Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2054/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizə onun əsaslanmışdır ki, o, Cavabdeh ailə həyatı quraraq nikaha daxil olmuşdur. Nikahları 25 oktyabr 2008-ci il tarixində Nəsimi Rayon qeydiyyat şöbəsində 845 saylı nömrə ilə qeydə alınmışdır. Birgə nikah dövründə xx.xx.2009-cu il təvəllüdlü X6 və X2 adlı 2 övladları dünyaya gəlmişdir. Hazırkı mübahisə ailə mübahisəsi olduğu üçün tərəfindən Mediasiya Təşkilatına müraciət olunmuş və xx.xx.2024-cü il tarixində cavabdehlə aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində uşaqların onun himayəmdə saxlanılması və cavabdehin aylıq olaraq hər iki uşağa görə ümumilikdə 470 manat aliment ödəməsi, müxtəlif əmlaklarla bağlı razılaşmalar, övladlarının atası ilə vaxt məhdudiyyəti olmadan görüşməsinə maneəsiz icazə verməyi və cavabdehin övladlarını Azərbaycan Respublikasından kənara çıxarılmasıa razılıq verməsi (etibarnamə verməsi) öz əksini tapmışdır. Cavabdehlə aralarında olan razılaşmanın nəticəsi üzrə hazırda ərizəsinə əlavə etdiyi barışıq sazişində bütün detalları ilə nəzərdə tutulmuşdur. Həmçinin qeyd edir ki, cavabdehlə aralarında bağlanmış nikahın pozulması yalnız iddia icraatı qaydasında həyata keçirikdiyindən həmin tələb üzrə ayrıca iddia tərəfndən məhkəməyə verilmişdir. Göründüyü kimi, Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış və bütün şərtlər razılaşdırılmışdır. Buna görə də hesab edir ki, məhkəmə Cavabdeh bağlanmış xx.xx.2024-cü il tarixli barişiq sazişini nəzərə alaraq barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul etməlidir. Həmin barışıq sazişini də hazırkı ərizəsinə əlavə etmişdir. Həmçinin, mediasiya prosesi zamanı dövlət rüsumu tam şəkildə ödənilmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1921/2024 sayl, xx.xx.2024-cü il tarixli qərardadı ilə "tərəflər iddiaçı və cavabdeh deyil, ərizəçi və maraqlı şəxslər qismində işə cəlb edilməli, eyni zamanda ərizə kiçik mübahisələr üzrə iddia ərizəsi formasında deyil, ərizə formasında verilməli olduğu əsas gətirilərək" ərizəmiz geri qaytarılmışdır. Elektron məhkəmə sistemində xüsusi icraat qaydasında ərizənin verilməsi üçün formanın olmaması üçün ərizəni sadələşdirilmiş qaydada məhkəməyə göndərmişdirlər. Lakin ərizələrində xüsusi icraat normaları öz əksini tapmışdır. Hazırda isə ərizəni "SAİR" mülki iş formasında məhkəmənin elektron sisteminə əlavə etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesinin onun iştirakı olmadan keçirlənməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh ərizəyə etirazı olmadığını bildirmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA seriyalı, ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZE seriyalı, ********* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZE seriyalı, 11955667 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6/- 00297 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Tərəflər kimi çıxış edən Cavabdeh və İddiaçı nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər.
2. İkinci tərəf kimi çıxış edən Cavabdeh övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 anaları İddiaçı himayəsində qalmasına etiraz etmir.
3. İkinci tərəf kimi çıxış edən Cavabdeh övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün hər birinə 235 ( iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimenti hər ay qeyd edilən alimentin məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra İddiaçı bank hesabına ödəməyi öz öhdəsinə götürür.
4. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh onun adına qeydiyyatda olan Bakı şəhəri, Nərimanov Rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə ev 8, mənzil 64 (Yeni qaydalarla: AZ 1033, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı adına rəsmiləşdirməyi öz öhdəsinə götürür.
5. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh onun adına qeydiyyatda olan Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 81, m 45 ( Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti, 107, M2, m3) ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı adına rəsmiləşdirməyi, 18 ay ərzində həmin daşınmaz əmlakı özünü və anası Nailə Məşədiyevanı qeydiyyatdan çıxarıcağını və İddiaçı istədiyi təqdirdə daşınmaz əmlakı satmaq istəməsinə dair etiraz etməyəcəyinə dair öhdəlik götürür.
6. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh onun adına qeydiyyatda olan (Müqavilənin nömrəsi: № CY2-150/22) Bakı şəhəri, Xətai Rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 noyabr prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə ünvan 4 ünvanında yerləşən "K Residence Baku" yaşayış kompleksində olan daşınmaz əmlakı İddiaçı adına rəsmiləşdirməyi öz öhdəsinə götürür.
7. Tərəflər razılığa gəlirlər ki, İddiaçı Cavabdeh adına qeydiyyatda olan (Müqavilənin nömrəsi: № PR-2-3- 305(İPB)) Bakı şəhəri, Sabunçu Rayonu, Nardaran qəsəbəsində yerləşən " X12 and Residences" adlı istirahət kompleksinin ərazisində, Park Residences 2 çoxmənzilli yaşayış kompleksinin 3-cü binasında yerləşən 3-305 nömrəli mənzil barəsində indi heç bir tələbi yoxdur və gələcəkdə də heç bir tələbi olmayacaqdır.
8. Tərəflər razılığa gəlirlər ki, İddiaçı onun adına qeydiyyatda olan (Müqavilənin nömrəsi: № 2A-13-704/21, xx.xx.2021-ci il) ünvan 5 ünvanında, X9-da yaşayış kompleksində olan daşınmaz əmlakı(yaşayış sahəsini) Cavabdeh adına rəsmiləşdirməyi öz öhdəsinə götürür.
9. Tərəflər razılığa gəlirlər ki, İddiaçı onun adına qeydiyyatda olan (Müqavilənin nömrəsi: №P-(-2)-397/22) ünvan 5 2A-13-704/21, xx.xx.2021-ci il) ünvan 5 X9-da yerləşən daşınmaz əmlakı(qarajı) Cavabdeh adına rəsmiləşdirməyi öz öhdəsinə götürür.
10. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən müqavilənin 2.5-ci bəndindəki əmlakın əvəzi olaraq İddiaçı Cavabdeh adına qeydiyyatda olan Lexus RX 300 markalı, 2018-ci il, Ban JTJBAMCAX02045773, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə indi heç bir tələbi yoxdur və gələcəkdə də heç bir tələbi olmayacaqdır.
11. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən müqavilənin 2.5-ci bəndindəki əmlakın əvəzi olaraq İddiaçı Cavabdeh adına qeydiyyatda olan X10-400, 2018-ci il, Ban EX400GA05100, 99-B-97 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə indi heç bir tələbi yoxdur və gələcəkdə də heç bir tələbi olmayacaqdır.
12. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən müqavilənin 2.5-ci bəndindəki əmlakın əvəzi olaraq İddiaçı Cavabdeh xx.xx.2024-cü ilədək 15.000 ( on beş min) manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürür.
13. İddiaçı öhdəlik götürür və razılaşır ki, Cavabdeh övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilə vaxt məhdudiyyəti olmadan maneəsiz görüş hüququna malik olacaqdır.
14. Cavabdeh öhdəlik götürür və razılaşır ki, övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 anası İddiaçı ilə Azərbaycan Respublikasından kənara çıxmalarına razılıq verir. (Etibarnamə verir). Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, mediator X4 tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən barışıq sazişinin bir hissəsi qanuna ziddir və sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, barışıq sazişinin “İddiaçı Cavabdeh adına qeydiyyatda olan Lexus RX 300 markalı, 2018-ci il, Ban JTJBAMCAX02045773, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə indi heç bir tələbi yoxdur və gələcəkdə də heç bir tələbi olmayacaqdır.” və “İddiaçı Cavabdeh adına qeydiyyatda olan X10-400, 2018-ci il, Ban EX400GA05100, 99-B-97 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə indi heç bir tələbi yoxdur və gələcəkdə də heç bir tələbi olmayacaqdır.” hissəsi ərizəçi İddiaçı gələcəkdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmə hüququnu məhdudlaşdırdığından ərizə "gələcəkdə də heç bir tələbi olmayacaqdır" hissəsində rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6/-00297 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflər kimi çıxış edən Cavabdeh və İddiaçı nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər.
2. İkinci tərəf kimi çıxış edən Cavabdeh övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 anaları İddiaçı himayəsində qalmasına etiraz etmir.
3. İkinci tərəf kimi çıxış edən Cavabdeh övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün hər birinə 235 ( iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimenti hər ay qeyd edilən alimentin məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra İddiaçı bank hesabına ödəməyi öz öhdəsinə götürür.
4. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh onun adına qeydiyyatda olan Bakı şəhəri, Nərimanov Rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə ev 8, mənzil 64 (Yeni qaydalarla: AZ 1033, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı adına rəsmiləşdirməyi öz öhdəsinə götürür.
5. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh onun adına qeydiyyatda olan Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 81, m 45 ( Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti, 107, M2, m3) ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı adına rəsmiləşdirməyi, 18 ay ərzində həmin daşınmaz əmlakı özünü və anası Nailə Məşədiyevanı qeydiyyatdan çıxarıcağını və İddiaçı istədiyi təqdirdə daşınmaz əmlakı satmaq istəməsinə dair etiraz etməyəcəyinə dair öhdəlik götürür.
6. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh onun adına qeydiyyatda olan (Müqavilənin nömrəsi: № CY2-150/22) Bakı şəhəri, Xətai Rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 noyabr prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə ünvan 4 ünvanında yerləşən "K Residence Baku" yaşayış kompleksində olan daşınmaz əmlakı İddiaçı adına rəsmiləşdirməyi öz öhdəsinə götürür.
7. Tərəflər razılığa gəlirlər ki, İddiaçı Cavabdeh adına qeydiyyatda olan (Müqavilənin nömrəsi: № PR-2-3- 305(İPB)) Bakı şəhəri, Sabunçu Rayonu, Nardaran qəsəbəsində yerləşən " X12 and Residences" adlı istirahət kompleksinin ərazisində, Park Residences 2 çoxmənzilli yaşayış kompleksinin 3-cü binasında yerləşən 3-305 nömrəli mənzil barəsində indi heç bir tələbi yoxdur və gələcəkdə də heç bir tələbi olmayacaqdır.
8. Tərəflər razılığa gəlirlər ki, İddiaçı onun adına qeydiyyatda olan (Müqavilənin nömrəsi: № 2A-13-704/21, xx.xx.2021-ci il) ünvan 5 ünvanında, X9-da yaşayış kompleksində olan daşınmaz əmlakı(yaşayış sahəsini) Cavabdeh adına rəsmiləşdirməyi öz öhdəsinə götürür.
9. Tərəflər razılığa gəlirlər ki, İddiaçı onun adına qeydiyyatda olan (Müqavilənin nömrəsi: №P-(-2)-397/22) ünvan 5 2A-13-704/21, xx.xx.2021-ci il) ünvan 5 X9-da yerləşən daşınmaz əmlakı(qarajı) Cavabdeh adına rəsmiləşdirməyi öz öhdəsinə götürür.
10. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən müqavilənin 2.5-ci bəndindəki əmlakın əvəzi olaraq İddiaçı Cavabdeh adına qeydiyyatda olan Lexus RX 300 markalı, 2018-ci il, Ban JTJBAMCAX02045773, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə indi heç bir tələbi yoxdur.
11. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən müqavilənin 2.5-ci bəndindəki əmlakın əvəzi olaraq İddiaçı Cavabdeh adına qeydiyyatda olan X10-400, 2018-ci il, Ban EX400GA05100, 99-B-97 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə indi heç bir tələbi yoxdur.
12. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən müqavilənin 2.5-ci bəndindəki əmlakın əvəzi olaraq İddiaçı Cavabdeh xx.xx.2024-cü ilədək 15.000 ( on beş min) manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürür.
13. İddiaçı öhdəlik götürür və razılaşır ki, Cavabdeh övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilə vaxt məhdudiyyəti olmadan maneəsiz görüş hüququna malik olacaqdır.
14. Cavabdeh öhdəlik götürür və razılaşır ki, övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 anası İddiaçı ilə Azərbaycan Respublikasından kənara çıxmalarına razılıq verir. (Etibarnamə verir).
Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.