Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1317/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində 2 otaqlı mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, maliyyə arayışının iddiaçıya təqdim edilməsi, mənzilə dəmir giriş qapısının qoyulması, həmin mənzildən iddiaçının istifadə və mənzili təmir etməsinə maneəçilik törədilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində 2 otaqlı mənzilin müqavilə bağlanan zaman təqdim edilmiş layihəyə uyğun olaraq Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, maliyyə arayışının iddiaçıya təqdim edilməsi, həmin mənzildən iddiaçının istifadə və mənzili təmir etməsinə maneçilik törədilməsinin Cavabdeh MMC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 08 sentyabr 2018-ci il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair 4/07 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən “Satıcı” Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 m2-dan ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdələrinə götürürlər. Müqavilənin 2-ci maddəsinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1m2 –nin 1500 (bir min beş yüz) manat müəyyən edilməklə, bu Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 124800 (yüz iyirmi dörd min səkkiz yüz) manat təşkil edir. Müqavilənin 3-cü maddəsinə əsasən bu Müqavilə imzalanan gün “Alıcı” 70000 (yetmiş min) manat ilkin ödəniş kimi ödəməyi öhdəsinə götürür. İlkin ödəniş edildikdən sonra ümumi dəyərin qalan hissəsi növbəti aydan başlayaraq xx.xx.2020-ci il tarixinədək bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir. Qeyd etmək lazımdır ki, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş bütün öhdəliklərini tam şəkildə və vaxtından əvvəl yerinə yetirmişdir. Məhkəməyə təqdim edilən sübutlardan - Cavabdeh MMC tərəfindən verilmiş 00045, 00068, 00080, 00098, 00117, 00140, 00193, 00289, 00543, 00612 nömrəli mədaxil qəbzlərindən də görünür ki, iddiaçı müqavilə üzrə ödənişləri tam olaraq vaxtından əvvəl ödəmişdir. Həmçinin, sözügedən mənzilə olan borcun iddiaçı tərəfindən tam ödənilməsini və onun həmin mənzilə görə Cavabdeh MMC qarşısında heç bir borcu olmadığını təsdiq edən akt xx.xx.2020-ci il tarixdə tərtib edilərək imza və möhürlənmişdir. İddiaçının müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini bu günədək icra etməmişdir. Belə ki, sözügedən müqavilənin 4-cü maddəsinə əsasən satıcı tikinti-quraşdırma işlərini binanın təməl qoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlağı; Həmin maddənin a) bəndinə əsasən Binanın tikintisini tam olaraq həyata keçirməyi; Həmin maddənin d) bəndinə əsasən mənzilə dəmir giriş qapısı quraşdırmağı; Həmin maddənin e) bəndinə əsasən “Alıcı”ya mənzili təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürməsinə baxmayaraq, qeyd edilən maddənin heç bir bəndini icra etməmişdir. Müqavilənin bağlanmasından 5 ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya bu günə kimi maliyyə arayışını təqdim etməmiş, mənzili təhvil verməmiş, mənzilə giriş qapısı quraşdırmamış, mənzildə iddiaçıya təmir işlərini aparmağa maneələr törətməklə müqavilə üzrə vəzifə və öhdəliklərini qərəzli olaraq kobud şəkildə pozmuşdur. Bildirilir ki, iddiaçı cavabdehdən qeyd etdilən qanunsuz hərəkətlərinə son qoymağı və müqavilə üzrə öhdəliklərini icra etməsini dəfələrlə tələb etmişdir. Cavab olaraq isə iddiaçıya MMC-nin hazırki direktoru Kənan Xəlilov tərəfindən bildirilmişdir ki, müqavilə imzalanan zaman proyektdə mənzilin ümumi sahəsi 83.2 kv.m. nəzərdə tutulmuş, lakin indiki proyektdə mənzilin ümumi sahəsi 93.6 kv.m. təşkil edir. Bu səbəbdən yalnız iddiaçı tərəfindən əlavə olaraq 11000 (on bir min) manat ödəniş edildiyi təqdirdə mənzil təhvil veriləcək, maliyyə arayışı təqdim ediləcək, giriş qapısı qoyulacaq və təmir üçün yaratdığı maneələr aradan qaldırılacaqdır. Cavabdeh tərəfindən mənzilin müqavilədə nəzərdə tutulan sahəsinin dəyişəcəyi barədə iddiaçıya nə yazılı, nə də şifahi formada məlumat verilməmişdir. Həmçinin proyektin dəyişməsilə bağlı nə müqaviləyə dəyişiklik edilmiş, nə də bu hal ilə bağlı tərəflər arasında müqaviləyə yeni bir əlavə imzalanmamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri azmış kimi, iddiaçıdan quraşdırılmış liftə görə 1000 manat, 3 ədəd sayğaca görə isə 1500 manat məbləğində ödəniş tələb edilmiş, lakin bu məbləğləri nəyə əsasən təyin etdikləri barədə məlumat verilməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına pretenziya məktubu göndərilərək qanunsuz hərəkətlərinə son qoymayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, həmin pretenziya məktubu elə həmin tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Yuxarıda sadalanan müqavilənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağlanmasına və mənzilin dəyərinin binanın təməl qoyma işlərinin yekunlaşmadan tam olaraq ödənilməsinə baxmayaraq, müqavilədə qeyd olunan mənzil iddiaçıya təhvil verilməmiş, maliyyə arayışı təqdim edilməmiş, mənzilə dəmir giriş qapısı qoyulmamış, həmin mənzilin iddiaçıya təhvil verilməsinə və mənzildə təmir işləri aparılmasına cavabdeh tərəfindən maneələr törədilir. Halbuki iddiaçı həmin mənzilin dəyərini tam ödəyərək mənzilə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri, müqavilənin şərtləri, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüquqları pozulmuşdur. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam olaraq icra edilsə də, mənzilin dəyəri tam ödənildiyi halda cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, mənzil təhvil verilməmişdir. Yuxarıdakı sadalanan halları əsas gətirərək hesab edilir ki, iddia tələbi tam əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan müqavilə üzrə mənzil iddiaçının istifadəsinə verilməli, maliyyə arayışı təqdim edilməli, mənzilə dəmir giriş qapısı qoyulmalı, həmin mənzilin iddiaçıya təhvil verilməsinə və mənzildə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən bütün maneələr aradan qaldırılımalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Eyni zamanda, həmin ərizədə tərəflərindən müqavilə üzrə öhdəliklərin tam olaraq yerinə yetirildiyi qeyd edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alıb, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh MTK tərəfindən verilmiş 00045, 00068, 00080, 00098, 00117, 00140, 00193, 00289, 00543, 00612 nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı müqavilə üzrə aylıq ödənişləri tam olaraq ödəmişdir. - Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli 4/07 nömrəli müqavilədən görünür ki, müqavilənin 1-ci maddəsinə əsasən “Satıcı” Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 m2-dan ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdələrinə götürürlər. Müqavilənin 2-ci maddəsinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1m2 –nin 1500 (bir min beş yüz) manat müəyyən edilməklə, bu Müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 124800 (yüz iyirmi dörd min səkkiz yüz) manat təşkil edir. Müqavilənin 3-cü maddəsinə əsasən bu Müqavilə imzalanan gün “Alıcı” 70000 (yetmiş min) manat ilkin ödəniş kimi ödəməyi öhdəsinə götürür. İlkin ödəniş edildikdən sonra ümumi dəyərin qalan hissəsi növbəti aydan başlayaraq xx.xx.2020-ci il tarixinədək bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir. - Cavabdeh MTK tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 08 sentyabr 4/07 saylı 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.-dən ibarət mənzilə olan borcun İddiaçı tərəfindən tam ödənilməsi və həmin mənzilə görə Cavabdeh MMC qarşısında heç bir borcu olmadığı təsdiq edilmişdir. -Məhkəməyə qədər nizamlama (pretenziya) məktubundan görünür ki, müqavilənin bağlanmasından 5 ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya bu günə kimi maliyyə arayışını təqdim etməmiş, mənzili təhvil verməmiş, mənzilə giriş qapısı quraşdırmamış, mənzildə iddiaçıya təmir işlərini aparmağa maneələr törətməklə müqavilə üzrə vəzifə və öhdəliklərini qərəzli olaraq kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən cavabdehə qanunsuz hərəkətlərinə son qoymayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. - 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 m2-dan ibarət mənzili tikib iddiaçının mülkiyyətinə verməyi, sonuncu isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdələrinə götürmüşdür. Tərəflər arasında yaranmış mübahisə, dəyəri ödənilmiş mənzilin müqavilədə nəzərdə tutulmuş müddətdə və müqavilə bağlanan zaman təqdim edilmiş layihəyə uyğun olan qaydada təhvil verilməməsi ilə bağlıdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilədə üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İddiaçının istinad etdiyi mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə (podrat) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməklə hesab edir ki, 4/07 saylı 08 sentyabr 2018-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.-dən ibarət mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verməməklə, həmin mənzilə dair maliyyə arayışını təqdim etməməklə, eləcə də təmir işlərinin aparılmasına maneçilik törədilməklə Cavabdeh MTK iddiaçının hüquqlarını pozur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tərəflər arasında bağlanmış 4/07 saylı 08 sentyabr 2018-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair” müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.dən ibarət mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.-dən ibarət mənzilə dair maliyyə arayışının Cavabdeh MTK tərəfindən İddiaçı təqdim edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.dən ibarət mənzil üzərində iddiaçı üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınmaqla, həmin mənzildən istifadə etməsi və təmir işlərinin aparılmasına maneçilik törədilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi hissələrində əsaslı olduğu üçün təmin edilməlidir. Lakin məhkəmə iddianın mənzilin müqavilə bağlanan zaman təqdim edilmiş layihəyə uyğun olaraq Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iddiaçı müqavilə bağlanan zaman təqdim edilmiş layihəyə uyğun olaraq 83,2 kv.m olan mənzildə iki sanitariya qovşağının nəzərdə tutulmasını, daha sonra isə MTK tərəfindən ona təklif edilən 93,6 kv.m sahəsi olan mənzilin əks edilmiş plan eskizdə həmin qovşağın birinin ləğv edilməsini göstərmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 4-cü blokun mərtəbə planında 93,6 kv.m sahəsi olan mənzil əks edilməmişdir. Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın 4-cü blokun mərtəbə planında 83.2 kv.m-dən ibarət bir mənzil vardır ki, orada da yalnız 1 sanitar qovşağı əks edilmişdir. Məhkəmə 4-cü blokun mərtəbə planında mənzilin ümumi sahəsinin 93.6 kv.m təşkil etməsi və təhvil verilməli olan mənzildə iki sanitariya qovşağının olmasına dair İddiaçı tərəfindən təqdim edilmiş eskiz planlar təsdiq edilmədiyindən, habelə həmin sənəd surət olmaqla oxunması çətin olduğundan, rəsmi sübut kimi qiymətləndirilmir və Cavabdeh MTK-nın möhürü ilə təsdiq edilmiş 4-cü blokun mərtəbənin bəzək planını əsas götürərək iddia tələblərinə hüquqi qiymət verilməli olmasını zəruri sayır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi məqsədilə təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı cavabdehin üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı öz hüquqi mövqeyini sübut etmiş, lakin hazırda təqdim edilmiş rəsmi layihədən fərqli olan, müqavilə bağlanan zaman iki sanitariya qovşağı əks edilmiş layihəyə uyğun olaraq mənzilin Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməsi hissəsi üzrə hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 4/07 saylı 08 sentyabr 2018-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.-dən ibarət mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.-dən ibarət mənzilə dair maliyyə arayışı Cavabdeh MTK tərəfindən İddiaçı təqdim edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.-dən ibarət mənzil üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınmaqla, həmin mənzildən istifadə etməsinə və təmir işlərinin aparılmasına maneçilik törədilməsi Cavabdeh MTK-ya qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 4/07 saylı 08 sentyabr 2018-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.-dən ibarət mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.-dən ibarət mənzilə dair maliyyə arayışı Cavabdeh MTK tərəfindən İddiaçı təqdim edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbə 2 otaqlı, ümumi sahəsi 83.2 kv.m.-dən ibarət mənzil üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınmaqla, həmin mənzildən istifadə etməsinə və təmir işlərinin aparılmasına maneçilik törədilməsi Cavabdeh MTK-ya qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1317/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1317/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver