Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2607/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə onun anası X2 gözlənilmədən pisləşdiyi üçün onlar X15 zəng edərək çağırıblar. Növbətçi həkim mənzilə gələnə qədər X9 vəfat edib. X16 həkim tərəfindən X6 ölümü ilə bağlı onlara müvafiq arayış verilib. X3 rayon qəbiristanlığında dəfn edilib. Yas və dəfn mərasimi ilə əlaqədar olaraq ərizəçi və onun ailə üzvləri nəzərdə tutulmuş müddətdə X6 ölümünü qeydiyyata aldıra bilməmişdirlər. X1 adına ölüm haqda tibbi şəhadətnamənin verilməsi üçün 1 saylı şəhər Poliklinikasına müraciət edilsə də, müvafiq arayışın verilməsindən imtina edilmişdir. X6 adına ölüm haqda şəhadətnamə əldə etmək məqsədilə Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə isə ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun müraciətinə baxılmasından imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. O, müvafiq şəhadətnaməni ala bilmədiyi üçün mərhum anası X9 indiyə qədər onun ailə üzvü kimi yaşadığı mənzildə qeydiyyatda qalmağa davam edir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, mərhumə onun anası, ərizəçi isə onun bacısıdır. Anası – X9 28 fevral 2022-ci il tarixdə vəfat etmiş və Yasamal rayon qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt o öz evində qalırdı və bacısı oğlu onu gəlib götürmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində bildirmişdir ki, mərhumə onun nənəsi, ərizəçi isə onun anasıdır. Nənəsi – X9 28 fevral 2022-ci il tarixdə vəfat etmiş və Yasamal rayon qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt o digər nənəsigildə qalırdı. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Təcili və X8 Stansiyasının 01063 saylı Ölüm haqqında Xəbərdarlıq Vərəqəsinə dair arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, Ağa Heymətulla 47A, 2-3-15 ünvanında X6 həkimə qədər ölüm faktı qeydə alınmışdır. - 1 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli, 18-1-1-83/3-29/2025 saylı ölüm haqqıda tibbi şəhadətnamənin verilməsi ilə bağlı məktubu ilə müəyyən edilir ki, ərizəşi Ərizəçi ilə eyni ünvanda qeydiyyatda olan X9 polikinikada xx.xx.2014-cü ildən ambulator, xx.xx.2014-cü ildən isə endokrinoloqun dispanser qeydiyyatında olmuşdur. Poliklinikaya son müraciəti xx.xx.2020-ci ildə olmuşdur. 2022-ci ildə vəfat etmişdir. Rəhmətə getdikdən sonra ailə üzvləri tərəfindən ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciəti olmamışdır. xx.xx.2025-ci ildə ölüm haqqında arayış üçün qızı tərəfindən müraciət olub. X4 tərəfindən poliklinikaya uzun müddət müraciət olmadığı üçün ölüm haqqında şəhadətnamə (forma 106) verilməmişdir. - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-7-15-490/25 saylı məktubu ilə müəyyən edilir ki, X6 ölümünün qeydə alınması barədə daxil olmuş ərizəyə baxılaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 14 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmişdir. İş materiallarına əlavə edilən fotoşəkillərdən görünür ki, mərhumə X6 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumənin soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi anası X6 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1942-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2607/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2607/2025
13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver