Məhkəmə qərarları › İş №e-2(006)-2193/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2193/2024

19.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2193/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil Maraqlı şəxs iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı (maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/10/2024/00007 nömrəli barışıq sazişinin 1.3 və 1.4-cü bəndlərinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, ərizəçi cavabdeh Maraqlı şəxs ilə rəsmi nikahları 29 iyul 2021-ci il tarixdə bağlanılmışdır və Bakı şəhəri X6 evində 706 nömrəli nikahın bağlanması haqqında aktla qeydə alınmışdır. Birgə nikahdan 15 mart 2023-cü il təvəllüdlü övladı X2 anadan olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonralar bu münasibətləri tam əks istiqamətdə dəyişmişdir, buna səbəb isə Tamerlanın ona xəyanət etməsi olmuşdur. Məlum olduğu kimi Tamerlan onunla nikahda olduğu müddət ərzində başqa qadınla da münasibət yaratmış, bu səbəbdən də ailəyə və övladına lazımi diqqət və qayğını göstərmirdi, bununla bağlı aralarında dəfələrlə ciddi münaqişələr baş verirdi. Bunun nəticəsi olaraq artıq xeyli müddətdir ki, birgə yaşamırlar, birgə təsərrüfat idarə etmirlər, ailə dağılmış, bərpası isə qeyri mümkündür. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə nikahın pozulması və uşağın ananın himaysində saxlanması tələbinə dair iddia ərizəsi ilə tərəfindən müraciət edilmişdir. Tamerlan tərəfindən Bakı 10 saylı Mediasiya təşkilatına müraciət edilmişdir və həmin təşkilatda xx.xx.2024-cü il tarixli, MŞB/10/2024/00007 nömrəli iş üzrə aralarında barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi aşağıdakı şərtlərlə: 1.1 Tərəflər İddiaçı və Maraqlı şəxs Bakı şəhəri X6 evində xx.xx.2021 -ci il tarixdə 706 nömrəli nikahın pozulmasına razıdırlar. 1.2 Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X1 İddiaçı himayəsinə verilməsinə etiraz etmir. 1.3 Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 500.0 manat aliment ödəməyə razıdır və həmin məbləği fevral ayından başlayaraq hər ayın 15-dən 30-dək İddiaçı adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür. 1.4 Maraqlı şəxs bəyan edir ki, birgə nikah dövründə olan övladını anası İddiaçı ilə ölkə hüdudlarından kənara getməsinə razıdır və bununla bağlı etibarnamə verməyə öhdəlik götürmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsinin təmin edilməsini, ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış sazişin təsdiq edilməsini, hər ay icra şöbəsi vasitəsilə ona ödənilməli alimentin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, o, ərizəçi İddiaçı ilə barışıq sazişi bağlayan zaman işləyirdi bu səbəbdən hər ay 500.0 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Sonradan o, işini ərizəçi İddiaçı günahından işini itirmiş və təzəlikcə işlə təmin olunduğundan, barışıq sazişinin qismən təsdiq olunmasını və barışıq sazişinin onun aylıq məvacibinin ¼ hissədə (25 faizi) tutularaq ərizəçi İddiaçı ödənilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İş materiallarına əlavə olunmuş AZ-T seiryalı 065792 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 arasındakı nikah xx.xx.2021-ci il tarixdə bağlanmış və 706 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Rüstəmli" soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X2 adlı bir uşağı vardır. Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, Barışıq Sazişinə əsasən, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: - 1.1-ci bəndi: “Tərəflər İddiaçı və Maraqlı şəxs Bakı şəhəri X6 evində xx.xx.2021-ci il tarixdə 706 nömrəli nikahın pozulmasına razıdırlar. - 1.2-ci bəndi: "Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan olan xx.xx.2023- cü il təvəllüdlü X1 İddiaçı himayəsinə verilməsinə etiraz etmir." - 1.3-cü bəndi: "Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 500,0 manat aliment ödəməyə razıdır və həmin məbləği fevral ayından başlayaraq hər ayın 15-dən 30-dək İddiaçı adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür." - 1.4-cü bəndi: "Maraqlı şəxs bəyan edir ki, birgə nikah dövründə olan övladının anası İddiaçı ilə ölkə hüdudlarından kənara getməsinə razıdır və bununla bağlı etibarnamə verməyə öhdəlik götürür." Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış Bakı 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Məhkəmə Maraqlı şəxs alimentin 500 manat məbləğində deyil, onun hazırki əmək haqqında münasibətdə tutulması barədə dəlilərilə bağlı bildirir ki, maraqlı şəxsin bildirdiyi dəlillər hazırki barışıq sazişinin təsdiq edilməsinə mane olan hallar deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki halda tərəflər arasında alimentlə bağlı münasibətlər üzrə bağlanmış barışıq sazişində müəyyən edilmiş tarix nəzərə alınmaqla aliment tutulması xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Yasamal rayou 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin - 1.3-cü bəndi: "Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 500,0 manat aliment ödəməyə razıdır və həmin məbləği fevral ayından başlayaraq hər ayın 15-dən 30-dək İddiaçı adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür." -1.4-cü bəndi: "Maraqlı şəxs bəyan edir ki, birgə nikah dövründə olan övladının anası İddiaçı ilə ölkə hüdudlarından kənara getməsinə razıdır və bununla bağlı etibarnamə verməyə öhdəlik götürür." - təsdiq olunsun. Alimentin tutulması (ödənilmiş aliment məbləğləri çıxılmaqla) xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar