Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2350/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və X3 iştirakları ilə İddiaçı "xxxx" MMC və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 4392 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış “İcbari sığorta müqaviləsi”nə əsasən iddiaçıya BB320562 nömrəli şəhadətnamə verilmişdir. Müqavilənin predmeti İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (daş qaraj) olmuşdur. Müqavilə və şəhadətnamə üzrə sığorta hadisəsi zamanı ödəniləcək sığorta məbləği 4392 manat müəyyən edilmişdir. Sığorta müqaviləsinin müddəti 1 il olmaqla yazılma tarixi 14 avqust 2021-ci ildir. Lakin, iddiaçıya məxsus olan tikili - ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi (daş qaraj) qəfildən "xxxx" MMC tərəfindən uçurulmuşdur. İddiaçı ilə "xxxx" MMC hər hansı müqavilə və razılıq olmamışdır. Bu hadisə barədə iddiaçı tərəfindən dərhal cavabdehə məlumat verilsə də, həmin vaxtdan 2 ildən çox vaxt keçməsinə baxmayaraq, iddiaçıya iddia ərizəsi verilən günədək sığorta ödənişi edilməmişdir. İddiaçı dəfələrlə cavabdehə onlayn müraciət etsə də, həmçinin əsas ofisə birbaşa müraciət etsə də, nəticə olmamışdır. Bununla da cavabdeh tərəfindən iddiaçının hüquqları pozulur, yəni Mülki Məcəllənin 1096-1097-ci maddələrində göstərilən pozuntu edilir. Öhdəlik cavabdeh tərəfindən icra olunmur. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu da göndərilmişdir. Lakin cavabdeh bundan sonra da ödəniş etməyə heç bir təşəbbüs etməmişdir.
a) Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən 1.70 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi ilə əlaqədar olaraq yerquruluşu planı hazırlanarkən həmin torpaq sahəsinin hüdudları daxilində çoxsaylı fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin yerləşdiyi müəyyən edilmişdir. Ərazidə yerləşən fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri ilə bağlı torpaq-hüquq və əmlak məsələlərinin mövcud qanunverciliyə uyğun həll edilməsi şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.70 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə qaydasında ayrılmasına etiraz edilməmişdir.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi X6 arasında bağlanmış xx.xx.2021ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən, mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 7 otaqlı 252 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 3 otaqlı 141 kv.m mənzil, 20 kv.m avtodayanacaq, 1 otaqlı 60 kv.m mənzil, 2 otaqlı 80 kv.m mənzil və 2 otaqlı 81 kv.m mənzili sahibinə verməyi, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür.
10. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj) ilə bağlı nümayəndəliyə hər hansı bir müraciət daxil olmamış, nümayəndəlik tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, tikilinin qapısının sökülməsi və qapının taxta ilə bağlanması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən nümayəndəliyin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, görülən işlər (söküntü) qarşılıqlı razılaşmadan sonra olmuşdur.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı (cavabdeh) "xxxx" MMC-nin cavabdeh (iddiaçı) X4 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli, 2 otaqlı, 80 kv.m sahəsi olan mənzilə münasibətdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, iddianın digər hissədə rədd edilməsi, cavabdeh (iddiaçı) X3 iddiaçı (cavabdeh) "xxxx" MMC-yə qartşı “müqavilənin ləğv edilməsinin qadağan edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının təmin olunduğu, X3 iddiasının rədd olunduğu hissələrdə ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X6 və İddiaçı qarşı müqavilələrin etibarsızlığı tələbinə dair iddiasının xx.xx.2021-ci il tarixli, 2 otaqlı, 80 kv.m sahəsi olan mənzillə bağlı müqavilənin etibarsız hesab olunması hissəsində rədd edilməsi, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsinin qadağan edilməsi, mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması, razılaşdırılmış məbləğin və əldən çıxmış mənfəətin alınması tələbinə dair iddiasının qismən təmin edilməsi, 17 avqust 2021-ci il tarixli müqavilələr üzrə mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması öhdəliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, X3 iddiasının qalan hissələrdə rədd edilməsi qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1085/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5042/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına ünvan 4 ünvanda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. ünvan 4 ünvanda yerləşən qaraja dair İddiaçı adına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir.
15. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.70 ha. torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının 78 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
16. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (daş qaraja) zərər vurulması ilə bağlı Baş idarəyə müraciət və ya məlumatlar daxil olmamış, Baş idarədə həmin xüsusatlarla əlaqədar cinayət işi üzrə ibtidai istintaq və yoxlama materialı üzrə ilkin araşdırma aparılmamışdır.
17. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş daşınmaz əmlakın AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, X5 (satıcı) ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 24,94 kv.m olan qarajı 37500 (otuz yeddi min beş yüz) manata İddiaçı (alıcı) satmışdır.
18. Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunalı Təsərrüfatı Birliyi 59 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 131A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (daş qaraj) "xxxx" MMC tərəfindən sökülmüşdür. Söküntü-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli 78 nömrəli Sərəncamına əsasən aparılır. Həmin sərəncam məktuba əlavə edilmişdir.
19. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. İş materiallarına, həmçinin, iddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya, Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş ərizə, fotoşəkillər və mübahisə predmeti olan qarajın damının sökülməsi prosesi zamanı X3 çəkdiyi videoyazıların olduğu 1 ədəd CD-disk əlavə edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 nömrəli mülki işinin materiallarında olan: - Daşınmaz əmlakın BB seriyalı 320562 nömrəli icbari sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 19.680 manat təşkil etmişdir (səhifə № 110); - "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ASC tərəfindən sığortalanmış İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (qaraja) xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən zərər yetirilməsi hadisəsi ilə bağlı araşdırma aparılması və tənzimlənməsi məqsədilə göstəriş verilməsi xahiş olunmuşdur (səhifə № 107); - xx.xx.2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, İddiaçı izahatında qarajın öz adına olduğunu, lakin bütün işlərin dayısı oğlu – Səfərov Vüsal tərəfindən həyata keçirildiyini, əmlakın özünün adına olsa da, faktiki olaraq Vüsalın olduğunu bildirmişdir (səhifə № 199-201).
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
22. Beləliklə, işdə olan sübutlar, tərəflərin izahatları və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 nömrəli mülki işinin materialları araşdırılıraq məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 24,94 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) daşınmaz əmlakın notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 isə faktiki sahibliyində və istifadəsində olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5042/2023 nömrəli mülki işi üzrə aparılan araşdırma zamanı zərurət olduğundan İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirakı təmin olunmuş və həmin iclasda o özü etiraf etmişdir ki, qaraj öz adına olsa da, bütün işlər dayısı oğlu – Səfərov Vüsal tərəfindən həyata keçirilir, əmlak faktiki olaraq Vüsalındır. Bu fakt, həmçinin, iddiaçının vəkili-nümayəndəsi tərəfindən də hazırkı iş üzrə aparılan araşdırma zamanı təsdiq edilməklə, işin mübahisələndirilməyən halını təşkil etmişdir. Həmin qeyri-yaşayış sahəsi (qaraj) daşınmaz əmlakın icbari sığortası növü üzrə xx.xx.2021-ci il tarixdən 1 il müddətinə cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmışdır.
23. Qeyri-yaşayış sahəsinin (qarajın) yerləşdiyi küçənin də olduğu ərazi (Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən 1.70 hektar torpaq sahəsi) Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 78 nömrəli Sərəncamına əsasən, həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
24. xx.xx.2021-ci il tarixdə həmin Sərəncamın icrası ilə əlaqədar olaraq, üçüncü şəxslər "xxxx" MMC ilə X6 arasında Səfərov Vüsalın mülkiyyətində olan əmlakların sökülmək üçün MMCyə təhvil verilməsi, əvəzində isə ona başqa mənzillər və avtodayanacaq verilməsi məqsədilə bir sıra müqavilələr bağlanmışdır.
25. Həmin müqavilələr bağlanarkən tərəflər arasında olan şifahi danışıqlara görə, formal olaraq İddiaçı mülkiyyətində, faktiki olaraq isə Səfərov Vüsalın sahibliyində və istifadəsində olan, hazırkı mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahəsinin (qarajın) 50.000 manat kompensasiya ödənilməsi qarşılığında sökülmək üçün MMC-yə veriləcəyi, bunun üçün müqavilə bağlanması məqsədilə Səfərov Vüsal tərəfindən İddiaçı iştirakının təmin ediləcəyi razılaşdırılmışdır. Səfərov Vüsalın bu hərəkətləri İddiaçı tərəfindən mübahisələndirilməmiş, deməli, o, Səfərov Vüsalın MMC ilə əmlak barəsində olan razılaşmasını bəyənmişdir. İddiaçı da, Səfərov Vüsal da bu məqsədlə MMC tərəfindən Səfərov Vüsala 30.000 manat ödənildiyini, lakin qalan 20.000 manatın ödənilmədiyini və hələ MMC ilə İddiaçı arasında həmin qaraja dair rəsmi qaydada heç bir müqavilə bağlanmadan "xxxx" MMC tərəfindən həmin qeyri-yaşayış sahəsinin mərhələli olaraq, hissə-hissə söküldüyünü, "xxxx" MMC isə Səfərov Vüsala tam kompensasiya ödənildiyini və razılaşmaya müvafiq olaraq əmlakın söküldüyünü bildirmişlər.
26. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli cavab məktubundan, həqiqətən də, müəyyən edilir ki, nümayəndəlik tərəfindən qeyriyaşayış sahəsinə baxış keçirilən zaman tikilinin yalnız qapısının sökülməsi müəyyən edilmiş, "xxxx" MMC tərəfindən nümayəndəliyin sorğusuna cavab məktubunda görülən işlərin (söküntü) qarşılıqlı razılaşmadan sonra olması bildirilmişdir. Məhkəmə tərəfindən o da müəyyən edilir ki, əmlakın sökülməsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə həyata keçirilmişdir.
27. Əmlakın damı sökülən zaman Səfərov Vüsal sökülmə prosesini videoyazıya almışdır. Həmin videoyazıdan da müəyyən edilir ki, damda sökmə əməliyyatı həyata keçirilən zaman artıq qeyri-yaşayış sahəsinin qapısı olmamış, sökülmüşdür.
28. İddiaçının vəkili-nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, söküntü hissə-hissə aparılsa da, iddiaçı əmlakının sökülməsi faktı ilə bağlı heç bir hüquq-mühafizə orqanına və ya müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməmişdir. Belə ki, o, əmlakın rəsmi mülkiyyətçisi kimi yalnız qarajın qapısı söküldükdən sonra sığorta ödənişini almaq məqsədilə cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, müraciət daxil olduqdan sonra cavabdeh məsələnin araşdırılması və qanuna müvafiq qaydada tənzimlənməsi üçün məlumat almaq məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehin müraciətinə əsasən 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş cavab məktubundan qarajın yalnız qapısının sökülməsinin müəyyən edildiyi qeyd edilmişdir. İş üzrə aparılan məhkəmə araşdırmaları zamanı cavabdeh iddiaçıya sığorta ödənişi verməkdən imtina etmədiyini, hazırda məsələnin araşdırma mərhələsində olduqlarını, əmlakın qapısına dəyən zərərin 4.392 manat məbləğində qiymətləndirildiyini bildirmişdir.
29. Səfərov Vüsal isə özü məsələ ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini bildirsə də, həmin İdarə tərəfindən məhkəmə sorğusuna verilən cavab məktubunda belə bir faktla bağlı müraciət və ya məlumat daxil olmaması, İdarə tərəfindən bu faktla bağlı araşdırma aparılmaması bildirilmişdir.
30. Tərəflərin izahatına əsasən müəyyən edilmiş mübahisəsiz hallardan biri də odur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi tam sökülmüş və yerində bina tikilmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 nömrəli mülki işinin materiallarına əsasən müəyyən edilir ki, qaraj söküldükdən sonra – xx.xx.2022-ci il tarixdə "xxxx" MMC X4 qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” tələblə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. MMC tərəfindən verilmiş iddia ərizəsində qeyd edilmişdir ki, X8 Ağaxanın mülkiyyətində olan qarajı özününkü kimi təqdim edərək, MMC ilə əmlakların əvəzləşdirilməsi barədə müqavilə bağlamış, lakin sığorta şirkətinin məktubuna əsasən MMC bu əmlakın İddiaçı mülkiyyətində olduğunu müəyyən etmişdir.
32. Bununla yanaşı qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixdə Səfərov Vüsal, öz növbəsində "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsinin qadağan olunması və s.” barədə tələblə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işlər birləşdirilmişdir.
33. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı (cavabdeh) "xxxx" MMC-nin cavabdeh (iddiaçı) X4 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli, 2 otaqlı, 80 kv.m sahəsi olan mənzilə münasibətdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, iddianın digər hissədə rədd edilməsi, cavabdeh (iddiaçı) X3 iddiaçı (cavabdeh) "xxxx" MMC-yə qartşı “müqavilənin ləğv edilməsinin qadağan edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamə qismən ləğv edilmiş və ləğv edilən hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, MMC-nin iddiasının rədd edilməsi, Səfərov Vüsalın iddiasının qismən təmin edilməsi, 17 avqust 2021-ci il tarixli müqavilələr üzrə mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması öhdəliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, X3 iddiasının qalan hissələrdə rədd edilməsi qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Məhkəmə vurğulamağı zəruri sayır ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisiya təşkil edir.
34. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının audio-videoyazısından (17-ci dəqiqədən etibarən) müəyyən edilir ki, X8 Ağaxanın bibisi oğlu olduğunu, qarajı isə məhz Vüsalın öz vəsaiti hesabına bibisi oğlunun adına aldığını, MMC ilə həmin qaraj barəsində 50.000 manata razılığa gəldiklərini və MMC-nin 30.000 manatı artıq ödədiyini, qalan 20.000 manatı ödədikdən sonra isə onun Ağaxanı gətirib alqı-satqı edəccəklərini, yalnız bundan sonra qarajı MMC-yə verəcəyini, lakin MMC-nin üstündən 11 ay keçdikdən sonra 20.000 manatı ödəmədən qarajı sökdüyünü bildirmişdir.
35. Səfərov Vüsalın məhkəmə iclasındakı izahatını dəqiqləşdirmək zəruri olduğundan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı da iştirakı təmin olunmuş və o da öz izahatında Səfərov Vüsalın dediklərini təsdiq etmiş, qarajın öz adına olduğunu, lakin bütün işlərin dayısı oğlu – Səfərov Vüsal tərəfindən həyata keçirildiyini, yəni əmlakın formal olaraq öz adına olduğunu, əslində isə faktiki olaraq Vüsalın olduğunu bildirmiş, Səfərov Vüsalın dediyi heç bir məsələni mübahisələndirməmişdir.
36. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə iclasının audio-videoyazısından (3:36-cı dəqiqədən etibarən) Səfərov Vüsalın 50.000 manatın məhz bu qarajla bağlı olduğunu bildirməsi bir daha müəyyən edilir.
37. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 nömrəli mülki işinin materiallarının 218-ci səhifəsində olan əlyazma ilə tərtib edilmiş sənəddən görünür ki, Səfərov Vüsal 50.000 manatdan ona 30.000 manat məbləğində pulun verildiyini imzası ilə təsdiqləmişdir.
c) Məhkəmənin mövqeyi:
38. Beləliklə, mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 24,94 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) iddiaçının mülkiyyətində olmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 (faktiki mülkiyyətində) faktiki sahibliyində və istifadəsində olmasının mübahisəsiz olması müəyyən edilmişdir. Faktiki mülkiyyətçi (sahibi) kimi Səfərov Vüsal həmin qarajın sökülməsi və əvəzində 50.000 manat kompensasiya ödənilməsi ilə bağlı digər üçüncü şəxs "xxxx" MMC ilə şifahi razılığa gəlməsini, "xxxx" MMC-nin həmin qarajın əvəzində 30.000 manat məbləğində pulu ödəməsini, lakin qalan 20.000 manat məbləğində pulu ödəmədən qarajı hissə-hissə sökməsini inkar etmir və əslində razılığa görə qalan 20.000 manat ödənildikdən sonra rəsmiləşdirmə üçün iddiaçının iştirakı ilə müqavilə bağlanmasını təmin edəcəyini bildirir, iddiaçı da öz növbəsində bu deyilənləri təsdiq edir. "xxxx" MMC isə həmin qaraja görə Səfərov Vüsala tam kompensasiya ödədiyini və qarajı aralarındakı razılaşmaya istinadən sökdüyünü bildirir. Göstərilənləri nəzərə alan məhkəmənin qənaətinə görə, iddia tələbi təmin edilməməlidir.
39. Belə ki, iddiaçının sığorta şirkətinə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün ilk öncə sığorta hadisəsinin baş verməsi faktı öz təsdiqini tapmalıdır. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş, yuxarıda qeyd edilən faktiki halları nəzərə alan məhkəmə hesab edir ki, qarajın "xxxx" MMC tərəfindən sökülməsi faktı sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində baş versə də, sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Çünki iş üzrə müəyyən edilmiş mübahisəsiz hallara görə qaraja faktiki sahibliyi həyata keçirən (faktiki mülkiyyətçi) Səfərov Vüsal müvafiq kompensasiya qarşılığında həmin qarajın sökülmək üçün onun yerləşdiyi ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş Sərəncam əsasında söküntü-tikinti işlərini həyata keçirən "xxxx" MMC-yə verilməsi niyyətində olmuşdur. İddiaçının əmlakının qanunsuz sökülməsi ilə bağlı mülkiyyətçi kimi, Səfərov Vüsalın isə faktiki sahib və istifadəçi kimi heç bir hüquq-mühafizə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməmələri, habelə əmlakın qapısı və ya damı sökülərkən söküntünün qarşısını almaqla əlaqədar hərəkətsizlik nümayiş etdirmələri, Səfərov Vüsalın yalnız baş verənləri videoyazıya almaqla kifayətlənməsi bu nəticəyə gəlməyə əsas verir ki, qaraj "xxxx" MMC tərəfindən məhz onlar arasında şifahi razılığa istinadən sökülmüş, əvəzində Səfərov Vüsalın özünün izahatına əsasən, ona 30.000 manat verilmiş, yəni bu hal heç də sığorta hadisəsi kimi qiymətləndirilə bilən qanunsuz bir söküntü olmamışdır.
40. Görünür ki, Səfərov Vüsalın (habelə iddiaçının) narazılığını doğuran hal məhz qarajın qarşılığında kompensasiya kimi ödənilməli olduğunu iddia etdiyi 20.000 manat məbləğində pulun ona ödənilməməsi ilə bağlıdır və o, hesab edir ki, qaraj məhz bu məbləğ ona ödənilmədən söküldüyünə görə qarajın qapısına dəymiş zərərin əvəzini sığorta ödənişi kimi iddiaçıya (rəsmi mülkiyyəçiyə) sığorta şirkəti ödəməlidir. Göstərilənlərə əsasən, icbari sığorta müqaviləsi üzrə 19.680 manat məbləğində qiymətləndirilən qarajın tam olaraq sökülməsinə baxmayaraq, iddiaçının hələ də yalnızca qapının sökülməsi ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 4.392 manat məbləğində pulu sığorta şirkətindən tələb etməsi onu deməyə əsas verir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməklə qanunla ona verilmiş mülki hüquqlardan sui-istifadə edir. Məhkəmə tərəfindən iddiaçının vəkili-nümayəndəsindən 19.680 manat məbləğində qiymətləndirilən əmlakın tam söküldüyü halda, yalnızca onun qapısına vurulan zərərin ödənilməsi barədə tələb irəli sürməsinin səbəbi soruşulsa da, o, bu suala qeyri-müəyyən cavab vermişdir. Qarajın tam olaraq sökülməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, iddiaçı (habelə, faktiki mülkiyyətçi) onun tam dəyərini qarajı sökdüyünü iddia etdiyi "xxxx" MMC-dən tələb etməmişdir. Qarajın faktiki mülkiyyətçisi olan Səfərov Vüsal (habelə iddiaçı) "xxxx" MMC ilə aralarındakı mübahisənin 20.000 manat məbləğində kompensasiya ilə bağlı olduğunu bildirdiyindən, deməli, iddiaçının və ya faktiki sahibin belə tələblə məhkəməyə müraciət etməsi istisna olunmadığından məhkəmə hesab edir ki, iddiaçı hələ də sadəcə qarajın qapısının sökülməsi ilə bağlı vurulan ilkin ziyanın dəyərini müəyyən edən sığorta şirkətindən həmin pulu tələb etməklə əsassız varlanmağa çalışır.
41. Göstərilənlərə əsasən, hazırkı iş üzrə qarajın "xxxx" MMC tərəfindən sökülməsi sığorta hadisəsi kimi qiymətləndirilmədiyindən, iddiaçının hazırkı tələbi sui-istifadə hesab olunduğundan və cavabdehin iddiaçı ilə aralarında olan müqaviləyə əsasən sığorta ödənişini ödəmək öhdəliyi yaranmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, buna görə də təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
42. Azərbaycan Respubkikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 923. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Maddə 924. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: Maddə 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı və s.
43. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: Maddə 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Maddə 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. Maddə 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: Maddə 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər və s.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir.
Nəticə:
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova