Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1960/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclas katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, ərizəçinin nümayəndələri X1 və X2 iştirakı ilə, Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, № MŞS/MT-023/2023-03048 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınaraq, Ərizəçi MMC-yə ödənilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Maraqlı şəxs ilə Ərizəçi MMC arasında xx.xx.2023-cü il tarixdə Sabirabad 1 saylı Mediasiya Təşkilatında № MŞS/MT-023/2023-03048 nömrəli Barışıq Sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən, Maraqlı şəxs Ərizəçi MMCyə olan 5338,80 (beş min üç yüz otuz səkkiz manat səksən qəpik) manat məbləğində borcunu xx.xx.2024-cü il tarixinədək tam olaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin icrasından imtina edir, barışıq sazişi ilə təsdiq olunmuş öhdəliyi yerinə yetirmir. Son olaraq xx.xx.2024-cü il tarixli Pretenziya göndərərək xx.xx.2023-cü il tarixli, № MŞS/MT-023/2023-03048 nömrəli Barışıq Sazişinin şərtlərini yerinə yetirilməsi ondan tələb edilsə də, tələb yerinə yetirilməmişdir. Belə olan halda, barışıq sazişinin məcburi icrası məqsədilə barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndələri X3 və X4 yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə göstərilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 005/24 saylı pretenziya məktubundan görünür ki, ərizəçi bu barədə qarşı tərəfdən barışıq sazişinin könüllü icra edilməsini xahiş etmiş, əks təqdirdə, məhkəməyə müraciət olunacağını bildirmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-03048 saylı Barışıq sazişindən görünür ki, “birinci tərəf” adlanacaq Ərizəçi MMC ilə “ikinci tərəf” adlanacaq Maraqlı şəxs arasında aşağıdakı şərtlərdə barışıq sazişi bağlanmışdır: 1.1. “İkinci tərəf” Maraqlı şəxs, “Birinci tərəf”ə, yəni Ərizəçi MMC-yə olan 5338,80 (beş min üç yüz otuz səkkiz manat səksən qəpik) manat borcunu tam şəkildə qəbul edir. 1.2. “İkinci tərəf” Maraqlı şəxs “Birinci tərəf”ə, yəni Ərizəçi MMC-yə olan 5338,80 (beş min üç yüz otuz səkkiz manat səksən qəpik) manat borcunu xx.xx.2024cü il tarixinədək tam olaraq ödəyəcəyini öhdəsinə götürür. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, tərəflər arasında Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT- 023/2023-03048 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-03048 saylı Barışıq Sazişi aşağıdakı şərtlərdə: - “İkinci tərəf” Maraqlı şəxs, “Birinci tərəf”ə, yəni Ərizəçi MMC-yə olan 5338,80 (beş min üç yüz otuz səkkiz manat səksən qəpik) manat borcunu tam şəkildə qəbul edir; - “İkinci tərəf” Maraqlı şəxs “Birinci tərəf”ə, yəni Ərizəçi MMC-yə olan 5338,80 (beş min üç yüz otuz səkkiz manat səksən qəpik) manat borcunu xx.xx.2024-cü il tarixinədək tam olaraq ödəyəcəyini öhdəsinə götürür - təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1960/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1960/2024
04.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver