Məhkəmə qərarları › İş №e-2(006)-112/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-112/2025

05.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-112/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı «hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqı və digər ödənişlərə görə bir faizi məbləğində ödənc verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı «hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqı və digər ödənişlərə görə bir faizi məbləğində ödənc verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən son iş günü xx.xx.2023-cü il tarixində ödənilməli olan işdənçıxarma müavinəti və azı altı təqvim həftəsi xəbərdarlıq əvəzi kimi 11.314,18 manat və istifadə edilməmiş məzuniyyət günlərinə görə 2.212,45 manat kompensasiya olmaqla, cəmi 13.526,63 manat pul məbləğinin ödənilməsinin hər gecikdirilən gün üçün bir faiz olmaqla 279 gün gecikdirilməsinə görə 37.739,30 manat və hər gecikdirilən gün üçün bir faiz pul məbəği olmaqla 2022-ci ilin sentyabr ayı üçün əmək haqqının (Net – 4.000 manat) 13 gün gecikdirilməsinə görə 520 manat, 2022-ci ilin oktyabr ayı üçün əmək haqqının (Net – 4.000 manat) 14 gün gecikdirilməsinə görə 560 manat, 2022-ci ilin noyabr ayı üçün əmək haqqının (Net – 4.000 manat) 14 gün gecikdirilməsinə görə 560 manat olmaqla, cəmi 1.640 manat və ümumilikdə 39.379,30 manat pul məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində (İşəgötürən) - xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hüquqşünas və xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək baş mühəndis vəzifəsində işləmişdir. Əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsininin 70-ci maddəsinin «b» bəndi ilə (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda) xitam verilmişdir. İşəgütürən əmək haqqını, işdənçıxma müavinətini və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzini (kompensasiya) ona xx.xx.2022-ci il tarixdə tam həcmdə ödəməmişdir. Bu barədə işəgötürənə yazılı və şifahi müraciətləri cavabsız qaldığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən işdənçıxarma müavinəti və azı altı təqvim həftəsi xəbərdarlıq əvəzi kimi 11.314,18 manat və istifadə edilməmiş məzuniyyət günlərinə görə 2.212,45 manat kompensasiya olmaqla cəmi 13.526,63 manat pul məbləğinin tutularaq ona ödənilməsi və bu məbləğdən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyərinə görə 50 manatın tutulması qət edilmişdir. İşəgötürən tərəfindən ona son iş günü olan xx.xx.2022-ci il tarixdə ödənilməli pul məbləği Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə (xx.xx.2023-cü il tarixli qətnamə) və bu qərar əsasında Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e- 2(006)-1500/2023 nömrəli icra vərəqəsinı əsasən 13.476,63 manat pul məbləği xx.xx.2023-cü il tarixdə X8 Azərbaycanın Mərkəz Filialındakı AZ84KABA******************** bank hesabına köçürülmüşdür. Beləliklə, işəgötürən xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan 13.526,63 manat pul məbləğini xx.xx.2023-cü il tarixdə ödəməklə ödənişi 279 gün gecikdirmişdir. İşəğötürən ödənişi gecikdirdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilən gün üçün bir faiz pul məbəği olmaqla cəmi 13.526,63 x 279/100=37.739,30 manat ödəməlidir. İşəgötürən tərəfindən aylıq əmək haqlarının ödənilməsində də mütəmadi olaraq gecikdirmələrə yol verilmişdir. Belə ki, müvafiq ayın son iş günü ödənilməli olan 4.000 manat əmək haqqı gecikdirilərək 2022-ci il sentyabr ayı üçün oktyabr ayının 14-də, oktyabr ayı üçün noyabr ayının 15-də, noyabr ayı üçün isə dekabr ayının 15-də ödənilmişdir. İşəgötürən hər gecikdirilən gün üçün bir faiz pul məbəği olmaqla 2022-ci ilin sentyabr ayının əmək haqqı üçün 520 manat, oktyabr ayı üçün 560 manat, noyabr ayı üçün 560 manat olmaqla ümumilikdə 1.640 manat ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» 11 aprel 2023-cü il tarixli qərarına görə: «Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş «hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir» müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən əmək haqqı və digər ödənclər kimi son iş günü olan xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan 13.526,63 manat pul məbləğinin ödənilməsinin 279 gün gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) – 37.739,30 manat; 2022-ci ildə aylıq əmək haqqının (net – 4 000 manat) gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) – 5.560 manat; mənəvi zərərin əvəzi kimi – 5.000 manat; mediasiya prosesində iştirak haqqı kimi ödənilmiş – 60 manat olmaqla, ümumilikdə 48.359,30 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən əmək haqqı və digər ödənclər kimi son iş günü olan xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan 13.526,63 manat pul məbləğinin ödənilməsinin 279 gün gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) – 37.739,30 manat; 2020-ci il ərzində aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) – 3.636 manat, 2021-ci il ərzində aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) – 5.206,93 manat, 2022-ci il ərzində aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) – 5.040 manat olmaqla, cəmi 13 882.93 manat; mənəvi ziyanın əvəzi kimi – 5.000 manat; mediasiya prosesində iştirak haqqı kimi ödənilmiş – 60 manat olmaqla, ümumilikdə 56.682,23 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizədə qeyd etmişdir ki, cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixli 223 nömrəli əmrlə xitam verilmişdir və son iş günü olan xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan əmək haqqı və digər ödənclər tam həcmdə ödənilməmişdir. Cavabdehə əmək haqqı və digər ödənclərin qanunvericiliyə uyğun olaraq hesbalanaraq ona ödənilməsi barədə yazılı müraciəti nəticəsiz qaldığına görə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə (xx.xx.2023-cü il tarixli qətnamə) və bu qərar əsasında Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e- 2(006)-1500/2023 nömrəli icra vərəqəsinə əsasən 13.476,63 manat pul məbləği xx.xx.2023-cü il tarixdə X8 Azərbaycanın Mərkəz Filialındakı AZ84KABA******************** bank hesabına köçürülmüşdür. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan 13.526,63 manat pul məbləğini xx.xx.2023-cü il tarixdə ödəməklə ödənişi 279 gün gecikdirmişdir. Cavabdeh əmək haqqı ödənişini gecikdirdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən cəmi 13526,63 x 279 / 100 = 37.739,30 manat ödəməlidir. Cavabdeh tərəfindən aylıq əmək haqlarının ödənilməsində də mütəmadi olaraq gecikdirmələrə yol vermişdir. 2020-ci il ərzində aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) 3.636 manat, 2021-ci il ərzində aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) 5.206,93 manat, 2022-ci il ərzində aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) 5.040 manat olmaqla, cəmi 13.882,93 manat ödəməlidir. Cavabdeh tərəfindən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq (Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi) əmək müqaviləsinə xitam verilərkən əmək hüquqlarının kobud şəkildə pozulması, ona ödənilməli olan əmək haqqı və digər ödənclərin tam həcmdə ödənilməməsi nəticəsində həm də mənəvi iztirablar keçirmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ay yarımdan çox işsiz qalmış, sonra isə daha az maaşlı işə razılaşmalı olmuşdur. Bununla da, ailəsinin maddi durumu kəskin şəkildə pisləşmiş, ailə üzvləri üçün adət etdikləri əvvəlki həyat səviyyəsini təmin edə bilməmiş və bütun bunlar mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Cavbdeh tərəfindən ona vurulan mənəvi ziyanı 5.000 manat olaraq qiymətləndirir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, əmək haqqı və digər ödənclər kimi son iş günü olan xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan 13.526,63 manat pul məbləğinin ödənilməsinin 279 gün gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) – 37.739,30 manat; 2020-ci ildə aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) 3.756 manat, 2021-ci ildə aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) 5.934,93 manat, 2022-ci ildə aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) 6.040 manat; son iş günü olan xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan 2020-2022-ci illər ( üç il) üçün istifadə edilməmiş məzuniyyət günlərinə (67 gün) görə pul əvəzi kimi vergilər və digər məcburi ödənişlər daxil olmaqla (GROSS) cəmi 8.563,36 manat və xx.xx.2022-ci il tarixdən göstərilən məbləğin ona ödəniləcəyi tarixədək hər gecikdirilən gün üçün bir faiz əlavə ödəncin; mənəvi ziyanın əvəzi kimi – 5.000 manat; mediasiya prosesində iştirak haqqı kimi ödənilmiş – 60 manatın cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin vəkili Vəkil iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsinə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsilə göndərilmişdir. İddiaçının əmək müqaviləsinə isə xx.xx.2022ci il tarixdə xitam verilmişdir (bu fakt məhkəmə aparatının müvafiq əməkdaşları tərəfindən təsdiq edilə bilər). İddia ərizəsi məhkəməyə göndərilməmişdən əvvəl qanunveriviliyin tələblərinə müvafiq olaraq ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçı tərəfindən Bakı 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir və məhz cavabdeh ilkin mediasiya sessiyasında iştirakdan imtina etmişdir və bu barədə Bakı 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/1/2023-00326 nömrəli arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişir. Qanunvericiliyə görə isə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddia müddətinin başlanması vaxtı tərəfin hüquqlarının pozulduğunu bildiyi andan hesablanır. İddiaçı göstərilən məsələ ilə bağlı qanunvericilikdə mövcud olmuş qeyri-müəyyənlik səbəbindən hüquqlarının pozulduğunu (hüquqlarının məhkəmə müdafiəsinin mövcudluğunu) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» 11 aprel 2023-cü il tarixli qərarından sonra bilmişdir. Göstərilənlərin nəzərə alaraq cavabdehin vəkilinin iddia müddətinin ötürülməsi səbəbindən iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsinin əsassız olduğu üçün qəbul edilməməsini və işə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin vəkili Vəkil iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsinə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi etirazda qeyd olunmuşdur ki, 2(006)-1185/2024 saylı iş üzrə cavabdehin vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək «2022-ci ilin sentyabr, oktyabr və noyabr aylarına hesablanmış əmək haqqının gecikdirilməsinə görə 1.640 manat» pul məbləğinin ödənilməsi tələbi üzrə «iddia müddətinin keçməsini» nəzərə alaraq iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin məzmunundan da göründüyü kimi, cavabdehin vəkili iddianın digər müddəaları üzrə, o cümlədən, əmək haqqı və digər ödənclər kimi son iş günü olan xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan 13.526,63 manat pul məbləğinin ödənilməsinin 279 gün gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) – 37.739,30 manat pul məbləğinin ödənilməsi tələbi üzrə iddia müddətini mübahisələndirmir. Ərizədə mübahisələndirilən aylıq əmək haqqının gecikdirilməsi ilə bağlı iddia müddəti ilə bağlı bildirmək istəyir ki, işdə olan xx.xx.2019-cu il tarixli 133 saylı əmək müqaviləsinin 4.6-cı bəndinə görə «ayda bir dəfə cari ayın son iş günü əmək haqqı və digər ödənclər işçinin YapıKredi bankdakı hesabına ödənilir». İşdə olan X8 Azərbaycan tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş bank hesabından çıxarışa (əmək haqqı hesabı üzrə dövriyyə) görə 2020, 2021, 2022-ci illərdə əmək haqqı demək olar ki, hər ay gecikmələrlə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Beləliklə, Əmək Məcəlləsində əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi nəzərdə tutulsa da, bu ödəncin nə zaman edilməsi və ya ediləcəyi barədə heç bir müddəa yoxdur (hüquqi müəyyənlik prinsipinin pozulması). İddiaçı işlədiyi müddətdə bu ödənclərin cavabdeh tərəfindən ona ediləcəyinə ümid etmiş (çünki qnunvericilikdə yol verilən hüquqi müəyyənlik prinsipinin pozulması və ödəncin nə zaman (hansı qaydada) verilməsi barədə birbaşa göstərişin olmamasına görə cavabdeh göstərilən ödənci bütün bu müddət ərzində istədiyi zaman edə bilərdi) və bu ödənclərin edilməyəcəyi iddiaçıya yalnız əmək müqaviləsinə xitam verildikdə son-haqq hesab zamanı məlum olmuşdur. Ona görə də, 1 illik iddia müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalıdır və iddiaçının əmək haqqının gecikdirildiyi bütün dövrü (iddia tələbi üzrə 2020-2022-ci illəri) əhatə etməlidir. Əks hal işəgötürənlər tərəfindən hüquqdan sui-istifadəyə və işçilərin əmək hüquqlarının kobud və kütləvi şəkildə pozulmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» 11 aprel 2023-cü il tarixli qərarında da hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat kimi qiymət vermiş, göstərilən qaydanın işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyini və həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıdığını göstərmişdir. Beləliklə, cavadehin vəkilinin ərizəsinə etiraz edərək aşağıdakıları bildirir: İddia ərizəsi xx.xx.2023-cü ildə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsilə göndərilmişdir. İddiaçının əmək müqaviləsinə isə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (bu fakt «Elektron Məhkəmə» informasiya sistemi inzibatçısı və/və ya məhkəmə aparatının müvafiq əməkdaşları tərəfindən təsdiq edilə bilər). İddia ərizəsi məhkəməyə göndərilməmişdən əvvəl qanunvericiliyin tələblərinə müvafiq olaraq ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçı tərəfindən Bakı 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir və məhz cavabdeh ilkin mediasiya sessiyasında iştirakdan imtina etmişdir və bu barədə Bakı 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/1/2023-00326 nömrəli arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişir. Qanunvericiliyə görə isə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (Maddə

35. İddia müddətlərinin axımının dayandırılması, «Mediasiya haqqında» Azərbaycan Respublikasının qanunu). İddia müddətinin başlanması vaxı tərəfin hüquqlarının pozulduğunu bildiyi andan hesablanır. İddiaçı göstərilən məsələ ilə bağlı qanunvericilikdə mövcud olmuş qeyri-müəyyənlik səbəbindən hüquqlarının pozulduğunu (pozulmuş hüquqlarının məhkəmə müdafiəsinin mövcudluğunu) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» 11 aprel 2023-cü il tarixli qərarından sonra bilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Konstitusiya Məhkəməsi 11 aprel 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş «hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir» müddəasının fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edildiyini təsbit etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» 11 aprel 2023-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə «göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin «d» bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır». Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər və bu qayda Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarında bir daha təsbit edilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehin vəkilinin iddia müddətinin ötürülməsi səbəbindən iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsinin əsassız olduğu üçün qəbul edilməməsini və işə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 05 fevral 2025-ci il tarixdə məhkəməyə mənəvi zərərlə bağlı yazılı izahat təqdim edərək qeyd etmişdir ki, işəgötürən tərəfindən ona vurulan mənəvi ziyan üçün 5.000 manat məbləğin işəgötürəndən tutularaq ona ödənilməsi yaşadığı mənəvi sarsıntını əvəzinə yalnız müəyyən təsəlli ola biləcəyini düşünür və bu tələbimlə bağlı aşağıdakıları məhkəmənin diqqətiə çatdırır: işəgötürən tərəfindən əvvəlcədən heç bir xəbərdarlıq edilmədən və həm də bayramlar (Dünya Azərbaycanlarının həmrəyliyi günü və Yeni İl bayramı) qabağı əmək müqaviləsinə xitam verilməsi nəticəsində yüksək maaşlı (2022-ci ildə Azərbaycanda orta maaş 880 manat təşkil etmişdir, o isə işlədiyi vəzifədə net olaraq 4.000 manat əmək haqqı alırdı) işinin itirilməsi, digər tərəfdən də işəgötürən tərəfindən son haqq-hesabın (əmək haqqı və digər ödənişlərin) tam həcmdə ödənilməməsi nəticəsində böyük mənəvi sarsıntı keçirmişdir. Həyat yoldaşı işləmir (evdar qadındır), oğlu ADA universitetində ödənişli təhsil alan və ipoteka krediti ödəyən bir şəxsin birdən birə yüksək maaşlı işini itirməsinin necə ağır bir hiss olduğunu yalnız bunu yaşayanlar bilər. Həm də o, şirkətdə adi işçi deyildi və baş mühəndis kimi məsul vəzifədə çalışırdı. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu cür xitam verilməsi ilə özünü alçaldılmış və təhqir olunmuş hiss etmiş və aldığı mənəvi sarsıntıdan xeyli müddət özünə gələ bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Həmin qərara görə «mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır». Xarici doktrinada hesab edilir ki, mənəvi zərərin kompensasiyasının yalnız zərərin əvəzinin ödənilməsi deyil, həm də hüquqa zidd davranışın qarşısının alınması funksiyası var. Bu səbəbdən, mənəvi zərər vuran şəxsi eyni hərəkəti təkrarlamaqdan çəkindirmək üçün tətbiq edilən kompensasiya məbləği onun maddi imkanları baxımından çəkindirici olmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim olunmuş və qeyd edilmişdir ki, İddiaçı cavabdeh «X7 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinin icraatındadır. İddiaçı iddia tələbində cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən son iş günü xx.xx.2023-cü il tarixdə ödənilməli olan işdənçıxarma müavinəti və azı altı təqvim həftəsi xəbərdarlıq əvəzi kimi 11.314,18 manat və istifadə edilməmiş məzuniyyət günlərinə görə 2.212,45 manat kompensasiya olmaqla, cəmi 13.526,63 manat pul məbləğinin ödənilməsinin hər gecikdirilən gün üçün bir faiz olmaqla 279 gün gecikdirilməsinə görə 37.739,30 manat və hər gecikdirilən gün üçün bir faiz pul məbəği olmaqla 2022-ci ilin sentyabr ayı üçün əmək haqqının (Net – 4.000 manat) 13 gün gecikdirilməsinə görə 520 manat, 2022-ci ilin oktyabr ayı üçün əmək haqqının (Net – 4.000 manat) 14 gün gecikdirilməsinə görə 560 manat, 2022-ci ilin noyabr ayı üçün əmək haqqının (Net – 4.000 manat) 14 gün gecikdirilməsinə görə 560 manat olmaqla, cəmi 1.640 manat və ümumilikdə 39.379,30 manat pul məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi, iddiaçı 2022-ci ilin sentyabr, oktyabr və noyabr aylarına hesablanmış əmək haqqının gecikdirilməsinə görə 1.640 manat pul məbləğini tələb edir. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, İddiaçı iddia tələbində qeyd olunan tarixlər üzrə iddia müddəti ötürülmüşdür. Bu səbəbdən məhkəmədən İddiaçı cavabdeh «X7 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia müddətinin keçməsini nəzərə alaraq iddiadan imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, iddia tələbinin əsassız olduğunu bildirdi, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia tələbinin əsassız olduğunu bildirdi, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 08 yanvar 2019-cu il tarixli 133 saylı əmək müqaviləsindən görünür ki, “X7 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı arasında sonuncunun baş mühəndis vəzifəsinə işə qəbul edilməsi ilə əlaqədar əmək müqaviləsi bağlanmış, işçinin 08 yanvar 2019-cu il tarixdən işə başladığı, işçiyə hər ay 650 manat məbləğində əmək haqqı ödənildiyi və sair şərtlər qeyd olunmuşdur. - Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmadan (xx.xx.2019-cu il tarixli 07 saylı əlavə) görünür ki, «X7 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müvafiq bəndlərinə dəyişikliklər edilmişdir. - xx.xx.2022-ci il tarixli 305 saylı arayışdan görünür ki, “X7 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı son 1 il üzrə hesablanmış əmək haqqı barədə arayış təqdim olunmuşdur. - «X7 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 223 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü hissəsinə əsasən işdənçıxarma müavinəti (2.682,34) ödənilməklə istifadə etmədiyi 23 təqvim günü əmək məzuniyyətinə görə 817,29 manat pul əvəzi verilməsi əmr edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli e-2(006)- 1500/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «işdənçıxma müavinətinin, xəbərdarlıq müddəti əvəzinə pul məbləğinin və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh “X7 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən işdənçıxarma müavinəti və azı altı təqvim həftəsi xəbərdarlıq əvəzi kimi 11314,18 manat və istifadə edilməmiş məzuniyyət günlərinə görə 2212.45 manat kompensasiya olmaqla cəmi 13526,63 manat pul məbləğinin tutularaq İddiaçı ödənilmiəsi; iddia tələbinin qalan hissədə rədd edilməsi; iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində ekspertiza xərclərinin 50 manatının cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən, qalan 50 manatının İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (həmin qətnamə qanuni qüvvəsini almaqla, icra olunmuşdur). - İddiaçı cavabdeh «X7 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanladığı 27 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı cavabdehdən əmək haqqı ödənişlərinin gecikdirilməsinə görə hesablanmış pul vəsaitinin 10 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə işəgötürəni xəbərdar etmişdir. - Bakı 1 saylı Mediasiya təşkilatının 13 dekabr 2023-cü il tarixli MŞB/1/2023-00326 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı 13 dekabr 2023-cü il tarixdə saat 12:00-da ilkin mediasiya sessiyasına gəlsə də, cavabdehin nümayəndəsi gəlməmişdir. Bu səbəbdən, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. 50 manat mediasiya xərci və 10 manat poçt, kargüzarlıq xərcləri iddiaçı tərəfindən ödənilmişdir. - 26 dekabr 2023-cü il tarixli 01 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Bakı 1 saylı Mediasiya Təşkilatına 50 manat pul vəsaiti ödənilmişdir. - Fərdi şəxsi hesabdan çıxarışdan görünür ki, İddiaçı hesablanmış və ödənilmiş əmək haqqı barədə məlumatlar hər bir dövr üzrə müfəssəl şəkildə qeyd olunmuşdur. - İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 27 fevral 2024-cü il tarixli, 18 mart 2024-cü il tarixli, 21 aprel 2024-cü il tarixli, 17 oktyabr 2024-cü il tarixli hesablama cədvəlindən görünür ki, cavabdeh “X7 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı müvafiq illər üzrə əmək haqqının ödənilməsinin gecikdirilməsi üçün ödənilməli olan məbləğin (hər gecikdirilən günə görə bir faiz olmaqla) hesablanması aparılmış və müvafiq məbləğlər cədvəldəki bəndlərdə qeyd olunmuşdur. - xx.xx.2024-cü il tarixli ********** saylı fərdi şəxsi hesab haqqında arayışdan görünür ki, İddiaçı qeyd olunan dövr üzrə hər ay üzrə gəlirləri barədə müfəssəl şəkildə məlumat qeyd olunmuşdur. - X8 28 May filialı tərəfindən İddiaçı verilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, qeyd olunan dövr ərzində hesab üzrə aparılan əməliyyatlar çıxarışda öz əksini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2024-cü il tarixli 9/7945 saylı rəyindən görünür ki, İ sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «X7 ve Ticaret Anonim Şirketi» tərəfindən İddiaçı iş materiallarında olan xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə (işdən azad olunma tarixi) ödənilməli və bank hesabından çıxarış məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə ödənilmiş 13.526,63 manat gecikdirilmiş əmək haqqına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının hər gecikdirilmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ödəniş məbləği 37.740,33 manat məbləğində müəyyən edilir. - İİ sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «X7 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 133 №-li əmək müqaviləsinə əsasən 2020-2022-ci illər üzrə əmək haqqının ödənilməsində yol verilmiş gecikmələrə görə aylıq əmək haqqının miqdarı müəyyən edilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ödəniş məbləği 2020-ci il üzrə 3.924,00 manat, 2021-ci il üzrə 5.558,93 manat, 2022-ci il üzrə 5.120,00 manat olmaqla ümumilikdə 14.602,93 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «X7 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən 2020-2022-ci illər üzrə əmək haqqının ödənilməsində yol verilmiş gecikmələrə görə aylıq əmək haqqının miqdarı müəyyən edilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ödəniş məbləği 2020-ci il üzrə 210,00 manat, 2021-ci il üzrə 111,20 manat, 2022-ci il üzrə 360,00 manat olmaqla ümumilikdə 681,20 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. - 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. - 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. - 154.1-ci maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. - 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. - 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. - 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. - 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. - 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. - “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsininin 70-ci maddəsinin «b» bəndi ilə (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda) xitam verilərkən əmək haqqını, işdənçıxma müavinətini və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzini (kompensasiya) ona xx.xx.2022-ci il tarixdə tam həcmdə ödəməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e-2(006)-1500/2023 nömrəli icra vərəqəsinı əsasən 13.476,63 manat pul məbləği xx.xx.2023-cü il tarixdə ödəməklə, xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan, 13.526,63 manat pul məbləğinin ödənilməsinin 279 gün gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) – 37.739,30 manat; 2020-ci ildə aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) 3.756 manat, 2021-ci ildə aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) 5.934,93 manat, 2022-ci ildə aylıq əmək haqlarının gecikdirilməsinə görə (hər gecikdirilən gün üçün bir faiz olmaqla) 6.040 manat; son iş günü olan xx.xx.2022-ci il tarixdə ona ödənilməli olan 2020-2022-ci illər (üç il) üçün istifadə edilməmiş məzuniyyət günlərinə (67 gün) görə pul əvəzi kimi vergilər və digər məcburi ödənişlər daxil olmaqla (GROSS) cəmi 8.563,36 manat və xx.xx.2022-ci il tarixdən göstərilən məbləğin ona ödəniləcəyi tarixədək hər gecikdirilən gün üçün bir faiz əlavə ödəncin; mənəvi ziyanın əvəzi kimi – 5.000 manat; mediasiya prosesində iştirak haqqı kimi ödənilmiş – 60 manatın cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən onun xeyrinə tutulmalı olmasını iddia etmişdir. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi 1 illik iddia müddətinin ötürüldüyünə istinad edərək iddianın təmin edilməməli olmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli e-2(006)-1500/2023 saylı qətnaməsi ilə cavabdehdən cəmi 13526,63 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş və bu qərar əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e-2(006)- 1500/2023 nömrəli icra vərəqəsi xx.xx.2023-cü il tarixdə icra edilmişdir. Məhkəmə iddiaçının tələbində göstərilən məbləğlərlə bağlı ekspert rəyi almış və hesab edir ki, iddia tələbləri iddia müddətləri nəzərə alınmaqla ekspert rəyinə əsasən müəyyən edilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən ekspert rəyi Azərbaycan Republikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi hazırkı mübahisənin həll edilməsi və işə baxılması üçün yalnız 2022-ci il üçün hesablamalar hissəsində əsas sübut kimi qəbul edilməlilir. Belə ki, ekspert rəyində müəyyən edilən qeyd edilən illər üzrə halları təkzib edən, bu hallara zidd olan sübutlar təqdim edilməmiş, həmçinin həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Ekspert rəyindən də göründüyü kimi, iddiaçıya 2022-ci il ərzində ödənilməli əmək haqqının gecikdirilməsinə görə həmin əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış məbləğ 5.120 manat təşkil edir. Ekspert rəyinə görə 2022-ci il üçün ödəniləcək məbləğ 5.120 manat təşkil etdiyi halda, iddia tələbində həmin ilə görə 5040 manat tələb edildiyi üçün məhkəmə iddianı irəli sürülmüş tələbə uyğun təmin edilməli olmasını mümkün hesab edir. Məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbləri baxımından hesab edir ki, iddiaçının ona ödənilməli olan əmək haqqının gecikdirildiyinə görə qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş günə görə bir faiz hesablanmasına dair iddia tələbi 2022-ci il ərzində aylıq əmək haqlarının gecikdirilməsinə görə, hər gecikdirilən gün üçün 1 faiz tutulmalı hissəsində ekspert rəyindən müəyyən edilmiş məbləğlər daxilində əsaslıdır, digər illər üzrə 1 illik iddia müddəti ötürüldüyündən ekspert rəyində göstərilənlər qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). Göründüyü kimi, iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Belə olan halda da məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının 2020- 2021-ci illər üzrə hüququnun pozulması müəyyən edilsə də, həmin illər üzrə iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmaqla iddia müddəti institutunun tətbiqi məsələsi ortaya çıxır. Məhkəmə iddia tələbinin cavabdehlərdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericilik aktlarının, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 2020-2022-ci illər (üç il) üçün istifadə edilməmiş məzuniyyət günlərinə (67 gün) görə pul əvəzi kimi vergilər və digər məcburi ödənişlər daxil olmaqla (GROSS) cəmi 8.563,36 manat və xx.xx.2022-ci il tarixdən göstərilən məbləğin ona ödəniləcəyi tarixədək hər gecikdirilən gün üçün bir faiz əlavə ödəncin tutulması hissəsində də iddianın rədd olunması qənaətinə gəlir. Belə ki, iddianın göstərilən hissələri üzrə ödənişlərin gecikdirilməsi ilə bağlı qanunvericilikdə hər gecikdirilən gün üçün bir faiz əlavə ödəncin tutulması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia yuxarıda əsaslandırılmış qaydada qismən təmin edilməli, 2022-ci il ərzində aylıq əmək haqlarının gecikdirilməsinə görə, hər gecikdirilən gün üçün 1 faiz olmaqla 5040 manat və ödənilmiş 60 manat mediasiya xərci cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən İddiaçı xeyrinə tutulmalı, iddianın əmək haqqının gecikdirilməsinə görə 2020-2021-ci illər üzrə qalan hissəsi iddia müddəti tətbiq edilməklə, mənəvi zərər və iddianın digər hissələri əsassız olduğu üçün rədd edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat ekspertiza xərci cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. 2022-ci il ərzində aylıq əmək haqlarının gecikdirilməsinə görə, hər gecikdirilən gün üçün 1 faiz olmaqla 5040 manat və ödənilmiş 60 manat mediasiya xərci cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə, yəni, əmək haqqının gecikdirilməsinə görə 2020-2021-ci illər üzrə iddia müddəti tətbiq edilməklə, mənəvi zərər və digər tələblər isə əsassız olduğu üçün rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat ekspertiza xərci cavabdeh «X7 və Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar