Məhkəmə qərarları › İş №e-2(006)-2256/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2256/2022

05.04.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2256/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X6, maraqlı şəxsin nümayəndəsi və vəkili X3 iştirakı ilə, ərizəçi İddiaçı (Cavabdeh və ƏMDK-nın yanında DƏDRX-ni maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı (Cavabdeh və ƏMDK-nın yanında DƏDRX-ni maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Cavabdeh arasında 28 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə 28 yanvar 2022-ci il tarixdə Bakı 5 saylı Mediasiya Təşkilatı vasitəsilə Barışıq sazişi bağlamışdır. Barışıq sazişinin predmetini sazişin 2.3-cü bəndinə əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ərizəci İddiaçı mülkiyyətinə verilməsi və həmin mülkiyyət üzərində Cavabdeh istifadə hüququna xitam verilməsi təşkil edir. Barışıq sazişinin 2.5-ci bəndinə görə sazişin icrası üzrə müddət 10 (on) gün olaraq müəyyən edilmişdir. Sazişin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, İmanov X2 2.3-cü bəndi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Ona görə də, məhkəməyə müraciət olunması və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi zərurəti meydana gəlmişdir. Barışıq sazişinin 2.8-ci bəndinə görə saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Tərəflər barışıq sazişində məhkəmə aidiyyatını sazişin 2.4-cü bəndinə əsasən Nəsimi rayon Məhkəməsi olaraq müəyyən etmişlər. Hazırki ərizə qiymətləndirilməyən tələblərə aiddir və dövlət rüsumu 100 manatdır. Mediasiya üçün 50 manat ödənilmişdir. Nəticədə yerdə qalan 50 manat onlayn qaydada odənilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ərizə tələbini qəbul etdi və izahatında bildirdi ki, barışıq sazişində göstərilən şərtlərin yerinə yetirilməsinə hazırıq. Lakin ərizəçi başqa maşın ya alimentlə bağlı tələblər irəli sürür. Bununla razılaşmırıq. Ərizənin təsdiq olunmasına etiraz etmədi. Maraqlı şəxs ƏMDK-nın yanında DƏDRX-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs ƏMDK-nın yanında DƏDRX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 28 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki: - tərəflər rəsmi nikahdan doğulmuş övladlarının himayəyə verilməsi, aliment və əmlak tələbi üzrə mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll etmək niyyətində olmuşlar; - həmin niyyəti barışıq sazişi tərtib edərək, öz imzaları ilə təsdiq etməklə mediasiya institutu vasitəsi ilə həll etmək üçün addımlar atmışlar. Barışıq sazişinin 2.1, 2.2, 2.3-cü bəndlərinə əsasən: - Cavabdeh 22.11.2021-ci il təvəllüdlü X1 üçün İddiaçı himayəsində qalmasına etiraz etmir; - Cavabdeh – tərəf sazişi imzaladıqdan sonra aliment məbləği olaraq aylıq gəlirlərinin 1/4 hissəsini 22.11.2021-ci il təvəllüdlü X1 üçün İddiaçı ödəyəcəkdir; - ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak İddiaçı veriləcəkdir və həmin mülkiyyət üzərində Cavabdeh istifadə hüququna xitam veriləcəkdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçi İddiaçı (Cavabdeh və ƏMDK-nın yanında DƏDRX-ni maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 28 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/5-00317 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Ödənilmiş 50 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı (Cavabdeh və ƏMDK-nın yanında DƏDRX-ni maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 28 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış, şərtləri şağıdakılardan ibarət olan: - Cavabdeh 22.11.2021-ci il təvəllüdlü X1 üçün İddiaçı himayəsində qalmasına etiraz etmir; - Cavabdeh – tərəf sazişi imzaladıqdan sonra aliment məbləği olaraq aylıq gəlirlərinin 1/4 hissəsini 22.11.2021-ci il təvəllüdlü X1 üçün İddiaçı ödəyəcəkdir; - ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak İddiaçı veriləcəkdir və həmin mülkiyyət üzərində Cavabdeh istifadə hüququna xitam veriləcəkdir. - MŞB/5-00317 saylı Barışıq Sazişi təsdiq olunsun. Ödənilmiş 50 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar