təyin edilmiş və prosedur zamanı prostat yatağında kiçik (3-4 mm) ödemli-iltihablı toxumanın rezeksiyası icra edilmişdir. Bu da toxumanın histopatoloji müayinəsi ilə təsdiq edilmişdir. 8. İddiaçı icra edilən ikinci prosedurun birinci əməliyyatla əlaqəsi vardır. Belə ki, xəstədə irritativ şikayətlər (perifokal sinir mənşəli) və hematuriya önə çıxdığı üçün sistouretroskopiyanın icrasına göstəriş olmuşdur. 9. İddiaçı aparılan «X1 və Hernioplastika» əməliyyatına tibbi göstəriş olmuşdur ki, bu da aparılan əməliyyatönü müayinələrdə öz təsdiqini tapmışdır (anamnestik məlumatlar, kliniki simptomlar, ultrasonoqrafiya, urofloumetriya, laborator müayinələr). 10. 11. İddiaçı mövcud olan «Şəkərli diabet» (metabolik sindrom) 50 % hallarda cinsi zəifliyə, eyakulyator və orqazm pozuntularına yol aça bilər. Bundan əlavə xəstənin 2021-ci il tarixdə keçirdiyi mielit isə 70 % hallarda cinsi zəifliyə, eyakulyasiya və orqazm problemlərinə səbəb ola bilər. Tibbi sənədlərə əsasən, İddiaçı 2021-ci il tarixdə «Mielit» diaqnozu ilə «MedEra» xəstəxanasında stasionar müalicə almışdır. 12. İddiaçı aparılmış «Sistouretroskopiya» endoskopik proseduru tibbi göstəriş əsasında düzgün olmuşdur. 13. İddiaçı üzərində icra edilmiş istər birinci əməliyyat («X1 + Hernioplastika»), istərsə də ikinci endoskopik prosedur («Sistoskopiya və ödemli toxumanın rezeksiyası») taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Məhkəmə-tibbi ekspetiza zamanı aparılmış urodinamik müayinə nəticəsinə əsasən xəstədə olan sidik kisəsinin diskfunksiyasının neyrogen mənşəli olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi Ekspertiza və X10» PHŞ-nın xx.xx.2025-ci il tarixli 20/MEŞ saylı rəyindən görünür ki: 1) İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə yazılanların təhlilinə əsasən, xx.xx.2023-cü ildə Prostat vəzinin «Transuretral rezeksiyası (TUR)». «Sol tərəfli qasıq hernioplastika»sı əməliyyatı və xx.xx.2023-cü ildə «Diaqnostik Ureterosistoskopiya», «Sidik kisəsinin boynunda olan ödemli toxumaların xaric edilməsi» cərrahiyyə əməliyyatları aparılmışdır. Hər iki əməliyyatdan əvvəl laborator müayinələr (qanın ümumi analizi, qan qrupu, Rh-faktor, koaquloqramma, infeksiyalar: Anti HCV, HBsAg, Siflis, HİV, onkomarkerlər (qanda PSA) qanın biokimyəvi analizi, endokrin testlər, sidiyin ümumi analizi), döş qəfəsi üzvlərinin Rentgenoqrafiyası; EKQ; Urofloumetriya; USM-si aparılmışdır. 2) İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aparılan tibbi prosedurlar (əməliyyatlar) ona təyin olunmuş diaqnozlara uyğun icra olunmuşdur. 3) İddiaçı üzərində aparılmış birinci əməliyyatdan əvvəl («Prostat vəzin transuretral rezeksiyası», «Sol tərəfli qasıq hemioplastika»), ona xx.xx.2023-cü ildə aparılan USM-də alınan nəticələrinə əsasən prostat vəzinin ölçüləri 23 x 36 x 42 mm, həcmi isə 18 ml olmuşdur, parenximada 12 mm ölçüdə kalsinat izlənilmişdir. 4) Prostat vəzinin üzərində cərrahiyyə əməliyyatının aparılmasına göstəriş prostatın hiperplaziyası və obstruktiv şikayətlər əsasında dinamikada baş verə biləcək fəsadlarla bağlı qabaqlayıcı tibbi tədbirlərin görülməsi məqsədi ilə keçirilmiş cərrahi əməliyyat tibbi praktikada qəbulediləndir. 5) İddiaçı üzərində aparılmış birinci cərrahi əməliyyatın təyinatı (göstərişi) xəstənin çətinləşmiş, tezləşmiş sidik ifrazı, sol qasıq nahiyyəsində şişkinliyin olması şikayətlərinə, ona aparılan urofloumetriyanın nəticələrinə əsaslanmışdır. Belə ki, sidik ifrazı aktından sonra sidik kisəsində 302 ml sidiyin qalması ilə əlaqədar «Transuretral rezeksiya» cərrahiyyə əməliyyatı, yəni sidik kanalından prostat vəzinə keçməklə, prostat vəzinin içindən keçən daralmış hissənin rezektoskop vasitəsi ilə genişləndirilməsindən ibarət olmuşdur. 6) İddiaçı üzərində aparılmış birinci cərrahiyyə əməliyyatından sonra, prostat vəzinin vəziyyəti USM-nin nəticələrinə əsasən kiçilmişdir. Urofloumetriya müayinəsində alt sidik yolları simptomları azalmışdır. Qmax 27,9 ml/s (normal PVR-128 ml). 7) İddiaçı üzərində aparılmış ikinci cərrahiyyə əməliyyatını zəruri edən tibbi faktorlara xəstədə sidik ifrazı aktının pozulması ilə bağlı şikayətlərin olması və bu səbəbdən də ona aparılan medikamentoz müalicənin müsbət effektinin olmaması, vaxtaşırı müşahidə olunan hematuriya olmuşdur. İkinci «Diaqnostik Ureterosistoskopiya. Sidik kisəsinin boynunda ödemli toxumaların xaric edilməsi» əməliyyatından sonra xaric olunan ödemli toxumaların histopatoloji müayinəsi zamanı xroniki aktiv iltihab və qranulyasiya toxuması aşkarlanmışdır. 8) İddiaçı üzərində aparılmış birinci cərrahiyyə əməliyyatının nəticələri ilə ikinci cərrahiyyə əməliyyatının aparılması arasında səbəbli əlaqə vardır. «Ureteroskopiya»ya göstəriş xəstədə olan medikamentoz korreksiya olunmayan, davam edən dizurik əlamətlər və hemoturiya olmuşdur. 9) İddiaçı «X1» və «Hernioplastika»sı əməliyyatının icrasına göstəriş əməliyyatdan öncə aparılan urodinamik test və USM-in nəticələri olmuşdur. 10) İİ tip şəkərli diabet, metabolik sindrom, mielit həm ayrı-ayrılıqda, həm də ümumilikdə cinsi zəifliyin səbəbi ola bilərlər. 11) Retrograd eyakulyasiya heç bir xəstəlik olmadan da əmələ gələ bilər. Belə ki, «X2»sı əməliyyatından əvvəl İddiaçı retrograd eyakulyasiya əlamətləri müşahidə olunmamışdırsa, güman etmək olar ki, keçirilən əməliyyatın nəticəsində yarana bilərdi. «X2»sından sonra, retroqrad eyakulyasiyanın olması əksər hallarda rast gəlinən bir vəziyyətdir və onu fəsad kimi qiymətləndirmək əsaslı hesab edilmir. 12) İddiaçı aparılmış «Sistoureteroskopiya» endoskopik proseduruna tibbi göstəriş medikamentoz korreksiya olmayan dizuriya və vaxtaşırı hematuriyanın olması olmuşdur. 13) İddiaçı «Sistoskopiya» endoskopik müdaxiləsində hər hansı səhvə yol verilməmişdir. Belə ki, «Sistoskopiya»dan alınan nəticələr, urofloumetriyanın və Sistoskopiya zamanı götürülən toxuma nümunələrinin patohistoloji müayinələrinin nəticələri, eləcə də xəstədə dizurik əlamətlərin olması sidik kisəsinin neyrogen mənşəli disfunksiyası ilə əlaqələndirilir. Məhkəmə iclaslarında baxış keçirilmiş elektron daşıyıcıda (flash cart) saxlanılan video görüntüdən müəyyən olunur ki, (tərəflərin bildirməsinə əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında xx.xx.2025-ci il tarixdə) Cavabdeh1 tərəfindən İddiaçı üzərində tibbi prosedur həyata keçilir, İddiaçı anesteziya altındadır. Məhkəmə iclaslarında baxış keçirilmiş CD diskdə saxlanılan fayllardan müəyyən olunur ki, X28 xəstəxanasında İddiaçı müayinə edilmiş, bununla bağlı müvafiq sənədlər tərtib olunmuşdur. Həmçinin icra edilmiş endoskopik əməliyyat görüntüyə alınmışdır. Məhkəmə iclaslarında baxış keçirilmiş CD diskdə saxlanılan səs yazılarından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 zəng edərək sosial şəbəkələrdə barəsində nalayiq ifadələr işlədilməsinə Cavabdeh1 payı olduğunu və prokurorluqdan Cavabdeh1 müraciəti əsasında ona zəng edildiyini bildirmişdir. Cavabdeh1 isə sosial şəbəkələrdə İddiaçı ünvanına nalayiq ifadələr işlədilməsində heç bir təqsiri olmadığını və prokurorluq orqanına xəstəxananın işinə mane olması və özünü narahat etməsi ilə bağlı müraciət etdiyini bildirmiş və İddiaçı verdiyi iftira xarakterli müsahibələri təkzib edəcək müraciət etməsini tələb etmişdir. İddiaçı hər 2 əməliyyatın diskini təqdim edəcəyi halda və həmin disklərdə Cavabdeh1 təqsirsizliyi müəyyən ediləcəyi halda bütün Azərbaycan xalqının qarşısında üzr istəyəcəyini bildirmişdir. Tərəflər arasında söhbətlərdə Cavabdeh1 əməliyyatqabağı İddiaçılə cinsi zəifliklə bağlı müzakirələr aparıldığını bildirmiş, İddiaçı isə hazırki vəziyyətindən şikayətini ifadə etmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq 171 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasında cərrahi müdaxilələrin videoçəkilişinin aparılması heç bir normativ hüquqi sənədlə tənzimlənmir. Videokamera və monitorla təchiz olunmuş müasir avadanlıqdan (laparoskopiya, endoskopiya və s.) istifadə etməklə həyata keçirilən müdaxilələr zamanı əməliyyatların videoçəkilişlərin aparılması (monitora verilən görüntülərin avadanlığın yaddaş qurğusunda saxlanması) bir qayda olaraq əməliyyat həkimi tərəfindən müəyyən edilir və ya pasiyentin xahişi ilə aparılır. Bu səbəbdən əməliyyatın videogörüntülərinin avadanlığın yaddaşında saxlanması avtomatik rejimdə həyata keçirilmir. Klinikada istifadə olunan müvafiq avadanlığın yaddaş qurğusu dolduqdan sonra əvvəlki çəkilişlər yaddaşdan silinir (formatlaşdırılır) və bu proseduru tənzimləyən hər hansı bir normativ hüquqi sənəd mövcud deyil. Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, X6 C66 prostat vəzinin bədxassəli yenitörəməsi diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işç inin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun: 51-ci maddəsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludular. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz.Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Eləcə də, iddiaçı şəkərli diabetdən (metabolik sindrom), 2021-ci ildən isə mielitdən əziyyət çəkir. Tibbi sənədlərə əsasən, o, həmin ildə «Mielit» diaqnozu ilə «MedEra» xəstəxanasında stasionar müalicə almışdır. İddiaçı etiraf etməsə də, onun cavabdehlə tanış olmamışdan xeyli öncədən sidik ifrazı və s. bağlı problemləri olmuşdur. Təsadüfi deyildir ki, iddiaçı 2020-2022-ci illər ərzində müxtəlif tibb müəssisələrində müayinələrdən keçmişdir. Həmin müayinələrin nəticələrinə görə: 1) X31 - xx.xx.2020-ci il tarixli ultrasonoqrafiya: - Böyrək kasacıqlarında duz kristalları. Sağ böyrəkdə parenximadaxili homogen kist – 12 x 10 mm. Sidik kisəsinin divarı qalınlaşıb. 2) Spero Hospital - xx.xx.2020-ci il tarixli kompüter tomoqrafiya müayinəsi: - Bilateral perivezikal sahədə mm-lik dens flebolit. Bilateral olaraq kiçik qasıq yırtığı, yırtıq kisələrində bağırsaq ilgəyi yoxdur. 3) Bakı Patologiya Mərkəzi – xx.xx.2021-ci il tarixli analiz: - Sidik kisəsi törəməsi, sidik kisəsi mukozasında atipik hüceyrələrin proliferasiyası; sistik və qlandular sistit (cystitis cystica et glandudaris); xroniki aktiv iltihab. Atipik hüceyrələrin verifikasiyası üçün nümunə üzərində immunhistokimyəvi müayinə tələb olunur. 4) MedEra Hospital - xx.xx.2021-ci il tarixli abdomen USM ultrasəs müayinəsi: - Sağ böyrək strukturunda kortikal sist (Bosniak 1). Sidik kisə divarının diffuz qalınlaşması. 5) Medera Hospital - xx.xx.2022-ci il tarixli ultrasəs müayinəsi: - Sağ böyrək strukturunda sist. Sol tərəfli nefrolitiaz. 6) MedEra Hospital - xx.xx.2022-ci il tarixli abdominal USM ultrasəs müayinəsi: - Hepatosteatoz İİ grade. Hepatosplenomeqaliya. Sağ böyrək strukturunda sist - Bosniak 1. 7) X22 - xx.xx.2022-ci il tarixdə aparılmış ultrasəs müayinəsi: - Prostat vəzinin düyünlü hiperplaziyasının ilkin əlamətləri. Sağ sidik axarının daşı? İddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və narahatçılıqlarla bağlı cinsi zəiflik müşahidə olunmağa başlamış, iddiaçı hər bir insan kimi erektil disfunksiyadan narahat olmuş, bununla bağlı müxtəlif tibb müəssisələrinə müraciət etmişdir. Məhkəmə ilk iddia tələbi üzrə iddiaçının ifadə etdiyi dəlillərlə bağlı bildirir ki, həmin dəlillər- birinci əməliyyat uğurlu icra edilmişdirsə, ikinci əməliyyata zərurətin nədən yaranmasından, birinci əməliyyatın disk görüntülərinin təqdim edilməməsindən, tərəflər arasında baş tutmuş telefon danışığında cavabdehin öz səhvini inkar etməməsindən,ilk əməliyyat zamanı diaqnozun düzgün qoyulmamasından, iş üzrə təyin edilmiş ekspert rəylərində qoyulmuş suallara obyektiv cavab verilməməsindən ibarətdir. Məhkəmə ilk iddia tələbi üzrə irəli sürülmüş iki əməliyyatın keçirilməsi və diaqnozun düzgün qoyulub-qoyulmaması ilə bağlı bildirir ki, iddiaçı üzərində aparılmış tibbi müayinələr, laborator analizlərə uyğun olaraq ilk dəfə keçirilən əməliyyatdan öncə 2 diaqnoz müəyyən edilmişdir: N40 Prostat vəzinin hiperplaziyası, K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan diaqnozları və həmin diaqnozlara uyğun olaraq da əməliyyat icra edilmişdir. Bununla əlaqədar təqdim edilmiş tibbi müayinə sənədlərində, hətta iddiaçının bu əməliyyatdan daha əvvəl X15 xx.xx.2022-ci il tarixdə İddiaçı üzərində aparılmış ultrasəs müayinəsinin nəticələrinə dair tibbi sənəddə də Prostat vəzinin düyünlü hiperplaziyasının ilkin əlamətləri diaqnozu göstərilmişdir. Bundan sonrakı dövrdə iddiaçının müalicə almasına və həmin diaqnozun müalicə olunaraq aradan qalxmasına dair sübutlar təqdim edilməmişdir. Bu yerdə həmçinin o da qeyd olunmalıdır ki, iddiaçının ilk əməliyyat keçirdiyi tarixlərdə əməliyyat olunmuş digər şəxslə qoyulmuş diaqnozla onun diaqnozunun səhv salınması və nəticədə də iddiaçının ona qoyulmuş diaqnoza uyğun olmayaraq əməliyyata məruz qalmasına dair dəlilləri o baxımdan ağılabatan dəlil hesab edilmir ki, müəyyən bir ixtisas üzrə cərrahın eyni gündə eyni diaqnozla bir neçə xəstəni əməliyyat etməsi təcrübədə rast gəlinən haldır və eyni gündə eyni cərrah tərəfindən eyni diaqnozla əməliyyat olunan şəxslərin diaqnozlarının səhv salınması isə istisna hal kimi yola verilə bilər, lakin bu heç də o demək deyil ki, qeyd edilən istisna hal hazırki iş üzrə iddiaçıya münasibətdə də baş vermişdir. İddiaçı hazırki iddia tələbi ilə hələ xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etməsinə baxmayaraq qeyd edilən dəlilini mülki mübahisənin yekunlaşması mərhələsində irəli sürmüşdür. İddiaçının istinad etdiyi hal isə onun öz ehtimalına görə əməliyyatının uğursuz nəticələnməsi və ona səhvən qoyulmuş diaqnozun həmin tarixdə əməliyyat olunan digər şəxsə qoyulmuş diaqnozun eynilik təşkil etməsidir. Məhkəmə şəxsə qoyulmuş diaqnozun səhv olmasına dair iddiaçının öz ehtimallarından başqa mötəbər bir sübut olmamasını, habelə elə əməliyyatın da düzgün icra edilməməsinə dair dəlillərinin də iş üzrə təqdim edilmiş tibbi sənədlərlə və məhkəmə-tibbi ekspertizasının 2 rəyi ilə təkzib olunduğunu diqqqətə çatdırır. Məhkəmə iddiaçının ilk cərrahi əməliyyatın uğurlu icrası halında ikinci əməliyyatın keçirilməsinə zərurətin nədən ibarət olması ilə bağlı qeyd edir ki, ilk əməliyyatın uğursuzluğu halı ən azından iddiaçıda öz təzahürünü daha erkən biruzə verməli idi, lakin iddiaçı ilk dəfə 2023-cü ilin yanvar ayında bundan sonra isə 2023-cü ilin may ayında ikinci cərrahi əməliyyatı keçirmişdir. Birinci əməliyyatdan sonra iddiaçıda dərhal deyil də, müəyyən müddət keçdikdən sonra hər hansı narahatlığın yaranması özlüyündə onu deməyə əsas verir ki, iddiaçının orqanizmində təbii-biololji proseslər, habelə digər xroniki xəstəliklərin fonunda müəyyən iltihabi proseslər getmişdir və ikinci əməliyyat zamanı da məhz elə bu iltihabi prosesdən irəli gələn prosedur icra edilmişdir. Bununla bağlı məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 20/MEŞ sayl rəyində də birinci əməliyyatla ikinci əməliyyat arasında səbəbli əlaqənin olması o baxımdan müəyyən edilmişdir ki, birinci əmliyyatdan sonra xəstədə olan medikamentoz (dərman) korreksiya olunmayan davam edən dizurik (prostat vəzi iltihabı) əlamətləri və hemoturiya (sidikdə qan) ureteroskopiya (internet resursundan məlumat: uretranın (sidik kanalının) daxili hissəsini vizual müayinə etmək üçün istifadə olunan endoskopik bir prosedurdur) əməliyyatına göstəriş olmuşdur. Bununla gəlinən nəticə hər bir insan orqanizminin fərdi xüsusiyyətlərinə görə aparılmış ilkin müalicə (hazırki halda 2023-cü ilin yanvar ayında keçirilmiş əməliyyat və ondan sonra aparılmış müalicələr) sonradan xəstənin vəziyyətində yeni halların meydana çıxması ilə yeni müdaxilələri labüd edə bilər. Habelə qeyd olunan ekspert rəyində hazırda iddiaçının narazı olduğu sağlamlıq durumundakı problemin keçirdiyi əməliyyatla birbaşa əlaqəsi inkar edilir ki, iddiaçının göstərdiyi kimi onda yaranmış cinsi problemin əsasında yeganə faktor keçirdiyi əməliyyat deyil, digər xəstəlikləri də rol oynayır. Odur ki, hər bir halda ilkin müalicənin tam olaraq uğursuz qiymətləndirilməsi əsaslı hesab edilə bilməz. İddiaçının təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəylərinin əsassızlığına dair dəlilləri ilə bağlı qeyd etmək lazımdır ki, ekspert rəyində – xüsusilə tibbi sahəsində aparılmış ekspertiza rəyində terminlərdən istifadə edilməsi qeyri-adi hal deyildir. Elmin müxtəlif sahələrində olduğu kimi müəyyən sahəvi sözlər əlbəttə ki, xüsusi terminlərlə ifadə edilməlidir, əks halda bu nə ixtisaslaşma hesab edilə bilər, nə də ki, bu sahənin mütəxəssisi bu məsələni anlaya bilməz. Hazırda internet şəbəkəsində istənilən terminin izahını rahatlıqla tapmaq mümkündür, sırf ekspert rəyində çoxsaylı terminlərdən istifadə edilməsinin həmin rəyin mötəbərliyinə şübhə salan hal qiymətləndirmək düzgün deyildir. Digər bir məsələ ekspert rəyində xəstə üzərində aparılmış əməliyyatın qoyulmuş diaqnoza uyğun icra edilməsinin göstərilməsi deyil də, diaqnozun özünün düzgün qoyulubqoyulmamasına dair ekspert də özlüyündə məhz ona təqdim edilmiş tibbi sənədlər əsasında, yəni aparılmış laborator analizlər və digər tibbi müayinə sənədlər əsasında müəyyən edilmiş diaqnozun doğruluğunu müəyyən edə bilər. Ekspert artıq əməliyyat olunmuş şəxsi müayinə etdiyindən ondan keçirdiyi əməliyyatlardan əvvəlki vəziyyət barədə məlumat işdə olan sənədlərə əsasən müəyyən edilə bilər. Bu yerdə xatırlatmaq lazımdır ki, iddiaçının özünün verdiyi məlumatlara əsasən iddiaçı hətta hazırki iş üzrə cavabdeh tərəfindən icra edilmiş ikinci əməliyyatdan sonra belə başqa ölkələrdə (ən azından təkzib edilməyən Türkiyədə) də müayinələrdən keçmiş, müalicələr almış və əməliyyatlar keçirmişdir. Bu baxımdan ekspertə təqdim edilmiş tibbi sənədlərdə həmin müayinə və müalicə prosedurları barədə əlavə sənədlər olmadığından ekspert iddiaçı üzərində aparılmış tibbi prosedurların zəncirvari ardıcıllığını da müfəssəl şəkildə qura bilməz. Məhkəmə ilk iddia üzrə iddiaçı tərəfin ilk iddia üzrə cavabdehlə telefon danışığına istinad edərək sanki ilk iddia üzrə cavabdehin təqsirini inkar etməməsinə dair dəlilləri ilə bağlı bildirir ki, həmin telefon danışığında ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçıdan onun klinikasına gəlməsi, bu davranışlarının, onun işgüzar nüfuzuna zərər vurması ilə bağlı mövqeyini bildirmiş, ilk iddiaçının irəli sürdüyü ittihamlara ilk iddia üzrə cavabdehin iddiaçının nümayəndəsinin (vəkili) bildirdiyi kimi kəskin reaksiya verməməsi, sanki susqunluğun razılıq əlaməti olması heç də həmişə qarşı tərəfin mövqeyinin təsdiqləməsinə deyil, şəxsin şəxsi keyfiyyətlərindən irəli gələn təmkinli olmasına dəlalət edir. Nəhayət ilk iddia üzrə iddiaçının ilk əməliyyatın görüntüləri əks olunan elektron daşıyıcının (diskin) olmaması bağlı dəlilinə münasibətdə məhkəmə bir məsələni xüsusilə vurğulayır ki, səhiyyə sahəsində inkişafdan irəli gələrək artıq neçə illərdir ki, endoskopik (internet resursundan məlumat: Endoskopik əməliyyat, bədənin daxili orqanlarına kiçik kəsiklər və ya təbii yollarla daxil olaraq həyata keçirilən minimal invaziv cərrahiyyə üsuludur.) qaydada aparılan əməliyyatların kamera görüntüləri aparılır və bəzi hallarda bu görüntülər pasientlərə də təqdim edilir. Lakin qeyd edilən proses heç bir normativ sənədlə tənzimlənmir, bu yalnız təcrübə əsasında icra edilir. İlk iddia üzrə iddiaçı ilk əməliyyatda görüntülərin qeydə alınmamasını, həmin görüntülərin ona təqdim edilməməsini pozuntu kimi qiymətləndirsə də, bunu tənzimləyən heç bir normativ qaydanı təqdim etməmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh Respublika Diaqnostika Mərkəzinin nümayəndələri də bu halı tənzimləyən hər hansı bir normativ aktın mövcud olmadığını bir daha nəzərə çatdırmışlar. Digər bir məsələ isə həmin görüntülərin mövcud olacağı təqdirdə cərrah tərəfindən aparılmış əməliyyatın düzgün olmamasının daha aydın müəyyən ediləcəyi ilə bağlı qeyd edilməlidir ki, səhiyyə sahəsində illər ərzində aparılmış açıq əməliyyatlarda yol verilmiş pozuntuların müəyyən edilməsi üçün xəstəyə aid tibbi sənədlər yetərli olmuşdur, hətta son təcrübəyə əsasən də endoskopik əməliyyatlar zamanı aparılmış görüntülərin deyil, yenə də tibbi sənədlər və xəstənin müayinəsi ekspert tədqiqatı üçün kifayət hesab edilmişdir. İddiaçının nümayəndəsinin (vəkili) - əməliyyat diskinin olmaması sübut edir ki, əməliyyat düzgün olmayıb - tezisi məhkəmə tərəfindən birmənalı olaraq qəbul edilmir. Əməliyyatın kamera görüntülərinin olub-olmamasından asılı olmayaraq həkim səhvinin müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Məhkəməyə təqdim olunmuş sənədlər toplusundan, eləcə də, ekspert rəylərindən məcmu şəkildə görünür ki, cavabdeh tərəfindən iddiaçıya tətbiq olunan müalicə üsulları düzgün olmuş, cavabdehin hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi ilə bağlı iddiaçının sağlamlığına zərər vurulmamışdır. Toplanmış və tədqiq olunmuş sübutlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi ziyan vurulmamışdır, təqdim olunan bütün tibbi sənədlər və ekspert rəylərindən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya münasibətdə aparılmış müalicə üsulları düzgün olmuşdur, ona qarşı hər hansı obyektiv irad bildirilməsi üçün əsaslı səbəb yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, ilk iddia əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddia üzrə cavabdeh müxtəlif səpkili xəstəliklərdən əziyyət çəkir. Qarşılıqlı iddia üzrə cavabdehin vəziyyətini daha da ağırlaşdıran hal onunla bağlıdır ki, o, baş beynin travmatik xəstəliyindən əziyyət çəkir, ona bunun nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, tez-tez qıcolma tutmaları ilə diaqnozu qoyulmuşdur. Bu səbəbdən, qarşılıqlı iddia üzrə cavabdeh öz emosional-psixi vəziyyətinə görə öz sağlamlıq durumunu obyektiv qiymətləndirə, buna adekvat olaraq reaksiya göstərməkdə çətinlik çəkir. Adi dillə ifadə etdikdə, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə işlətdiyi fikirləri qarşılıqlı iddia üzrə iddiaçının şərəf və ləyaqətini ləkələmək, işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə etmir, öz fikirlərinə görə çıxılmaz vəziyyətə düşməsinə verdiyi reaksiya bu cür kəskin xarakter daşıyır. Həkimlər öz peşələrinin spesifikliyinə görə, pasiyentlərə münasibətdə daha dözümlü münasibət göstərməlidirlər. Çünki, pasiyentlərin hər biri müxtəlif xəstəlikdən əziyyət çəkirlər, bəzi pasiyentlər öz vəziyyətlərini obyektiv qiymətləndirmək iqtidarında olmurlar və bəzən aqressiv davranış nümayiş etdirə bilirlər. Pasiyentlərin öz sağlamlıq durumlarına obyektiv qiymət vermək imkanının olmaması bir çox amillərlə bağlıdır, bu dünyagörüşü, təhsil səviyyəsi, gərgin ailədaxili maddi durum, ərin arvadı, arvadın əri qarşısında fiziki və psixi amillərlə bağlı vəzifələrini yerinə yetirə bilməməsi və s. əlaqəli ola bilər. Hal-hazırki mülki işdə qarşılıqlı iddia üzrə cavabdeh də öz sağlamlıq durumuna obyektiv qiymət vermək iqtidarında olmayıb, ətrafdakılarla, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçı ilə olan münasibətlərə mənfi təsir göstərir. Qarşılıqlı iddia üzrə cavabdehin davranışları məhz bu səbəbdən qarşılıqlı iddia üzrə iddiaçının şəxsiyyətinə qarşı yönələn, şərəf və ləyaqətə, işgüzar nüfuza kölgə salan və ləkələyən hərəkətlər kimi qəbul edilə bilməz. Eləcə də, qarşılıqlı iddia üzrə cavabdeh bu fikirləri kütləvi şəkildə yayılması üçün cəmiyyət arasında, mediada, mitinq və yığıncaqlarda səsləndirməmiş, məsələ müəssisə daxilində, məhdud sayda spesifik sahədə çalışan şəxslər arasında qalmışdır ki, onlar da öz peşəkar şəkildə vəzifə borclarını yerinə yetirərkən bu cür hallarla rastlaşırlar və yaranmış vəziyyətin həkimlə deyil, pasiyentin durumu ilə bağlı olduğunu bilirlər. Bu səbəbdən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair ilk iddiası təmin edilməməli; Cavabdeh1 İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli; ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair ilk iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar