Məhkəmə qərarları › İş №e-2(006)-132/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-132/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-132/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 və X5 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 və X5 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli RBNPT-0045 saylı baş kredit müqaviləsi üzrə 79.451 manat 10 qəpik əsas borc, 7.469 manat 22 qəpik faiz, 11.597 manat 32 qəpik cərimə olmaqla, cəmi 98.517 manat 64 qəpik pul vəsaitinin, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 61 manat pul vəsaitinin tutulması; tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi; həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi; açıq hərracdan satılması; əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli RBNPT-0045 saylı baş kredit müqaviləsi üzrə cəmi 98.517 manat 64 qəpik borcun və 61 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2 və X3 həmin mənzildən çıxarılması; mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 RBNPT-0045 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə xx xxxxxxxx 2017-ci il tarixli əlavə saziş üzrə əsas borca görə 68.755 manat 10 qəpik, müqavilənin bitmə tarixinə yaranmış faizə görə 11.958 manat 71 qəpik, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5 %-lə hesablanmış 7.650 manat 79 qəpik, dəbbə puluna görə 16.900 manat olmaqla, cəmi 105.264 manat 60 qəpik pul vəsaitinin, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 61 manat pul vəsaitinin tutulması; tələbin Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi; həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi; açıq hərracdan satılması; əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli RBNPT-0045 saylı kredit müqaviləsinə xx xxxxxxxx 2017-ci il tarixli əlavə saziş üzrə cəmi 105.264 manat 60 qəpik borcun və 61 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2 və X3 həmin mənzildən çıxarılması; mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RBNPT-0045 saylı baş kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 84.500 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli RBNPT-0045 saylı istehlak krediti müqaviləsinə xx xxxxxxxx 2017-ci il tarixli 1 saylı Əlavə sazişinə əsasən illik 18 faiz dərəcəsi olmaqla 12 ay müddətinə xx.xx.2018-ci il tarixədək uzadılması ilə kredit verilmişdir. xx.xx.2016-cı il tarixli RBNPT-0045 saylı baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli RBNPT-0045 saylı baş kredit müqaviləsi üzrə borcunun məbləği 79.451 manat 10 qəpik əsas borc, 7.469 manat 22 qəpik faiz, 11.597 manat 32 qəpik olmaqla, cəmi 98.517 manat 64 qəpik təşkil edir. xx.xx.2016-cı il tarixli RBNPT-0045 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzili İddiaçı ASC qarşısında xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əlavə xx.xx.2017-ci il tarixli əlavə ipoteka müqaviləsi bağlanmışdır. Həmin əlavə ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzilin yüklülüyü qalmışdır. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RBNPT- 0045 saylı baş kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər. Müqavilənin 5.4-cü bəndinə əsasən müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ var. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin, həmçinin iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2 və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RBNPT-0045 saylı baş kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 12 ay müddətinə, illik faiz dərəcəsi 17 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 84.500 manat məbləğində kredit vermişdir. xx xxxxxxxx 2017-ci il tarixli 1 saylı əlavə sazişdən göründüyü kimi, kreditin müddəti faiz dərəcəsi 18 % olmaqla, 12 ay müddətinə, xx xxxxxx 2018-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 18733 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxx 2016-cı il tarixli RBNPT-0045 saylı istehlak krediti xətti müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 84.538 manat 88 qəpik məbləğində müəyyən olunur, o cümlədən – xx.xx.2017-ci il tarixə: Əsas borc – 83.368 manat 24 qəpik; Faiz – 1.170 manat 65 qəpik. Qeyd: İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 13.250 manat məbləğində ödəniş aparılmışdır. Hazırkı tədqiqatla hesablamada xx.xx.2017-ci il tarixdən (sualda göstərilən tarix) sonra ödənilən 13.250 manat məbləğində kredit nəzərə alınmamışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/480 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borc alan Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 91.352 manat 40 qəpik məbləğində müəyyən edilir, o cümlədən: Əsas borc – 79.492 manat 30 qəpik; Faiz – 11.860 manat 10 qəpik. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 İddiaçı ASC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzili banka ipotekaya qoymuşdur. Müqaviləsinin 2.1-ci bəndinə əsasən həmin mənzil 140.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. «xxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2019-cu il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzilin hazırda bazar qiyməti 140.000 (yüz qırx min) manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, RBNPT-0045 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə xx xxxxxxxx 2017-ci il tarixli əlavə saziş üzrə əsas borca görə 68.755 manat 10 qəpik, müqavilənin bitmə tarixinə yaranmış faizə görə 11.860 manat 10 qəpik, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5 %-lə hesablanmış 7.650 manat 79 qəpik, dəbbə puluna görə 2.000 manat olmaqla, cəmi 90.265 manat 99 qəpik pul vəsaiti, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 61 manat pul vəsaiti Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmalı; tələb üzrə tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 140.000 (yüz qırx min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı; əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq İddiaçı ASCyə ödənilməli; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1, X7 və X8 həmin mənzildən çıxarılmalı, həmin əmlak boşaldılmalı; ekspertiza xərci olan 345 (200+145) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 2.000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. RBNPT-0045 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə xx xxxxxxxx 2017-ci il tarixli əlavə saziş üzrə əsas borca görə 68.755 manat 10 qəpik, müqavilənin bitmə tarixinə yaranmış faizə görə 11.860 manat 10 qəpik, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5 %-lə hesablanmış 7.650 manat 79 qəpik, dəbbə puluna görə 2.000 manat olmaqla, cəmi 90.265 manat 99 qəpik pul vəsaiti, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 61 manat pul vəsaiti Cavabdeh2 İddiaçı ASCnin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən 3 otaqlı 62,1 m2 ümumi sahəsi, 45 m2 yaşayış sahəsi, 17,1 m2 yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 140.000 (yüz qırx min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1, X7 və X8 həmin mənzildən çıxarılsınlar. Həmin əmlak boşaldılsın. Ekspertiza xərci olan 345 (200+145) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar