Məhkəmə qərarları › İş №e-2(006)-1463/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1463/2025

10.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1463/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehlərin nümayəndəsi (birləşdirilən iş üzrə iddiaçı LPO MMC-nin) (vəkili) Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nə qarşı əmlakın boşaldılması və təhvil verilməsi tələbinə və iddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestr qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə qarşı «əmlakın boşadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi giriş 67 ünvanda yerləşən, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr saylı, ümumi sahəsi 436,80 m2 olan qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və həmin daşınmaz əmlakın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin cavabdeh qismində işə cəlb edilməsini, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi giriş 67 ünvanda yerləşən, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr saylı, ümumi sahəsi 436,80 m2 olan qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına boşaldılması, cavabdehlər tərəfindən ona daşınmaz əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və həmin daşınmaz əmlakın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində AZ 1022 Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi giriş 67 ünvanda yerləşən, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli, ümumi sahəsi 436.80 m2 olan qeyriyaşayış sahəsi var. Həmin daşınmaz əmlak iddiaçı tərəfindən 10 iyun 2005-ci il tarixdə notarial alğı-satqı müqaviləsi əsasında əldə edilmiş və daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmışdır. Maddi imkanı olmadığına görə həmin əmlakı təmir edə bilməmiş və bir müddət ora gedib-gəlməmişdir. Daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etmiş və əmlakını dövlətə vermiş, onun əmlakı Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2023-cü il tarixli 2353 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmişdir. İddiaçı cari ilin iyul ayında əmlaka baxış keçirmək üçün içəri daxil olmaq istəmiş, lakin qapının kilidinin dəyişmiş olması və özünü mühafizəçi kimi təqdim edən şəxsin kilidi qıraraq içəri daxil olmağa icazə verməməsi halı ilə qarşılaşmışdır. Mühafizəçi bildirmişdir ki, hal-hazırda əmlak Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansındadır. Daşınmaz əmlakın dövlət reystrindən çıxarışı təqdim etdiyinə baxmayaraq, mühafizəçi bunun səhv olduğunu israr edərək əmlaka girişi məhdudlaşdırmışdır. İddiaçı LPO «Hərbi vətənpərvərlik və X2» MMC cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 436,8 m2 olan qeyri-yaşayış binasına dair iddiaçı Ləğv prosesində olan «Hərbi Vətənpərvərlik və X2» MMC ilə cavabdeh İddiaçı arasında xx.xx.2007-ci il tarixindən bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi; xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Ləğv prosesində olan «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyəti yaradılmışdır. Həmin Fərmanın 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2023-cü il tarixli 2353 nömrəli «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmişdir. Həmin Fərmanın 3cü hissəsi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsini təmin etməsi qərara alınmışdır. «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 noyabr tarixli 2353 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2023-cü il tarixli 918s nömrəli Sərəncamının 2.1-ci hissəsi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Həmin Sərəncamın 2.2-ci hissəsi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı və digər məsələlərin həlli ilə bağlı tədbirlər görülməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 noyabr tarixli 2353 nömrəli Fərmanı, həmin Fərmanın icrasının təmin edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 dekabr tarixli 918s nömrəli Sərəncamından irəli gələn məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 10 yanvar 2024-cü il tarixli 10 nömrəli Əmrinin 1-ci hissəsinə müvafiq «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvetmə komissiyası yaradılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2005-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ünvan 2 ünvanda yerləşən «KHVTİC kiçik avtomobil emalatxanası» alıcının (yəni cavabdehin) mülkiyyətinə verilmişdir. Lakin sonradan, yəni xx.xx.2007-ci il tarixdə cavabdeh İddiaçı tərəfindən verilmiş notarial ərizə əsasında həmin əmlak iddiaçı cəmiyyətin özünə qaytarılmışdır. Belə ki, həmin ərizədə cavabdeh tərəfindən qeyd edilmişdir ki, «cəmiyyətin maliyyə vəziyyətini nəzərə alaraq, kiçik avtomobil təmiri emalatxanasını cəmiyyətə (KHVTİC) bəxşiş etməyimə razılıq verəsiniz». Bunun əsasında, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika X10 Bürosunun iclası çağrılmış, 09 saylı, xx.xx.2007ci il tarixli qərarla İddiaçı qeyd edilən ərizəsi qəbul edilmiş, ünvan 2 ünvanda yerləşən kiçik avtomobil emalatxanası obyekti 03 aprel 2007-ci il tarixdən KHVTİC RŞ-nin balansına alınmışdır. Göründüyü kimi həm iddiaçının, həm də cavabdehin həmin emalatxananın qaytarılması ilə bağlı aydın iradə ifadəsi olmuş, uzun illər bununla əlaqədar hər hansı mübahisə yaşanmamışdır. Faktiki olaraq tərəflər arasında bağışlama müqaviləsi olmuş, lakin bu, yazılı müqavilə qaydasında rəsmiləşdirilməmişdir. Bunun əsasında Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanına əsasən ləğv edildikdə, tərtib edilmiş təhvil-təslim aktında (27-ci səhifə, 76. bənd) həmin emalatxanaya istinad olunmuş, KHVTİC-nin balansında olan digər əmlaklarla birlikdə bu emalatxana da «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin balansına keçmişdir. Bu emalatxananın balansda olmasını xx.xx.2024-cü il tarixə «Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi» hesabatı, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu təsdiq edir. Həmin məktubda da göstərilmişdir ki, «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin balansında olan bu emalatxananın Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansına verilməsinə etiraz edilməmişdir. Göründüyü kimi məhz cavabdehin xx.xx.2007-ci il tarixli ərizəsi və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika X10 Bürosunun 09 saylı, xx.xx.2007-ci il tarixli qərarı əsasında balansa qəbul edilmiş emalatxana daha sonrakı bütün sənədlərdə, rəsmi hesabatlarda cəmiyyətin əmlakı kimi qeydiyyatı aparılmışdır. Lakin cavabdeh sonradan, faktiki olaraq «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin ləğv edilməsini bildikdən sonra öz adına formal reyestr qeydi yaratmaq, hüquqdan sui-istifadə etməklə özü üçün hüquqlar əldə etmək məqsədilə çıxarış əldə etmişdir. Məhz buna görə də xx.xx.2007-ci il tarixli ərizəni verdiyi gündən cavabdeh heç vaxt əmlakdan istifadə etməmiş, ora gəlməmiş, hər hansı etirazını bildirməmişdir. Bu isə tamamilə məntiqə və həyatın normal axarına ziddir. Necə ola bilər ki, şəxs 2005-ci ildə qeyri-yaşayış sahəsi əldə etsin, lakin ondan istifadə etməsin, onunla maraqlanmasın. Əgər İddiaçı həqiqətən həmin əmlakın mülkiyyətçisi olsa idi, oradan başqa şəxslərin istifadə etdiyini müəyyən edər, onlara etiraz edər və boşaldılma üçün müvafiq orqanlara müraciət edərdi. Bu halda cavabdeh yalnız 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Bunun səbəbi isə qeyd edildiyi kimi «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin ləğv edilməsini bilməsidir. Hətta xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 436,80 m2 olan qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və İddiaçı təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Qeyd edilməlidir ki, hazırki iddia ilə məhkəməyə müraciətdə əsas məqsəd mübahisə predmeti olan əmlakın dövlətə qaytarılmasından ibarətdir. Çünki yuxarıda da qeyd olunduğu kimi «Hərbi Vətənpərvərlik və X2» MMC-nin ləğv edilməsi barədə qərar qəbul edilmiş, onun əmlakının müvafiq dövlət orqanları, o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırmaqla dövlətə qaytarılması nəzərdə tutulmuşdur. Məhz buna görə də Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin balansında olan bu emalatxananın Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansına və Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bu halda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika X10 Bürosunun 09 saylı, xx.xx.2007-ci il tarixli qərarı hədiyyə alan qismində hədiyyəni qəbul etməsini tam olaraq sübuta yetirir. Sonradan, iddiaçı LPO «Hərbi vətənpərvərlik və X2» MMC 10 aprel 2025-ci il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, məhkəmə prosesi zamanı əldə olunan yeni sənədlər əsasında iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır. Belə ki, vəkil sorğusu əsasında əldə edilmiş reyestrdə 4Ə-03-609 nömrə ilə qeyd edilmiş, xx.xx.2005-ci il tarixli, AN-İ №0038836 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə notariat işində müəyyən edilmişdir ki, alğı-satqı müqaviləsinin predmeti olan ünvan 5 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası rəsmi reyestrdə qeydi mövcud olmayan, satan tərəfin, yəni Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) hüquqları qeydə alınmamış, özbaşına tikilidir. Belə olan halda həmin əmlakla bağlı hər hansı müqavilənin, o cümlədən alğı-satqı müqaviləsinin bağlanması da qanunsuz olmuşdur. Qeyd edilən müqavilə bağlanan zaman qüvvədə olan Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın İİ fəslinə əsasən (46-cı bənd) notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. (47-ci bənd) Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədləri tələb edir. Göstərilən notariat işində nəinki mülkiyyət, ümumiyyətlə hər hansı əmlak hüququnu təsdiq edən sənəd mövcud deyildir. Həmin Təlimatın 48-ci bəndinə əsasən, yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Bunun üçün notarius özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edir. Həmin arayış əmlakın qeydiyyatını aparan orqan tərəfindən verilə bilər. İndiki halda isə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) özü tərəfindən verilmişdir. İndiki halda müqavilə predmeti olan qeyri-yaşayış binasının qiymətləndirilməsi də Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) özü tərəfindən aparılmışdır. Beləliklə göründüyü kimi, KHVTİC həm özünə məxsus olmayan, mülkiyyət hüquqları qeydə alınmamış əmlakı qanunsuz olaraq satmış, həm də digər dövlət qurumlarının səlahiyyətlərini mənimsəyərək müvafiq arayışları notariat kontoruna təqdim etmişdir. Birləşdirilən iş üzrə icraat çərçirvəsində məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-11103/2025 saylı 14 mart 2025-ci il tarixli məktubla verilmiş cavabda müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Həmin sənədlərdə bir daha mübahisə predmeti olan ünvan 5 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının hər hansı icazə alınmadan, qanunvericiliyə uyğun sənədləşdirmə aparılmadan inşa edildiyi müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə kiçik təmir emalatxanasının inşasına icazə verilmişdir. Eləcə də, inşaat işlərinin başlanması 2003-cü ilin dekabr ayının 15-nə, başa çatdırılması isə 2004-cü ilin iyun ayının 1-nə təyin edilmişdir. Burada artıq KHVTİC həmin dövrdə tikintiyə icazə verən qurum olan – Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərini özününküləşdirmişdir. Artıq məlum olur ki, bu Cəmiyyət nəinki müvafiq dövlət orqanlarının əvəzinə arayışlar verir, həm də tikintiyə icazə də verirmiş. Halbuki nə həmin cəmiyyətin əsasnaməsində, nə də qanunvericilik səviyyəsində bu cəmiyyətə belə bir səlahiyyət verilməmişdir, verilməsi də mümkün deyildir. Daha sonra bu Cəmiyyət xx.xx.2004-cü il tarixli, 160 nömrəli əmrlə «kiçik avtomobil emalatxanası»nın tikintisinin başa çatdırılması ilə əlaqədar komissiya yaratmışdır. Bu komissiyanın xx.xx.2004-cü il tarixli aktı ilə obyekt istismar üçün hazır hesab edilmiş və istismarına icazə verilmişdir. Burada da cəmiyyət növbəti dəfə müvafiq dövlət qurumlarının səlahiyyətlərini öz üzərinə götürmüş, obyekt müvafiq tikinti ekspertizasından keçmədən, yanğın təhlükəsizliyi baxımından yoxlanılmadan, müvafiq rəylər alınmadan, kommunal xidmətlərə qoşulmadan, obyektin təhlükəsizliyi, tikintinin düzgün aparılıb-aparılmaması müəyyən edilmədən belə bir qanunsuz və əsassız «sənəd» qəbul etmişdir. Beləliklə müəyyən olunur ki, bu Cəmiyyət özü-özünə tikintiyə icazə vermiş, daha sonra isə özü tikdiyi obyekti özü yoxlayaraq özü barəsində istismara icazə vermiş, daha sonra özü girovda və ya həbsdə olmama barədə arayış vermişdir. Təbii ki, qəbul edilən bu qərarların heç bir hüquqi qüvvəsi yoxdur, ona görə də həmin obyekt rəsmi reyestrdə qeydiyyata alınmamışdır. Buna baxmayaraq, notariat kontoru belə bir qanunsuzluq edərək özbaşına tikili barədə alğı-satqı müqaviləsini təsdiq etmişdir. Cəmiyyətin qeyd olunan qanunsuz əmr və aktları, eləcə də tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi əsasında cavabdeh İddiaçı həmin əmlakla bağlı texniki pasport verilmişdir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyəti yaradılmışdır. Həmin Fərmanın 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinə verilmişdir. Yəni, hansı əmlak ki, KHVTİC tərəfindən «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinə təqdim edilmişdirsə, həmin əmlaklar da «Hərbi Vətənpərvərlik və X2» MMC-nin balansına qəbul edilmişdir. Buna görə də, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv edildikdə, xx.xx.2012-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktında (27-ci səhifə, 76-cı bənd) həmin emalatxanaya istinad olunmuş, KHVTİC-nin balansında olan digər əmlaklarla birlikdə bu emalatxana da «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin balansına keçmişdir. Bu emalatxananın MMC-nin balansında olmasını xx.xx.2024-cü il tarixə «Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi» hesabatı, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu təsdiq edir. Həmin məktubda da göstərilmişdir ki, «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyəti Cəmiyyətinin balansında olan bu emalatxananın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansına verilməsinə etiraz edilməmişdir. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən ünvan 5 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 436.8 m2 olan qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaradılmış daşınmaz əmlakın dövlət reyestr qeydinin (reyestr nömrəsi: **********80-06301) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-2029/2025 saylı qərardadı ilə yuxarıda qeyd edilən tələblər üzrə mülki işlərin bir icraatda baxılması qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında təmsil etdiyi şəxsi iddiasını müdafiə etdi, qarşı tərəfin iddiasını qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən İddiaçı iddiasının təmin, qarşı tərəfin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin (birləşdirilən iş üzrə iddiaçı LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin) nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında təmsil etdiyi şəxsin iddiasını müdafiə etdi, qarşı tərəfin iddiasını qəbul etmədi, iddia tələblərinə uyğun məzmununda izahat verdi və məhkəmədən təmsil etdiyi şəxsin iddiasının təmin, qarşı tərəfin iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 izahatında LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin iddiasının əsaslı olduğunu bildirərək təmin edilməsini xahiş etmişdir. İş materialları: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il təvəllüdlüdür. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1984-cü il təvəllüdlüdür. xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 143621 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında nikah 10 sentyabr 2005-ci il tarixdə Astara rayon VVADQ şöbəsində 82 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Sadıxova soyadı verilmişdir. Bakı şəhəri X4 xx.xx.1958-ci il tarixli 60/1216 saylı qərarından çıxarışdan görünür ki, Sovet KHVTİC-nin Respublika Şurasının xx.xx.1958-ci il tarixli müraciətini təmin edərək cəmiyyətə Oktyabr rayonu 4-cü paralel küçəsində müdafiə evi üçün 638-ci məhəllədə 2 hektar ərazi ayırmışdır. Həmin qərarla müəyyən edilmiş müddətlər çərçivəsində tikinti aparılmasına göstəriş verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “KHVTİC” RŞ-nin sədri S.İsrafilova ünvanlanmış xx.xx.1999-cu il tarixli məktubunda göstərilmişdir ki, “KHVTİC” RŞ-nin obyektlərinin bir hissəsinin dəyəri ödənilmək şərtilə digər təşkilatların balansına verilməsinə və ya satılmasına dair xx.xx.1999-cu il tarixli 35 nömrəli məktuba Komitədə baxılmışdır.Cəmiyyətin balansında olan və məktuba əlavə olunmuş siyahıda göstərilən obyektlərin yaranma mənbələri barədə xx.xx.1999-cu il tarixli 63 nömrəli məktubda göstərilənləri və cəmiyyyətin nizamnaməsinin 36 və 37-ci maddələrinin nəzərə alaraq, qeyd olunan obyektlərə sahib olmaq, onlardan istifadə etmək və onların barəsində sərəncam vermək cəmiyyətin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (1995-ci ilin avqustun 11-də cəmiyyətin RŞ-nin Xİ Plenumunda və 2001-ci il dekabrın 1-də cəmiyyətin RŞ-nin İV Plenumunda qismən dəyişikliklər və əlavələr edilmşdir) 2003-cü ildə nəşriyyatda çap edilmiş Nizamnaməsinin 36 və 37-ci bəndlərinə əsasən KHVTİC-in mərkəzləşdirilmiş maliyyə mənbələri hesabına yaranmış mülkiyyəti vahid və bölünməzdir. Bu mülkiyyətə sahib olmağın, ondan istifadə etməyin və onun barəsində sərəncam verməyin qaydalarını KHVTİC-in Respublika şurası müəyyən edir. Mövcud qanunvericiliyə uyğun olaraq KHVTİC RŞ respublika KHVTİC mülkiyyətinin fəaliyyətinin bütün növlərindən əldə edilmiş xüsusi vəsaitləri, dövlət təşkilatlarından və ictimai təşkilatlardan daxil olan vəsait və vətəndaşların könüllü şəkildə verdikləri vəsait hesabına sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna malikdirlər. “KHVTİC” RŞ-nin Rəyasət Heyəti Bürosunun xx.xx.2003-cü il tarixli 9 nömrəli protokolundan görünür ki, xx.xx.2003-cü ildən KHVTİC RŞ-nin İstehsalat Kombinatının fəaliyyətinin dayandırılması və olan maddi texniki bazanın qaimə-faktura əsasında 1 saylı Bakı BTM-ə təhvil verilməsi qərara alınmışdır. “KHVTİC” RŞ-nin Rəyasət Heyəti Bürosunun xx.xx.2003-cü il tarixli 10№li qərarından görünür ki, mərkəzi aparatın inzibati binasının yanında cəmiyyətin balansında olan torpaq sahəsində ərazidən kənara çıxmamaq və yaşıllığa ziyan törətməməklə, Cəmiyyətə məxsus təlim minik avtomaşınlarının əsaslı və cari təmiri, onlara texniki xidmət göstərilməsi üçün kiçik təmir emalatxanasının inşasına icazə verilmişdir. “KHVTİC” RŞ-nin sədri S.Q.İsrafilovun dərkənarı ilə 2004-cü ilin avqust ayında təsdiq edilmiş tikintisi başa çatmış “kiçik avtomobil emalatxanası”nın istismara qəbul etmək üçün komissiyanın aktından görünür ki, komissiya kiçik avtomobil emalatxanası 01 sentyabr 2004-cü il tarixdən “KHVTİC” RŞ-nin balanasına qoyulmuş və istismarına icazə verilmişdir. İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin “KHVTİC” RŞ-nin sədri S.Q.İsrafilova ünvanlanmış xx.xx.2004-cü il tarixli məktubunda göstərilmişdir ki, Cəmiyyətin külli miqdarda borcunun, maddi-texniki bazanın yenilənməsinə, bina və qurğularının əsaslı təmirinə ehtiyacın olduğunu nəzərə alaraq, satılması nəzərdə tutulan obyektlərin siyahısının təqdim edilməsi barədə xx.xx.2004-cü il tarixli 100 nömrəli müraciətə cavab olaraq bildirilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən ictimai birlik ittifaqlarına (federasiyalarına) və onlara daxil olan birliklərə məxuss əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsi qaydası həmin ittifaqların (federasiyaların) nizamnamələri, əsasnamləri və ya digər sənədləri ilə müəyyən edilir. “KHVTİC” RŞ-nin sədri S.Q.İsrafilovun xx.xx.2004-cü il tarixli 160 №-li əmrindən görünür ki, “Kiçik avtomobil emalatxanasını” qəbul edib və KHVTİC RŞ-nin balansına qoymaq məqsədilə komissiya yaradılmışdır. “KHVTİC” RŞ-nin sədri S.Q.İsrafilovun dərkənarı ilə təsdiq edilmiş xx.xx.2004-cü il tarixli aktdan görünür ki, aktı tərtib edənlər həqiqətən satılmaq üçün nəzərdə tutulmuş ünvan 2 ünvanda yerləşən “KHVTİC” kiçik avtomobil emalatxanası obyektini qoruyub saxlamaq imkanlarının olmamasının nəzərə alınaraq satılmasını təklif etmişlər. Eyni tarixli digər akta əsasən binanın qiymətinin 135.144.000 manat (AZM) məbləğində olması təsdiq edilərək alqı-satqı müqabilində razılaşdırılmış həmin məbləğdə vəsaitin “KHVTİC” RŞ-nin hesabına köçürülməsi təklif edilmişdir. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli AN-İ seriyalı ******* saylı 4Ə-03-609 reyestr saylı daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) alğısatqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ünvan 2 ünvanda yerləşən «KHVTİC kiçik avtomobil emalatxanası» obyektini 135.144.000 manata (AZM) İddiaçı satmışdır. Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş 4Ə-609 saylı notariat işində olan materiallardan görünür ki, İddiaçı yuxarıda qeyd edilən müqavilə üzrə 135.144.000 manat (AZM) pul vəsaitini satıcı Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin hesabına mədaxil etmişdir (xx.xx.2005-ci il tarixli AİT seriyalı 80703 saylı kassa mədaxil qəbzi). Həmin notariat işində olan Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika X10 Bürosunun 29 noyabr 2004-cü il tarixli 32 saylı qərarından görünür ki, İddiaçı 05 noyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasına müraciət edərək, ünvan 2 ünvanda yerləşən «KHVTİC kiçik avtomobil emalatxanası» obyektinin balansdan çıxarılması şərti ilə satılmasına icazə verilməsini xahiş etmişdir. Respublika Şurası həmin obyektin qorunub saxlanılmasında qarşıya çıxan çətinlikləri və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin maliyyə vəziyyətinin son dərəcə ağır olmasını nəzərə alaraq tərəflər arasında bağlanmış 01 oktyabr 2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsini, sözügedən obyektin balansdan çıxarılması şərti ilə İddiaçı satılmasına icazə verilməsini qərara almışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, KHVTİC RŞ əmlakının satılması üzrə təşkil edilmiş komissiya əmlakın satış qiymətinin balans dəyərinə bərabər olmasını təsdiq edərək hesaba köçürülməsini təklif etmişlər. Cəmiyyətin xx.xx.2005-ci il tarixli arayışından görünür ki, obyekt inzibati, kommunal və digər təşkilatlar tərəfindən girov qoyulmamış, həbs edilməmişdir. Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 15 avqust 2005-ci il tarixli 009956 saylı texniki pasportun surətindən görünür ki, həmin Büro tərəfindən ünvan 5 ünvanda yerləşən kiçik avtomobil emalatxanası qeyri-yaşayış sahəsinə dair İddiaçı adına müəssisə və obyektin texniki pasportu tərtib edilmiş, pasportda texniki göstəricilər (parametrlər) müfəssəl şəkildə qeyd olunmuşdur. xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, polkovnik N.H.Orucova müraciət edərək, kiçik avtomobil təmiri emalatxanasının onun tərəfindən cəmiyyətə bəxşiş edilməsinə razılıq verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika X10 Bürosunun 06 aprel 2007-ci il tarixli 9 saylı protokolundan və eyni tarixli qərardan görünür ki, İddiaçı kiçik avtomobil emalatxanasını KHVTİC RŞ-ya bağışlaması məsələsinə baxılmış, məsələ ətrafında çıxışlar dinlənilmiş, həmin obyektin bağışlanması barədə obyekt sahibi İddiaçı məlumatı Rəyasət Heyəti Bürosunun üzvləri tərəfindən qəbul edilmiş, kiçik avtomobil emalatxanası obyektinin 03 aprel 2007-ci il tarixdən KHVTİC RŞnın balansına alınması, İddiaçı tərəfindən alınmış avadanlıqların geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2012-ci il 210 nömrəli əmrindən görünür ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin əmlakının Dövlət Xidmətinə təhvil verilməsinin mütəşəkkil qaydada həyata keçirilməsini təmin etmək məqsədilə komissiya yaradılmışdır. Azərbaycan Respublikası Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2012-ci il tarixli dərkənarı ilə təsdiq edilmiş Dövlət Xidmətinin Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin təhvil-təslimi haqqında aktında göstərilmişdir ki, Cəmiyyətin daşınar və daşınmaz əmlakı, texnikanı və nəqliyyat vasitələrini, avadanlıqları və digər əşyaları təhvil alaraq sabiq Cəmiyyətin yerlərdə olan texniki idman klublarına və avtomobil məktəblərinin rəislərinə aktla təhvil verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə ünvanlanmış 23.07-xx.xx.2012-ci il tarixlərdə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətində daşınan və daşınmaz əmlakın texnikanı və nəqliyyat vasitələrini, avadanlıqları və digər əşyaların təhvil-təslimi ilə əlaqədar yaradılmış komissiya tərəfindən görülən işlərə dair arayışın 76-cı bəndində göstərilmişdir ki, Cəmiyyət Nəsimi rayonu, Mərdanov qardaşları 99 ünvanında yerləşir, Cəmiyyətin 4 mərtəbəli təmirə ehtiyacı olan inzibati binası, müqavilə əsasında “Səli” şirkətinə icarəyə verilən RBTİK emalatxanası, təchizat olan yuyucu məntəqəsi, 8 girişli emalatxanası və yeməkxanası mövcuddur. «Hərbi vətənpərvərlik və X2» MMC-nin Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş Cəmiyyətin xx.xx.2024-cü il tarixə daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsindən görünür ki, ********** VÖEN-li «Hərbi vətənpərvərlik və X2» MMC-nin balansında olan tikililər, torpaq sahəsi və avtomobillər siyahıya alınmışdır. X3 küçəsi 99 ünvanında yerləşən inzibati bina və tikililər də qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 10 №-li əmrindən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və xidmətin tabeliyində olan «Hərbi vətənpərvərlik və X2» MMC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 noyabr tarixli 2353 nömrəli Fərmanı, həmin Fərmanın icrasının təmin edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 dekabr tarixli 918s nömrəli Sərəncamından irəli gələn məsələlərin icrası ilə əlaqədar, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 19 dekabr tarixli 1-5/1-21209/2023 nömrəli dərkənarına müvafiq olaraq «Hərbi vətənpərvərlik və X2» MMC-nin ləğvetmə komissiyası yaradılmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.9-cu bəndinə uyğun olaraq, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun Cəmiyyətin ləğv olunması üzrə işləri yekunlaşdırılmaqla, ünvan 7 ünvanındakı 4 mərtəbəli binanın 1ci, 2-ci mərtəbəsi və zirzəmisində yerləşən 2897,54 kv.m qeyri-yaşayış sahəsinin, emalatxana, avtoyuyucu məntəqə və yeməkxana binasının, habelə Cəmiyyətə məxsus silah-sursatın və bu məktuba əlavə olunmuş siyahıda göstərilən nəqliyyat vasitələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansına verilməsinə etiraz edilmir. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixdə verdiyi çıxarışdan görünür ki, Hərbi Vətənpərvərlik və X2 xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixdə tərtib olunmuş ləğvetmə balansından (maliyyə vəziyyəti haqqında hesabat) görünür ki, «Hərbi vətənpərvərlik və X2» MMC-nin icra orqanının balansında olan əsas vəsaitlərin siyahısında yerləşdiyi yer MMC-nin ünvanı, istismar tarixi 2003-cü il və balans dəyəri 29541 manat olan kiçik avtomobil emalatxanası da göstərilmişdir. xx.xx.2025-ci il tarixli daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsindən görünür ki, ********** VÖEN-li «Hərbi vətənpərvərlik və X2» MMC-nin balansında olan tikililər, torpaq sahəsi və avtomobillər siyahıya alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 (yeni qaydalarla: AZ 1022 ünvan 1 ünvanda yerləşən 436,80 m2 ümumi sahəsi olan qeyriyaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində müvafiq reyestr kitabında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 14 may 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinə 7 fevral 2025-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş 2 oktyabr 2012-ci il tarixli təhviltəslim aktında göstərilənlərə əsasən təhvil verilmişdir. Digər sənədlər mövcud deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, ərazi idarələrində mövcud olan arxiv materiallarına əsasən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin və LPO «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, «Hərbi Vətənpərvərlik və X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) qeydiyyat qovluğunda Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 16.2.1-ci maddəsində nəzərdə tutulan ləğvetmə balansının təqdim edilməsi barədə məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aid edilir. 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. (24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 14.3-cü maddədə "Dövlət" sözü "Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət" sözləri ilə əvəz edilmişdir.) 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli № 713-İİQ qeydiyyat nömrəli Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 29 iyun 2012-ci il tarixli 407-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 iyul 2012-ci il, № 156, “Azərbaycan” qəzeti 18 iyul 2012-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 668) ilə 8-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: M a d d ə 8 . Hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; 8.0.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.4. bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 8.0.5. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.6. qanunvericilikdə nəzərdə tutulan digər əsaslar. Azərbaycan Respublikasının “Notariat haqqında” xx.xx.1999-cu il tarixli Qanunun 46-cı maddəsinə əsasən Dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir.( 29 noyabr 2022-ci il tarixli 653-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 24 yanvar 2023-cü il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 9) ilə 46-cı maddə yeni redaksiyada verilmişdir.) Maddənin əvvəlki redaksiyasında deyilirdi: Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulubqoyulmaması yoxlanılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi vətənpərvərlik və X2» MMC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanının 3cü bəndində qeyd olunur ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakının bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış «Hərbi vətənpərvərlik və X2» MMC-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və xidmətin tabeliyində olan «Hərbi vətənpərvərlik və X2» MMC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli 2353 nömrəli Fərmanından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi vətənpərvərlik və X2» MMC ləğv edilmişdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 189 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın -manatın denominasiyasının həyata keçirilməsi və yeni manata keçid zamanı 1 yeni manatın 5000 köhnə manata bərabər tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsaslanaraq ünvan 7 (yeni qaydalarla: AZ1022, ünvan 8 ünvanında dövlət mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, istifadə verilmiş 0,0481 ha torpaq sahəsində yerləşən sahəsi 436,80 kv.m.olan qeyri-yaşayış sahəsinin onun faktiki sahiblik və istifadəsinə verilməsini, maneələrin aradan qaldırılmasını tələb etmişdir. İddiaçının həmin sahə üzərində mülkiyyət hüquqları xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışla onunla Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti arasında xx.xx.2005-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi əsasında qeydə alınmışdır. Araşdırılmış iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti, Cəmiyyətin inzibati binasının tikintisi üçün 1958-ci ildə ona ayrılmış torpaq sahəsinin sərhədləri daxilində kiçik avtomobil təmiri emalatxanasının inşasına dair qərar qəbul etmiş, emalatxananın tikintisini başa çatdırmış, tikilinin istismara və balansa qəbuluna dair qərarlar qəbul etmişdir. Emalatxananın tikintisi başa çatdıqdan sonra Cəmiyyətin ali orqanı onun özgəninkiləşdirilməsi barədə qərar qəbul etməklə xx.xx.2005-ci il tarixdə bağlanmış əqd əsasında onu İddiaçı notariat orqanında təsdiqlənmiş müqavilə əsasında satmışdır. Notariat işi materiallarında olan sənədlərdən müəyyən edilir ki, notariat orqanı mübahisəli müqavilə bağlanan anda satıcının əmlakın satılmasına dair hüquqlarına yalnız həmin şəxsin özünün təqdim etdiyi sənədlər üzərindən qiymət verilmişdir. Satıcının təqdim etdiyi sənədlər özünün həmin əmlakın tikintisinə razılıq verməsi, tikintini həyata keçirməsi və bundan sonra tikintini başa çatdıraraq onun istismarına razılıq verməsindən ibarət olmuşdur. Hər nə qədər də Cəmiyyət həmin an üçün onun istifadəsinə verilmiş torpaq sahəsində bina inşa etməsinə dair səlahiyyətli olmasını öz nizamnaməsinə əsasən müəyyən etdiyini əsaslı hesab etsə də, həmin dövrdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən həmin tikilinin aparılmasına dair lazımi icazələrin alınmasını şərtləndirən müddəalarında hazırki hala münasibətdə istisna müəyyən edilməmişdir. Belə ki, hüquqi şəxsin əmlak üzərində hüquqlarının qanuni əsası olmadan ehtimal əsasında davranışı əsas olmuşdur. İddiaçı mülkiyyət hüquqlarının pozulmasına dair dəlilləri o baxımdan təkzib olunur ki, İddiaçı Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə xx.xx.2005-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, faktiki olaraq həmin əmlakı mülkiyyətinə qəbul etməmiş, habelə əmlak üzərində faktiki istifadə və sahibliyi də həyata keçirməmişdir. Üstəlik də İddiaçı xx.xx.2007-ci il tarixdə ərizə əsasında həmin əmlakın Cəmiyyətə əvəzsiz verilməsinə dair razılığını ifadə etmişdir. İddiaçının iddia etdiyi kimi mübahisəli əmlakı 2005-ci il tarixdə notariat orqanında rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə əldə etməsinə baxmayaraq iddiaçı həmin əmlak üzərində bu və ya digər hüquqlarının qeydə alınmasını həyata keçirməmiş, hətta ötən müddət ərzində bir gün belə olsun əmlak üzərində faktiki olaraq hüquqlarını həyata keçirməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız alqı-satqı müqaviləsinin bağlanmasından 19 il sonra hüquqların dövlət qeydiyyatına dair çıxarış əldə etməklə hazırki iddia tələbini irəli sürmüş və bununla da sankı əmlaka faktiki istifadə və sahibliyi həyata keçirən qarşı tərəf olan hüquqi şəxsi fakt qarşısında qoymuşdur. Məhkəmə hesab edir ki, bu hal hüquqdan sui-istifadədir və bu isə yolverilməzdir. Məhkəmə LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin alqı-satqı müqaviləsi ilə bağlı etibarsızlıq tələbini təhlil edərkən bir daha vurğulayır ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakı özünün xüsusi mülkiyyət kimi qiymətləndirməklə əqd bağlaması sözsüz ki həmin əqdin etibarlılığını aradan qaldırır. Cəmiyyətin istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahələrində müxtəlif tikililər inşa etməsi heç də cəmiyyətə həmin tikilini qanuni daşınmaz əmlak statuslu hesab etməklə özgəninkiləşdirməsinə əsas verə bilməz. Məhkəmə İddiaçı LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin mübahisəli müqavilə üzrə tərəf olmadığından belə bir iddia tələbi irəli sürməyə dair subyektiv hüququnun olmaması ilə bağlı bildirir ki, LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin ləğv prosesi çərçivəsində mübahisəli əmlak müvafiq normativ aktlar əsasında MMC-nin balansına verilmiş əmlaklar içərisində yer almaqdadır. Bu hal da bir daha onu təsdiq edir ki, İddiaçı həmin əmlaka aidiyyəti yalnız formal şəkildə bağlanmış alqı-satqı müqaviləsindən istifadə edərək 19 il sonra hüquqlarının da formal qeydiyyata alınmasına nail olmaqdan ibarət olmuşdur. Məhkəmə subyektiv hüquq ilə bağlı məsələyə bir daha vurğu edərək qeyd edir ki, Prezidentin müvafiq fərmanı çərçivəsində Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin könüllü olaraq özünün ictimai statusundan imtina etməsi və əmlakını dövlətə verməsi nəzərə alınmaqla, digər əmlaklar kimi mübahisəli əmlakın da həmin fərman əsasında yaradılmış «Hərbi vətənpərvərlik və X2» MMC-nə verilməsi qərara alınmışdır. LPO «Hərbi vətənpərvərlik və X2» MMC hazırda ləğv etmə prosesindədir və bu fakt isə hüquqi şəxsin əmlakının (hətta balansında olan faktiki əmlak kimi) müqəddəratının həlli baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən sözsüz ki, LPO MMC belə bir tələbin irəli sürülməsində subyektiv hüquqa malik hesab edilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi mübahisəli əqd bağlanarkən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin mülkiyyətində olmamışdır. Qanunvericiliyin tələblərindən aydın şəkildə göründüyü kimi, xx.xx.2005-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanarkən müqavilə predmeti olan qeyriyaşayış sahəsi nəinki Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin mülkiyyətində olmadığından, ümumiyyətlə həmin əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmadığından, həmin müqaviləni bağlamaq səlahiyyəti (əqdi bağlamaq üçün zəruri olan mülkiyyət hüququ mövcud olmadığından) olmamışdır. İstər əmlakın notarial alqı-satqının predmeti olmaması əsasına görə, istərsə də satıcının əmlakı satmağa səlahiyyətinin olmaması səbəbdən, həmin əqd bağlandığı andan etibarsızdır. Odur ki, LPO «Hərbi vətənpərvərlik və X2» MMC-nin xx.xx.2005-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığı tələbi əsaslı hesab edilməli, eləcə də, həmin əqdə əsasən müqavilənin digər tərəfi olan İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Həmçinin İddiaçı hüquqlarının müdafiə olunması baxımından, qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiyi vəsaitin ona geri qaytarılması təmin edilməli, bu vaxt əhəmiyyətsiz əqd üzrə ödənilmiş 135.144.000 manata (AZM) görə denominasiya qaydalarına uyğun olaraq 27028,80 manat məbləğində pul LPO «Hərbi vətənpərvərlik və X2» MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilən hal ondan ibarətdir ki, müqavilə özlüyündə əhəmiyyətsiz hesab edilsə də, həmin müqavilə üzrə əmlakın dəyərinin Cəmiyyətin hesabına mədaxil edilməsinə dair qəbz və ödənişin həyata keçirilməsi bu və ya digər formada iddiaçı və cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə bu halı işin mübahisəsiz halı kimi qəbul edir. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə və LPO «Hərbi vətənpərvərlik və X2» MMC-yə qarşı «əmlakın boşaldılması və təhvil verilməsi» tələbinə dair iddiasına münasibətdə qeyd edir ki, İddiaçı qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbini irəli sürməyə subyektiv hüququ əqdin etibarsızlığı və onun əsasında aparılmış qeydiyyatın ləğvi nəticəsində aradan qalxmış hesab edilir. Belə ki, mülkiyyət hüququnu təsdiq edən sənəd, yəni hazırda İddiaçı təqdim etdiyi hüquqların dövlət reyestrindən çıxarış bağlandığı andan etibarsız olan əqdə əsasən verilmişdir. Bu səbəbdən, iddiaçı LPO «Hərbi vətənpərvərlik və X2» MMCnin iddiası təmin edilərək, həmin əqd etibarsız hesab edilmiş, əqd əsasında aparılmış qeydin və təqdim olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır. Mahiyyət etibarı ilə ikinci iddianın təmin edilməsi birinci iddianın təmin edilməsini mümkünsüz edir. Bu səbəbdən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə və LPO «Hərbi vətənpərvərlik və X2» MMC-yə qarşı «əmlakın boşaldılması və təhvil verilməsi» tələbinə dair iddiası əsaslı hesab edilə və təmin oluna bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nə qarşı «əmlakın boşaldılması və təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməməli; iddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh İddiaçı qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestr qeydinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməli; İddiaçı ilə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və Əmlak Məsələləri Dövlət Xidməti və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə İddiaçı adına verilmiş çıxarış ləğv edilməli; LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-dən xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ödənilmiş ********* (yüz otuz beş milyon yüz qırx dörd min manat) köhnə Azərbaycan manatına görə denominasiya qaydalarına uyğun olaraq 27028,80 (iyirmi yeddi min iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nə qarşı «əmlakın boşaldılması və təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh İddiaçı qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestr qeydinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli AN-İ seriyalı ******* saylı 4Ə-03-609 reyestr saylı daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. LPO «Hərbi Vətənpərvərlik və X2» MMC-dən xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ödənilmiş ********* (yüz otuz beş milyon yüz qırx dörd min manat) köhnə Azərbaycan manatına görə denominasiya qaydalarına uyğun olaraq 27028,80 (iyirmi yeddi min iyirmi səkkiz manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar