Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-246/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmanət məbləğinin tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmanət məbləğinin tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə İddiaçı əmanətçi olmaq hüququnun tanınması və Cavabdeh1 əmanətçi hüquqlarına xitam verilməsi, "xxxx" ASC tərəfindən 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilənin müddəalarına uyğun olaraq 34.200 (otuz dörd min iki yüz) USD məbləğin İddiaçı ödənilməsi və İddiaçı tərəfindən ödənilmiş 264,42 manat (iki yüz altmış dörd manat qırx iki qəpik) iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun və 26.44 (iyirmi altı manat qırx dörd qəpik ) manat müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “İddiaçı”) yaxın qohumu (nənəsi) Cavabdeh1 (bundan sonra “Cavabdeh 2”) 30 avqust 2012-ci ildə "xxxx" ASC (bundan sonra “Cavabdeh 1”) ilə “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə (bundan sonra “Müqavilə”) imzalamış və iddiaçının xeyrinə müddətli əmanət müəyyən etmişdir. Müqavilənin şərtlərinə əsasən, əmanətçi üçün pulu daxil edən Cavabdeh 2 10.000 (on min) USD məbləğində pulu bank olan Cavabdeh 1-ə 132 (yüz otuz iki) ay müddətinə depozitə qoyur, Cavabdeh 1 isə depozit məbləğinə illik 22 faiz hesablamaqla (cəmi 34.200 (otuz dörd min iki yüz) USD) əmanətçinin müvafiq bank hesabına ödəyir. Müqavilənin 1.6-cı bəndinə əsasən depozitin müddəti İddiaçı 18 yaşına çatanda sona çatır və müvafiq məbləğ (34.200 USD) əmanətçinin hesabına köçürülür. Lakin İddiaçının 18 yaşının tamam olmasına baxmayaraq, iddiaçı göstərilən pul məbləğini əldə etmək üçün Cavabdeh 1-ə müraciət etsə də, Cavabdeh 2 həmin məbləğin İddiaçı tərəfindən əldə edilməsinə etiraz etmiş, etirazının nəticəsi olaraq da Cavabdeh 1 qeyd olunan məbləği İddiaçıya verməkdən imtina etmişdir. Əlavə olaraq, İddiaçı mübahisəli məsələni aydınlaşdırmaq üçün birbaşa banka (Cavabdeh 1) yaxınlaşsa da, Cavabdeh 2 də banka gedərək İddiaçı ilə mübahisə etmiş və nəticədə İddiaçının banka təqdim edəcəyi bir sıra sənədləri onun əlindən alaraq İddiaçıya mane olmağa çalışmışdır. Bununla yanaşı, bank (Cavabdeh 1) əməkdaşları tərəfindən İddiaçıya Müqavilə üzrə açılan hesabdakı məbləği götürməsi üçün çek təqdim edilsə də (bu fakt da Cavabdeh 1-in rəsmi olaraq Müqavilə üzrə İddiaçını əmanətçi kimi tanıdığına dəlalət edir), Cavabdeh 2 həmin çeki də İddiaçının əlindən alaraq İddiaçının pulu əldə etməsini əngəlləmişdir. Bütün hadisələrə şahidlik edən bank əməkdaşları hadisələrə müdaxilə etməmiş, Cavabdeh 2-nin bütün qanunsuz hərəkətlərinə göz yummuş, eləcə də İddiaçının tələblərinə baxmayaraq çekin surətini İddiaçıya təqdim etməmişdirlər. Bununla da Cavabdeh 1 və Cavabdeh 2 İddiaçının əmanətçi kimi əldə etməyə haqqı çatdığı əmanəti (34.200 USD) bankdan götürməsinə süni maneələr yaratmışdırlar. İddiaçı iddia ərizəsinə bir neçə dəfə dəyişiklik ərizəsi ilə Nəsimi Rayon Məkəməsinə müraciət etmiş və son olaraq, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə İddiaçı əmanətçi olmaq hüququnun tanınması və Cavabdeh1 əmanətçi hüquqlarına xitam verilməsi, "xxxx" ASC tərəfindən 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə ilkin depozit məbləği 10,000 (on min) ABŞ Dolları miqdarında pul vəsaitinin, Müqaviləyə uyğun olaraq həmin məbləğə hesablanmalı olan 25.526,11 ABŞ Dolları faiz məbləğinin, cəmi 35.526,11 ABŞ dolların, həmçinin Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilən qaydada qətnamə çıxarılan günədək qanunsuz saxlamaya görə 35.526,11 ABŞ Doların üzərindən 7.25 faiz bank uçot dərəcəsi ilə hesablanmalı olan faiz məbləğinin, ödənilmiş 264.42 manad iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun, 26.44 manat müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumunun, eləcə də iddianın qiymətinin artacağı təqdirdə ödənilməli olan dövlət rüsumunun kəsirinin və hüquqi xidmətlərin göstərilməsinə görə 300 manat vəkil xərcinin cavabdehlərdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd edilən iddia ərizəsinin məzmununda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək, pulun ona məxsus olduğunu bildirmiş və iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Bank hazırki işdə cavabdeh olmalı deyil. Pul vəsaiti onlarda olsa belə, onların deyil. Əgər məhkəmə iddiaçının xeyrinə qərar qəbul etsə iddiaçıya, əks halda cavabdehə təqdim olunacaq. Bu səbəbdən iddianın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, izahatları dinləyərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki iş materiallarında olan: - "xxxx" ASC tərəfindən verilən əmanət kitabçasından görünür ki, ******************** nömrəli Cavabdeh1 və İddiaçı adına hesaba 10.000 ABŞ Dolları uşaq əmanəti mədaxil edilmişdir. - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” haqqında müqavilədən görünür ki, Bank Əmanətçidən və ya Əmanətçi üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin predmetinə uyğun olaraq, Əmanətçi 10000 (on min) USD məbləğində pulunu Banka müvafiq Bank isə həmin pulu Əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada Əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və Əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Bu müqavilənin müddəti 132 aydır. Müqavilə 31 avqust 2012-ci il tarixdən qüvvəyə minir və 31 avqust 2023-cü il tarixədək qüvvədədir. Uşaq 10 yaşına çatanadək depozitin məbləği 100 manat məbləğindən az olmamaq şərti ilə artırıla bilər. Depozitin müddəti uşaq 18 yaşına çatandan sonra müddəti uzadılmır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının 9/2191 nömrəli, 30 aprel 2025-ci il tarixli rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: ekspertiza təyini haqqında qərarda ekspert qarşısında qoyulan birinci suala cavab olaraq bildirilir ki, Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 avqust 2012-ci il tarixli “X3 HESABİ Haqqinda” Müqavilə üzrə xx.xx.2024-cü il tarixə (sualdan soruşulan tarixə) həmin müqavilənin şərtləri nəzərə alınmaqla əsas məbləğə hesablanmalı faizlərin miqdarı 25.526,11 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə Gəlir vergisindən azadolmalar və güzəştlər bölməsinin 102.1 bəndinə əsasən Fiziki şəxslərin aşağıdakı gəlirlərinin gəlir vergisindən azad olması göstərilmişdir. “102.1.22. 2016-cı il fevralın 1-dən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən llik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri, 102.1.22-2. 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri”. Qərardadın 2-ci sual üzrə: hazırki tədqiqatla ekspert qarşısında qoyulmuş ikinci suala cavab olaraq bildirilir ki, əmanət məbləğinə faizlərin hesablanması qaydası müqavilədə göstərilən əsas məbləğə (yəni 10.000,00 ABŞ dollarına) illik 22% dərəcəsi ilə hesablanmışdır (yəni faiz məbləğinə faiz hesablanması deyil əsas məbləğə faiz hesablanması formasında) - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən (No:**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 264,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüququ cəhətdən təmin edilmiş imkanıdır. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyənlləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkətlər edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya 3-cü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Maddə 952.1. Əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmeti iddiaçı — İddiaçı — onun xeyrinə açılmış depozit hesabında yerləşdirilmiş pul vəsaitlərinə olan hüququnun tanınması, habelə cavabdeh — Cavabdeh1 Salah qızının — iddiaçının yetkinlik yaşına çatdıqdan sonra həmin vəsaitlər üzərində sərəncam vermək hüququnun qanuni əsaslarının olmadığının müəyyən edilməsidir. Bundan əlavə, mübahisənin mühüm aspektlərindən biri də hazırki iş üzrə ikinci cavabdehin, yəni "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərinə hüquqi qiymət verilməsidir. Belə ki, eyni vaxtda həm iddiaçı, həm də cavabdeh — yəni əvvəlki əmanətçi — bir-birinə zidd tələblərlə banka müraciət etdiklərindən, Bank hər iki tərəfə müqavilədə nəzərdə tutulmuş vəsaiti ödəməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, mülki işin materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 Salah qızı ilə "xxxx" ASC arasında 30 avqust 2012-ci il tarixində 10.000 ABŞ dolları məbləğində depozitin yerləşdirilməsi barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, bu məbləğ və yığılan faizlər konkret üçüncü şəxs — yəni əmanətçinin nəvəsi, İddiaçı — xeyrinə, onun 18 yaşına çatdığı zaman ödənilməli idi. Həmin müqavilədə birbaşa göstərilir ki, depozitə qoyulmuş vəsaitlər iddiaçının xeyrinə nəzərdə tutulmuşdur və bu vəsaitlər yalnız müəyyən hadisə — yetkinlik yaşına çatma — baş verdikdən sonra ödənilməlidir. Belə ki, müqavilənin 1.6-cı bəndində birbaşa olaraq göstərilir: “depozit uşaq (bu halda — iddiaçı) 18 yaşına çatana qədər qüvvədədir, bu yaşa çatdıqdan sonra depozitin tam məbləği uşağın adına açılmış hesaba köçürülür”. Bu şərt göstərilən yaşa çatdıqdan sonra qərarın ləğvi və ya dəyişdirilməsi imkanına dair heç bir qeyd ehtiva etmir və əmanətçinin təkrar razılığı tələb olunmur. Beləliklə, cavabdeh (nənə) bağışlayan şəxs kimi öz iradəsini aydın şəkildə ifadə etmiş və hüquqi baxımdan rəsmiləşdirmişdir: o, müqaviləni imzaladığı anda vəsaitin nəvəsinə verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, müqavilədə başqa hal müəyyən edilmədiyi təqdirdə, üçüncü şəxs həmin müqavilədən irəli gələn hüquqlardan istifadə etmək niyyətini bildirdiyi andan əmanətçi hesab olunmalıdır. Hazırki iş üzrə iddiaçı belə niyyətini rəsmi şəkildə ifadə etmişdir: yetkinlik yaşına çatdıqdan sonra o, Banka müraciət edərək ona aid vəsaitin verilməsini tələb etmişdir. Nəticə etibarilə, bu andan etibarən onun bank qarşısında tam və qeyd-şərtsiz tələbetmə hüququ yaranmış, əvvəlki əmanətçi (nənə) isə bu vəsaitlər üzərində sərəncam vermək səlahiyyətini tam itirmişdir. Beləliklə məhkəmə hesab edir ki, müqavilənin 1.6-cı bəndində nəzərdə tutulan hadisə — yəni uşağın 18 yaşına çatması — baş verdiyi andan icra mərhələsinə daxil olur, bu andan etibarən depozitə sərəncamvermə hüququ tam və qeyd-şərtsiz şəkildə iddiaçıya keçir və nənənin iradəsini dəyişdiyinə dair sonrakı bəyanatlarının hüquqi qüvvəsi olmur. Məhkəmə hesab edir ki, bu cür hüquqi münasibət təxirəsalınan şərtlə bağışlama ilə eyniləşdirilməlidir. Bağışlayan şəxsin (əmanətçinin) iradəsi ilə əvvəldən müəyyən edilmişdir ki, vəsaitlər üçüncü şəxsə — nəvəyə — məxsus olacaq, lakin həmin hüquq yalnız müəyyən hadisə — yetkinlik yaşına çatma — baş verdikdə həyata keçiriləcək. Bu hadisə baş verdikdən sonra bağışlayan şəxsin iradəsi reallaşır və bağışlama obyekti üzərində mülkiyyət hüququ tam şəkildə yeni sahibinin adına keçir. Həmin andan etibarən bağışlamanın ləğvi, iradənin dəyişdirilməsi və ya vəsaitlərin alınmasına mane olmağa yönəlmiş istənilən cəhd hüquqi əhəmiyyət daşımır və mülki hüquq münasibətlərinin sabitliyi prinsipinə ziddir. Məhkəmə hesab edir ki, depozit hesabı texniki baxımdan nənənin iştirakı ilə rəsmiləşdirilmiş olsa da, bu hal hüquqi nəticələr baxımından həlledici əhəmiyyət daşımamalıdır. Belə ki, hazırki halda əsas məqam hesabın nominal sahibi deyil, tərəflərin real iradəsi və müqavilənin məzmunudur. Tərəflərin davranışı və müqavilənin müddəaları göstərir ki, vəsaitlər üçüncü şəxsin mülkiyyətinə keçməlidir və bu hüququn yaranmasına səbəb olan hadisə artıq baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin vəsaitlər hüquqi baxımdan yeni sahibin mülkiyyəti kimi qəbul edilməli və bağışlayan şəxsin sonrakı fikrini dəyişməsi hüquqi nəticələrə təsir göstərməməlidi. Baxılan iş üzrə mühüm əhəmiyyət kəsb edən digər məsələ cavabdeh Bankın davranışıdır. Bank, iddiaçının banka müraciəti ilə eyni vaxtda nənənin də — əvvəlki əmanətçinin — müraciət edərək ödənişi qanunsuz hesab etməsi əsasında vəsaiti ödəməkdən imtina etmişdir. Bankın mövqeyi ondan ibarət olmuşdur ki, əgər mübahisə olmasaydı, vəsait ilk müraciət edən şəxsə (məsələn, nənəyə) ödənilərdi, lakin hər iki tərəf eyni vaxtda ziddiyyətli tələblərlə çıxış etdiyindən bank hüquqi qeyri-müəyyənlik vəziyyətinə düşmüşdür. Bu səbəbdən bank bilərəkdən deyil, hüquqi ehtiyatlılıq prinsipinə əsaslanaraq hərəkət etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152 və 952-ci maddələrinin müqayisə edərək hesab edir ki, əgər üçüncü şəxs xeyrinə bağlanmış müqavilə üzrə hüquq reallaşdırılırsa və həmin şəxs bu barədə bəyanat veribsə, bu zaman üstünlük 952-ci maddənin müddəalarına verilməlidir. 152-ci maddənin — əmanətçinin sərəncamvermə hüququnun — qüvvəsi üçüncü şəxs hüququndan istifadə etdiyi andan itir. Beləliklə məhkəmə hesab edir ki, Bank ziddiyyətli tələblər fonunda məhkəmə qərarı olmadan vəsaiti ödəməkdən imtina etməklə nə müqavilənin, nə də qanunvericiliyin tələblərini pozmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə İddiaçı əmanətçi olmaq hüququ tanınmalı, Cavabdeh1 əmanətçi hüquqlarına isə xitam verilməlidir. Məhkəmə iddianın “"xxxx" ASC tərəfindən 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə ilkin depozit məbləği 10,000 (on min) ABŞ Dolları miqdarında pul vəsaitinin, Müqaviləyə uyğun olaraq həmin məbləğə hesablanmalı olan 25.526,11 ABŞ Dolları faiz məbləğinin, cəmi 35.526,11 ABŞ dolların iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının cavabdeh "xxxx" ASC-dən 2012-ci il 30 avqust tarixli müqavilə əsasında hesablanmış faizlərin ödənilməsi barədə tələbi yalnız müqavilənin qüvvədə olduğu dövr çərçivəsində və həmin müqavilənin şərtlərinə uyğun şəkildə təmin edilə bilər. İş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə "xxxx" ASC arasında 30 avqust 2012-ci il tarixdə “Uşaq əmanət (depozit) hesabı haqqında” adlanan bank əmanəti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, müqavilənin müddəti 132 ay müəyyən edilmiş və müqavilənin qüvvədə olma müddətinin 31 avqust 2023-cü il tarixində başa çatdığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının əsasən, müqavilənin şərtlərinə uyğun olaraq 10.000 ABŞ dolları məbləğində əmanətə 07 aprel 2024-cü il tarixinədək hesablanmalı faizlərin məbləği 25.526,11 ABŞ dolları təşkil etsə də, ekspert rəyi müqavilənin hüquqi qüvvəsinin 31 avqust 2023-cü il tarixində başa çatdığı tarixə deyil, qeyd olunan tarixdən sonra faizlərin hesablanacağı təqdirdə, onların hansı məbləğdə ola biləcəyini göstərmişdir. Lakin bu cür hesablamalar müqavilə müddətini aşdığı üçün məhkəmə aktının əsasını təşkil edə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın bu hissəsi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə ilkin depozit məbləği 10,000 (on min) ABŞ Dolları miqdarında pul vəsaiti, müqaviləyə uyğun olaraq həmin məbləğə hesablanmalı olan 24.200 ABŞ Dolları (11 il x 10.000 22% (2200 manat)) ABŞ Dolları faiz məbləğinin, cəmi 34.200 ABŞ dolları İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən həmçinin Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edilərək, qətnamə çıxarılan günədək əmanət məbləğinin – 35.526,11 ABŞ dollarının üzərindən 7.25 faiz bank uçot dərəcəsi ilə hesablanmış faiz məbləğinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmasını tələb edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu tələbin təmin olunması üçün mütləq əsas şərt – vəsaitin qanunsuz saxlanılması faktının müəyyən edilməsi olmalıdır. Halbuki iş üzrə toplanmış sübutlar və tərəflərin izahatları əsasında belə nəticəyə gəlinmişdir ki, cavabdeh Bankın hərəkətlərində qanunsuzluq, yaxud əmanət müqaviləsinin pozulması hallarına rast gəlinməmiş, əksinə, müəyyən olunmuşdur ki, həm iddiaçının, həm də cavabdehin eyni vaxtda banka müraciət etməsi səbəbindən Bank öhdəliyin icrasında tərəddüdə düşmüş və hüquqi qeyri-müəyyənlik şəraitində heç bir tərəfə üstünlük verməmişdir. Məhz bu səbəbdən də, Bank tərəfindən vəsaitin saxlanılması qanunsuz sayılmamalı, əksinə, Bank tərəflər arasında mübahisə tam şəkildə aydınlaşanadək ehtiyatlı davranaraq vəsaiti heç bir tərəfə təqdim etməmiş və bununla da faktiki olaraq hüquqi riskin qarşısını almağa çalışmışdır. Bu hallarda, Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan tələblər – yəni vəsaitin əsassız və qanunsuz saxlanılması səbəbilə əlavə faiz tutulması – tətbiq edilə bilməz. Çünki vəsaitin Bank tərəfindən saxlanması hüquqi baxımdan əsaslı olmuş, bu hərəkət heç bir qanun pozuntusu ilə müşayiət olunmamışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 264.42 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutulmalıdır. Bundan əlavə ddiaçı 26.44 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri prosessual xarakterli tədbirdir və onun tətbiqi, habelə bu barədə ərizə verilməsi iddianın təmin olunubolunmamasından asılı olmayaraq, məhkəmənin səlahiyyətində olan qiymətləndirmə məsələsidir. Bu cür ərizəyə görə ödənilən dövlət rüsumu yalnız o halda cavabdehdən tutuluna bilər ki, müvəqqəti təminat tədbiri ilə bağlı konkret zərər və ya əsaslandırılmış məsrəf sübuta yetirilsin və bu məsrəfin məhz cavabdehin qanunsuz davranışları ilə bağlı yarandığı məhkəmə tərəfindən müəyyən edilsin. Hazırkı iş üzrə isə müvəqqəti təminat tədbirinin tətbiq olunması ilə bağlı iddiaçının əlavə və ya müstəsna xərclərə məruz qalması, yaxud cavabdehin bu tədbirin tətbiqinə səbəb olan hərəkətlərə yol verdiyi sübut olunmamışdır. Beləliklə, prosessual tədbirin həyata keçirilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması üçün zəruri hüquqi və faktiki əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı 300 manat məbləğində hüquqi xidmət xərci tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia bu hissə də rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə İddiaçı əmanətçi olmaq hüququ tanınmalı, Cavabdeh1 əmanətçi hüquqlarına isə xitam verilməli, "xxxx" ASC tərəfindən 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə ilkin depozit məbləği 10,000 ABŞ Dolları, 24.200 ABŞ Dolları faiz məbləği, cəmi 34.200 ABŞ dolları miqdarında pul vəsaiti İddiaçı ödənilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Cavabdeh1 alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmanət məbləğinin tələbinə dair” iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə Cavabdeh1 əmanətçi hüquqlarına xitam verilsin. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 30 avqust 2012-ci il tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə İddiaçı əmanətçi olmaq hüququ tanınsın. “Uşaq əmanət (depozit) hesabı haqqında” Müqavilə üzrə ilkin depozit məbləği üzrə 10,000 ABŞ Dolları, faiz məbləği üzrə 24.200 ABŞ Dolları, cəmi 34.200 (otuz dörd min iki yüz) ABŞ dolları miqdarında pul vəsaiti cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ödənilsin. Ödənilmiş 264.42 (iki yüz altmış dörd, qırx iki manat) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 alınaraq alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-246/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-246/2025
03.07.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver