Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-203/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X4, Cavabdeh1 ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ASC-yə (Cavabdeh1 ASC maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-nin təhlükəsizlik proqramı ilə AZ81AZRT******************** AZN, AZ05AZRT******************** USD, AZ64AZRT******************** AZN saylı bank hesablarının təhlükəsizliyi qorunmadığından pul vəsaitindən məhrum olduğu üçün ona dəymiş 6.350 ABŞ dolları və 1.020 manat zərərin Cavabdeh2 ASC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Cavabdeh1 ASC cavabdeh qismində cəlb edilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən bank hesabları qorunmadığı üçün AZ81AZRT******************** AZN, AZ05AZRT******************** USD, AZ64AZRT******************** AZN saylı bank hesablarında olan pul vəsaitlərindən (əmlakından) məhrum olduğu üçün ona dəymiş 6.350 ABŞ dolları və 1.020 manat zərərin cavabdehlər Cavabdeh2 ASC-dən və Cavabdeh1 ASC-dən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 04-05 noyabr 2021-ci tarixlərində istifadəsində olan Cavabdeh2 ASC-yə məxsus 5417******3191 kartın statusu 541745******3409 nömrə ilə dəyişdirilərək Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli karta və 553691******6042 nömrəli karta cəmi 6,350.00 ABŞ dolları və istifadəsində olan Cavabdeh2 ASC-yə məxsus 541745******2085 nömrəli kartdan Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli karta 310,00 AZN və istifadəsində olan Cavabdeh2 ASC-yə məxsus 537439******1262 nömrəli əmək haqqı kartından Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli kartına 710,00 manat tərəfindən heç bir bank əməliyyatı aparmadığı halda, kart hesablarında olan vəsaitlər yuxarıda qeyd edilən Cavabdeh1 ASC-yə məxsus kartlara köçürülmüş və mənimsənilmişdir. Bununla da istifadəsində olan 5417******3191 nömrəli, 541745******3409 nömrəli və 537439******1262 nömrəli kartlar cavabdeh Bankın təhlükəsizlik proqramı ilə qorunmadığı üçün ona 6,350.00 ABŞ dolları və 1020.0 manat zərər dəymişdir. Qeyd edilən məsələyə aydınlıq gətirilməsi üçün Cavabdeh2 ASC-nin Baş ofisinə yaxınlaşmış və AZ81AZRT******************** AZN, AZ05AZRT******************** USD, AZ64AZRT******************** AZN bank hesabları üzrə çıxarışları əldə etmişdir. Həmin hesablar üzrə çıxarışlarda hesab hərəkətlərində pulun tranzit başqa hesaba köçürüldüyü təsdiq olunur. Hesablarında olan vəsaitlər həmin hesablarına qanunsuz kənar müdaxilə nəticəsində Cavabdeh1 ASC-yə və həmin bankdan ölkə xaricinə köçürülmüşdür. İstifadəsində olan 5417******3191 nömrəli, 541745******2085 nömrəli və 537439******1262 nömrəli kartları və kartların bağlı olduğu hesablarının təhlükəsizliyi cavabdehin bank proqramı ilə qorunmadığı üçün ona dəymiş 6,350.00 ABŞ dolları və 1020.0 manat zərərin ödənilməsi barədə cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdeh onun müraciətinə xx.xx.2021-ci il tarixdə xx/xx-4413 nömrəli məktubda cavab olaraq bildirmişdir ki, köçürmə əməliyyatları «ATB360» mobil tətbiqi üzərindən onun hesabına bağlı olan karta aid olan müvafiq məlumatlardan istifadə edilməklə həyata keçirilmişdir. Bundan başqa, cavabdeh məktubunda, istifadəçisi olduğu Bankın emissiya etdiyi ödəniş kartının üzərində qeyd olunan məlumatın məxfiliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsini və üçüncü şəxslərə və üçüncü şəxslərə mobil telefon cihazına giriş imkanının yaradılmamasını tövsiyyə etmişdir. Bununla bağlı bildirir ki, kart məlumatları onun tərəfindən lazımınca qorunmuşdur. Hazırki iddia tələbindən göründüyü kimi, üç hesabda olan pul vəsaitlərindən məhrum olmuşdur. Cavabdeh tərəfindən bank hesablarının təhlükəsizliyi qorunmadığı üçün ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi məqsədilə onun tərəfindən Azərbaycan İnvestisiya Holdinqinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Mərkəzi Banka müraciətlər edilmişdir. Müraciətləri nəticəsiz qalmışdır. Mərkəzi Bank müraciətinə 21 fevral 2022-ci il tarixli, 01-26-2-2022-2642 nömrəli cavab məktubunda qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını müdafiə və təmin etmək məqsədilə qanunvericiliyə müvafiq olaraq məhkəmə müdafiəsindən istifadə etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 iyul 2021-ci il tarixli № 20/1 qərarı ilə «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə uyğun olaraq və X1 İSO/İEC 2700X standartlarının tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda və xarici bankların yerli filiallarında informasiya təhlükəsizliyinə dair minimum tələbləri müəyyən edən Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası təsdiq edilmişdir. Bu Qayda ilə müəyyən edilən tələblər bankların bütün biznes proseslərinə və informasiya sistemlərinə yönəlir, habelə həmin biznes proseslərin və informasiya sistemlərinin idarə edilməsinə məsul olan bütün struktur bölmələrin fəaliyyətini əhatə edir. AZ81AZRT******************** AZN, AZ05AZRT******************** USD, AZ64AZRT******************** AZN saylı bank hesablarına kənar müdaxilə olunmuş və informasiya təhlükəsizliyi hadisəsi baş vermişdir. Bu hadisə-informasiya təhlükəsizliyi siyasətinin mümkün pozuntusu və ya idarəetmənin uğursuzluğunu göstərən bir sistem, xidmət və ya şəbəkə vəziyyətinin meydana gəlməsi və ya təhlükəsizliklə əlaqəli ola biləcək bir vəziyyətdir. Kartın statusunun dəyişməsi və AZ81AZRT******************** AZN, AZ05AZRT******************** USD, AZ64AZRT******************** AZN saylı bank hesablarına kənar müdaxilə və həmin hesablardan pullarının Cavabdeh1 ASC-yə və oradan ölkə xaricinə köçürülməsi sübut edir ki, cavabdeh Bankın keyfiyyətli kriptoqrafik vasitələrlə təmin olunmadığını, kritik informasiya sistemi düzgün qurulmadığı üçün baş vermişdir. Əlavə olaraq bildirir ki, cavabdeh kartların emissiyasını həyata keçirir, kart istifadəçilərinə xidmət göstərir və kart əməliyyatlarının avtorizasiyasını təsdiq edir. Eyni zamanda bildirir ki, kart hesabı - kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır və cari bank hesabının təhlükəsizliyinə isə Bank cavabdehdir. Ödəniş kartlarının emissiya və istifadəsinin tənzimlənməsi, habelə ödəniş kartları üzrə risklərin idarə olunması məqsədilə ödəniş kartlarının emissiya və istifadəsinin tənzimlənməsi, habelə ödəniş kartları üzrə risklərin idarə olunması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 16/3 nömrəli Qərarı ilə X6 və İstifadə Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən emitentin (kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxs) kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent qeyri-iş saatlarında bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir. Qaydaların 7.5-ci bəndinə əsasən emitent kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların, kartlarla bağlı əməliyyatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə bankdaxili prosedur qaydalara malik olmalıdır. Bank hesablarına kənar müdaxilə ilə statusunun dəyişdirilməsi və pulların Cavabdeh1 ASC-də olan başqa birinin bank hesabına və oradan ölkə xaricinə köçürülməsi nəticəsində ona 6,350.00 ABŞ dolları və 1020.0 manat zərər dəymişdir və bu zərər cavabdeh tərəfindən ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, kartın 16 rəqəmi, istifadə müddəti və CVC kodları kartın üzərində olduğu üçün, şəklini çəkib 3-cü şəxsə göndərildikdə bütün kart məlumatlarını həmin şəxs əldə edir və buna görə də cavabdeh məsuliyyət daşımır. Halbuki, iş materiallarına əlavə edilmiş Cavabdeh2 ASC-yə məxsus GOLD kartlara baxdıqda müəyyən olunur ki, kartın 3 rəqəmli CVC kodları kartın arxasında yazılmışdır. Bu da ona dəlalət edir ki, kart sahibi tərəfindən bütün məlumatlar ötürülməmişdir. Bundan başqa, kart sahibi ixtisasca maliyyəçi olduğuna görə, bütün kart məlumatlarının 3-cü tərəfə ötürülməsini mümkünsüz edir. Cavabdeh2 ASC iddia ərizəsinə etirazında kart əməliyyatlarına dair qaydaları qeyd etmişdir. Lakin, hesabın statusunun dəyişdirilməsi və iddiaçının bank hesablarından bir dəfəyə deyil, bir neçə dəfəyə hissələrlə pulun iddiaçının tanımadığı başqa bir şəxsin hesabına necə köçürülməsinə aydınlıq gətirə bilməmişdir. Cavabdeh banka məxsus kartlardan digər mobil cihaz vasitəsilə bank sisteminə daxil olunmasını və pulların köçürülməsini qəbul etmişdir. Ən maraqlısı ondan ibarətdir ki, iddiaçının bank hesablarından köçürülən vəsaitlər iddiaçının tanımadığı başqa bir şəxsin Cavabdeh1 ASC-də olan hesabına köçürülmüşdür. Cavabdehin mövqeyinə görə iddiaçının ona məxsus xeyli miqdar təşkil edən vəsaitin tanımadığı başqa bir şəxsin hesabına bilərəkdən hissələrlə köçürməsi absurd bir haldır. Cavabdeh etirazında hüquqmühafizə orqanlarına müraciətin edilməsini tövsiyə etmişdir. Bununla bağlı bildirir ki, bank əməliyyatı aparmadıqları halda kartlardan vəsaitlərin köçürülməsinə dair iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət olunmuşdur. Daxil olmuş məlumat və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci PB-də toplanmış materiallar əsasında təhqiqata başlanılmış və xx.xx.2021-ci il tarixdə «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının 3, 4 və 5-ci bəndlərinə istinad edilərək xx.xx.2021-ci il tarixdə «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Qərarda baş vermiş hadisə barədə məlumat verilmişdir. Məlumat ondan ibarət olmuşdur ki, iddiaçı Gəncə şəhərində yerləşən əmlakını satmaq üçün «Lalafo» sosial şəbəkəsində elan yerləşdirmişdir. Az bir vaxtdan sonra iddiaçı ilə əlaqə saxlanılmış və evin alınması məqsədilə behin göndərilməsi üçün kart nömrəsi istənilmişdir. İddiaçı yalnız Cavabdeh2 ASC-yə məxsus 5417 4551 3470 2085 nömrəli debet kartın 16 rəqəmini və yeni nəsil şəxsiyyət vəsiqəsinin surətini çəkərək **********893 nömrəli telefonun WHATSAPP-na göndərmişdir. Bundan sonra iddiaçının telefonuna sms-lər gəlmiş və iddiaçı sms-lərə baxdıqda görmüşdür ki, kart hesablarından Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli və 553691******6042 nömrəli kartlara 6,350.00 ABŞ dolları və 1,020.00 manat vəsaitlər köçürülmüşdür. İddiaçı qeyd edildiyi kimi, yalnız 5417 4551 3470 2085 nömrəli debet kartın 16 rəqəmini göndərsə də, digər 5417 4551 3099 3191 nömrəli kartın 16 rəqəmini göndərmədiyi halda, həmin kartdan da 6,350.00 ABŞ dolları vəsait köçürülmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçının bank hesablarının təhlükəsizliyini qoruya bilməmişdir, bu da ondan irəli gəlir ki, cavabdehin proqram təminatı zəifdir və 3-cü şəxslər rahat şəkildə hesablara müdaxilə edə bilir. Proqram təminatının zəifliyi sonda iddiaçıya xeyli miqdarda zərərin dəyməsi ilə nəticələnmişdir və bu zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh2 ASC-nin nümayəndəsi kimi iddiaya etiraz bildirir. Belə ki, İddiaçı müraciəti əsasında onunla Bank arasında «fiziki şəxsin cari (bank) hesabı haqqında» xx.xx.2017-ci il tarixli ******************** saylı və ******************** saylı müqavilələr bağlanılmışdır. Müqavilələrə əsasən müvafiq kartlar iddiaçının istifadəsinə verilmişdir. İddiaçı kart hesabı açılarkən Banka təqdim olunan mobil telefon nömrəsi vasitəsilə 4 noyabr 2021-ci tarixdə saat 15:11-də Banka məxsus «ATB360» mobil tətbiqi yüklənmiş və müvafiq sistemdə qeydiyyatın aparılması təmin edilmişdir. Qeyd edir ki, «ATB360» mobil tətbiqində qeydiyyatdan keçmək üçün istifadəçi Mobil Bankçılıqda mobil telefon nömrəsini müvafiq xanaya daxil etməlidir. Mobil nömrə Bankın əməliyyat sistemində aşkar edildikdə, İstifadəçinin mobil telefon nömrəsinə bir dəfə üçün istifadəsi nəzərdə tutulmuş 4 rəqəmli şifrə göndərilir. 4 rəqəmli şifrəni Mobil Bankçılığın müvafiq xanasına daxil etdikdən sonra İstifadəçi Bank tərəfindən emissiya olunan ödəniş kartının 16 rəqəmini, istifadə müddətinin bitmə tarixini və CW kodu müvafiq xanalara qeyd etməlidir. Daxil edilən məlumatlar düzgün olduğu təqdirdə X8 daxil olmaq və əməliyyatları aparmaq üçün 4 rəqəmli şifrəni özü müəyyən edərək, sistemə daxil olur. Müştəri mobil tətbiqdə qeydiyyatdan keçdiyi gün saat 15:23-dən 16:03-dək Banka məxsus **********, **********, ********** PAN nömrəli kartlardan ********** nömrəli karta köçürmə əməliyyatları icra olmuşdur. Baş Ofis daha sonra 4 noyabr 2021-ci tarixdə saat 16:59-da digər mobil cihaz vasitəsilə nömrəsini, mobil telefon nömrəsinə göndərilən 4 rəqəmli OTP şifrəsi, əməliyyatları aparmaq üçün istifadəçi tərəfindən daha əvvəl təyin olunan 4 rəqəmli şifrə (unudulduqda şifrənin bərpa edilməsi üçün kartının 16 rəqəmini, istifadə müddətinin bitmə tarixini və CW kodu müvafiq xanalara) qeyd edilmişdir. Göründüyü kimi, Bank tərəfindən hesabların təhlükəsizliyinin qorunmaması halı mövcud olmamışdır. İddiaçının pul vəsaiti onun tərəfindən və ya onun razılığı ilə istifadə edilmişdir. İstifadəçi razılıq vermədiyini və kart məlumatlarının oğurlandığını iddia edirsə, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Digər bir tərəfdən, iddiaçı öz iddiasında müvafiq halı təsbit edə biləcək heç bir sübutedici fakta istinad etməmişdir. İddiaçı tərəfindən yalnız Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış təqdim edilmişdir ki, bu çıxarışlarda hesab üzrə aparılan əməliyyatlara dair olan məlumatlar öz əksini tapmışdır. İddiaçının bildirdiyi kimi hesablara qanunsuz olaraq kənar müdaxilə edilmişdirsə, o, bu halın araşdırılması üçün hüquqmühafizə orqanlarına müraciət edərdi. Qeyd olunmalıdır ki, sistemə daxil olan zaman müştərinin razılaşdığı «ATB360» mobil bankçılığından istifadə şərtlərinə və qaydalarına əsasən Bank istifadəçi tərəfindən məxfiliyin pozulması nəticəsində 3-cü şəxs tərəfindən sistemə giriş və sistemdə aparılan əməliyyatın nəticələri ilə bağlı istifadəçiyə dəyən ziyana görə hər hansı məsuliyyət daşımır. İddiaçı Cavabdeh2 ASC-yə qarşı «zərərin tutulması» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 ASC-nin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının bankla heç bir münasibəti yoxdur. İddiaçının kartından pul köçürülən kartın sahibi onların müştərisidir. Təhlükəsizlik qaydalarının pozulub-pozulmamasını onların müştərisi araşdırmalı idi. Belə ki, o, banka müraciət etsə idi, bank bunu araşdırıb müvafiq tədbirlər görə bilərdi. İddiaçı Cavabdeh1 ASC-nin müştərisi ilə Cavabdeh1 ASC arasında olan münasibətləri mübahisələndirmək hüququna malik deyil. Qeyd olunan iddia predmeti ilə ümumiyyətlə Cavabdeh1 ASC-yə qarşı müştəridən və ya onun səlahiyyətli nümayəndəsindən başqa digər üçüncü şəxslərin iddia qaldırmaq hüququ yoxdur. Məhkəmədən iddia ərizəsinin banka aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mütəxəssis, Azərbaycan Respublikası Mərkəzi Bankının aparıcı mütəxəssisi X12 məhkəmə iclasında bildirdi ki, hazırki vəziyyətdə Cavabdeh2 ASC-nin tətbiqini yükləmiş və qeydiyyatdan keçməyə çalışmışdır. İndiki vaxt üçün boşluq görməmişdir. 2021-ci ildə baş vermiş hadisənin üzərindən iki il keçmişdir. Həmin tarixdə bankın tətbiqində hər hansısa boşluğun olmasını indi qiymətləndirə bilmir. Əgər bank həmin tarix üçün yükləmələr təqdim etsə tərəfindən qiymətləndirmə aparıla bilər. İkinci olaraq onu qeyd edir ki, onda müqavilə olmadığı üçün müştəri ilə bank arasında təhlükəsizlik və məlumatların ötürülməsi ilə bağlı öhdəliklər barədə məlumat yoxdur. Pulların çəkilməsi üçün kənar şəxslər tərəfindən əməliyyatlar aparılmalıdır. Həmin əməliyyatların aparılması üçün bir sıra fərdi məlumatların ötürülməsi lazımdır. Məlumatlar təqdim edilməsə idi həmin əməliyyatlar aparıla bilməzdi. İş materiallarında olan sənədlərdən fərdi məlumatların təqdim edilib-edilməməsini aydın etmək mümkün deyildir. Bankın və müştərinin qeyd etdikləri arasında ziddiyət vardır. Əməliyyatların həyata keçirilməsi üçün kartın pin kodu olmasa mobil tətbiqdən qeydiyyatdan keçmək olmur. Materiallarda qeyd edilmişdir ki, müştəri öz telefon nömrəsi ilə qeydiyyatdan keçə bilər. Dələduz iddiaçının telefon nömrəsi ilə qeydiyyatdan keçə bilməz. Bundan başqa fin kod, kartın nömrəsi verilməlidir və nömrəyə gələn sms-lə təsdiq edilməlidir. Qeyd edir ki, indi dedikləri hazırki dövr üçün belədir. Bankda vəsaitlər cari hesabda saxlanılır. Kart sadəcə cari hesaba giriş üçün istifadə edilir. Mobil tətbiq istifadə edərkən, bankda olan bütün məhsullara bir pəncərə üzərindən çıxış icazəsi vermiş olurlar. İddiaçı Cavabdeh2 ASC-nin iddiaya etirazı ilə bağlı yazılı izahatından görünür ki, Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasında bildilmişdir ki, kartın 16 rəqəmi, istifadə müddəti və CVC kodları kartın üzərində olduğu üçün, şəklini çəkib 3-cü şəxsə göndərildikdə bütün kart məlumatlarını həmin şəxs əldə edir və buna görə də cavabdeh məsuliyyət daşımır. Halbuki, iş materiallarına əlavə etdikləri Cavabdeh2 ASC-yə məxsus GOLD kartlara baxdıqda müəyyən olunur ki, kartın 3 rəqəmli CVC kodları kartın arxasında yazılmışdır. Bu da ona dəlalət edir ki, kart sahibi tərəfindən bütün məlumatlar ötürülməmişdir. Bundan başqa, kart sahibi ixtisasca maliyyəçi olduğuna görə, bütün kart məlumatlarını 3-cü tərəfə ötürülməsini mümkünsüz edir. Cavabdeh2 ASC iddia ərizəsinə etirazında kart əməliyyatlarına dair qaydaları qeyd etmişdir. Lakin, hesabın statusunun dəyişdirilməsi və iddiaçının bank hesablarından bir dəfə deyil, bir neçə dəfəyə hissələrlə pulun iddiaçının tanımadığı başqa bir şəxsin hesabına necə köçürülməsinə aydınlıq gətirə bilməmişdir. Cavabdeh Banka məxsus kartlardan digər mobil cihaz vasitəsilə bank sisteminə daxil olunmasını və pulların köçürülməsini qəbul etmişdir. Ən maraqlısı ondan ibarətdir ki, iddiaçının bank hesablarından köçürülən vəsaitlər iddiaçının tanımadığı başqa bir şəxsin Kapital Bank-da olan hesabına köçürülmüşdür. Cavabdehin mövqeyinə görə iddiaçının ona məxsus xeyli miqdar təşkil edən vəsaitin tanımadığı başqa bir şəxsin hesabına bilərəkdən hissələrlə köçürməsi absurd bir haldır. Cavabdeh etirazında hüquq mühafizə orqanlarına müraciətin edilməsini tövsiyyə etmişdir. Bununla bağlı bildirirlər ki, bank əməliyyatı aparmadıqları halda kartlardan vəsaitlərin köçürülməsinə dair tərəflərindən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət olunmuşdur. Daxil olmuş məlumat və Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci PB-də toplanmış materiallar əsasında təhqiqata başlanılmış və xx.xx.2021-ci il tarixində “Dələduzluq Cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının 3,4 və 5-ci bəndlərinə istinad edilərək xx.xx.2021-ci il tarixində “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda baş vermiş hadisə barədə məlumat verilmişdir. Məlumat ondan ibarət olmuşdur ki, iddiaçı Gəncə şəhərində yerləşən əmlakını satmaq üçün “Lalafo” sosial şəbəkəsində elan yerləşdirmişdir. Az bir vaxtdan sonra iddiaçı ilə əlaqə saxlanılmış və evin alınması məqsədilə behin göndərilməsi üçün kart nömrəsi istənilmişdir. İddiaçı yalnız "xxxx" ASC-yə məxsus 5417 4551 3470 2085 nömrəli debet kartın 16 rəqəmin və Yeni nəsil şəxsiyyət vəsiqəsinin surətini çəkərək **********893 nömrəli telefonun WHATSAPP-na göndərmişdir. Bundan sonra iddiaçının telefonuna sms-lər gəlmiş və iddiaçı sms-lərə baxdıqda görmüşdür ki, kart hesablarından Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli və 553691******6042 nömrəli kartlara 6,350.00 ABŞ dolları və 1,020.00 manat vəsaitlər köçürülmüşdür. İddiaçı qeyd edildiyi kimi, yalnız 5417 4551 3470 2085 nömrəli debet kartın 16 rəqəmini göndərsə də, digər 5417 4551 3099 3191 nömrəli kartın 16 rəqəmini göndərmədiyi halda, həmin kartdan da 6,350.00 ABŞ dolları vəsait köçürülmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçının bank hesablarının təhlükəsizliyini qoruya bilməmişdir, bu da ondan irəli gəlir ki, cavabdehin proqram təminatı zəifdir və 3-cü şəxslər rahat şəkildə hesablara müdaxilə edə bilir. Proqram təminatının zəifliyi sonda iddiaçıya xeyli miqdarda zərərin dəyməsi ilə nəticələnmişdir və bu zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənləri və iş materiallarına əlavə etdikləri sübutları qiymətləndirərək iddiaçıya dəymiş 6,350.00 ABŞ dolları və 1,020.20 manat zərərin Cavabdeh2 ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddiaya ərizəsinə dair əlavə izahatından görünür ki, o, evin satışı məqsədilə beh almaq üçün yalnız Cavabdeh2 ASC-yə məxsus içərisində 310 manat olan **********702085 nömrəli əmək haqqı debet (GOLD) kartın nömrəsini **********893 nömrəli telefona göndərmişdir. İçərisində: 710 manat olan Cavabdeh2 ASC-yə məxsus 537439******1262 nömrəli AZN debet (GOLD) kartın, 6.350.00 ABŞ dolları olan Cavabdeh2 ASC-yə məxsus **********993191 nömrəli USD (GOLD) kartın nə şəklini, nə də məlumatlarını (PİN, CVV) tanımadıqları heç bir şəxsə göndərməmişdir. Məhkəmə bununla bağlı hadisənin baş verdiyi tarixlərdə onun istifadəsində olan ********** nömrəli telefondan gedən məlumatları sorğu əsasında əldə etsə də, tam sübuta yetirilə bilər ki, tərəfindən bu məlumatlar göndərilməmişdir. Bildirmək istəyir ki, o maliyyə ixtisası üzrə ali təhsillidir, hətta Bank sistemində baş mühasib işləmişdir. O, bu sahədə işləməklə kartın təhlükəsizlik qaydalarının necə qorunmalı olduğunu yaxşı bilir. Onun istifadəsində olmuş və içərisindən kənar müdaxilə nəticəsində cavabdeh İT təhlükəsizliyi zəif olduğundan vəsaiti köçürülmüş (GOLD) kartlar maddi sübut kimi məhkəməyə təqdim edilmişdir, həmin kartların üz tərəfində kart nömrəsi, qüvvədə olma tarixi, ad və soyad, arxa tərəfində isə CVV kod qeyd edilmişdir, hansı ki, bu kod daxil edilmədən, 3D kodu təsdiqlənmədən əməliyyat başa çatdırıla bilməz. Cavabdeh2 ASC-nin hazırda istifadə edilən kartları beynəlxalq kart təhlükəsizlik qaydalarına zidd olaraq hazırlanmışdır. Belə ki, bütün kartın məlumatları ön tərəfdə qeyd edilmişdir ki, asanlıqla bu məlumatlar üçüncü şəxslər tərəfindən əldə oluna bilər. Məhkəmənin 4169******4432 nömrəli kart sahibi barədə məlumatların verilməsi sorğusuna Cavabdeh1 ASC-nin cavab məktubunda qeyd edilən kart sahibi X3 tanımır, onun şahid qismində işə cəlb edilməsinin məhkəmə tərəfindən təmin edilməsi prosessual hərəkətlərə tam uyğundur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, mütəxəssis rəyini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış fiziki şəxsin cari (bank) hesabı haqqında 410100944********** saylı xx.xx.2017-ci il tarixli müqavilədə göstərilmişdir ki, bu müqavilənin şərtlərinə uyğun olaraq Bank, Müştəriyə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan, Hesablaşma əməliyyatlarının aparılması üçün cari Hesab açır (gələcəkdə Hesab) və bu Hesaba xidmət Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədlərinə və Bankın daxili normativ sənədlərinə uyğun olaraq həyata keçirilir. Müştəri bunun qarşılığında Bankın xidmət haqqını Bank tərəfindən təsdiq olunmuş Tariflərə (gələcəkdə Tarif) uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Bu müqavilənin məqsədi üçün “Hesaba xidmət”, Bankın Müştəriyə bu müqavilənin 2.1.2-ci bəndində sadalanan kompleks xidmətin təqdim olunmasından ibarətdir (1.1 bəndi) . - Müqavilənin tərəflərin məsuliyyəti adlanan 6 hissədə göstərilmişdir ki, Müştəri tərəfindən bu müqavilənin 2.2.3-cü bəndində qeyd olunan öhdəliklər pozulduqda, Müştəri Banka, Hesaba səhvən mədaxil olunan və Hesabda qalan vəsaitin qalma müddəti üzrə, Mərkəzi Bankın uçot dərəcəsi qədər cərimə ödəyir (6.1 bəndi). Müştərinin Hesabına daxil olan pul vəsaitini vaxtında mədaxil etmədikdə və yaxud əsassız olaraq həmin vəsait Hesabdan silindikdə, eyni zamanda pul vəsaitinin vaxtında köçürülməməsinə və vəsaitin Hesabdan verilməsinə dair Müştərinin göstərişləri yerinə yetirilmədikdə Bank Müştəriyə, vəsaitin ödənilməsinin gecikdirmə müddəti üzrə Mərkəzi Bankın uçot dərəcəsi qədər cərimə ödəyir (6.2 bəndi). - Müqavəlinin 6.3-cü bəndinə əsasən aşağıdakı hallarda tərəflər bu müqavilə üzrə məsuliyyətdən azad edilir: - Tərəfin hər hansı birinə dəyən ziyan digər tərəfin günahı üzündən olmadıqda; - Ziyan, ziyançəkən tərəfin bu müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyi və ya layiqincə yerinə yetirmədiyi təqdirdə dəydikcə; - Ziyan bu müqavilənin mətnini və digər konfidensiallıq xarakterli məlumatın ziyançəkənin açıqlaması nəticəsində dəyibsə. - xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdeh2 ASC-nin rəhbərliyinə verdiyi ərizədən görünür ki, onun tərəfindən xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə, eyni zamanda Nəsimi RPİ-nin 20-ci PB-nə müraciət edilərək, 04-05 noyabr 2021-ci tarixlərində istifadəsində olan Cavabdeh2 ASC-yə məxsus 5417******3191 kartın statusu 541745******3409 nömrə ilə dəyişdirilərək Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli karta və 553691******6042 nömrəli karta cəmi 6,350.00 ABŞ dolları və istifadəsində olan Cavabdeh2 ASC-yə məxsus 541745******2085 nömrəli kartdan Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli karta 310,00 AZN və istifadəsində olan Cavabdeh2 ASC-yə məxsus 537439******1262 nömrəli əmək haqqı kartından Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli kartına 710,00 manat tərəfindən heç bir bank əməliyyatı aparmadığı halda, kart hesablarında olan vəsaitlər yuxarıda qeyd edilən Cavabdeh1 ASC-yə məxsus kartlara köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq bildirmək istəyir ki, istifadəsində olan 5417******3191 nömrəli, 541745******3409 nömrəli və 537439******1262 nömrəli kartların təhlükəsizliyi Bankın təhlükəsizlik proqramı ilə qorunmadığı üçün ona 6,350.00 ABŞ dolları və 1020.0 manat zərərin ödənilməsini xahiş etmişdir. - Cavabdeh2 ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, kart hesabı açılarkən tərəfindən Banka təqdim edilən mobil telefon nömrəsinə 4 noyabr 2021-ci il tarixində saat 15:11-də Banka məxsus “ATB360” mobil tətbiqi yüklənmiş və müvafiq sistemdə qeydiyyatın aparılması təmin edilmişdir. Məlum olduğu kimi, “ATB360” mobil tətbiqi üzərindən əməliyyat aparmaq üçün müvafiq kartın istifadəçisi Bank tərəfindən emissiya olunan ödəniş kartının üzərində qeyd olunan 16 (on altı) rəqəmə, kartın istifadə müddətinin bitmə tarixinə və CVV koduna dair olan məlumatları müvafiq xanalara daxil etməlidir. Bu məlumatlar müvafiq xanalara düzgün daxil edildiyi təqdirdə kartdan istifadə edən şəxs mobil bankçılıq sisteminə daxil olmaq və əməliyyatları aparmaq üçün 4 rəqəmdən ibarət şifrəni müəyyən edərək sistemə daxil olmaq imkanı əldə edir. Qeyd olunmalıdır ki, müraciətlərində qeyd etdikləri köçürmə əməliyyatları “ATB360” mobil tətbiqi üzərindən onların hesabına bağlı olan karta aid olan müvafiq məlumatlardan istifadə edilməklə həyata keçirilmişdir. Yuxarıda qeyd edilənlərdən irəli gələrək, istifadəçisi olduqları Bankın emissiya etdiyi ödəniş kartının üzərində qeyd olunan məlumatın məxfiliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsini və üçüncü şəxslərə onların mobil telefon cihazına giriş imkanının yaradılmamasını tövsiyə edirlər. - xx.xx.2021-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/1940 saylı təhqiqat materialı üzrə cinayət işi başlanması rədd edilmişdir. Əsas kimi araşdırma zamanı faktla bağlı kifayət qədər dəlil-sübüt bazası yaratmaq mümkün olmaması, belə olan halda əmələ obyektiv hüquqi qiymət vermək mümkün olmaması göstərilmişdir. - Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçıya ünvanladığı 21 fevral 2022ci il tarixli, 01-26-2-2022-2642 nömrəli cavab məktubunda göstərilmişdir ki, onun Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Mərkəzi Bankına daxil olmuş müraciətinə baxılmışdır. Müraciətində göstərilən məsələ ilə əlaqədar “X18” ASC-dən (bank) təqdim olunan məlumata əsasən, kart hesabı açılarkən təqdim etdikləri mobil telefon nömrəsi vasitəsilə xx.xx.2021-ci il tarixdə banka məxsus “ATB360” mobil tətbiqi yüklənmiş və kartına dair məlumatlar (kart nömrəsi, kartın etibarlılıq tarixi, CVV kodu) istifadə edilməklə müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda istifadəçi özü mobil bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün dörd rəqəmli şifrəni müəyyənləşdirir. Bankın məlumatına əsasən, müraciətdə göstərilmiş əməliyyatlar qeyd olunan mobil tətbiq vasitəsilə, o cümlədən karta dair məlumatlardan və mobil nömrəyə göndərilən birdəfəlik dörd rəqəmli şifrədən istifadə edilməklə həyata keçirilmişdir. - Cavabdeh1 ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı 4169 74** **** 4432 nömrəli plastik kartın Şahid adına olduğu məlum olmuşdur. Şahid anket məlumatı məktuba əlavə edilir. Qərarda qeyd edilən 5536 91 ** **** 6042 nömrəli plastik kart «Tinkoff Bank»a məxsus olduğu üçün məlumatların təqdim edilməsi mümkün deyil. - ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli çıxarışdan (Cavabdeh1 ASC) görünür ki, çıxarışda Şahid X15 tipli kartı ilə (416974******0212 nömrəli) aparılan əməliyyatlar öz əksini tapmışdır. - Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şahid gözdən İ qrup əlil olmaqla 300 manat pensiya alır. - Bakı şəhəri 10 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 7E-1414 saylı reyestr nömrəli etibarnamədən görünür ki, Füzuli şəhəri, Qərvənd kəndində qeydiyyatda olan Şahid ünvan 1 ünvanında qeydiyyatda olan X5 verdiyi səlahiyyətlərdən görünür ki, bütün dövlət və qeyri-dövlət orqanlarında, o cümlədən DOST xidməti mərkəzlərində, ASAN xidmət mərkəzlərində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda Cavabdeh1 ASC-də "xxxx" ASCdə, həmin bankların bütün filiallarında onu təmsil etməyi, lazımi sənədləri təhvil verməyi, almağı, plastik kartların dəyişdirilməsini, adından ərizə yazmağı, imza etməyi, ona çatası pin kodu, pulu, kartları, arayışları, şəhadətnamələri və digər sənədləri almağı notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi həvalə edir. - Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Komitənin elektron məlumat bazasına əsasən Şahid faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bulbülə qəsəbəsi Tunel tikinti idarəsinin yataqxanasında məskunlaşmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh2 ASC Bank arasında «fiziki şəxsin cari (bank) hesabı haqqında» xx.xx.2017-ci il tarixli ******************** saylı və ******************** saylı müqavilələr bağlanılmış və onlara əsasən müvafiq kartlar iddiaçının istifadəsinə verilmişdir. İddiaçı Cavabdeh2 ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankının «Banklarda» İnformasiya Təhlükəsizliyinin idarə edilməsi Qaydası»na, «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»na Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar»ına əməl etmədiyindən cavabdehin təhlükəsizlik proqramı ilə AZ81AZRT******************** AZN, AZ05AZRT******************** USD, AZ64AZRT******************** AZN saylı bank hesablarının təhlükəsizliyi qorunmadığından pul vəsaitindən məhrum olduğu üçün ona 6,350.00 ABŞ dolları və 1020.0 manat zərərin dəyməsini iddia etmişdir. Sonradan isə araşdırma zamanı təqdim edilmiş sənədlər əsasında iddiaçının bank hesablarından vəsaitlər Cavabdeh1 ASC-nin müştərisi olan X2 416974******4432 nömrəli plastik kartına köçürülməsi, həmin kartdan iddiaçıya məxsus vəsaitlər eyni vaxtda ölkə xaricində yerləşən “Tinkoff Bank”a məxsus 5536******6042 nömrəli plastik karta köçürülməsi müəyyən olunduqdan sonra iddiaçı həm özünün, həm də X2 bank hesabları "xxxx" ASC və Cavabdeh1 ASC tərəfindən təhlükəsizlik qaydalarına uyğun qorunmadığı üçün iddiaçının mülkiyyətində olan vəsaitlərin üçüncü şəxslər tərəfindən mənimsənilməsini göstərərək Cavabdeh1 ASC-də X2 bank hesabı qorunmadığı və iddiaçıya məxsus vəsait ölkə xaricinə çıxarıldığı üçün dəymiş zərərin həmçinin müştərək qaydada Cavabdeh1 ASC-dən də tutulmalı olmasını iddia edərək sonuncunun da, hazırki iş üzrə cavabdeh kimi cəlb edilməsini zəruri saymışdır. İddiaçının dəlillərinə əsasən o, Gəncə şəhərində yerləşən əmlakını satmaq üçün “Lalafo” sosial şəbəkəsində elan yerləşdirəndən sonra iddiaçı ilə əlaqə saxlanılmış və evin alınması məqsədilə behin ona göndərilməsi üçün kart nömrəsi istənilərkən o, yalnız "xxxx" ASC-yə məxsus 5417 4551 3470 2085 nömrəli debet kartın 16 rəqəmini və yeni nəsil şəxsiyyət vəsiqəsinin surətini çəkərək **********893 nömrəli telefonun WHATSAPP-na göndərmiş, bundan sonra iddiaçının telefonuna sms-lər gəlmiş və iddiaçı sms-lərə baxdıqda görmüşdür ki, kart hesablarından Cavabdeh1 ASC-yə məxsus 416974******4432 nömrəli və 553691******6042 nömrəli kartlara 6,350.00 ABŞ dolları və 1,020.00 manat vəsaitlər köçürülmüşdür. İddiaçı qeyd edildiyi kimi, yalnız 5417 4551 3470 2085 nömrəli debet kartın 16 rəqəmini göndərsə də, digər 5417 4551 3099 3191 nömrəli kartın 16 rəqəmini göndərmədiyi halda, həmin kartdan da 6,350.00 ABŞ dolları vəsait köçürülmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçının bank hesablarının təhlükəsizliyini qoruya bilməmişdir, bu da ondan irəli gəlir ki, cavabdehin proqram təminatı zəifdir və 3-cü şəxslər rahat şəkildə hesablara müdaxilə edə bilir. Proqram təminatının zəifliyi sonda iddiaçıya xeyli miqdarda zərərin dəyməsi ilə nəticələnmişdir və bu zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçıya məxsus vəsait “Kapital Bank» ASC-də Şahid məxsus 416974******4432 nömrəli plastik kart hesabına və «Tinkoff Bank»da olan 5536 91 ** **** 6042 nömrəli plastik kart hesabına köçürülmüş, həmin hesablardan digər hesablara habelə ölkə xaricinə olan hesablara köçürülmüşdür. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şahid İ qrup gözdən əlilldir və onun görmə qabiliyyəti yoxdur. Məhkəmə tərəfindən Şahid vəsatət əsasında şahid qismində dindirilməsi üçün müəyyən cəhdlər edilsə də, müsbət nəticəsi olmamışdır. İddiaçıya məxsus vəsait Cavabdeh1 ASC-də Şahid məxsus kart hesabına köçürülmələr olması ilə bağlı məhkəmə qeyd edir ki, plastik ödəmə kartı - əsasən kredit, ödəmə və debit (hesabdan nağd vəsaitlərin alınması) kart olaraq bilinən, vəsaitlərin mübadiləsi, pulun saxlanılması, məsafədən ödənişlərin həyata keçirilməsi, başqa hesablara pulun köçürülməsi və digər əməliyyatlar üçün istifadə olunan vasitədir. Belə ki, kart vasitəsilə yuxarıda qeyd olunan əməliyyatlar müxtəlif üsullarla (postterminal vasitəsi ilə pul ödənilməsi, ATM vasitəsi ilə hesabdan nağd vəsaitlərin alınması, internet resursları vasitəsilə online pul köçürmələri, ölkə daxili və ölkə xarici hesablara pul köçürülməsi və s.) müxtəlif vasitələrlə həyata keçirilir. Plastik kartların aid olduğu hesaba dair məlumatlar kartın məxsus olduğu müəsissə tərəfindən saxlanılır, kartın istifadəçisi və həmin müəssisə tərəfindən idarə olunur. Kartlarda informasiya təhükəsizliyinin təmin edilməsi üçün (kartın nömrəsi, PİN-kod, təhlükəsizlik şifrəsi, bank resurslarına aid şifrələr, kredit limiti, əməliyyatların tarixçəsi və s.) xüsusiyyətlərin qorunmasına diqqət yetirilməlidir. İddiaçı plastik kartları ilə belə bir köçürmələr etməməsini bildirsə də, cavabdeh tərəf iddiaçının pul vəsaitinin onun tərəfindən və ya onun razılığı ilə istifadə edilməsini göstərmişdir. İddiaçının göstərdiklərinə aydınlıq gətirilməsi üçün vəsatəti əsasında İddiaçı istifadəsində olan və Cavabdeh2 ASC-yə məxsus plastik kartlarla əməliyyatların aparılması zamanı İnformasiya Təhlükəsizliyinin idarə edilməsi Qaydası»na, «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»na Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar»ına əməl edilib edilməməsi ilə bağlı sual qoyulmaqla məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə ekspertizasının aparılmasından imtina etməklə bildirilmişdir ki, plastik kartlar vasitəsilə həyata keçirilən əməliyyatların hansı standartlar və təhlükəsizlik qaydaları ilə icra edilməsinin müəyyən edilməsi, həmçinin informasiya təhlükəsizliyi üzrə məsələlərin həlli hazırda Mərkəzdə mövcud olan kompüter texniki obyektlərinin tədqiqi ixtisası çərçivəsinin predmetinə aid deyildir. İddiaçının tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 21.2-ci maddələrinə istinad etməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Beləliklə də, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: -zərərin mövcud olması; -zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus pul vəsaitlərin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehlərin hər hansı təqsirli hərəkət yaxud hərəkətsizliyi ilə bağlı olmasına dair iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçının pulların ötürülməsi ilə bağlı məlumatları ötürməməsi ilə bağlı göstərdikləri cavabdeh tərəfin izahatlarında və təqdim etdikləri sənədlərin məzmunu ilə təkzib edildiyindən iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bundan əlavə Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı ona cavabdehlər tərəfindən maddi ziyan vurulması ilə bağlı öz hüquqi mövqeyini (bank hesablarının təhlükəsizliyinin banklar tərəfindən qorunmaması səbəbindən hesabından pulların məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, onlar Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələblərini yerinə yetirmiş, E-bankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirləri görmüşdür. Həmçinin iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabları (kart hesabları) üzrə aparılan əməliyyatlar müfəssəl şəkildə göstərilmişdir. Məhkəmə iclasında mütəxəssisin də bildirdiyi kimi, pulların çəkilməsi üçün kənar şəxslər tərəfindən əməliyyatlar aparılmalıdır. Həmin əməliyyatların aparılması üçün bir sıra fərdi məlumatların ötürülməsi lazımdır. Məlumatlar təqdim edilməsə idi həmin əməliyyatlar aparıla bilməzdi. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödənilmiş 126 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 ASC-yə qarşı «cavabdehlər tərəfindən bank hesabları qorunmadığı üçün AZ81AZRT******************** AZN, AZ05AZRT******************** USD, AZ64AZRT******************** AZN saylı bank hesablarında olan pul vəsaitlərindən (əmlakından) məhrum olduğu üçün ona dəymiş 6.350 ABŞ dolları və 1.020 manat zərərin cavabdehlər Cavabdeh2 ASC-dən və Cavabdeh1 ASC-dən müştərək qaydada tutulması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 126 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-203/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-203/2023
20.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver