Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1216/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06 oktyabr 1943-cü ildə Biləsuvar rayonunda anadan olmuş X1 06 iyun 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək izahatında qeyd etmişdir ki, o, 16 avqust 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ona məxsus 04 yanvar 1968-ci il tarixli AЗ ******* nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında “X7”, ana qrafasında “X3” kimi qeydlər aparılmışdır. Bakı şəhəri Nəsimi RPİ tərəfindən 19 iyul 2005-ci il tarixdə verilmiş AZE 03222081 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, anası X3 06 otyabr 1943-cü ildə Biləsuvar rayonunda anadan olub və Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, mən., 11/12, ev 157-də qeydiyyatda olaraq daimi orada da yaşamışdır. 06 iyun 2022-ci il tarixdə o, anasına zəng vuraraq bildirdi ki, bağ evinə aparması üçün evə gəlir və bu səbəbdən ondan hazırlaşmasını xahiş etdi. Bir müddət sonra anasına zəng vurdu, lakin anası zənginə cavab vermədi. Dəfələrlə zəng vursa da anası yenə zənglərinə cavab vermirdi. Anası uzun illərdi yüksək təzyiqdən əziyyət çəkirdi və bu səbəbdən çox narahat olaraq tez bir zamanda evə çatdı. Evə çatdıqda qapını döysə də açan olmadı, bu səbəbdən məcbur olub FHN-nə zəng vurdu. Bir müddət sonra anasının yaşadığı ünvana FHN-nin əməkdaşları gəldilər. Daha sonra isə polis əməkdaşları və təcili tibb yardının həkimləri gəldilər. FHN-nin əməkdaşları qapını açıb mənzilə daxil olduqda orada onlar anasının geyinmiş və oturacaqda əyləşmiş vəziyyətdə olduğunu aşkar etdilər. Təcili tibbi yardımın həkimləri anasının artıq dünyasını dəyişdiyini bildirdilər. Anası 06 iyun 2022-ci il tarixdə Qurd qapısı qəbirstanlığında atasının və qardaşının yanında dəfn olunub. Bakı şəhər Təcili və X5 Stansiyasının 8 saylı Bölməsi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli 120 nömrəli arayışdan görünür ki, 06 iyun 2022-ci il tarixdə Bakı şəhəri, B.Səfəroğlu küçəsi 157, m..11/12 ünavına X1 adına çağırış olmuş, həkim F.Bunyatova çağırış üzrə qeyd olunan ünvanda olarkən qadın cinsli meyit aşkar edilmiş, həkimə qədər ölüm faktı qeyd edilmişdir. Qeyd edilən arayışla “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X12 1 Nömrəli şəhər Poliklinikasına müraciət edilmişdir. Həmin poliklinikanın xx.xx.2022-ci il tarixli 307 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 157, mənzil 11/12 ünvanında qeydiyyatda olmuş, lakin xx.xx.2022-ci il tarixdə rəhmətə getmiş xx.xx.1943-cü il təvəllüdlü X1 ambulator kartası və har hansı xəstəliyi ilə əlaqədar müraciətləri olmadığına görə ölüm haqqında 106 saylıarayışın verilməsi mümkünsüzdür. Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən verilmiş 06 iyun 2022-ci il taxirli arayışından görünür ki, X1 ölümü hər hansı bir zorakılıqla bağlı olmamış və onun ölməsində cinayət xarakteli hallar aşkar edilməmiş, mərhumun ölümü xəstəliyi nəticəsində baş vermişdir. 3 saylı Bakı “Asan Xidməti” X6 tərəfindən verilmiş 27 sentyabr 2022-c- il tarixli, 05/Q-3533/15 nömrəli məktubundan görünür ki, 06 iyun 2022-ci il tarixdə ölmüş X2 ölümünün qeydə alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə uyğun olaraq ölümün qeydiyyatı ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qərarı əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşin faktiki hallarından göründüyü kimi, anası X3 06 iyun 2022-ci il tarixdə rəhmətə getmişdir, lakin bütün qurumlara müraciət etsələr də, hazırda da onun ölüm haqqında şəhadətnaməsini əldə edə bilmirlər. Ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün 3 saylı Bakı “Asan Xidməti” X4 müraciət etsəm də qeyd olunan şəhadətnamənin verilməsi mümkün olmadığı qeyd edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, mərhum Abbasova Tamara onun nənəsi olmuşdur. Nənəsinin 81 yaşı vardı. Həmin vaxtı orada o da olmuşdur. Qurd qapısı qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və onun nümayəndəsinin izahatlarını və şahidin ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 nömrəli şəhər poliklinikasından verilən cavab məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş, lakin xx.xx.2022-ci ildə rəhmətə getmiş xx.xx.1943-cü il təvəllüdlü X1 1 nömrəli şəhər poliklinikasında ambulator kartası və hər hansı xəstəliyi ilə əlaqədar müraciətləri olmadığına görə ölüm haqqında 106 saylı arayış verilməsi mümkünsüzdür. İş materiallarında olan Təcili və X5 Stansiyasının 8 saylı bölməsinin 120 nömrəli, xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:54-də B.Səfəroğlu 157, mənzil 11/12 ünvanına X1 adına çağırış daxil olmuşdur. Həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə AZS-106 nömrəli forma olmadıqda, ölüm məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün X1 ölümünün qeydə alınması imkanı xaricindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X1 ölümü hər hansı bir zorakılıqla bağlı olmamış və onun ölməsində cinayət xarakterli hallar aşkar edilməmiş, mərhumun ölümü xəstəliyi nəticəsində baş vermişdir. Beləliklə, məhkəmədə ərizəçinin və onun nümayəndəsinin izahatlarından, şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş və Qurd qapısı qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçi İddiaçı anası X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1943-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1216/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1216/2023
15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver