Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1461/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə, cavabdeh X14 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X16 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğvi, dövlət reyestrində çıxarışın ləğvi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X16 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğvi, dövlət reyestrində çıxarışın ləğvi vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il tarixdə ölmüş X6 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 43,1 m2, yaşayış sahəsi 29.6 m2 olan 2 otaqlı mənzilə dair qanun üzrə vərəsəlik hüququnun tanınması; Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-144 və 2V-145 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi; ünvan 1 ünvanda yerləşən mənzilə onun adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.2004-cü il tarixdə X4nun adına qeydiyyata alınmışdır. Həmin mənzil Rauf Mustafayevin atasının adına olan evin satılması nəticəsində əldə edilmişdir. Qeyd edir ki, İddiaçı övladı X15 xx.xx.2022-ci il tarixdə «kəskin ağciyər ürəyi olması göstərilməklə ağciyər emboliyası» səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 942 nömrə ilə qeydiyyat aparılmışdır. 1942-ci il təvəllüdlü İddiaçı oğlu Rauf Mustafayevin ölümü ilə əlaqədar dərindən sarsılmış, onun ölümündən sonra dəfni ilə bağlı bütün tədbirləri, həmçinin yas mərasimlərini (xərclər daxil olmaqla) özü etmişdir. İddiaçı oğlunun xəstəliyi ərəfəsində onun yanında - ünvan 1 ünvanda yerləşən mənzildə olmuş, oğlunun xəstəliyi kəskinləşdikdə isə onunla birlikdə xəstəxanaya getmişdir. Daha sonra oğlu xəstəxanada vəfat etdiyi üçün onu dəfn etmək və yas mərasimləri ilə əlaqədar birbaşa Sabirabad rayonuna getməli olmuş, onun şəxsi əşyalarının bir qismi də oğlunun evində qalmışdır. İddiaçı oğlunun dəfn və yas mərasimlərini verdikdən sonra oğlunun ünvan 1 ünvanda yerləşən evinə gedib-gəlmiş, oğlundan qalmış əmlaka faktiki sahiblik etmişdir. Lakin sonuncu dəfə iddiaçı oğlunun Bakı şəhərindəki evinə gəldikdə qapını açan olmamış, iddiaçı gətirdiyi azuqələrlə birlikdə bir müddət evin qarşısında gözləmiş, daha sonra iddiaçıya məlum olmuşdur ki, gəlini, yəni Cavabdeh1 bir müddət əvvəl həmin evdən getmişdir. İddiaçı bu məsələnin aydınlaşdırılması üçün vəkilə müraciət etmiş, daha sonra verilmiş sorğulara əsasən müəyyən olunmuşdur ki, X7 adına Bakı şəhəri 14 saylı notariat ofisində vərəsəlik işi açılmış, X6 miras qalmış ünvan 1 ünvanda yerləşən mənzilə və pul vəsaitinə dair xx.xx.2023-cü il tarixdə 2V-144 və 2V-145 nömrəsilə qeydiyyat aparılaraq Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2V-144, 2V-145 nömrəli vərəsəlik işində olan xx.xx.2023-cü il tarixli ərizədən də görünür ki, Cavabdeh1 notariusa düzgün olmayan bəyan verməklə, X7 Cavabdeh1 başqa vərəsəsinin olmadığını bildirmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X18 Mülki Məcəllənin və Notariat haqqında Qanunun imperativ göstərişlərinə riayət etməmiş, X4nun vərəsələrinin dairəsini müəyyən edərkən anası - birinci növbə vərəsəsi olan İddiaçı nəzərə almamış, onu qanunla müəyyən edilmiş qaydada vərəsəliyə çağırmamış, nəticədə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak tam hissədə mərhumun arvadı Cavabdeh1 verilmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiaçının yaşlı və xəstə olmasından sui-istifadə edərək, X4ndan miras qalmış əmlakı təkbaşına qəbul etmiş, notariusa düzgün olmayan məlumat verməklə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət edilərək, X6 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 43,1 m2, yaşayış sahəsi 29,6 m2 olan 2 otaqlı mənzilə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş olunmuşdur. Lakin hazırkı vaxtadək Bakı şəhəri 14 saylı notariat ofisi müraciətə heç bir cavab verməmişdir. Eyni zamanda, ünvan 1 ünvanda yerləşən yaşayış evinin kimlərin adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmış, lakin hazırda sorğuya cavab verilməmişdir. Bütün bunlar İddiaçı konstitusion qaydada təminat verilən vərəsəlik hüquqlarının pozulması ilə nəticələnmişdir. Hazırda isə bu hüquqların bərpası üçün mübahisənin məhkəmə qaydasında həll olunması, iddiaçının qanun üzrə vərəsəlik hüququnun tanınması, Cavabdeh1 adına verilmiş vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsi və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi və İddiaçı adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilməsi üçün zərurət yaranmışdır. Sonradan İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüş X6 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 43.1 kv/m, yaşayış sahəsi 29.6 kv/m, 2 otaqlı mənzilə dair qanun üzrə vərəsəlik hüququnun tanınması, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-144 və 2V-145 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ünvan 4 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli, **********78-05101-093128 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 ilə X19 arasında bağlanmış və Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-1885 reyestr nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 25, mənzil 25 (Yeni qaydalarla: AZ 1111, ünvan 5 ünvanında yerləşən mənzilə dair X14 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli, **********85-05101-093045 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və ünvan 4 ünvanında yerləşən mənzilə dair İddiaçı payının müəyyən edilməsi və İddiaçı adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, oğlunun evi ərinə məxsus evi satıb almışlar, həmin evdə onun kifayət qədər əmlakı olmuşdur. Hətta bəzi məişət əşyalarını da o, öz pensiyası ilə almışdır.Oğlu vəfat etdikdən sonra da o, evə mütəmadi gedib gəlmişdir, gəlini ona demişdir ki, evi satıb borc-xərcin ödənilməsinə kömək edəcək. Sonuncu dəfə isə dekabr ayında gələndə qapını açan olmadı, qonşular da ona məlumat verdilər ki, gəlin evi başqa şəxsə satıb. Bundan sonra gəlinini tapa bilməmişdir. Özünün 80 yaşı var, onun sənədləşmə işlərindən başı çıxmır.Gəlini onu bu müddət ərzində arxayı etmişdir ki,evin sənədləşdirəndə onun da payını verəcək. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, artıq bir neçə məhkəmə iclasıdır ki, Təranə xanımın gəlməsini gözləyirlər. Əvvəlki məhkəmə iclasında da əsassız bir teleqram ünvanlamışdı, lakin heç bir sənəd əlavə etməmişdi. Onunla əlaqə yaradılanda yayındırıcı cavablar verirdi. Vəkillə gələcəyini dedi, amma gəlmədi. Təranə xanım məhkəməni aldadır və notariusa yanlış məlumat verir ki, tək vərəsə özüdür. İddiaçının oğlu rəhmətə gedəndən bəri iddiaçının yaşlı olduğundan istifadə edərək, “bir gün evi satarıq qəbrini düzəldərik” deyə-deyə gizlin notarusa müraciət edib və bu da məhkəmənin sorğu əsasında öz təsdiqini tapdı ki, xanım orda düzgün olmayan məlumat verib. Heç bir ailə mehriban yaşadığı vəziyyətdə gedib hər hansı bir dövlət qurumuna müraciət etmir ki, sübut kimi oğlunun evinə gedib-gəlməyi qeydə alınsın. Xanımın vəziyyəti ilə bağlı dəfələrlə müraciət edilmişdir ki, özü gəlsin məhkəmədə iştirak etsin və verilən suallara özü cavab versin, amma keçən iclasda telefon əlaqəsi zamanı yayındırıcı cavablar verdi ki, ona hansı sənədi verilmişdirsə, o sənədləri imzalamışdır. Buna görə də hesab edir ki, şəxsin aldatma ilə əldə etdiyi vərəsəlik şəhadətnaməsi ləğv edilməlidir. Qarşı tərəfin etdiyi vicdansız hərəkət nəticəsində iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Gəlinlə mehriban yaşadığı vəziyyətdə evi satdıqdan sonra qapıya qoymayıb, bu anda münasibət pozulandan sonra araşdırmalara başlayıb. Təqdim edilmiş sübutlar iddiaçının düz dediyini təsdiq edir. İddiaçı Sabirabad rayonunda qeydiyyatdadır və şəhərə gələndə o evdə qalırdı. Şəxsi əşyaları evdə qalıb, qapını da bağlayıb. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X19 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı tanımır. Svetlana xanımı ilk dəfə məhkəmə iclasında görmüşdür. O, sadəcə pulunu verib əmlakı almışdır. O, ev alqı-satqısı ilə məşğul olan şəxslərə müracət etmişdir ki, ona ev tapsınlar. O vaxtı bağ evində qalırdı. Böyük oğlu da xəstədir, qərara gəlmişdilər ki, bağı satıb şəhərdə ev alsınlar. O ev ucuz başa gəldiyi və imkanına uyğun olduğu üçün həmin evi almışdır. Ev çox pis vəziyyətdə idi, evi də boş əşyasız almışdır. Əşyaları çıxardanda orada idi, əşyalar çox köhnə idi. 11 dekabrda evi almış, ondan bir həftə qabaq gedib evə baxmışdır. Daha sonra Asan Xidmətdən çıxarışı almış və o evə qeydiyyata düşmüşdür. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 13 may 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, həkim qəbulunda olacağı üçün 14 may 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəsinə bunu təsdiq edən sübutları əlavə etməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu Elmar Əliyev məhkəməyə xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli məktubla müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubları nəzərə alaraq mülki işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: 13 iyun 1964-cü il tarixdə verilmiş AZ seriyalı 483468 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 07 fevral 1964-cü il tarixdə Sabirabad rayonu Kürkəndi kəndində doğulmuşdur, atası X8, anası İddiaçıdır. xx.xx.2003-cü il tarixli 216337 №li müqavilənin surətindən aydın olur ki, X15 Bakı şəhəri, M.Hacıyev küçəsi 25 saylı evin 25 saylı mənzilini X3 almışdır. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Təranə Feyzulla qızı ilə həmin tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən verilmiş 15 yanvar 2004-cü il tarixli ÖM seriyalı 179784 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri M.Hacıyev küçəsi 25 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət kimi X7 adına 221 saylı reyestr kitabının 32494 saylı səhifəsində qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür.Cavabdeh1 notarial qaydada təsdiq olunmuş 20 fevral 2023-cü il tarixli 8İ-3026 reyestr saylı ərizəsinin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakı qəbul etdiyini, Mülki Məcəllənin 1159-cu maddəsinin tələblərinin ona izah edildiyini, özündən başqa vərəsələrin olmadığını bəyan etmişdir. 17 may 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V- 144 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.2004-cü il tarixdə X11 verilmiş 30/30987 qeydəalma nömrəsi ilə 221 nömrəli kitabın 32494-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 43,1 m2, yaşayış sahəsi 29,6 m2 olan 2 otaqlı olan mənzildən ibarətdir. 17 may 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V- 145 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-42472/2023 saylı məktubuna əsasən X4nun hesabında, alınmamış 54 manat pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov (M.Hacıyev) küçəsi 25 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 43 saylı notariat ofisində 11 dekabr 2024-cü il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı, 4Ə-1885 reyestr saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov (M.Hacıyev) küçəsi 25 saylı evin 25 saylı mənzili 114.000 manata X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov (M.Hacıyev) küçəsi 25 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət kimi X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli **********38 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. «S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. «X10 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin «H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında Plenum vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki halları baxımından qeyd edir ki, X4 hazırki iş üzrə İddiaçı oğlu və Cavabdeh1 əri olmuşdur.Hazırki iş üzrə iddiaçı və cavabdeh X4nun birinci dərəcəli qanun üzrə vərəsələridirlər. X4 xx.xx.1998-ci ildə Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra alqı-satqı müqaviləsi əsasında xx.xx.2003-cü ildə ünvan 6 ünvanında yerləşən 25 saylı mənzili əldə etmişdir. xx.xx.2022-ci ildə X15 vəfat etdikdən sonra arvadı Cavabdeh1 Mustafa qızı mərhumdan miras qalmış əmlakı xx.xx.2023-cü ildə qanun üzrə vərəsəsi kimi qəbul etmiş, həmin miras əmlak üzərində hüquqları təsdiq edildikdən sonra həmin mənzili digər şəxsə xx.xx.2024-cü ildə alqı-satqı müqaviləsi əsasında satmışdır. Hazırda İddiaçı X4nun birinci dərəcə qanun üzrə vərəsəsi olmasını bildirir və miras qoyandan miras qalmış əmlak üzərində hüquqlarının tanınmasını tələb edir. İş üzrə iddiaçının dəlilləri ondan ibarətdir ki, oğlu öldükdən sonra cavabdeh mənzilin rəsmiləşdirilməsini həyata keçirdikdən sonra onun da payını verəcəyini bildirmiş, o da cavabdehin bu vədinə inanmışdır.Cavabdehin həmin mənzili özgəninkiləşdirməyindən yalnız mənzil digər şəxsə satıldıqdan sonra xəbərdar olmuşdur.Belə ki, ötən ilin dekabrında rayondan Bakıya gəlmiş, qonşular isə ona mənzilin artıq başqa şəxsə satıldığını demişlər. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, cavabdeh mənzili məhz ötən ilin dekabr ayında satmışdır.Həmçinin iddiaçının dəlilləri baxımdan da əsaslı hesab edilir ki, hazırki iş üzrə cavabdeh qanun üzrə vərəsəlik hüququnun tanınması məqsədilə notariat orqanına müraciət edərkən miras qoyanın yeganə vərəsəsi olmasını bildirmişdir. Göründüyü kimi cavabdeh müvafiq rəsmiləşdirməni həyata keçirən orqana düzgün məlumat verməməklə digər vərəsənin vərəsəlik hüquqlarının reallaşmasının qarşısın almışdır.Məhkəmə iddiaçının haqlı mövqeyini nəzərə alır. Bununla belə məhkəmə iddia tələbinin digər şəxslərin hüquq və mənafelərinə də toxunmasını nəzərə alaraq qeyd edir ki, hazırki halda üçüncü şəxslərin hüquqları iddiaçının iddia tələbinə münasibətdə qanun tərəfindən daha üstün qorunma altına alınmışdır.Məhkəmə qeyd edir ki, iddiaçının haqlı tələbinin qeyd edilən formada deyil, qanunun yol verdiyi həddə daha ədalətli qaydada həlli mümkün hesab edilməlidir. Hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrıayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə vurğulayır ki, cavabdeh Fruden Eminov mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olduğundan, bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı baxımından vərəsəliklə bağlı daha əvvəl rəsmiləşdirilmiş sənədlər ləğv edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının bərpası miras qoyanın miras əmlak üzərində hüquqlarının nisbətinə uyğun və həmçinin Cavabdeh1 iddiaçının hüquqlarını pozmaqla əldə etdiyi gəlir hesabına əsasən mümkündür.Belə ki, miras əmlak mərhum Rauf Mustafayevlə Cavabdeh1 birgə nikahları dövründə əvəzli qaydada əldə edilmiş əmlak kimi qanunvericiliyə əsasən həmin əmlak üzərində onların payları bərabərdir. Odur ki, miras əmlak üzərində Cavabdeh1 qanunla ½ hissədə payı artıq müəyyən edildiyindən mübahisəli mənzilin mərhum Rauf Mustafayevə məxsus olmuş ½ hissəsi miras əmlak olaraq qəbul edilməlidir. Belə olan təqdirdə isə həmin əmlak üzərində Cavabdeh1 payı ¾ hissə təşkil edəcəkdir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mənzilin satışından əldə edilən pul vəsaitinin ona çatası hissəsi üzərində pay hüququ tanınmalı, mənzilin alqı-satqısından əldə olunmuş 114.000 manat pul vəsaitinin iddiaçının payına mütənasib hissəsi olan 28.500 manat Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.Məhkəmə bu hissədə iddia tələbindən kənara çıxmanı Mülki Məcəllənin 225.6-cı maddəsində müəyyən edilmiş daşınmaz əşyanı əldə edənin vicdanlı olmasının yalnız ər-arvadın ümumi birgə mülkiyyəti üzərində sərəncamvermə halına tətbiq edilməsi ilə əsaslandırır. Digər hallarda əldə edən şəxs vicdanlı hesab edilməklə hazırki iddia tələbi hazırki iş üzrə cavabdeh X16 münasibətdə əsaslı hesab edilə bilməz, lakin iddiaçının haqlı tələbi ədalətli şəkildə kompensasiya olunmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüş X11 münasibətdə qanun üzrə vərəsəlik hüququ nəzərə alınmaqla mənzilin satışından əldə edilmiş 114.000 manat pul vəsaiti üzərində 1/4 hissədə hüququ tanınmalı; 28.500 manat pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüş X11 münasibətdə qanun üzrə vərəsəlik hüququ nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mənzilin satışından əldə edilmiş 114.000 (yüz on dörd min) manat pul vəsaiti üzərində 1/4 hissədə hüququ tanınsın. 28.500 (iyirmi səkkiz min beş yüz) manat pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1461/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1461/2025
16.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver