Məhkəmə qərarları › İş №e-2(006)-2692/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2692/2025

08.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2692/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iş üzrə (açar sözlər: pul tələbi, faizin tutulması) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Cavabdeh izahatından görünür ki, İddiaçı sürücü ilə ona 1000 manat pul və 43 qram qızıl-zinət əşyaları göndərdi. O, həmin qızılları 28 May metrostansiyasının yaxınlığıda yerləşən Lombarda qoyub müqabilində 900 manat pul götürdü, həmin qızılların dəyəri az idi. Şövkətə yaxın vaxtlarda borcunu və qızılları geri qaytaracağını bildirdi, o, razılaşdı. Bundan sonra maddi çətinliklərim olduğundan Şövkət xanıma olan borcunu geri qaytara bilmədi. Şövkət ilə həmişə əlaqə saxladıqda pulu olan vaxtı ona borcunu geri qaytaracağını bildirirdi. Onun hal-hazırda Şövkət xanıma 1000 manat borcu və 43 qram qızıl dəyəri olan 900 manat pul porcu vardır. Yaxın günlərdə Şövkət xanıma olan borcunu qaytaracağıma söz verir. - Xətai RPl-nin təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardad görünür ki, Cavabdeh təhqiqata təqdim etdiyi 1900 manat pul protokol tərtib edilərək İddiaçı təhvil verilmişdir. - ********** nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Ticarət və Senayə Palatası “Azərekspertiza” Birliyinin 215 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, adları qeyd olunan qızıl zinət əşyalarının hazırki real bazar qiyməti 5536 manat təşkil edir. a) iddia tələbi İddiaçı Cavabdeh qarşı "əmlak tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus çəkisi 7.65 qram olan 583 əyyarlı sarı qızıldan 1 ədəd üzüyün, çəkisi 9.51 qram olan 585 əyyar sarı qızıldan zəncirin (sep), çəkisi17.74 qram olan 583 əyyar sarı qızıldan 1 ədəd “Sünbül” qolbağın, çəkisi 3.6 qram olan 583 əyyar sarı qızıldan zəncirin (sep); çəkisi 6.3 qram olan 583 əyyar sarı qızıldan 1 ədəd klon; 5.2 qram çəkisində 916 əyyar sarı qızıldan 5 ədəd qızıl dişlərin Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi, birinci tələb üzrə qızılların qaytarılması mümkün olmadıqda həmin qızılların Mərkəzi Bankın təyin etdiyi unsiya dəyərinə görə hesablanmış 5306 manat məbləğində pulun, mülkiyyətə dəymiş zərərin əvəzi olaraq Mülki Məcəllənin 445.7cimaddəsinə əsasən hesablanmış 2387,70 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 97 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci il tarixdə həmin vaxtı Xətai RPİ-nin 35ci Polis bölməsində sahə inspektoru işləyən Cavabdeh (bundan sonra – Cavabdeh) 1000 manat pul və təxminən çəkisi 50 qrama yaxın müxtəlif qızıl-zinət əşyalarını borc olaraq vermişdi. Həmin pul və qızılları cavabdeh bir ay müddətinə qaytaracağına dair vəd versə də o, sözünü tutmamış, uzun müddət onu müxtəlif bəhanələrlə aldadaraq, hər dəfəsində qızılları və 1000 manat pulu qaytaracağına dair vədlər vermişdir. Bütün bu yalanlarda cana gələrək artıq mən məcbur olub məsələnin araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixdə ərizə ilə Xətai RPİ-yə müraciət etmişdir. Şikayəti Xətai RPİ-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 1313 sıra sayı ilə qeydiyyata alınaraq Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 icraatına verilmişdir. Araşdırma zamanı Cavabdeh öz verdiyi izahatında 2015-ci il tarixdə ailədaxili münaqişə olmasına dair DİN-in 102 xidməti-zəng mərkəzinə müraciətinə əsasən bölmənin əməliyyat qrupu ilə birgə onun yaşadığı mənzilə gəldiyini, həmin tarixdə şəxsi ehtiyacları ilə əlaqədar pul lazım olduğundan ona müraciət edərək ona köməklik göstərməyimi xahiş etdiyini göstərmişdir. Həmçinin Cavabdeh izahatında onun sürücü ilə ona 1000 (bir min) manat pul və 43 (qırx üç) qram qızıl-zinət əşyaları göndərməyini etiraf etmiş, həmin qızılları “28 May” metrostansiyasının yaxınlığında yerləşən lombarda qoyub müqabilində 900 manat pul götürdüyü, habelə yaxın vaxtlarda borcunu və qızıllarını ona geri qaytaracağını bildirmişdir. Guya maddi çətinlikləri olduğundan ona olan borcunu geri qaytara bilməmiş və onunla həmişə əlaqə saxladığında borcunu geri qaytaracağını demişdir. Araşdırma nəticəsində cavabdeh ona olan borcundan 1900 (bir min doqquz yüz) manat borcunu təhqiqata təhvil vermiş, həmin pul protokol tərtib edilərək ona təqdim olunmuşdur. Lakin,adlarıaşağıda qeyd edilən qızıl-zinət əşyaları 1. 7.65 qram 583 əyyar 1 ədəd üzük – dəyəri 788 manat; 2. 9.51 qram 585 əyyar zəncir (sep) – dəyəri 979,53 manat; 3. 17.74 qram 583 əyyar 1 ədəd qolbağı – 1827,22 manat; 4. 3.6 qram 583 əyyar zəncir (sep) – dəyəri 370,80 manat; 5. 6.3 qram 583 əyyar 1 ədəd klon – 648,90 manat; 6. 5.2 qram çəkidə 916 əyyar 5 ədəd qızıl diş və ya onun dəyəri ona geri qaytarılmamışdır. Bütün yuxarıda göstərdiyi məqamlar cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-ci il tarixli qərarda da öz əksini tapmış, qızılzinət əşyalarının qaytarılması və ya dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun izah olunması və s. məsələlər ətraflı şəkildə izah edilmişdir (əlavə olunur). Eyni zamanda məhkəmə prosesi zamanı cavabdehlə olan telefon danışıqlarıma dair səs yazılarını da təqdim edəcək ki, cavabdehin illər ərzində müxtəlif bəhanələrlə onu necə aldatması, hər dəfə qızılları qaytaracağını vəd etməsini ona vəd verməsi açıq aydın görünsün. Bununla yanaşı qızılların əyyar (prob) və çəkilərinin əks olunduğu birkaları, eləcə də cavabdehlə qızıllar barədə səs yazılarını da diskdə məhkəməyə təqdim edəcək. Qeyd etmək istərdi ki, cavabdeh uzun illər ərzində yəni 2015-ci ildən bugünədək olan müddət ərzində onun qızıllarını qeyri-qanuni olaraq saxlamış, geri verməmiş və yalnız onların dəyərindən kiçik bir hissə kimi 900 manatını xx.xx.2023-cü il tarixdə şikayətindən sonra məcbur qalıb ona qaytarmışdır. O həmin qızılların 43 qram olmasını etiraf etmiş, lakin bununla belə özündən onun dəyərinin 900 manat olması qənaətinə gəlmişdir. 43 qram qızılının bugünkü dəyərinin 900 manat olması nəinki ağlabatan deyil, hətta qeyri-realdır və mümkünsüzdür. O səbəbdən də hesab edirlər ki, cavabdeh ya ona həmin qızılları, o mümkün olmadıqda bugünkü real bazar dəyəri olan vəsaiti ona geri qaytarmalıdır. Bu zaman qızılın dəyərinə uyğun olaraq həmin vəsaiti özündə qeyri-qanuni saxlanması nəzərə alınaraq 2015-ci ildən bəri illik 5 faiz olmaqla gecikmə faizini də əlavə ödəməlidir. Qızılın alış və satış qiymətlərinin gündəlik dəyişməsi səbəbindən qızılın konkret qiyməti barədə rəqəm demək çətinlik yaradır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən qızılın 1 unsiyasının dəyəri xx.xx.2024-cü il tarixinə 4513.5085 manat təşkil edir (https://www.cbar.az/currency/rates). Bu deməkdir ki, rəsmi məzənnəyə əsasən qeyd olunan tarixdə qızılın qramı 145,65 manat (4530.38xx/xx.1034769 (1 unsiyanın qramda çəkisi)=145,11) olaraq müəyyən edilmişdir. Lakin, əldə etdikləri şifahi məlumata əsasən hazırda tələb oluna qızılların əyyarlarını nəzərə alaraq bugünkü günə qızıl bazarında 583 və 585 əyyarlı (14k) qızılın ortalama qiyməti 103-105 manat, 916 əyyarın (22K) qızıl dişin dəyəri isə qramı 133-135 manatdır. Qeyd olunan qiymətlər nəzərə alınmaqla hesab edirlər ki, qızıl dişlərə görə 691,6 manat (5.2*133), digər ümumi çəkisi 44.8 qram olan əşyalara görə isə 4614,4 ( 44.8*103) olmaqla ümumilikdə 5306 manat dəyərində qızıl-zinət əşyalarını özündə saxlamışdır. Onlarından dəyərindən yalnız cəmi 900 manatı 2023-cü ilin dekabr ayında Xətai RPİ-yə şikayətindən sonra ona məcbur qalıb ödəniş etmişdir. Yerdə qalan 4406 manat dəyərindən isə bugünədək cəmi 900 manat əlavə ödəniş etmişdir. Bu zaman xüsusilə qeyd edilməlidir ki, qızıl-zinət əşyalar zərgərlik məmulatları olmuş, yuxarıdakı hesablama lom qızıl satışı kimi qiymətlər nəzərə alınmaqla hesablanmışdır. Zərgərlik məmulatı kimi dəyərləri daha yüksəkdir. Qızılların ümumi dəyəri hesab etdikləri 5306 manat əsas vəsaitin 2015-ci ildən Cavabdehdə olmasını nəzərə alaraq illik 5 faiz gecikmə faizi kimi ona ödənilməsi də labüddür. 2015-ci ildən müddət axımı nəzərə alınmaqla 2024-cü ilədək illik 265,3 manat (5306 manatın 5%-i) olmaqla ümumilikdə 2387,70 manat faiz məbləğinin (MM 445.7) olan məbləğ cavabdeh tərəfindən ona ödənilməlidir. Göstərilən bu hallar qızılların birinin və ya bir neçəsinin, eləcə də hamısının qaytarılmaması halında nəzərə alınmalıdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini bir neçə dəfə dəqiqləşdirərək son olaraq İddiaçı məxsus çəkisi 7.65 qram olan 583 əyyarlı sarı qızıldan 1 ədəd üzüyün, çəkisi 9.51 qram olan 585 əyyar sarı qızıldan zəncirin (sep), çəkisi 17.74 qram olan 583 əyyar sarı qızıldan 1 ədəd “Sünbül” qolbağın, çəkisi 3.6 qram olan 583 əyyar sarı qızıldan zəncirin (sep); çəkisi 6.3 qram olan 583 əyyar sarı qızıldan 1 ədəd klon; 5.2 qram çəkisində 916 əyyar sarı qızıldan 5 ədəd qızıl dişlərin xx.xx.2025-ci il tarixli ekspert rəyinə görə müəyyən edilmiş 5536 manat dəyərindən cavabdeh tərəfindən ödənilmiş 1800 manat nəzərə alınmaqla yerdə qalan 3736 manat məbləğində pulun, mülkiyyətə dəymiş zərərin əvəzi olaraq Mülki Məcəllənin 445.7-cimaddəsinə əsasən hesablanmış 2387,70 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 97 manat pulun, ümumilikdə 6220.70 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İş materiallarından, cavabdehin izahatından, habelə təhqiqat orqanının xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, tərəflər arasında 2015-ci ildə pul və qızıl-zinət əşyalarının verilməsi ilə bağlı faktiki münasibətlər mövcud olmuş, cavabdeh iddiaçıdan 1000 manat pul və təxminən 43 qram qızıl-zinət əşyaları aldığını etiraf etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin qızıl-zinət əşyaları cavabdeh tərəfindən lombarda qoyulmuş, sonradan isə faktiki olaraq geri qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəyəri tələb edilən qızıl-zinət əşyalarının hazırda cavabdehin faktiki sahibliyində olması iş materialları ilə təsdiqini tapmır. Əksinə, mövcud sübutlar həmin əşyaların üçüncü şəxsə ötürüldüyünü və cavabdehin onları naturada qaytarmaq imkanının olmadığını göstərir. Bununla yanaşı, iş materiallarında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli ekspert rəyi mövcuddur. Həmin rəyə əsasən, iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının hazırkı real bazar dəyəri 5536 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bu ekspert rəyini obyektiv, əsaslandırılmış və iş üzrə digər sübutlarla ziddiyyət təşkil etməyən sübut kimi qiymətləndirir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 1800 manat məbləğində pul ödənilmişdir. Bu hal təhqiqat materialları və protokollarla təsdiq olunur. Beləliklə, qızıl-zinət əşyalarının dəyəri kimi müəyyən edilmiş 5536 manat məbləğindən cavabdeh tərəfindən artıq ödənilmiş 1800 manat çıxıldıqda, iddiaçının xeyrinə tutulmalı olan qalan məbləğ 3736 manat təşkil edir. Bundan əlavə İddiaçı tərəfindən qızıl-zinət əşyalarının və ya onların dəyərinin uzun müddət qaytarılmaması ilə əlaqədar olaraq əlavə olaraq gecikmə faizi (5 faiz) şəklində pul məbləğinin tutulması da xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında 2015-ci ildə yaranmış münasibətlər pul öhdəliyinin icrası ilə deyil, qızıl-zinət əşyalarının verilməsi və sonradan həmin əşyaların naturada geri qaytarılması ilə bağlı olmuşdur. Başqa sözlə, cavabdehin ilkin öhdəliyi müəyyən məbləğdə pulun ödənilməsi deyil, ona etibar edilmiş qızıl-zinət əşyalarının geri qaytarılmasından ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, gecikmə faizi yalnız pul öhdəliyinin icrasının gecikdirilməsi halında tətbiq edilə bilər. Halbuki, hazırkı iş üzrə uzun müddət ərzində cavabdehin üzərinə düşən öhdəlik konkret pul məbləğinin ödənilməsi deyil, qızıl-zinət əşyalarının özünün qaytarılması olmuşdur. Bu dövrdə qızıl-zinət əşyalarının pul ekvivalenti müəyyən edilməmiş, tərəflər arasında bu barədə razılaşma mövcud olmamışdır. Bundan əlavə, müəyyən edilir ki, iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının dəyəri yalnız məhkəmə araşdırması çərçivəsində, ekspert rəyinə əsasən müəyyən edilmişdir. Deməli, cavabdehin üzərinə düşən pul öhdəliyi məhz həmin andan etibarən formalaşmışdır. Bu tarixədək cavabdeh tərəfindən icrası gecikdirilmiş konkret və müəyyən edilmiş pul borcu mövcud olmamışdır. Məhkəmə hesab edir ki, pul öhdəliyinin mövcud olmadığı dövr üçün gecikmə faizinin hesablanması hüquqi baxımdan yolverilməzdir. Eyni zamanda nəzərə alınmalıdır ki, qızılzinət əşyalarının bazar dəyəri illər ərzində əhəmiyyətli dərəcədə dəyişmişdir. İddiaçının tələb etdiyi gecikmə faizi isə hazırkı bazar qiymətləri əsasında formalaşmış məbləğ üzərindən hesablanmışdır ki, bu da cavabdehin həmin məbləği bütün bu müddət ərzində faktiki olaraq istifadə etməsi anlamına gəlmir. Məhkəmə hesab edir ki, cavabdeh qızıl-zinət əşyalarının hazırkı real bazar dəyəri əsasında müəyyən edilmiş pul məbləğini ödəməklə artıq dəyər artımı riskini öz üzərinə götürmüş olur. Bu şəraitdə eyni məbləğ üzrə əlavə olaraq gecikmə faizinin tutulması tərəflər arasında ədalətli tarazlığı pozur və mülki dövriyyənin əsas prinsiplərinə zidd nəticə yaradır. Bu səbəblərdən məhkəmə hesab edir ki, iddiaçının gecikmə faizi kimi 2387,70 manat məbləğinin cavabdehdən tutulması barədə tələbininin əsassız olduğundan rədd edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş (cəmi 3736 manat) hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 41.66 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3736 manat (üç min yeddi yüz otuz altı) manat və 41.66 (qırx bir manat, altmış altı qəpik) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissədi onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar