Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2507/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qıznın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq tutulmuş pul vəsaitinin geri qaytarılması və əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq tutulmuş pul vəsaitinin geri qaytarılması və əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, hazırki mülki iş üzrə cavabdehlə aralarında barışıq əldə olunmuşdur. Bununla bağlı barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən İddiaçı Cavabdeh ASC-nin avans xidmətindən istifadə edərək xx.xx.2020-ci il tarixdə 200 (iki yüz) manat məbləğində pul vəsaitini Cavabdeh ASC-yə məxsus bankomatdan məxaric etməsini qəbul edir, bu barışıq sazişi məhkəmə tərəfindən tədtiq edildikdən sonra 1 ay ərzində iddiaçı 200 (iki yüz) manat məbləğində pul vəsaitini cavabdehin təqdim etdiyi hesaba ödəməyi öz öhdəsinə götürür, Cavabdeh ASC iddiaçı tərəfindən ödənilən 200 (iki yüz) manat məbləğində pul vəsaitini qəbul etməyi, həmin avans xidmətindən istifadə edilməsinə görə 200 manata hesablanmış 95.98 manat (doxsan beş manat doxsan səkkiz qəpik) məbləğində faiz və cərimə borcunu silməyi öz öhdəsinə götürür, Cavabdeh ASC iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində pul vəsaiti ödənildikdən sonra 7 gün müddətində İddiaçı adına Mərkəzləşdirilmiş Kredit Reyetrində müvafiq düzəlişlərin edilərək həmin kredit (avans xidməti) barədə məlumatların silinməsini təmin etməsini öz öhdəsinə götürür, barışıq sazişinin müddəaları iddiaçı tərəfindən pozulacağı halda iddiaçı 200 manat məbləğində əsas borcu və ona hesablanmış 95.98 manat məbləğində faiz və cərimə borcunu ödəyəcəkdir, barışıq sazişinin müddəaları cavabdeh tərəfindən pozulacağı halda cavabdeh ona qarşı sürülmüş iddia tələbini məhkəmə xərcləri və məlumatların Mərkəzləşmiş Kredit Reyestrindən silinməsi ilə bağlı hissədə icra edəcəkdir, icraata xitam verilmə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci naddəsinin tələbləri tərəflərə məlum olmuşdur. Tərəflər bilir ki, işin icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir, barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edilmiş, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq tutulmuş pul vəsaitinin geri qaytarılması və əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İddiaçı Cavabdeh ASC-nin avans xidmətindən istifadə edərək xx.xx.2020-ci il tarixdə 200 (iki yüz) manat məbləğində pul vəsaitini Cavabdeh ASC-yə məxsus bankomatdan məxaric etməsini qəbul edir.
2. Bu barışıq sazişi məhkəmə tərəfindən tədtiq edildikdən sonra 1 ay ərzində iddiaçı 200 (iki yüz) manat məbləğində pul vəsaitini cavabdehin təqdim etdiyi hesaba ödəməyi öz öhdəsinə götürür.
3. Cavabdeh ASC iddiaçı tərəfindən ödənilən 200 (iki yüz) manat məbləğində pul vəsaitini qəbul etməyi, həmin avans xidmətindən istifadə edilməsinə görə 200 manata hesablanmış 95.98 manat (doxsan beş manat, doxsan səkkiz qəpik) məbləğində faiz və cərimə borcunu silməyi öz öhdəsinə götürür.
4. Cavabdeh ASC iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində pul vəsaiti ödənildikdən sonra 7 gün müddətində İddiaçı adına Mərkəzləşdirilmiş Kredit Reyetrində müvafiq düzəlişlərin edilərək həmin kredit (avans xidməti) barədə məlumatların silinməsini təmin etməsini öz öhdəsinə götürür.
5. Barışıq sazişinin müddəaları iddiaçı tərəfindən pozulacağı halda iddiaçı 200 manat məbləğində əsas borcu və ona hesablanmış 95.98(doxan beş manat, doxsan səkkiz qəpik) manat məbləğində faiz və cərimə borcunu ödəyəcəkdir.
6. Barışıq sazişinin müddəaları cavabdeh tərəfindən pozulacağı halda cavabdeh ona qarşı sürülmüş iddia tələbini məhkəmə xərcləri və məlumatların Mərkəzləşmiş Kredit Reyestrindən silinməsi ilə bağlı hissədə icra edəcəkdir.
7. İcraata xitam verilmə qaydasımı və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci naddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, işin icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
8. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.
9. Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edilmiş, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq tutulmuş pul vəsaitinin geri qaytarılması və əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Hakim: Ramin Xəlilov