Məhkəmə qərarları › İş №e-2(006)-2500/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2500/2023

20.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2500/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qıznın katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 ərizə təqdim edərək bildirmişdir ki, hazırki mülki iş üzrə cavabdehlə aralarında barışıq əldə olunmuşdur. Bununla bağlı barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası üzrə tərəflər aşağıdakıları öz üzərinə götürürlər: 1) Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərar elan olunduğu gündən 24 ay müddətinə 2 dəfə olmaqla yəni 1-ci ödəniş 170.000 manat barışıq sazişinin təsdiq edilməsi barədə qərar elan olunduğu gündən 12 ay müddətinə, növbəti ödəniş hissə 170.000 manat isə birinci ödəniş ödənildiyi gündən sonra 12 ay müddətinə, ümumilikdə 340.000 manat məbləğində xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 təhsili, inkişafı, asudəsi, tibb və digər xərcləri qarşılamaq üçün birdəfəlik ödəmə olaraq İddiaçı bank hesabına qoymağı öz öhdəsinə götürür; Bu bəndin hər hansı hissəsinin lazımınca həyata keçirilmədiyi təqdirdə ilkin iddia üzrə Cavabdeh2 bu sazişin 2ci bəndində nəzərdə tutulmuş əmlakların (ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın yarımzirzəmisindəki 50,7 kv.m qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 963a saylı bağ evi) ilkin iddia üzrə İddiaçı adına rəsmiləşdirilməsini öz öhdəliyinə götürür. 2) Bu barışıq sazişinin 1-ci bəndində göstərilən öhdəliyin Cavabdeh2 lazımınca yerinə yetirmədiyi təqdirdə o, onun mülkiyyət və sahibliyində olan ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın yarımzirzəmisindəki 50,7 kv.m qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 963 a saylı bağ evi İddiaçı adına qeyd-şərtsiz mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsi və ya iddiaçının yazılı razılığı əsasında satıb sazişin 1ci bəndində nəzərdə tutulmuş məbləği ona ödəməyi öz öhdəliyinə götürür. Bunun üçün razılaşdırılmış 12 ay müddəti ötməməlidir. 3) Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10, mənzil 63 və Bakı şəhəri Xətai rayonu, 1131-ci məhəllə, ünvan 2 ünvanında yerləşən mənzillərin İddiaçı sahiblik və istifadəsində qalmaqla, ona dair zəruri sənədləşdirilməni apararaq bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərar elan olunduğu gündən 2 ay müddətində sonuncunun mülkiyyətinə verməyi öz öhdəsinə götürür; 4) Cavabdeh2 BMW X-5 minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı sahiblik və istifadəsində qalmaqla, ona dair zəruri sənədləşdirilməni apararaq bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərar elan olunduğu gündən 2 ay müddətində sonuncunun mülkiyyətinə verməyi öz öhdəsinə götürür. 5) Cavabdeh2 İddiaçı təsisçisi olduğu "xxxx" MMC (VÖEN **********); "xxxx" MMC (VÖEN **********); "xxxx" MMC (VÖEN **********); "xxxx" MMC-lərə (VÖEN **********1); "xxxx" MMC (VÖEN ********** qarşı irəli sürdüyü iddia tələbindən imtina edərək, gələcəkdə gedən MMC-lərə və digər müəssisələrlə bağlı iddia tələbi irəli sürməməyi öz öhdəliyinə götürür; 6) Cavabdeh2 və İddiaçı birgə nikah dövründə götürdüyü və onların adına rəsmiləşdirilən və ya rəsmiləşdirilməyən hüquqi və ya fiziki şəxslərdən alınan bütün borcları ayrı-ayrılıqda ödəməyi hər biri öz üzərinə götürürlər. 7) İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,0614 ha torpaq sahəsinə aid hissəsinə iddia tələblərindən imtina edir; 8) İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair iddia tələblərindən imtina edir; 9) İddiaçı ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın yarımzirzəmisindəki 50,7 kv.m qeyri-yaşayış sahəsinə dair iddia tələblərindən imtina edir; 10) İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 963a saylı bağ evinə aid hissədə iddia tələblərindən imtina edir; 12) Tərəflər razılaşırlar ki, İddiaçı Cavabdeh2 birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 atası Cavabdeh2 himayəsində, xx.xx.2012-ci il təvəllüdlü X4, onların istədikləri vaxtlarda ana və ataları ilə ünsiyyətdə olmaqlarına hər iki tərəf şərait yaratmağı, həmçinin uşaqların sərbəst olaraq ölkə ərazisindən çıxması və gətirilməsi üçün biri digər tərəfə etibarnamə verilməsini öhdəsinə götürür; 13) Qarşılıqlı razılığa əsasən İddiaçı ilə Pərviz oğlunun birgə nikahdan olan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4, onların istədikləri vaxtlarda ana və ataları ilə ünsiyyətdə olmaqlarına hər iki tərəf şərait yaratmağı, həmçinin uşaqların sərbəst olaraq ölkə ərazisindən çıxması və gətirilməsi üçün biri digər tərəfə etibarnamə verilməsini öz öhdəsinə götürür. 14) Tərəflər razılaşırlar ki, bir-birilərinə qarşı aliment tələblərindən imtina edirlər; Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişinin müəyyən şərtlərinin təsdiq olunmayan hissəsi ilə bağlı qeyd edir ki, məhkəməyə iddia irəli sürmək və bu hüquqdan imtina olunması, xüsusilədə aliment tələbi davam edən münasibət olduğundan, uşaqların üstün mənafeyi nəzərə alınmaqla bu hissə təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması" tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərar elan olunduğu gündən 24 ay müddətinə 2 dəfə olmaqla yəni 1-ci ödəniş 170.000 manat barışıq sazişinin təsdiq edilməsi barədə qərar elan olunduğu gündən 12 ay müddətinə, növbəti ödəniş hissə 170.000 manat isə birinci ödəniş ödənildiyi gündən sonra 12 ay müddətinə, ümumilikdə 340.000 manat məbləğində xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 təhsili, inkişafı, asudəsi, tibb və digər xərcləri qarşılamaq üçün birdəfəlik ödəmə olaraq İddiaçı bank hesabına qoymağı öz öhdəsinə götürür; Bu bəndin hər hansı hissəsinin lazımınca həyata keçirilmədiyi təqdirdə ilkin iddia üzrə Cavabdeh2 bu sazişin 2ci bəndində nəzərdə tutulmuş əmlakların (ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın yarımzirzəmisindəki 50,7 kv.m qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 963a saylı bağ evi) ilkin iddia üzrə İddiaçı adına rəsmiləşdirilməsini öz öhdəliyinə götürür. 2) Bu barışıq sazişinin 1-ci bəndində göstərilən öhdəliyin Cavabdeh2 lazımınca yerinə yetirmədiyi təqdirdə o, onun mülkiyyət və sahibliyində olan ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın yarımzirzəmisindəki 50,7 kv.m qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 963 a saylı bağ evi İddiaçı adına qeyd-şərtsiz mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsi və ya iddiaçının yazılı razılığı əsasında satıb sazişin 1ci bəndində nəzərdə tutulmuş məbləği ona ödəməyi öz öhdəliyinə götürür. Bunun üçün razılaşdırılmış 12 ay müddəti ötməməlidir. 3) Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10, mənzil 63 və Bakı şəhəri Xətai rayonu, 1131-ci məhəllə, ünvan 2 ünvanında yerləşən mənzillərin İddiaçı sahiblik və istifadəsində qalmaqla, ona dair zəruri sənədləşdirilməni apararaq bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərar elan olunduğu gündən 2 ay müddətində sonuncunun mülkiyyətinə verməyi öz öhdəsinə götürür; 4) Cavabdeh2 BMW X-5 minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı sahiblik və istifadəsində qalmaqla, ona dair zəruri sənədləşdirilməni apararaq bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması barədə qərar elan olunduğu gündən 2 ay müddətində sonuncunun mülkiyyətinə verməyi öz öhdəsinə götürür. 5) Cavabdeh2 İddiaçı təsisçisi olduğu "xxxx" MMC (VÖEN **********); "xxxx" MMC (VÖEN **********); "xxxx" MMC (VÖEN **********); "xxxx" MMC-lərə (VÖEN **********1); "xxxx" MMC (VÖEN ********** qarşı irəli sürdüyü iddia tələbindən imtina edərək, gələcəkdə gedən MMC-lərə və digər müəssisələrlə bağlı iddia tələbi irəli sürməməyi öz öhdəliyinə götürür; 6) Cavabdeh2 və İddiaçı birgə nikah dövründə götürdüyü və onların adına rəsmiləşdirilən və ya rəsmiləşdirilməyən hüquqi və ya fiziki şəxslərdən alınan bütün borcları ayrı-ayrılıqda ödəməyi hər biri öz üzərinə götürürlər. 7) İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,0614 ha torpaq sahəsinə aid hissəsinə iddia tələblərindən imtina edir; 8) İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair iddia tələblərindən imtina edir; 9) İddiaçı ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın yarımzirzəmisindəki 50,7 kv.m qeyri-yaşayış sahəsinə dair iddia tələblərindən imtina edir; 10) İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 963a saylı bağ evinə aid hissədə iddia tələblərindən imtina edir; 11) Tərəflər razılaşırlar ki, İddiaçı Cavabdeh2 birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 atası Cavabdeh2 himayəsində, xx.xx.2012-ci il təvəllüdlü X4, onların istədikləri vaxtlarda ana və ataları ilə ünsiyyətdə olmaqlarına hər iki tərəf şərait yaratmağı, həmçinin uşaqların sərbəst olaraq ölkə ərazisindən çıxması və gətirilməsi üçün biri digər tərəfə etibarnamə verilməsini öhdəsinə götürür; 12) Qarşılıqlı razılığa əsasən İddiaçı ilə Pərviz oğlunun birgə nikahdan olan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4, onların istədikləri vaxtlarda ana və ataları ilə ünsiyyətdə olmaqlarına hər iki tərəf şərait yaratmağı, həmçinin uşaqların sərbəst olaraq ölkə ərazisindən çıxması və gətirilməsi üçün biri digər tərəfə etibarnamə verilməsini öz öhdəsinə götürür. 13) Tərəflər razılaşırlar ki, bir-birilərinə qarşı aliment tələblərindən imtina edirlər; İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar