Məhkəmə qərarları › İş №e-2(006)-2027/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2027/2023

05.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2027/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İlkin iddia üzrə İddiaçı X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş №1002/18-T saylı xx.xx.2022-ci il tarixli 94/22 nömrəli əmrin etibarsız hesab edilərək, işə bərpa olunması, 330 manat avtomobilin icarə haqqının, 9873.68 manat bayram günlərində işlədiyi günlərin əvəzinin ödənişinin, 1200*3.1 (misli)=3720 AZN müavinət, 06.09.22-ci il tarixdən 7*1200=8400 manat, ümumilikdə 22323.68 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2829.61 (iki min səkkiz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində pulun, 200 (iki yüz) manat məbləğində hüquqi yardım xərcinin və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq Cavabdeh MMC-yə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı və vəkili-nümayəndəsi Vəkil1 ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini (ilkin və qarşılıqlı iddia tələbi üzrə) xahiş etmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini (ilkin və qarşılıqlı iddia tələbi üzrə) xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir:

1. Hazırki barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisə ilə bağlı hazırda Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatında olan e- 2(006)-2027/2023 №-li işin məhkəmə qaydasında həllindən qarşılıqlı surətdə imtina edirlər və mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırki barışıq sazişini bağlayırlar.

2. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC tərəfindən verilmiş №1002/18-T saylı xx.xx.2022-ci il tarixli 94/22 nömrəli əmrin etibarsız hesab edilərək işə bərpa olunmasını, 330 manat məbləğində avtomobilin icarə haqqının, bayram günlərində işlədiyi günlərin əvəzi olaraq 9873,68 manat məbləğində pulun, 1200*3.1 (misli) 3720 manat məbləğində müavinətin, xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmaya görə 7*1200=8400 manat əmək haqqının, ümumilikdə 22323,68 (iyirmi ikimin üç yüz iyirmi üç) manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsini tələb etmişdir.

3. Cavabdeh MMC 2829,61 (iki min səkkiz yüz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində pul, 200 (iki yüz) manat məbləğində hüquqi yardım xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq ona verilməsi haqqında qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir.

4. Hazırki barışıq sazişinə əsasən İddiaçı Cavabdeh MMC-nin hazırki barışıq sazişinin 5-ci maddəsində götürdüyü öhdəliyin müqabilində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2027/2023 №-li iş üzrə iddiasından tamamilə imtina etməyi, hazırki barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etməyi, hazırki barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı bundan sonra heç bir dövlət orqanına şikayət verməməyi və zərurət yarandığı təqdirdə artıq dövlət orqanlarına verdiyi şikayətlərindən imtina etməyi haqqında zəruri məzmunda olan ərizəni müvafiq dövlət orqanlarına və məhkəməyə təqdim etməyi öhdəsinə götürür.

5. Hazırki barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı hazırki barışıq sazişinin 4-cü maddəsində götürdüyü öhdəliyin müqabilində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2027/2023 №-li iş üzrə qarşılıqlı iddiasından tamamilə imtina etməyi, İddiaçı 4000 (dörd min) manat məbləğində pul ödəməyi və hazırki barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etməyi öhdəsinə götürür.

6. Hazırki barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikləri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir.

7. Hazırki barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırki barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırki barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.

8. Hazırki barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz.

9. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırki barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırki barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir.

10. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırki barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırki saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.

11. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırki barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.

12. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırki işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.

13. Hazırki barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə veriləcək. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir.

14. Hazırki barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin hazırki barışıq sazişi üzrə öhdəliklərini tam şəkildə icra edənə qədər qüvvədədir.

15. Hazırki barışıq sazişi imzalanan zaman Cavabdeh MMC 4000 (dörd min) manat məbləğində pulu İddiaçı ödədi və İddiaçı 4000 (dörd min) manat məbləğində pulu Cavabdeh MMCdən aldı. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilən ərizələri, iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin ərizələri təmin edilməli və barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə barışıq sazişini müvafiq qaydada tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Hazırki barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisə ilə bağlı hazırda Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatında olan e- 2(006)-2027/2023 №-li işin məhkəmə qaydasında həllindən qarşılıqlı surətdə imtina edirlər və mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırki barışıq sazişini bağlayırlar.

2. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC tərəfindən verilmiş №1002/18-T saylı xx.xx.2022-ci il tarixli 94/22 nömrəli əmrin etibarsız hesab edilərək işə bərpa olunmasını, 330 manat məbləğində avtomobilin icarə haqqının, bayram günlərində işlədiyi günlərin əvəzi olaraq 9873,68 manat məbləğində pulun, 1200*3.1 (misli) 3720 manat məbləğində müavinətin, xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmaya görə 7*1200=8400 manat əmək haqqının, ümumilikdə 22323,68 (iyirmi ikimin üç yüz iyirmi üç) manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsini tələb etmişdir.

3. Cavabdeh MMC 2829,61 (iki min səkkiz yüz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində pul, 200 (iki yüz) manat məbləğində hüquqi yardım xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq ona verilməsi haqqında qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir.

4. Hazırki barışıq sazişinə əsasən İddiaçı Cavabdeh MMC-nin hazırki barışıq sazişinin 5-ci maddəsində götürdüyü öhdəliyin müqabilində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2027/2023 №-li iş üzrə iddiasından tamamilə imtina etməyi, hazırki barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etməyi, hazırki barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı bundan sonra heç bir dövlət orqanına şikayət verməməyi və zərurət yarandığı təqdirdə artıq dövlət orqanlarına verdiyi şikayətlərindən imtina etməyi haqqında zəruri məzmunda olan ərizəni müvafiq dövlət orqanlarına və məhkəməyə təqdim etməyi öhdəsinə götürür.

5. Hazırki barışıq sazişinə əsasən Cavabdeh MMC İddiaçı hazırki barışıq sazişinin 4-cü maddəsində götürdüyü öhdəliyin müqabilində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2027/2023 №-li iş üzrə qarşılıqlı iddiasından tamamilə imtina etməyi, İddiaçı 4000 (dörd min) manat məbləğində pul ödəməyi və hazırki barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etməyi öhdəsinə götürür.

6. Hazırki barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikləri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir.

7. Hazırki barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırki barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırki barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.

8. Hazırki barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz.

9. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırki barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırki barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir.

10. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırki barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırki saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.

11. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırki barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.

12. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırki işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.

13. Hazırki barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə veriləcək. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir.

14. Hazırki barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin hazırki barışıq sazişi üzrə öhdəliklərini tam şəkildə icra edənə qədər qüvvədədir.

15. Hazırki barışıq sazişi imzalanan zaman Cavabdeh MMC 4000 (dörd min) manat məbləğində pulu İddiaçı ödədi və İddiaçı 4000 (dörd min) manat məbləğində pulu Cavabdeh MMCdən aldı. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İlkin iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 110 manat məbləğində pul ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar