Məhkəmə qərarları › İş №e-2(006)-1691/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1691/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1691/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X24 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Musayeva (Salmanova) X19 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.403 ha torpaq sahəsində yerləşən 29 nörməli, 4 mərtəbəli binada yerləşən 77.6 kv.m. ümumi, 52.7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 52 nömrəli mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqarın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH No ******* saylı, Reyestr nömrəsi **********71- **********7, Qeydiyyat nömrəsi ********** və Qeydiyyat tarixi xx.xx.2009-cu il tarixli çıxarış əsasında ona məxsus olan 1/3 hissədə paylı mülkiyyət hüququndan imtina etməsi müqabilində İddiaçı tərəfindən 33 900 (otuz üç min doqquz yüz) AZN həcmində kompensasiya məbləğinin cavabdeh X5 ödənildiyini nəzərə alaraq, X2 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.403 ha torpaq sahəsində yerləşən 29 nörməli, 4 mərtəbəli binada yerləşən 77.6 kv.m. ümumi, 52.7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 52 nömrəli mənzilə dair paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 1/3 hissədə Azərbaycan Respublikası daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH No ******* saylı, Reyestr nömrəsi **********71-05101-093017, Qeydiyyat nömrəsi ********** və Qeydiyyat tarixi xx.xx.2009-cu il tarixli çıxarış əsasında verilmiş 1/3 hissədə olan mülkiyyət hüquqlarına xitam verilməsi və həmin 1/3 hissədə olan pay üzərində X6 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müvafiq qətnamə qəbul edilməsi və qəbul edilmiş qətnamənin İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0.403 ha torpaq sahəsində yerləşən 29 nörməli, 4 mərtəbəli binada yerləşən 77.6 kv.m. ümumi, 52.7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 52 nömrəli mənzil üzərində 2/3 hissədə mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X9 bacı-qardaş olmaqla digər bacıları olan X8 ilə birlikdə valideynindən onlara qanun üzrə vərəsəlik qaydasında miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçiləri olmuşlar. Paylı mülkiyyət hüququ üzrə vərəsələrə düşən pay hər birinə 1/3 hissədə olmaqla Seriya MH No 0183438, Reyestr nömrəsi **********71-05101-093017, Qeydiyyat nömrəsi ********** və Qeydiyyat tarixi xx.xx.2009-cu il tarixli mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına dair müvafiq reyestr çıxarışı ilə rəsmiləşdirilmişdir. Hazırki cavabdeh X9 2010-cu ildə cavabdeh İddiaçı və digər bacısı X4 qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və sair” tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmiş və Nəsimi rayon məhkəməsinin 2(006)-22/2011-ci il tarixli “barışıq sazişinin təsdiq olunması” haqqında 09 fevral 2011-ci il tarixi qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Daha sonra Nəsimi rayon məhkəməsinin eyni nömrəli xx.xx.2012-ci il tarixli qərardadı ilə “barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qərardadın məcburi icraya yönəldilməsi”nə dair X2 iddiasına baxılmış və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-22/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə iddiaçı X2 İddiaçı və X3 qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və sair” tələbinə dair mülki iş üzrə icraata tərəflər arasında bağlanmış barışıq sazişi məcburi icra olunması üçün Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Tərəflər arasındakı barışıq sazişinin şərtləri bundan ibarət olmuşdur ki, İddiaçı və X8 tərəfindən 33 000 manat pul vəsaitinin X5 verilməsi müqabilində Salmanova Nigar qardaş və bacısına qarşı qaldırmış olduğu iddia tələbindən imtina edəcək və iddia predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 29 saylı evin 52 saylı mənzilindən qeydiyyatdan çıxacaq və həmin mənzildən köçəcəkdir. Beləliklə, İddiaçı tərəfindən barışıq sazişi ilə üzərinə götürmüş olduğu öhdəlik tam həcmdə yerinə yetirilmiş və X5 ümumilikdə 33 000 AZN həcmində vəsait ödənilmişdir. Həmçinin, 33000 AZN həcmində vəsaitin məbləğinin formalaşması məhz öncəki məhkəmə işi gedişatında təyin edilmiş məhkəmə-qiymətləndirilməsinə dair verilmiş ekspert rəyinə uyğun olmuşdur. Yəni məbləğin formalaşması məhz ekspertin həmin dövr üzrə daşınmaz əmlakın bazar qiymətləndirilməsinin aparılması nəticəsində əmələ gəlmişdir. Hal-hazırda iddia ərizəsinə əlavə edilmiş Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-cı il tarixli 9735- 5D saylı məktubundan da göründüyü kimi İddiaçı tərəfindən barışıq sazişi ilə üzərinə götürmüş olduğu öhdəlik tam həcmdə yerinə yetirilmişdir. Azərbaycan Beynəlxalq Bankı vasitəsilə İddiaçı tərəfindən cavabdeh X5 ödənilməsi məqsədilə “yaranmış əmlak borcunun ödənişi” təyinatı əsasında aşağıdakı ödənişlər Nəsimi rayon İcra şöbəsinə həyata keçirilmişdir:

Tarix Mədaxil orderi Məbləğ AZN xx.xx.2013 FJB**********90 19219.20 5 xx.xx.2013 FJB**********96 5005 8 xx.xx.2013 FJB**********12 6806.80 5 xx.xx.2015 FJB**********60 2002 4 CƏMİ (bank komissiyaları daxil) 33 033

AR Ədliyyə Nazirliyinin Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən vətəndaşın ərizəsinə xx.xx.2020-ci il tarixli No 9735-510 saylı məktubla cavab verilmişdir ki, icra sənədinə xx.xx.2016-cı il tarixində İcra haqqında qanunun 20.1.5-ci maddəsi əsasında xitam verilməsi ilə əlaqədar təqdimatla müraciət edilmişdir. Bu məktub da özlüyündə o halı sübut edir ki, həqiqətən də İddiaçı tərəfindən öhdəlikləri tam həcmdə yerinə yetirilmişdir. Lakin, hazırki iddia tərəfindən sazişlə üzərinə götürümüş olduğu öhdəliklər tam həcmdə yerinə yetirilmiş olsa da, hazırda X5 edilən çoxsaylı müraciətlər hələ də öz nəticəsini vermir, belə ki, Salamnova Nigar ona ödənilmiş pulların qarşılığında mülkiyyət hüquqlarını qardaşına verməkdən imtina edir və bildirir ki, ona daha çox həcmdə vəsait ödəyərsə, o, mülkiyyət hüquqlarından yalnız o zaman imtina edəcək. Beləliklə, Salmanova Nigarın mülkiyyət hüquqlarının əvəzinin ödənilməsinə baxmayaraq, o vicdanlılıq nümayiş etdirməkdən boyun qaçırır. Ona görə də hazırki iddia ərizəsi zərurəti ilə məhkəməyə müraciət edilməsi qaçınılmaz hal alır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə mübahisənin həll yolunun tam göstərilməsi şərtilə iş üzrə icraata xitam verilməsinə etiraz etmədi.

4. Məhkəmə iclasında Cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etdi.

5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-22/2011 nömrəli mülki işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 29 ünvanında yerləşən 52 nömrəli mənzilin hüquq subyektləri X8, İddiaçı və X7r.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0,403 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 4 mərtəbəli binada yerləşən 77,6 kv.m. ümumi, 52,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 52 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X1 1/3 hissə, İddiaçı 1/3 hissə, X2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 845 nömrəli reyestr kitabının 78731 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat tarixi: xx.xx.2009).

10. Nəsimi Rayon Məhkəməsinin 2(006)-22/2011 nömrəli, xx.xx.2012-ci il tarixli qərardadından görünür ki, iddiaçı X2 “barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qərardadın məcburi icraya yönəldilməsinə dair” ərizəsi təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadının məcburi icraya yönəldilməsi və müvafiq icra vərəqəsi verilməsi qərara alınmışdır.

11. "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 189 nömrəli, xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, xx.xx.2013-cü il tarixində Sahil filialında İddiaçı adından X5 6.806,80 (altı min səkkiz yüz altı manat səksən qəpik) manat ödəniş icra olunmuşdur (ödəniş tapşırığı və mədaxil orderi əlavə edilmişdir).

12. "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 1287 nömrəli, xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, həmin tarixdə Səbail filialında İddiaçı adından X5 19.200 (on doqquz min iki yüz) manat ödəniş icra olunmuşdur (ödəniş tapşırığı və mədaxil orderi əlavə edilmişdir).

13. xx.xx.2013-cü və xx.xx.2015-ci il tarixli ödəniş tapşırıqlarından və mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən X5 ödənilməsi üçün 2.000 manat və 5.000 manat məbləğlərində pul vəsaiti "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinin hesabına köçürülmüşdür.

14. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020-ci və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-22/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi xx.xx.2012-ci il tarixdə şöbənin icraatına daxil olmuş, xx.xx.2016-cı il tarixdə isə icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsinə dair təqdimatla məhkəməyə müraciət edilmişdir. Daha sonra həmin icra sənədi şöbənin icraatına daxil olmamışdır.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 2(006)-22/2011 saylı mülki işin materialları araşdırılarkən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 29, 52 saylı mənzilin üzərinə məhkəmə tərəfindən həbsin və ya hər hansı məhdudiyyətin qoyulduğu müəyyən edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 22/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə iddiaçı X2 İddiaçı və X3 qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və s.” tələbinə dair mülki iş üzrə icraata tərəflər barışıq sazişi bağladığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən xitam verilmişdir. Qeyd olunan qərardad xx.xx.2011-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2011-ci il tarixdə icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı hazırda X2 (1/3 hissə), X1 (1/3 hissə), İddiaçı (1/3 hissə) mülkiyyətindədir. Mənzillə bağlı bütün sənədlər (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, sərəncam, qərar, arayış, ərizələr) məktuba əlavə edilmişdir.

17. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Nəsimi rayonu, Bülbül prospekti, ev 29, mənzil 52 ünvanında xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qeydiyyatda olmuşdur.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-22/2011 nömrəli mülki işinin materiallarında olan: - xx.xx.2011-ci il tarixli qərardaddan görünür ki, iddiaçı X2 cavabdehlər İddiaçı və X3 qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və s.” tələbinə dair iddiası ilə bağlı aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilmişdir. İddiaçı X9 cavabdehlər İddiaçı və X8 tərəfindən xx.xx.2011-ci il tarixinə qədər ona 33.000 (otuz üç min) manat verilməsi müqabilində cavabdehlər İddiaçı və X3 qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və s.” tələbinə dair iddia ərizəsindən imtina etməyi öhdəsinə götürür: 2. Cavabdehlər İddiaçı və X8 iddiaçı X2 onlara qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və s.” tələbinə dair iddia ərizəsindən imtina etməsi müqabilində xx.xx.2011-ci il tarixə qədər 33.000 (otuz üç min) manat pulu iddiaçı X5 verməyi öhdələrinə götürür. 3. İddiaçı X5 ödəniləcək 33.000 (otuz üç min) manatın 31.000 (otuz bir min) manatı ödənildiyi halda, iddiaçı X9 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 29 saylı evin 52 saylı mənzilindən qeydiyyatdan çıxmağı və həmin mənzildən köçməyi, yalnız bundan sonra qalan 2.000 (iki min) manatı cavabdehlərdən tələb etməyi öhdəsinə götürür. 4. Cavabdehlər İddiaçı və X8 iddiaçı X5 31.000 (otuz bir min) manat ödəyənə qədər iddiaçı X2 Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 29 saylı evin 52 saylı mənzilinə köçərək həmin mənzildə yaşamasını təmin etməyi öhdələrinə götürür. 5. Tərəflər razılaşırlar ki, bu sazişdə nəzərdə tutulan müddətdə öhdəlik onlardan asılı olmayan səbəblərə görə icra edilməzsə, cavabdehlər İddiaçı və X8 iddiaçı X5 ödəniləcək məbləğə görə əlavə möhlət verilməsi barədə məhkəməyə müraciət etmək hüququna malikdirlər. 6. Tərəflər fors-major hallar baş verəcəyi təqdirdə, həmin müddətin bu saziş üzrə müəyyən edilən öhdəliyin müddətinə aid edilməməsi barədə razılığa gəlirlər. 7. Tərəflər hazırkı barışıq sazişinin şərtləri məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra onların həmin sazişlə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri təqdirdə, məhkəmə aktının məcburi icrası üçün qanunla müəyyən edilmiş tədbirlərin tətbiq edilməsini tanıyırlar. Həmin barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - İcra vərəqəsindən görünür ki, qərardad xx.xx.2011-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2012-ci il tarixdə icra vərəqəsi verilmişdir. - Nəsimi rayon İcra şöbəsinin xx.xx.2012-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-22/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

19. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

20. İş materiallarına cavabdehin nikah və nikahın pozulması haqqında şəhadətnamələri (soyad dəyişikliyinə görə), rus dilində məqalə əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 29 ünvanında yerləşən 52 nömrəli mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, paylı mülkiyyət hüququ əsasında İddiaçı, cavabdeh Musayeva (Salmanova) X27 və üçüncü şəxs X3 məxsus olmuşdur (hər birinə 1/3 hissədə).

22. Musayeva (Salmanova) Nigar İddiaçı və Hacıyeva Nərminəyə qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində mənzilin dəyərinin 99.000 manat olması müəyyən edilmişdir.

23. Bundan sonra tərəflər barışıq sazişi bağlayaraq təsdiq edilməsi üçün məhkəməyə təqdim etmişlər. Məhkəmənin 2(006)-22/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə əsasən, Musayeva (Salmanova) Nigar İddiaçı və Hacıyeva Nərminə tərəfindən xx.xx.2011-ci il tarixinə qədər ona 33.000 manat verilməsi müqabilində iddia ərizəsindən imtina etməyi, onlar da öz növbələrində Musayeva (Salmanova) Nigarın iddia ərizəsindən imtina etməsi müqabilində xx.xx.2011-ci il tarixə qədər 33.000 manat pulu Musayeva (Salmanova) Nigara verməyi; Musayeva (Salmanova) Nigara ödəniləcək pulun 31.000 manatı ödənildiyi halda, o, mənzildən qeydiyyatdan çıxmağı və həmin mənzildən köçməyi, yalnız bundan sonra qalan 2.000 manatı cavabdehlərdən tələb etməyi, onlar da öz növbələrində 31.000 manat ödəyənə qədər Musayeva (Salmanova) Nigarın həmin mənzilə köçərək orada yaşamasını təmin etməyi öhdələrinə götürmüşlər. Tərəflər fors-major hallarla şərtləri də barışıq sazişinə daxil etmişlər.

24. Həmin qərardad xx.xx.2011-ci il tarixdə qanuni qüvvəsini almış, məhkəmənin xx.xx.2012-ci il tarixli qərardadı ilə isə Musayeva (Salmanova) Nigarın ərizəsi əsasında məcburi icraya yönəldilmişdir. xx.xx.2012-ci il tarixdə qərardad əsasında icra vərəqəsi verilmiş, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə icraata başlanılmış, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən 6.800 manat, xx.xx.2013-cü il tarixdə 2.000 manat, xx.xx.2013-cü il tarixdə 19.200 manat, xx.xx.2015-ci il tarixdə 5.000 manat olmaqla, cəmi 33.000 manat məbləğində pul vəsaiti Musayeva (Salmanova) Nigara ödənilməsi üçün Nəsimi rayon İcra şöbəsinin hesabına köçürülmüşdür.

25. İcra şöbəsinin müvafiq məktublarında xx.xx.2016-cı il tarixdə icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsinə dair təqdimatla məhkəməyə müraciət edildiyi qeyd edilsə də, həmin məktublardan icra sənədi üzrə icraata xitam verilməsi müəyyən edilməmişdir.

26. Məhkəmə araşdırmaları zamanı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən, Musayeva (Salmanova) Nigarın həmin mənzildə xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qeydiyyatda olması müəyyən edilmişdir.

27. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra vərəqəsinin icrası zamanı 33.000 manat məbləğində pulu Musayeva (Salmanova) Nigara tam ödədiyinə görə, onun mənzildəki 1/3 hissədə mülkiyyət hüququna xitam verilməsi və həmin hissədə özünün mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə qətnamə qəbul edilməsi, habelə qəbul edilmiş qətnamənin müvafiq reyestrdə qeydə alınma üçün əsas hesab olunmasını; Cavabdeh barışıq sazişini hədə-qorxu altında imzaladığını, həmin vaxt mənzilin qiymətinin 250.000 manat, hazırda isə 350.000 manat olduğunu, icra sənədi üzrə ödənişin ona nəzərdə barışıq sazişində göstərilən vaxtdan gec ödənildiyini mübahisələndirərək, iddianın təmin edilməməsini xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

28. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində olmuş əvvəlki məhkəmə mübahisəsi zamanı tərəflər yekun olaraq barışıq sazişi imzalamış və belə razılığa gəlmişlər ki, hazırkı iş üzrə iddiaçı və üçüncü şəxs hazırkı iş üzrə cavabdehə 33.000 manat (mənzilin həmin vaxtkı dəyərinin 1/3 hissəsində olan paya mütənasib həddə) məbləğində kompensasiya verəcəkləri təqdirdə o, paylı mülkiyyətin bölünməsi barədə olan iddia tələbindən imtina edib, mənzildən qeydiyyatdan çıxıb başqa yerə köçəcəkdir. İş materiallarına əsasən müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı 33.000 manat məbləğində pulu hissə-hissə hazırkı iş üzrə cavabdehə ödəmişdir (cavabdeh həmin məbləği aldığını mübahisələndirməmişdir).

29. Məhkəmə prosessual qənaət prinsipinə əsasən hesab edir ki, həmin barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının mövcudluğu iddiaçının hazırkı ərizə ilə irəli sürdüyü iddia tələblərinə ayrıca icraatda baxılmasını mümkünsüz edir. Belə ki, iddiaçının irəli sürdüyü iddia tələbləri məhz həmin məhkəmə qərardadının icrası çərçivəsində həll edilməli olan məsələlərdir. Lakin iş materiallarından görünür ki, barışıq sazişinin təsdiq edilməsini müəyyən edən həmin qərardadın icrası yalnız “kompensasiyanın ödənilməsi” hissəsində təmin edilmiş, mülkiyyət hüquqlarının xitamı ilə bağlı məsələ isə icrasız qalmışdır. Halbuki, mübahisəsiz haldır ki, hazırkı iş üzrə iddiaçının həmin barışıq sazişini imzalamaqda əsl niyyəti mənzilin dəyərinin 1/3 hissəsini təşkil edən 33.000 manat məbləğində kompensasiya ödəməklə həmin mülkiyyətçinin payını almaqdan, yəni onun mülkiyyət hüquqlarına xitam verilməklə öz mülkiyyət hüquqlarını qeydə aldırmaqdan, həmçinin, cavabdehin niyyəti də öz payını iddiaçıya satıb əvəzində pul almaqdan ibarət olmuşdur (məhkəmə qaydasında təsdiq edilmiş əvəzli müqavilə kimi qiymətləndirmək olar). Əks təqdirdə, barışıq sazişinin hazırkı iş üzrə iddiaçı üçün xeyirli bir tərəfi, hər hansı əhəmiyyəti qalmazdı. Belə ki, iddiaçı yalnız cavabdehin mənzildən qeydiyyatdan çıxması və köçməsi üçün mənzilin cavabdehə məxsus hissəsinin həqiqi dəyərini ona vermiş olardı ki, bu da qətiyyən ağlabatan hesab olunmur. Məhkəmə hesab edir ki, müvafiq qərardadla təsdiq edilmiş barışıq sazişində göstərilən məbləğin hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə ödənilməsi mübahisəsiz olduğundan, məhz icra hərəkətlərini həyata keçirməli olan İcra şöbəsi (icra məmuru) tərəfindən dövlət reyestrində hazırkı iddia tələbində göstərilən qeydiyyatın aparılması ilə bağlı müraciət edilməli və məsələ öz həllini tapmalıdır. Çünki həmin qərardad məhz bu qeydiyyatın aparılması üçün əsasdır.

30. Əgər icra məmuru hərəkətsiz qalarsa və ya müvafiq orqan qeydiyyat ilə bağlı məsələni həll etməzsə (icra zamanı çətinlik yaranarsa), hazırkı iş üzrə iddiaçının icra məmurunun hərəkətsizliyindən şikayət etmək, habelə icra sənədi tam olaraq icra edilmədiyindən, tələbkarın, icra məmurunun və ya müvafiq orqanın həmin qərardada izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması tərəflərin diqqətinə çatdırılır (İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı məhkəməyə təqdimat verildiyi qeyd edilsə də, icra icraatına xitam verilməsinə dair məhkəmə aktı iş materiallarında aşkar edilmədiyindən, məhkəmə icra sənədinin icraatda olduğu (tam icra olunmadığı) qənaətindədir).

31. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olduğundan və hazırkı iddia məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir.

32. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edir ki, barışıq sazişinin təsdiq edilməsindən 13 ildən çox, icra edilməsindən isə 10 ilə yaxın vaxt keçdiyindən, ötən müddət ərzində onun pulu alıb heç bir iddia (şikayət, müraciət və s.) irəli sürməməsindən belə nəticəyə gəlmək olar ki, cavabdeh həmin vaxt bu nəticədən tam razı olmuşdur. İddiaçı məhz bu tələbləri irəli sürəndən sonra onun “barışıq sazişini hədə-qorxu ilə imzalama, mənzilin real dəyərinin daha çox olması və icra sənədi üzrə ödənişin gec edilməsi” ilə bağlı dəlilləri irəli sürməsi isə məhz hüquqdan sui-istifadə xarakterli olmaqla, müvafiq qərardadın icrasının uzanması məqsədi güdür. Buna görə də onun dəlilləri məhkəmə tərəfindən əsassız sayılaraq əlavə araşdırılmasına zərurət qalmır.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1, 114.1.4. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 261.0, 261.0.1-261.0.2. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

34. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə, xüsusi icraat, icra icraatı) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməsini ehtiva edir.

35. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və s.” tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməli, dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş pul onu ödəyən şəxsə geri qaytarılmalı, iddiaçıya eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.

Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar