Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2682/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi və “X12” X16 maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi “X12” X16 maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1985-ci il təvəllüdlü oğlu X10 xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Heydər Məscidinin yaxınlığında yerləşən yolda BMV markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində sirkə turşusu içərək intihar etməyə cəhd etmişdir. Bundan sonra Rəmzi Şükürov Maraqlı şəxsn toksikologiya şöbəsinə yerləşdirilmişdir. Rəmzi Şükürov xx.xx.2024-cü il tarixdə X11 toksikologiya şöbəsində vəfat etmişdir. Meyid Binəqədi rayon Prokurorluğunun müstəntiqi Ələkbər Babayevin müşayiəti ilə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon Şöbəsinə göndərilmişdir. Binəqədi rayon Prokurorluğunun müstəntiqi Ələkbər Babayevin xx.xx.2024-cü il tarixli qərarı ilə X1 turşusu içərək intihar etməsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X11 xx.xx.2024-cü il tarixli 18-1-2/2-Ş-270-42-102/2024 saylı məktubu ilə meyid ekspertizaya göndərildiyindən ölüm haqqında şəhadətnamə təqdim etməkdən imtina etmişdir. Cinayət işinin rədd qərarından görünür ki, Rəmzi Şükürovun meyidinə tibbi ekspertiza keçirilmədiyindən onun bədən səthi üzərində hər hansı bir xəsarətin olub-olmamasını, ölüm səbəbini müəyyən etmək mümkün olmamışdır. Yəni meyid ekspetizaya təqdim edilməmişdir. Nəsimi rayon qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-517/2024 saylı məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Göründüyü kimi X14 Rəmzi Şükürovun meyidini ekspertiza keçirilməsi üçün Binəqədi rayon Prokurorluğunun müstəntiqi Ələkbər Babayevin müşayiəti ilə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon Şöbəsinə göndərilmiş, lakin meyid ekspertizaya təqdim edilməmiş və bu səbəbdən ölüm haqqında şəhadətnaməni X7ra təqdim edə bilməmiş, nəticədə Nəsimi rayon qeydiyyat Şöbəsində ölüm haqqında həkim şəhadətnaməsi təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Oğlunun ölümü haqqında şəhadətnamə ona oğlundan miras qalmış əmlakla əlaqədar məsələlərin həlli və eyni zamanda yaşadığı mənzilə pasport qeydiyyatından çıxarılması, vergi orqanlarında olan məsələlərin həlli, Kommersiya Məhkəməsində oğluna qarşı qaldırılmış iddia üzrə prosessual hüquqi varislik məsələsinin həlli üçün lazımdır. Göstərilənlərə əsasən, xx.xx.1985-ci il təvəllüdlü oğlu X4 xx.xx.2024-cü il tarixdə sirkə turşusu içərək intihar etməsi səbəbindən ölməsi faktının müəyyən edilməsinə, ölüm haqqında şəhadətnamənin verilməsinin AR ƏN Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx.xx.1985-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi (ölməsi) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, vəfat etmiş şəxs onun qardaşıdır. O, 09 mart 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Vəfat etmə səbəbi onun intihar etməsi olmuşdur. Daha sonra o, Yasamal rayonundakı Dağüstü 1 qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində və yas mərasimlərində iştirak etmişdir.
7. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsi və vəkilinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin oğlu X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
b) Mülki işin materialları:
9. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərə əlaqədar nəzərə çatdırılır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.
10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 Maraqlı şəxs tərəfindən X5 ünvanlanmış 05 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixində X11 toksikologiya şöbəsində vəfat etmişdir. Meyid müstəntiq Ələkbər Babayevin müşayiəti ilə Məhkəmə Tibbi Ekspertiza və X2 Binəqədi rayon şöbəsinə göndərilmişdir. Bu səbəbdən X14 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir.
11. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanan 818 nömrəli, 21 iyun 2024-cü il tarixli məktubdan görünür ki, X10 (xx.xx.1985-xx.xx.2024) Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında 9-cu sektorunda dəfn olunmuşdur.
12. Mülki işin materiallarında olan Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcli hüquqşünas X3 tərəfindən qəbul edilən 02 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində şərrh edilənlərə əsasən X1 turşusu içərək intihar etməsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən yəni, əməldə cinayət tərkibin olmaması əsası ilə rədd edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
14. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
15. Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
17. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
18. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
19. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi oğlu xx.xx.1985-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.