Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-234/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Vəkil2, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılıb təhvil verilməsi” tələbinə dair, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 15 saylı Notariat Ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Cavabdeh4 və X1rşı üçüncü şəxs qismində AR ƏMDX yanında DƏDKR X10 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quliyev küçəsi 17, m2 ünvanında yerləşən İddiaçı məxsus ümümi sahəsi 182,1 kv/m olan mənzilin Cavabdeh1 onun öz vəsaiti hesabına boşaldılması və həmin mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Bakı şəhəri, ünvan 10i rayonu, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quluyev küçəsi 17, m14, m2 ünvanında yerləşən Cavabdeh1 məxsus, ümumi sahəsi 182.1 kv/m olan mənzil 07 dekabr 2022-ci il tarixli, ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı 285.000 (iki yüz səksən beş min) manata satılmış və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10 dekabr 2022-ci il tarixli, ********** saylı Çıxarış verilmişdir. Qeyd edilən mənzilin iddiaçı (alıcı) İddiaçı satış qiyməti 285.000 (iki yüz səksən beş min) manata razılşadırılmasına və həmin məbləğin tam şəkildə ödənilməsinə baxmayaraq Cavabdeh1 xahişi ilə mənzilin iddiaçı (alıcı) İddiaçı satış qiyməti 07 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə 100.000 (yüz min) manat kimi qeyd edilmişdir. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, cavabdeh (satıcı) Cavabdeh1 xx.xx.2022-ci il tarixədək mənzili boşaldıb iddiaçı (alıcı) İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin 07 (yeddi) aydan artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh1 tərəfindən Bakı şəhəri, ünvan 10i rayonu, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quluyev küçəsi 17, m14 m2 ünvanında yerləşən ümumi sahəsi 182.1 kv/m olan mənzilin iddiaçı və mülkiyyət sahibi İddiaçı təhvil verilməsi təmin edilməmişdir. Tərəflərindən 10 iyul 2023-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlanaraq 3 iş günü ərzində qeyd etdikləri mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələb olunmuşdur. Lakin həmin xəbərdarlıq məktubuna Cavabdeh1 tərəfindən heç bir münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, ünvan 10i rayonu, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quluyev küçəsi 17, m14 m2 ünvanında yerləşən ümumi sahəsi 182.1 kv/m olan mənzilin iddiaçıya təhvil verilməməsi onun mülkiyyət hüquqularını kobud şəkildə pozur. Hesab edirlər ki, Bakı şəhəri, ünvan 10i rayonu, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quluyev küçəsi 17, m14 m2 ünvanında yerləşən ümumi sahəsi 182.1 kv/m olan mənzil Cavabdeh1 öz vəsaiti hesabına boşaldılmalı və fərdi yaşayış evi İddiaçı təhvil verilməlidir. Qanunvericiliyin müddəalarının tələbinə əsasən cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçı X7 məxsus 347 kv.m (B tikilisi) sahəninboşaldaraq həmin yaşayış evini tam şəkildə iddiaçınn sahibliyinə və istifadəsinə verməlidir. Daha sonra iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesap edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh1 tərəfindən 100.000 manat pul məbləğinin cavabdeh İddiaçı ödənilməsi şərtiylə 7 dekabr 2022-ci il tarixli, AN-İ №1105424 saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması, 10 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, iddiaçı Cavabdeh1 borc pul almaq məqsədi ilə cavabdeh İddiaçı müraciət etmiş və 65.000 (altmış beş min) manat məbləğində borc pul istəmişdir. İddiaçı ondan istənilən həmin pul məbləğini faiziylə birlikdə rəsmiləşdirmək və girov məqsədi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50, yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, ünvan 10i rayonu, Qulu Quliyev küçəsi, 17, M14, m.2 ünvanında yerləşən, 205 kv. metr sahəyə malik (yaşayış sahəsi hissəsi 182 kv.m olmaqla) mənzilin onun adına keçirilməsi müqabilində borc verməyi qəbul etmişdir. Həmçinin tərəflər arasında digər bir razılıq əldə edilmişdir ki, Cavabdeh1 götürmüş olduğu 65.000 manat pul məbləğini faizi ilə birlikdə qaytardığı halda İddiaçı həmin mənzili yenidən Cavabdeh1 adına rəsmiləşdirəcəkdir. Bu razılıq çərçivəsində 7 dekabr 2022-ci il tarixində notariat orqanında AN-l №1105424 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Bir neçə ay sonra Cavabdeh1 götürmüş olduğu borc məbləğini faizi ilə birlikdə İddiaçı qaytarmağa hazır olduğunu bildirmiş və aralarındakı razılığa uyğun olaraq borcun qaytarılması ilə birlikdə mənzilin onun adına rəsmiləşdirilməsini tələb etmişdir. Lakin, İddiaçı bu zaman razılığı pozmuş və mənzili 100.000 manat deyil, daha yüksək pul məbləği - mənzilin hazırki bazar dəyəri qarşılığında qaytara biləcəyini bildirmişdir. Göründüyü kimi lap əvvəlində yalan əqd formasında rəsmiləşdirilmiş 7 dekabr 2022-ci il tarixli, AN-İ N1105424 saylı alqı-satqı müqaviləsi etibarsız əqddir. Əlavə olaraq aşağıdakı hallardan da görüləcəyi kimi həmin əqd etibarsızdır və ləğv edilməsi üçün kifayət qədər hüquqi əsas mövcuddur. llk öncə nəzərə almaq lazımdır ki, 28 may metro stansiyasına yaxın ərazidə yerləşən və əla təmirli, 205 kv.m olan bir mənzilin təbii ki, real bazar qiyməti 100.000 manat deyildir. Ərizəyə əlavə edilmiş foto şəkillərdən də göründüyü kimi həmin ərazidə yerləşən mənzillərin real bazar dəyərləri ən azı 450-500.000 manat aralığındadır. Təbii ki, heç kimsə sahib olduğu mənzilini real dəyərindən 4-5 dəfə ucuza satmaz. Buradan da məlum olur ki, əslində bu müqavilə girov qarşılığında pərdələnmiş yalan əqddir. Normal şərtlər daxilində belə bir mənzilin 100.000 manat müqabilində alqı-satqısının rəsmiləşdirilməsinə heç bir notariat orqanı da razılıq verməzdi. Çünki alqı-satqının az məbləğə rəsmiləşdirilməsi dövlətə ödənilməli olan verginin də azaldılmasına səbəb olur. Məhz bu məqsədlə yuxarıda qeyd edilən alğı-satqı müqaviləsi hər iki tərəfin yaşadıqları və işlədikləri yerlərdən və habelə mənzilin yerləşdiyi ərazidən kifayət qədər uzaq ərazidə - Xəzər Universitetinin yaxınlığında yerləşən 15 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Çünki həmin notariat orqanının notariusu İddiaçı tanışı və bu kimi müqavilələrini daimi rəsmiləşdirdiyi yerdir. Alıcı qismində çıxış etmiş İddiaçı heç bir zaman mənzili görməmiş, mənzillə tanış olmamışdır. Habelə hal-hazırda da həmin mənzildə iddiaçı ailəsi birlikdə yaşamağa davam etməkdədirlər. Alqı-satqı müqaviləsinin imzalanmasından 8 aydan artıq müddətin keçməsinə baxmayaraq hələ də Cavabdeh1 ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa davam etməsi bu alqı-satqı müqaviləsinin yalan əqd olmasına növbəti dəlildir. İddiaçı illərdir onlarla şəxsə faizlə borca pul verməklə faktiki olaraq yalançı sahibkarlıq bank fəaliyyətini həyata keçirməkdədir. İddiaçılə hazırki mübahisə yarandıqdan və vəkil xidmətlərindən istifadə etdikdən sonra aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, İddiaçı daha əvvəllər fərqli şəxslər üçün də eyni problemlər yaratmış və nəticədə daha çox pul məbləği əldə etməyə çalışmışdır. Yuxarıda qeyd edilən hallarla bağlı tərəfəmizindən 100.000 manat pul məbləğinin cavabdeh İddiaçı verilməsi və yalnız bundan sonra yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəklərindən məlumatlı olduğu zaman İddiaçı bildirmişdir ki, həmin mənzili başqa şəxsə satacaq və mövcud mübahisəni daha da müşkül vəziyyətə salacaqdır. Bakı şəhəri ünvan 10i Rayon Məhkəməsinin 2(006)-3948/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatətin təmin təmin edilməsi, Bakı şəhəri ünvan 10i Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesap edilməsi və sair” tələbinə dair iddiası üzrə e-2(006)-3948/2023 saylı mülki iş Bakı şəhəri ünvan 10i Rayon Məhkəməsinin icraatında olan Əfsanə Heydərovanın icraatında olan İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası üzrə e-2(006)-3647/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, Cavabdeh1 tərəfindən verilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, müvəkkilim Əliyev X9 rayon məhkəməsində iddia qaldıraraq ünvan 10i rayonu, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quluyev küçəsi 17, m14, m2 ünvanında yerləşən mənzilin Cavabdeh1 hesabına boşaldılmasını bildirmişdir. Həmin iddiadan bir müddət sonra cavabdeh tərəfin nümayəndəsi Vəkil1 iddia ərizəsinə ünvan 10i rayon məhkəməsinin hakimi Əfsanə xanım Heydərovanın icraatında baxılmasını bildiyi halda, məhkəmə prosesini lüzumsuz şəkildə uzatmaq üçün qeyd edilən məhkəmədə ayrıca iddia qaldıraraq 07 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən 10 dekabr 2022-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh tərəf iddiasını bununla əsaslandırmışdır ki, guya Cavabdeh1 müvəkkili İddiaçı 65000 (altmış beş min) manat məbləğində borc istəmiş İddiaçı isə ondan istənilən həmin pul məbləğini faiziylə birlikdə rəsmiləşdirmək və girov məqsədi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50, yeni qaydalarla Bakı şəhəri, ünvan 10i rayonu, Qulu Quliyev küçəsi, 17, M14, m.2 ünvanında yerləşən, 205 kv. metr sahəyə malik (yaşayış sahəsi hissəsi 182 kv.m olmaqla) mənzilin onun adına keçirilməsi müqabilində borc verməyi qəbul etmişdir. Həmçinin tərəflər arasında digər bir razılıq əldə edilmişdir ki, Cavabdeh1 götürmüş olduğu 65.000 manat pul məbləğini faizi ilə birlikdə qaytardığı halda İddiaçı həmin mənzili yenidən Cavabdeh1 adına rəsmiləşdirəcəkdir. Bu razılıq çərçivəsində 7 dekabr 2022-ci il tarixində notariat orqanında AN-İ №1105424 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Bir neçə ay sonra Cavabdeh1 götürmüş olduğu borc məbləğini faizi ilə birlikdə İddiaçı qaytarmağa hazır olduğunu bildirmiş və aralarındakı razılığa uyğun olaraq borcun qaytarılması ilə birlikdə mənzilin onun adına rəsmiləşdirilməsini tələb etmişdir. Lakin, İddiaçı bu zaman razılığı pozmuş və mənzili 100.000 manat deyil, daha yüksək pul məbləği - mənzilin hazırki bazar dəyəri qarşılığında qaytara biləcəyini bildirmişdir. İddia ərizəsinə münasibətlərini ilk olaraq bu xüsusatla bildirmək istəyirlər ki, İddiaçı ünvan 10i rayonu, S.Rüstəm küçəsində Cavabdeh1 yaşayış evinin məxsus olmasını haradan bilirdi ki, Cavabdeh1 ondan borc istəyən zaman İddiaçı pulu faizlə vermək qarşılığında həmin evi girov olaraq öz adına rəsmiləşdirmişdir? Bundan başqa iddia ərizəsində qeyd edilir ki, guya İddiaçı ünvan 10i rayonu ərazisində yerləşən məlum mənzilin onun adına rəsmiləşdirilməsi müqabilində Cavabdeh1 65000 altmış beş min) manat məbləğində pul vermişdir. Lakin 07 dekabr 2022-ci il tarixli alqısatqı müqaviləsindən çox aydın şəkildə görünür ki, həmin evin alınmasına görə İddiaçı tərəfindən 100.000 (yüz min) manat məbləğində pul ödənilmişdir ki, həmin pul bank vasitəsilə Cavabdeh1 verilmiş və bununla bağlı Cavabdeh1 imzaladığı qəbz təqdim edilmişdir. İddia ərizəsində həmçinin Cavabdeh1 guya borcunu qaytarmağa hazır olması da qeyd edilir. Nümayəndə bu məlumatları qeyd etsə də, bir dənə də olsun mötəbər sübut təqdim etmir. Halbuki İddiaçı dəfələrlə Cavabdeh1 pulunu tələb etmiş Cavabdeh1 pulu qaytara bilməyincə İddiaçı əlavə pul alaraq öz adına olan mənzili onun adına rəsmiləşdirmişdir. Məhkəməyə sübut kimi təqdim etdiyimiz səs yazılarında da Cavabdeh1 İddiaçı yalvarış dolu səs yazıları vardır ki, həmin səs yazılarında borcunu qaytara bilməməsini bildirir. İddianın bu hissəsini də araşdırdıqda görünür ki, ərizədə qeyd edilənlər söz yığınından başqa bir şey deyildir. Bundan başqa ərizədə o da qeyd edilir ki, guya İddiaçı illərdir onlarca şəxsə faizə pul verməklə yalançı sahibkarlıq fəaliyyətini həyata keçirir. O, əvvəllər də fərqli şəxslər üçün eyni problemləri yaratmışdır. Qeyd etmək istərdilər ki, nümayəndə bu ifadələri işlədərək müvəkkilinin şərəf və ləyaqətini alçaltmaqla yanaşı, onun işgüzar nüfuzuna da xələl gətirir. "Şərəf və ləyaqətin nüdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İddiaçının barəsində yayılan məlumat əxlaqi prinsiplər baxımından əmək kollektivində və qonşular arasında iddiaçının barəsində mənfi rəy yaratmışdır. Plenumun qərarında qeyd olunub ki, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun oİmaması, yəni yalan olması anlaşılır. İddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin cavabdehin üzərinə düşür. Cavabdeh məlumatın doğru olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Plenumun qərarında qeyd olunub ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmə Mülki Məcəllənin 23-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdehin iddiaçının barəsində yaydığı həmin məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilməli, cavabdeh iddiaçının yaşadığı ünvana məktub göndərməklə ondan yazılı formada üzr istəməlidir. Həmçinin nümayəndə Vəkil1 bu söz yığınına da sübut təqdim edə bilmir. İlk əvvəl qeyd edir ki, İddiaçı illərdir onlarla şəxsə faiz borcu verir. Lakin onlarla şəxsin birinin də olsun adını qeyd etmir. Bundan başqa həmçinin həmin şəxslərə problemlər yaratdığını da bildirir. Yenə də hansı problemləri yaratdığını izah etmir. Bütün bunlardan başqa onu qeyd etmək istəyirlər ki, Cavabdeh1 fəaliyyət qabliyyəti olan, uzun müddət daxili işlər orqanlarında müxtəlif vəzifələr tutmuş bir şəxsdir. Həmin şəxs necə ola bilər ki, külli miqdarda dəyəri olan evi 65000 manata İddiaçı adına rəsmiləşdirsin. Azərbaycan Respublikası DİN-in BMCMİ-də İddiaçılə Cavabdeh1 arasında baş tutmuş şifahi üzləşdirmədə də Cavabdeh1 İddiaçı faizə pul almadığını, onda borc aldığını, bunun müqabilində isə əlavə pul alaraq evi ona satdığını bildirmişdir. Cavabdeh1 həmçinin verilmiş suallara cavab olaraq İddiaçı almış olduğu pulla münasibətdə olduğu xanımın "Porsche" markalı avtomobilinin kredit borcunun bir hissəsini bağladığını və ona bahalı hədiyyələr aldığını bildirmişdir. Göründüyü kimi nümayəndə Vəkil1 iddia ərizəsində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirməyən məlumatlardan ibarətdir. Daha sonra birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 “iddia tələbinin dəyişdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh1 tərəfindən 100.000 (yüz min) manat pul məbləğinin cavabdeh İddiaçı ödənilməsi şərtiylə 7 dekabr 2022-ci il tarixli, AN-İ №1105424 saylı alğı-satqı müqaviləsinin etibarsız sayılması, 10 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50, yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, ünvan 10i rayonu, Qulu Quliyev küçəsi, 17, M14, m.2 ünvanında yerləşən mənzilə dair iddiaçı Cavabdeh1 mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 bir daha “iddia tələbinin dəyişdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh1 tərəfindən 100.000 (yüz min) manat pul məbləğinin cavabdeh İddiaçı ödənilməsi şərtiylə Bakı şəhəri, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50, yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, ünvan 10i rayonu, Qulu Quliyev küçəsi, 17, M14, m.2 ünvanında yerləşən, 205 kv. metr sahəyə malik (yaşayış sahəsi hissəsi 182 kv.m olmaqla) mənzilə dair 7 dekabr 2022-ci il tarixli, AN-İ №1105424 saylı alğı-satqı müqaviləsinin etibarsız sayılması, həmin mənzilə dair verilmiş 10 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; cavabdeh İddiaçı ilə digər cavabdeh X5 arasında Bakı şəhəri, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50, yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, ünvan 10i rayonu, Qulu Quliyev küçəsi, 17, M14, m.2 ünvanında yerləşən, 205 kv. metr sahəyə malik (yaşayış sahəsi hissəsi 182 kv.m olmaqla) mənzilinin /2 hissədə bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-1585 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması və Cavabdeh3 həmin bağışlama müqaviləsi əsasında verilmiş 04.09,2023 tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçı Cavabdeh1 Bakı şəhəri, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50, yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, ünvan 10i rayonu, Qulu Quliyev küçəsi, 17, M14, m.2 ünvanında yerləşən, 205 kv. metr sahəyə malik (yaşayış sahəsi hissəsi 182 kv.m olmaqla) mənzil üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Vəkil2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, ünvan 10i rayonu, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quluyev küçəsi 17, m14, m2 ünvanında yerləşən Cavabdeh1 məxsus, ümumi sahəsi 182.1 kv/m olan mənzil 07 dekabr 2022-ci il tarixli, ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı 285.000 (iki yüz səksən beş min) manata satılmış və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10 dekabr 2022-ci il tarixli, ********** saylı Çıxarış verilmişdir. Qeyd edilən mənzilin iddiaçı (alıcı) İddiaçı satış qiyməti 285.000 (iki yüz səksən beş min) manata razılşadırılmasına və həmin məbləğin tam şəkildə ödənilməsinə baxmayaraq Cavabdeh1 xahişi ilə mənzilin iddiaçı (alıcı) İddiaçı satış qiyməti 07 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə 100.000 (yüz min) manat kimi qeyd edilmişdir. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, cavabdeh (satıcı) Cavabdeh1 xx.xx.2022-ci il tarixədək mənzili boşaldıb iddiaçı (alıcı) İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin 07 (yeddi) aydan artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh1 tərəfindən Bakı şəhəri, ünvan 10i rayonu, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quluyev küçəsi 17, m14 m2 ünvanında yerləşən ümumi sahəsi 182.1 kv/m olan mənzilin iddiaçı və mülkiyyət sahibi İddiaçı təhvil verilməsi təmin edilməmişdir. Tərəflərindən 10 iyul 2023-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlanaraq 3 iş günü ərzində qeyd etdikləri mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələb olunmuşdur. Lakin həmin xəbərdarlıq məktubuna Cavabdeh1 tərəfindən heç bir münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, ünvan 10i rayonu, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quluyev küçəsi 17, m14 m2 ünvanında yerləşən ümumi sahəsi 182.1 kv/m olan mənzilin iddiaçıya təhvil verilməməsi onun mülkiyyət hüquqularını kobud şəkildə pozur. Hesab edirlər ki, Bakı şəhəri, ünvan 10i rayonu, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quluyev küçəsi 17, m14 m2 ünvanında yerləşən ümumi sahəsi 182.1 kv/m olan mənzil Cavabdeh1 öz vəsaiti hesabına boşaldılmalı və fərdi yaşayış evi İddiaçı təhvil verilməlidir. Qanunvericiliyin müddəalarının tələbinə əsasən cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçı X7 məxsus 347 kv.m (B tikilisi) sahəninboşaldaraq həmin yaşayış evini tam şəkildə iddiaçınn sahibliyinə və istifadəsinə verməlidir. ünvan 1 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quliyev küçəsi 17, m2 ünvanında yerləşən İddiaçı məxsus ümümi sahəsi 182,1 kv/m olan mənzilin Cavabdeh1 onun öz vəsaiti hesabına boşaldılması və həmin mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddiaçı Cavabdeh1 borc pul almaq məqsədi ilə cavabdeh İddiaçı müraciət etmiş və 65.000 (altmış beş min) manat məbləğində borc pul istəmişdir. İddiaçı ondan istənilən həmin pul məbləğini faiziylə birlikdə rəsmiləşdirmək və girov məqsədi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Süleyman Rüstəm küçəsi ev 61, mənzil 50, yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, ünvan 10i rayonu, Qulu Quliyev küçəsi, 17, M14, m.2 ünvanında yerləşən, 205 kv. metr sahəyə malik (yaşayış sahəsi hissəsi 182 kv.m olmaqla) mənzilin onun adına keçirilməsi müqabilində borc verməyi qəbul etmişdir. Həmçinin tərəflər arasında digər bir razılıq əldə edilmişdir ki, Cavabdeh1 götürmüş olduğu 65.000 manat pul məbləğini faizi ilə birlikdə qaytardığı halda İddiaçı həmin mənzili yenidən Cavabdeh1 adına rəsmiləşdirəcəkdir. Bu razılıq çərçivəsində 7 dekabr 2022-ci il tarixində notariat orqanında AN-l №1105424 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Bir neçə ay sonra Cavabdeh1 götürmüş olduğu borc məbləğini faizi ilə birlikdə İddiaçı qaytarmağa hazır olduğunu bildirmiş və aralarındakı razılığa uyğun olaraq borcun qaytarılması ilə birlikdə mənzilin onun adına rəsmiləşdirilməsini tələb etmişdir. Lakin, İddiaçı bu zaman razılığı pozmuş və mənzili 100.000 manat deyil, daha yüksək pul məbləği - mənzilin hazırki bazar dəyəri qarşılığında qaytara biləcəyini bildirmişdir. Göründüyü kimi lap əvvəlində yalan əqd formasında rəsmiləşdirilmiş 7 dekabr 2022-ci il tarixli, AN-İ N1105424 saylı alğı-satqı müqaviləsi etibarsız əqddir. Əlavə olaraq aşağıdakı hallardan da görüləcəyi kimi həmin əqd etibarsızdır və ləğv edilməsi üçün kifayət qədər hüquqi əsas mövcuddur. İlk öncə nəzərə almaq lazımdır ki, 28 may metro stansiyasına yaxın ərazidə yerləşən və əla təmirli, 205 kv.m olan bir mənzilin təbii ki, real bazar qiyməti 100.000 manat deyildir. Ərizəyə əlavə edilmiş foto şəkillərdən də göründüyü kimi həmin ərazidə yerləşən mənzillərin real bazar dəyələri ən azı 450-500.000 manat aralığındadır. Təbii ki, heç kimsə sahib olduğu mənzilini real dəyərindən 4-5 dəfə ucuza satmaz. Buradan da məlum olur ki, əslində bu müqavilə girov qarşılığında pərdələnmiş yalan əqddir. Normal şərtlər daxilində belə bir mənzilin 100.000 manat müqabilində alqı-satqısının rəsmiləşdirilməsinə heç bir notariat orqanı da razılıq verməzdi. Çünki alqı-satqının az məbləğə rəsmiləşdirilməsi dövlətə ödənilməli olan verginin də azaldılmasına səbəb olur. Məhz bu məqsədlə yuxarıda qeyd edilən alqı-satqı müqaviləsi hər iki tərəfin yaşadıqları və işlədikləri yerlərdən və habelə mənzilin yerləşdiyi ərazidən kifayət qədər uzaq ərazidə - Xəzər Universitetinin yaxınlığında yerləşən 15 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Çünki həmin notariat orqanının notariusu İddiaçı tanışı və bu kimi müqavilələrini daimi rəsmiləşdirdiyi yerdir. Alıcı qismində çıxış etmiş İddiaçı heç bir zaman mənzili görməmiş, mənzillə tanış olmamışdır. Habelə hal-hazırda da həmin mənzildə iddiaçı ailəsi birlikdə yaşamağa davam etməkdədirlər. Alğı-satqı müqaviləsinin imzalanmasından 8 aydan artıq müddətin keçməsinə baxmayaraq hələ də Cavabdeh1 ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa davam etməsi bu alğı-satqı müqaviləsinin yalan əqd olmasına növbəti dəlildir. İddiaçı illərdir onlarca şəxsə faizlə borca pul verməklə faktiki olaraq yalançı sahibkarlıq - bank fəaliyyətini həyata keçirməkdədir. İddiaçılə hazırki mübahisə yarandıqdan və vəkil xidmətlərindən istifadə etdikdən sonra aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, İddiaçı daha əvvəllər fərqli şəxslər üçün də eyni problemlər yaratmış və nəticədə daha çox pul məbləği əldə etməyə çalışmışdır. Yuxarıda qeyd edilən hallarla bağlı tərəfəmizindən 100.000 manat pul məbləğinin cavabdeh İddiaçı verilməsi və yalnız bundan sonra yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəklərindən məlumatlı olduğu zaman İddiaçı bildirmişdir ki, həmin mənzili başqa şəxsə satacaq və mövcud mübahisəni daha da müşkül vəziyyətə salacaqdır. İddiaçı Cavabdeh1 tərəfindən 100.000 manat pul məbləğinin cavabdeh İddiaçı ödənilməsi şərtiylə 7 dekabr 2022-ci il tarixli, AN-İ №1105424 saylı alğısatqı müqaviləsinin etibarsız sayılması, 10 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin, birləşdirilmiş iddia isə rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) Bakı şəhəri 15 saylı notariat kontorunda xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quliyev küçəsi 17, m2 ünvanında yerləşən ümümi sahəsi 182,1 kv/m olan mənzil satıcı Cavabdeh1 tərəfindən alıcı İddiaçı 100000 manat məbləğə satılmışdır. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, satıcı) xx.xx.2022-ci il tarixədək mənzili boşaldıb alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quliyev küçəsi 17, m2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 10 iyul 2023cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 3 gün ərzində ünvan 1 ünvanında, yeni qaydalarla ünvan 10i rayonu, Qulu Quliyev küçəsi 17, m2 ünvanında yerləşən ümümi sahəsi 182,1 kv/m olan ona məxsus mənzil tam şəkildə boşaldılaraq ona təhvil verilməyəcəyi təqdirdə, müvafiq məhkəməyə müraciət ediləcəkdir. İş materiallarına Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru cənab Əbülfət Rzayev tərəfindən alınmış X6 və İddiaçı izahatları əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9298-9/9521/2024 saylı, 20 may 2024-cü il tarixli tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 182,1 kv/m təşkil etdiyini nəzərə alaraq, ünvan 10i rayonu, Qulu Quliyev küçəsi 17, m14 mənzil ünvanında yerləşən 205 kv.metr sahəyə malik (yaşayış sahəsi hissəsi 182.1 kv/m olmaqla) mənzilin orta bazar qiymətləriniə uyğun ümumi dəyəri təqribən 492000,0 manat (2700x182.1), 10% azalma əmsalı tətbiq etməklə həmin mənzilin likvid dəyəri təqribən (492000,0 – 10%) 443.000,0 manat məbləğində müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərinin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik ilması istisna edilmir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir . Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.” İlk iddia “mənzilin boşaldılması” olsa da, məhkəmə hesab edir ki, həmin mənzilin İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə əsas olmuş əqd mübahisələndirildiyindən, ilk növbədə həmin əqdin mübahisələndirilməsi üzrə qaldırılmış iddiaya hüquqi qiymət verilməlidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Cavabdeh1 alqı-satqı müqaviləsini mübahisələndirərkən hesab edir ki, tərəflər arasında bağlanmış həmin müqavilə yalan əqddir. Belə ki, tərəflərin əsas niyyətləri borc pulun verilməsindən ibarət olmuş və həmin əqdi pərdələmək üçün tərəflər arasında bazar qiymətindən aşağı məbləğdə müqavilə bağlanmışdır. Cavabdeh1 öz iddiasını digər hallarla yanaşı həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət olunan zaman mübahisə predmeti olan alqı-satqı müqaviləsinin yalan əqd olması sübuta yetirilmişdir. Lakin məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmiş sorğuya cavab olaraq cəmi iki izahat (İddiaçı və X6 izahatları) təqdim olunmuşdur. Həmin izahatlardan İddiaçı izahatında tərəflər arasındakı alqı-satqı müqaviləsinin yalan əqd olmasına əsas verən hal aşkar edilməmiş, yalnız müqavilə tərəfi olmayan X8 izahatında müqavilənin əslində borc müqabilində bağlandığını bildirmişdir. Həmin materiallara isə Cavabdeh1 izahatı əlavə edilməmişdir. Cavabdeh1 qarşılıqlı iddiasını həmçinin onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin hər iki tərəfin yaşadıqları və işlədikləri habelə mənzilin yerləşdiyi ərazidən kifayət qədər uzaq ərazidə Xəzər Universitenin yaxınlığında yerləşən 15 saylı notariat kontorunda bağlanması da müqavilənin yalan əqd olmasını təsdiq edir. Belə ki, normal şərtlər daxilində belə bir mənzilin 100000 manata rəsmiləşdirilməsinə heç bir notarius razı olmazdı. Lakin həmin notarius İddiaçı tanışıdır və bu kimi müqavilələrini daimi rəsmiləşdirdiyi yerdir. Məhkəmə iddia tələbinin bu dəlilinə münasibətdə bildirir ki, Cavabdeh1 hazırki iddiasında göstərdiyi bu halı hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilməmişdir. Həmçinin, tərəflərin bağladıqları müqavilənin hansı notariat kontorunda (yəni tərəflərin yaşadıqları və ya işlədikləri, həmçinin mənzilin yerləşdiyi yer üzrə ) rəsmiləşdirilməsinə dair hər hansı tələb də qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin iddiada İddiaçı illərdir onlarca şəxsə borca pul verməklə yalançı sahibkarlıqla məşğul olması və daha əvvəllər fərqli şəxslər üçün də eyni problemlər yaradaraq nəticədə daha çox məbləğdə pul vəsaiti əldə etdiyi qeyd edilsə də bununla da bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə işin müəyyən edilən halları da ondan ibarətdir ki, Cavabdeh1 alqı-satqı müqaviləsi bağlanarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etmiş, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği almışdır. Bununla da Cavabdeh1 bağlanmış əqdlə bağlı onun yalan əqd olmasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 15 saylı Notariat Ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Cavabdeh4 və X1rşı üçüncü şəxs qismində AR ƏMDX yanında DƏDKR X10 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddiası əsaslı olmadığından rədd edilməlidir. Məhkəmə İddiaçı iddiası üzrə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mübahisəli mənzildən cavabdehin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satın almasına, mənzilin mülkiyyət hüququ ilə artıq ona məxsus olmasına istinad etmişdir. İşin həmin iddia tələbi üzrə müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdeh isə hazırda da həmin mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiası üzrə gəlinən nəticə yuxarıda göstərilənlər baxımından əsaslı olduğu üçün, İddiaçı iddiasının təmin edilməsi barədə gəlinən nəticə həm də buna görə əsaslıdır. Çünki İddiaçı iddiasının təmin edilməsi məhz Cavabdeh1 iddiasının təmin edilməməsi ilə bağlı olmuşdur. İşdən də görünür ki, Cavabdeh1 iddiasının təmin edilməsi faktiki olaraq İddiaçı iddiasının rədd edilməsinə yönəlib. Məhkəmə İddiaçı iddiası üzrə onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Bu əsasdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri hər iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddasi təmin edilməli, ünvan 1 (yeni qaydalarla: ünvan 10i rayonu, Qulu Quliyev küçəsi 17, m2) ünvanında yerləşən İddiaçı məxsus ümumi sahəsi 182,1 kv/m olan mənzil Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılmalı və iddiaçıya təhvil verilməli, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 15 saylı Notariat Ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Cavabdeh4 və X1rşı üçüncü şəxs qismində AR ƏMDX yanında DƏDKR X10 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiasi təmin edilsin. ünvan 1 (yeni qaydalarla: ünvan 10i rayonu, Qulu Quliyev küçəsi 17, m2) ünvanında yerləşən İddiaçı məxsus ümümi sahəsi 182,1 kv/m olan mənzil Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılsın və İddiaçı təhvil verilsin. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 15 saylı Notariat Ofisinin xüsusi notariusu X4, Bakı şəhəri 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Cavabdeh4 və X1rşı üçüncü şəxs qismində AR ƏMDX yanında DƏDKR X10 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manat Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri ünvan 10i Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-234/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-234/2024
12.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver