Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-28/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" BOKT MMC (hazırkı adı İddiaçı BOKT MMC) Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2020-ci il tarixli 568/3 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan borc 52.662,98 (əlli iki min altı yüz altmış iki manat doxsan səkkiz qəpik) manat, əsas məbləğə hesablanmış faiz borcu 18.800,81 (on səkkiz min səkkiz yüz manat səksən bir qəpik) manat, əsas məbləğə hesablanmış cərimə faiz borcu 565,62 (beş yüz altmış beş manat altmış iki qəpik) manat, cəmi 72.029,41 (yetmiş iki min iyirmi doqquz manat qırx bir qəpik) manat məbləğ olmaqla, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 306,09 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi, borcun-kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********28-10301, Qeydiyyat nömrəsi **********, Seriya RX № 1420926) xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 10-cu döngə, ev 17B yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 129.1 kv.m olan yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş yaşayış evinin ilkin satış qiymətinin 83000 (səksən üç min) manat məbləğində müəyyən edilməsi, həmin yaşayış evində yaşayan şəxslərin evdən çıxarılması, ipoteka ilə yüklü edilmiş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX № ******* saylı çıxarışla Cavabdeh mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küç., ev 13 yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 129.1 kv.m olan yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən "xxxx" BOKT MMC-yə olan borcunun ödənilməsi və vəsaitin artıq qalan hissəsinin cavabdeh tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2020-ci il tarixli 568/3 saylı kredit müqaviləsinin şərtlərinə görə "xxxx" BOKT MMC tərəfindən Cavabdeh həyət evinin tikintisi üçün 52.663 (əlli iki min altı yüz altmış üç) manat məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh illik 26 % olmaqla, 36 ay müddətinə birinci 3 ay ərzində güzəşt şərti ilə hesablanmış faizlərini 1.141,03 (bir min bir yüz qırx bir manat üç qəpik) manat və qalan müddətdə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 2.250,30 (iki mi iki yüz əlli manat otuz qəpik) manat ödəməli olduğu halda, qeyd edilən məbləğdən az ödəmişdir. Nəticədə gecikən günlərə görə ikiqat faiz hesablanmışdır. Kredit Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Müqavilənin 2.4cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə ikiqat olmaqla faiz ödəyir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********28-10301, Qeydiyyat nömrəsi **********, Seriya RX № 1420926) xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Cavabdeh Qaib oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçesi, 10-cu döngə, ev 17B-də yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 129.1 kv.m olan yaşayış evi ipotekaya qoyulmuş, 05 noyabr 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi DƏDRX-nin müvafiq Ərazi İdarəsində Dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı reyestr nömrəsi **********28-10301, qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir. "xxxx" BOKT MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etməklə kredit məbləğini Cavabdeh verməsinə baxmayaraq, borclu kredit müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə və ona şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini tam icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixinə "xxxx" BOKT MMC-yə kreditin əsas məbləğindən qalan borcu 52.662,98 (əlli iki min altı yüz altmış iki manat doxsan səkkiz qəpik) manat, əsas məbləğə hesablanmış faiz borcu 18.800,81 (on səkkiz min səkkiz yüz manat səksən bir qəpik) manat, əsas məbləğə hesablanmış cərimə faiz borcu 565,62 (beş yüz altmış beş manat altmış iki qəpik) manat olmaqla, cəmi 72.029,41 (yetmiş iki min iyirmi doqquz manat qırx bir qəpik) manat təşkil etmişdir.
3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
4. İddiaçı "xxxx" BOKT MMC (hazırkı adı İddiaçı BOKT MMC) xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 568/3 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği 52.662,98 (əlli iki min altı yüz altmış iki manat doxsan səkkiz qəpik) manat, kredit üzrə hesablanmış faiz borcunun məbləği 18.800,81 (on səkkiz min səkkiz yüz manat səksən bir qəpik) manat, kredit üzrə hesablanmış cərimə məbləği 565,62 (beş yüz altmış beş manat altmış iki qəpik) manat olmaqla, cəmi 72.029,41 (yetmiş iki min iyirmi doqquz manat qırx bir qəpik) manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 306,09 (üç yüz altı manat doqquz qəpik) manat məbləğdə dövlət rüsumunun; 568/4 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği 1.673,43 (bir min altı yüz yetmiş üç manat qırx üç qəpik) manat, kredit üzrə hesablanmış faiz borcunun məbləği 1.931,52 (bir min doqquz yüz otuz bir manat əlli iki qəpik) manat, kredit üzrə hesablanmış cərimə məbləği 94,64 (doxsan dörd manat altmış dörd qəpik) manat olmaqla, cəmi 3.699,59 (üç min altı yüz doxsan doqquz manat əlli doqquz qəpik) manat kredit borcunun, hər iki müqavilə üzrə isə ümumilikdə 76.035,09 (yetmiş altı min otuz beş manat doqquz qəpik) manat kredit borcunun Cavabdeh tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********28-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmeti olan həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 83.000 (səksən üç min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vasəiti hesabına iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi; ipoteka predmeti olan fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitinin iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutma ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129.1 kv.m olan fərdi yaşayış evinə yönəldildikdə və ya o satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, onların istifadə hüquqlarına xitam verilməsi və ipoteka predmeti olan həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tələbi qəbul etmir. İpoteka predmetini təşkil edən evin ilkin satış qiymətinin məhkəmə qətnaməsi ilə müəyyən edilməsi cavabdehin mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, göstərilən evin bazar qiyməti bu məbləğdən xeyli yüksəkdir. İpoteka predmetinin açıq hərracdan satılması prosesində alıcı olmadığı təqdirdə, həmin ev, likvid qiymətindən də əhəmiyyətli dərəcədə aşağı dəyərə ipotekasaxlayanın (iddiaçının) mülkiyyətinə özgəninkiləşdirilə bilər.
6. İddiaçı BOKT MMC (əvvəlki adı: "xxxx" BOKT MMC) xx.xx.2024-cü il tarixdə “tələbin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 568/3 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləği – 52.662,98 manat, faiz borcu 73.899,60 manat, cərimə borcu 3.649,20 manat olmaqla, cəmi 130.211,78 manat məbləğində kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 306,09 manat məbləğində dövlət rüsumunun, 568/4 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.673,43 manat, faiz borcu 2.233,21 manat, cərimə borcu 109,90 manat olmaqla, cəmi 4.016,54 manat məbləğində kredit borcunun, hər iki müqavilə üzrə isə ümumilikdə 134.228,32 manat kredit borcunun Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ("xxxx" BOKT MMC) ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası ƏMDK DƏDKR X6 tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********28-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 10-cu döngə, ev 17B yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 129.1 kv.m olan yaşayış evinə yönəldilməsi; ipoteka predmeti olan həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 83000 (səksən üç min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməsi; ipoteka predmeti olan fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitinin iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutma Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 10-cu döngə, ev 17B ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 129.1 kv.m olan yaşayış evinə yönəldikdə və ya o satıldıqda orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, onların istifadə hüquqlarına xitam verilməsi və ipoteka predmeti olan həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı BOKT MMC ("xxxx" BOKT MMC) xx.xx.2025-ci il tarixdə “tələbin həcminin artırılması barədə” sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, 568/3 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləği – 52.662,98 manat, faiz borcu 73.899,60 manat, cərimə borcu 3649,20 manat olmaqla, cəmi 130.211,78 manat məbləğində kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 306,09 manat məbləğində dövlət rüsumunun, 568/4 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1.673,43 manat, faiz borcu 2.233,21 manat, cərimə borcu 109,90 manat olmaqla, cəmi 4.016,54 manat kredit borcunun, hər iki müqavilə üzrə isə ümumilikdə 134.228,32 manat kredit borcunun Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ("xxxx" BOKT MMC) ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası ƏMDK DƏDKR X6 tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********28-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 10cu döngə, ev 17B yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 129.1 kv.m olan yaşayış evinə yönəldilməsi; ipoteka predmeti olan həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 83.000 (səksən üç min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməsi; ipoteka predmeti olan fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitinin iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutma Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 10-cu döngə, ev 17B ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 129.1 kv.m olan yaşayış evinə yönəldikdə və ya o satıldıqda orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, onların istifadə hüquqlarına xitam verilməsi və ipoteka predmeti olan həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin “iddia tələbi üzrə tutma ipoteka predmeti olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldikdə və ya o satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılması və evin boşaldılması” tələbi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
a) Məhkəmə prosesi:
9. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qismən qəbul edib bildirdi ki, cavabdeh 568/3 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilən xx.xx.2022-ci il tarixinə yaranmış əsas və faiz, 568/4 nömrəli kredit müqaviləsi üzrə isə xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilən xx.xx.2023-cü il tarixinə yaranmış əsas və faiz borclarının ondan tutulmasına razıdır. İddia tələbinin “dəbbə pulunun ödənilməsi” hissəsini isə qəbul etmirlər. İpoteka predmetinin ilkin satış qiymətinin 166.500 manat məbləğində müəyyən olunmaqla iddianın qismən təmin edilməsinə etirazının olmadığını bildirdi.
11. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini (dəqiqləşmələri), iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır (qeydiyyat tarixi, nömrəsi: xx.xx.2018, **********).
13. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı həyət evinin tikintisi üçün cavabdehə 36 ay müddətinə ilk 3 ay güzəşt müddəti ilə illik 26 % olmaqla, 52.663 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan krediti və həmin kreditə görə hesablanmış faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Müqavilənin 2.5-ci bəndində borcun gecikdirilməsinə görə dəbbə pulunun tutulacağı göstərilmişdir.
14. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 568/4 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı həyət evinin tikintisi üçün cavabdehə 36 ay müddətinə, illik 26 % olmaqla, 2070 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan krediti və həmin kreditə görə hesablanmış faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Müqavilənin 2.5-ci bəndində borcun gecikdirilməsinə görə dəbbə pulunun tutulacağı göstərilmişdir.
15. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında eyni tarixdə bağlanmış 568/3 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə illik 26 % olmaqla, 52.663 manat və həmin tarixli, 568/4 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə illik 26 % olmaqla 2.070 manat məbləğində kredit verir və bu öhdəliklərin təminatı olaraq cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evi ipotekaya qoyulur. İpoteka predmeti müqavilə bağlanan vaxt üçün 83.000 manat məbləğində qiymətləndirilir.
16. Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmaqla "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2020).
17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
18. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli kredit müqaviləsi üzrə borcun 21 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda borcun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 306,09 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/261 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan qəbzlər və hesabdan çıxarış məlumatları, 05 noyabr 2020-ci il tarixdə bağlanmış 568/3 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" BOKT MMCyə olan borcu xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) 67.289,70 manat, əsas borc üzrə 52.663,00 manat, faiz borcu üzrə 14.635,70 manat müəyyən olunur.
21. Ekspertiza xərclərinə dair 11 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6774 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan qəbzlər və hesabdan çıxarış məlumatları, 05 noyabr 2020-ci il tarixdə bağlanmış 568/3 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" BOKT MMCyə olan borcu xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) borcu 63.038,85 manat, əsas borc üzrə 52.663,00 manat, faiz borcu üzrə 10.375,85 manat; xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarixə) borcu 83.273,14 manat, əsas borc üzrə 52.663,00 manat, faiz borcu üzrə 30.610,14 manat müəyyən olunur.
23. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
24. İddiaçı tərəfindən təqdim edilmiş kredit borcun hesablanması haqqında xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə əsas borcun məbləği 52662,98 manat, kredit üzrə faiz borcunun məbləği 73899.60 manat, kredit üzrə hesablanmış cərimə məbləği 3649.20 manat olmaqla, kredit üzrə cəmi borc məbləği 130211.78 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, 568/4 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə əsas borcun məbləği 1673.43 manat, kredit üzrə faiz borcunun məbləği 2233.21 manat, kredit üzrə hesablanmış cərimə məbləği 109.90 manat olmaqla, kredit üzrə cəmi borc məbləği 4016.54 manat təşkil edir.
25. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, MB-17/1206 nömrəli qiymətləndirmə hesabatında ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evinin bazar dəyərinin 150.000 manat, likvid dəyərinin 120.000 manat məbləğində müəyyən edilməsi qeyd edilmişdir.
26. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli MB 17/1207 nömrəli məktubundan görünür ki, qiymətləndiricinin xidmət haqqı 400 manat təşkil edir.
27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1507 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 05 noyabr 2020-ci il tarixdə bağlanmış 568/4 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə olan borcu xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarixə) 2592.01 manat, əsas borc üzrə 1643,58 manat, faiz borcu üzrə 948,43 manat müəyyən olunur.
28. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
29. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1583 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 185000,00 manat (129,1 kv.m 1433), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 166500,00 manat (185000,00-10%) məbləğində müəyyən edilir.
30. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
31. İş materiallarına ödəniş cədvəlləri, kredit müqavilələri ilə bağlı digər sənədlər, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri və hesabdan çıxarış da əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
32. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı BOKT MMC (əvvəlki adı: "xxxx" BOKT MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə (ilk 3 ay güzəşt müddəti) illik 26 % ödəmək şərtilə 52.663 manat; həmin tarixdə bağlanmış 568/4 nömrəli kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə 2.070 manat məbləğlərində kredit verilmişdir.
33. Verilmiş kreditlərin təminatı kimi tərəflər arasında eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə görə cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
34. Tərəflər arasında bağlanmış 568/3 nömrəli kredit müqaviləsi üzrə ödənişlər gecikdirildiyinə görə, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 21 gün müddətində borcun ödənilməsi, əks təqdirdə borcun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır.
35. İddiaçının cavabdehə etdiyi xəbərdarlığın heç bir müsbət nəticəsi olmadığından, iddiaçı həmin müqavilədən irəli gələn pul və ipoteka predmetinə tutma yönəldilməsi tələbləri ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə icraatı zamanı tərəflər arasında bağlanmış 568/4 nömrəli kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş borcu qaldığından, iddiaçı tələbin həcmini artıraraq həmin müqavilədən irəli gələn pul tələbini də irəli sürmüşdür.
36. Hazırda iddiaçı 568/3 nömrəli kredit müqaviləsi üzrə 52.662,98 manat əsas, 73.899,60 manat faiz, 3649,20 manat cərimə borcu olmaqla, cəmi 130.211,78 manat məbləğində kredit borcunun; 568/4 nömrəli kredit müqaviləsi üzrə isə 1.673,43 manat əsas, 2.233,21 manat faiz, 109,90 manat cərimə borcu olmaqla, cəmi 4.016,54 manat kredit borcunun; hər iki müqavilə üzrə isə ümumilikdə 134.228,32 manat kredit borcunun, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını; tutmanın ipoteka predmeti olan cavabdehə məxsus torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsini; ipoteka predmetinin ilkin satış qiymətinin 83.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmasını və borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsini; ipoteka predmetinin satışından əldə edilən pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməsini; tutma ipoteka predmetinə yönəldikdə və ya o satıldıqda orada yaşayan və qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsini xahiş edir.
37. Məhkəmə araşdırmaları zamanı cavabdeh əvvəlcə etdiyi ödənişlərin iddiaçı tərəfindən nəzərə alınmadığını bildirərək tələb edilən borcun məbləğini mübahisələndirib ekspertiza təyin edilməsi barədə vəsatət verdiyindən, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş müvafiq ekspertizalar nəticəsində bir neçə ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə cavabdehin 568/3 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən pretenziya ilə təyin edilmiş müddətin sonuna – xx.xx.2022-ci il tarixə 52.663 manat əsas, 10.375,85 manat faiz borcunun olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilən ekspert bu məbləğin müəyyən edilməsi zamanı cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin də nəzərə alındığını bildirmişdir. Cavabdehin etdiyi ödənişlərin iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda əks olunmaması barədə dəlilinə münasibətdə iddiaçı tərəf bildirmişdir ki, ödənişlər iş vaxtından sonra – axşam saatlarında və ya qeyri-iş günlərində edilərkən hesabdan çıxarışda onlar növbəti iş günündə edilmiş kimi əks olunduğundan, cavabdehin müqavilə üzrə etdiyi ödənişlər onun təqdim etdiyi qəbzlərdəki tarixlərə yaxın tarixlərdə hesabdan çıxarışda öz əksini tapır (cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdəki ödənişlərin hesabdan çıxarışda başqa tarixdə əks olunması məhkəmə tərəfindən də müəyyən edilmişdir). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə isə 568/4 nömrəli kredit müqaviləsi üzrə cavabdehin müqavilə müddətinin sonuna – xx.xx.2023-cü il tarixə iddiaçıya 1643,58 manat əsas, 948,43 manat faiz borcu olmaqla, cəmi 2592.01 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Sözügedən ekspert rəylərinin mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilməmişdir. Hazırkı məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi bu rəylərdə göstərilən məbləğlərin əsas götürülərək iddianın qismən təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Vəkil-nümayəndə, həmçinin, cavabdehdən dəbbə pulunun tutulmamasını məhkəmədən xahiş etmişdir.
38. İpoteka predmetinin likvid dəyərinə gəldikdə isə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı ilə bu dəyərin 120.000 manat, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə 166.500 manat təşkil etməsi müəyyən edilmişdir. Cavabdeh tərəf əvvəllər təqdim etdiyi etirazda ipoteka predmetinin ilkin satış dəyərinin qətnamə ilə müəyyən olunmasının mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəyini mübahisələndirsə də, hazırkı məhkəmə iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi ipoteka predmetinin ilkin satış qiymətinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilən məbləğdə, yəni 166.500 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.
c) Məhkəmənin mövqeyi:
39. İddia tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilələr üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini tam və vaxtında icra etməmişdir. İddiaçı pretenziya qaydasında cavabdehə müraciət edərək, 1-ci müqavilə üzrə yaranmış borcun 21 gün müddətində ödənilməsini tələb etsə də, cavabdeh borcun ödənişini təmin etməmişdir, o cümlədən 2-ci müqavilə üzrə müddətin bitməsinə baxmayaraq, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə yaranmış borcunu ödəməməsi mülki qanunvericiliyin tələbləri baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi müvafiq reyestrdə qeydə aldırmaqla, hazırkı tələblə məhkəməyə müraciət etməyə hüququnun olması qənaətinə gəlir.
40. İddia tələbinin “müqavilələr üzrə əsas və faiz borcunun ödənilməsi” hissəsi ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən 568/3 nömrəli müqavilə üzrə yaranmış borcun ödənilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə 21 gün xəbərdarlıq müddəti verməsi və onun bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə xx.xx.2022-ci il tarixdə tərəflər arasında 568/3 nömrəli müqavilə üzrə olan münasibətlərə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli Qərarına görə, iddiaçının məhz həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olmuşdur. Həmin tarixə yaranmış borcun məbləğinin nə qədər olması xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, sözügedən tarixə cavabdehin iddiaçıya 568/3 nömrəli müqavilə üzrə 52.663 manat əsas, 10.375,85 manat faiz borcu yaranmışdır. Sözügedən rəyi verən ekspert məhkəmə iclasında dindirilən zaman iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışı və cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərini əsas götürdüyünü bildirmişdir. Hazırda cavabdeh tərəf bu rəylə müəyyən edilmiş əsas və faiz borcunun məbləğlərini mübahisələndirmir və tələbi həmin hissədə etiraf edir. Tərəflər arasında bağlanmış 568/4 nömrəli müqavilə ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı həmin müqavilənin müddəti bitdikdən sonra yaranmış borcu cavabdehdən tələb etdiyindən, sözügedən müqavilə üzrə məhz müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə yaranmış əsas və faiz borcunu cavabdehdən tələb etməyə haqlıdır. Bu borcun məbləğinin isə məhkəmə tərəfindən mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilməmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə 1643,58 manat əsas, 948,43 manat faiz borcu olmaqla, cəmi 2592.01 manat olması müəyyən edilmişdir. Öz növbəsində cavabdeh tərəf ikinci müqavilə üzrə bu rəylə müəyyən edilmiş əsas və faiz borcunun məbləğlərini mübahisələndirmir və tələbi həmin hissədə etiraf edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin qismən etirafı qəbul edilməklə tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli müqavilə üzrə 52.662,98 manat məbləğində əsas, 10.375,85 manat məbləğində faiz borcu; xx.xx.2020-ci il tarixli, 568/4 nömrəli müqavilə üzrə isə 1.643,58 manat məbləğində əsas, 948,43 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
41. İddia tələbinin “cərimə borcunun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, müqavilələrdə əsas və faiz borcu üzrə ödəmələr gecikdirildiyi təqdirdə, cərimə hesablanacağı barədə bənd nəzərdə tutulduğundan, iddiaçının cavabdehdən cərimə borcunun ödənilməsini də tələb etmək hüququ vardır. Buna görə də müqavilələr üzrə borcu gecikdirməsi mübahisəsiz olan cavabdehin “dəbbə pulunun tutulmaması barədə” xahişi məhkəmə tərəfindən əsassız sayılır. Lakin məhkəmə hazırda 568/3 nömrəli müqavilə üzrə tələb edilən dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək qiymətləndirərək, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini də nəzərə alaraq hesab edir ki, 3.649,20 manat cərimə 3.000 manatadək azaldılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tələb bu hissədə də qismən təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli müqavilə üzrə 3.000 (üç min) manat; xx.xx.2020-ci il tarixli, 568/4 nömrəli müqavilə üzrə isə 109,90 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
42. İddia tələbinin “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və s.” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli müqavilə üzrə 52.662,98 manat məbləğində əsas, 10.375,85 manat məbləğində faiz, 3.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 66.038,83 manat; xx.xx.2020-ci il tarixli, 568/4 nömrəli müqavilə üzrə 1.643,58 manat məbləğində əsas, 948,43 manat məbləğində faiz, 109,90 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.701,91 manat; ümumilikdə 68.740,74 manat məbləğində borcunun mövcudluğu artıq təsbit olunduğu, eləcə də həmin müqavilələr üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edildiyi, göstərilən borc məbləği - cəmi 68.740,74 manat məbləğində pul cavabdehdən tutulmalı olduğu üçün, tələb ipoteka predmetinə yönəldilməlidir.
43. İpoteka predmetinin ilkin satış qiyməti isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən 166.500 manat məbləğində müəyyən edilməlidir. Belə ki, iddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehlə aralarındakı müqavilədə göstərilən 83.000 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, məhkəmə daşınmaz əmlak bazarındakı qiymətlərin hamıya məlum olan, ildən-ilə müşahidə olunan xüsusi artımı nəzərə alaraq hesab edir ki, 5 il əvvəl imzalanmış müqavilədə göstərilmiş məbləğin ilkin satış qiyməti kimi təyin edilməsi cavabdeh tərəfin hüququnun pozulması ilə nəticələnəcək. Bununla yanaşı, işdə olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatındə göstərilmiş məbləğ də məhkəmənin qənaətinə görə əmlakın ilkin satış qiymətini dəqiqliklə əks etdirmir (bazar dəyəri 150.000, likvid dəyər 120.000 (halbuki, arada 10 % fərq olmalıdır). Buna görə də məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilən məbləğin ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini daha ədalətli, ağlabatan və məqsədə müvafiq sayır. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh tərəf də hazırda bu məbləğin ilkin satış qiyməti kimi müəyyən edilməsini mübahisələndirmir.
44. Beləliklə, ipoteka predmetinin ilkin satış qiyməti 166.500 manat məbləğində olmaqla açıq hərracda satılmalı və satışdan əldə edilən vəsaitdən cəmi 68.740,74 manat məbləğində pul iddiaçıya ödənilməlidir. İpoteka predmetinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır.
45. İddia tələbinin bu hissəsində qeyd edilmiş “tutma ipoteka predmetinə yönəldikdə və ya o satıldıqda orada yaşayan və qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi” hissəsi isə iddiaçının buna subyektiv hüququnun olmaması səbəbindən, belə ki, bu hüquq tutma yönəldilən əmlak Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən açıq hərracda satıldıqdan sonra hərrac əsasında onu əldə edəcək şəxsə məxsus subyektiv hüquq olduğu üçün iddiaçının tələbi bu hissədə təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
46. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (ipoteka müqaviləsinin bağlandığı 2020-ci ilin noyabr ayında və hazırda qüvvədə olan redaksiyada). Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (kredit müqavilələrinin bağlandığı 2020-ci ilin noyabr ayına qüvvədə olan redaksiyada). Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (kredit müqavilələrinin bağlandığı 2020-ci ilin noyabr ayına qüvvədə olan redaksiyada). Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (kredit müqavilələrinin bağlandığı 2020-ci ilin noyabr ayına qüvvədə olan redaksiyada). Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (kredit müqavilələrinin bağlandığı 2020-ci ilin noyabr ayına qüvvədə olan redaksiyada).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
48. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (ipoteka müqaviləsinin bağlandığı 2021-ci ilin noyabr ayında (bəzi normalar hazırkı normalarla eynilik təşkil edir) qüvvədə olan redaksiyada): Maddə 1.0.1. İpoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Maddə 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: - əsas borc; - faizlər; - öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; - ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 11.1-11.2. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. - ipoteka predmetinin təsviri; - ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
51. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
52. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli müqavilə üzrə 52.662,98 (əlli iki min altı yüz altmış iki manat doxsan səkkiz qəpik) manat məbləğində əsas, 10.375,85 (on min üç yüz yetmiş beş manat səksən beş qəpik) manat məbləğində faiz, 3.000 (üç min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 66.038,83 (altmış altı min otuz səkki manat səksən üç qəpik) manat; xx.xx.2020-ci il tarixli, 568/4 nömrəli müqavilə üzrə 1.643,58 (bir min altı yüz qırx üç manat əlli səkkiz qəpik) manat məbləğində əsas, 948,43 (doqquz yüz qırx səkkiz manat qırx üç qəpik) manat məbləğində faiz, 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.701,91 (iki min yeddi yüz bir manat doxsan bir qəpik) manat; ümumilikdə 68.740,74 (altmış səkkiz min yeddi yüz qırx manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evinə yönəldilməli, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 166.500 (bir yüz altmış altı min beş yüz) manat məbləğində olmaqla açıq hərracda satılmalı, həmin mənzilin satılmasından əldə edilən vəsaitdən cəmi 68.740,74 (altmış səkkiz min yeddi yüz qırx manat yetmiş dörd qəpik) manat məbləğində pul İddiaçı BOKT MMC-yə ödənilməli, mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi Cavabdeh alınaraq İddiaçı BOKT MMC-yə ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
53. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə xərclərinin bölüşdürülməsi tələblərin təmin edilmə həddi ilə mütənasib olduğundan və iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 156 manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (iki yüz əlli) manat məbləğində pulun 178 (bir yüz yetmiş səkkiz) manat hissəsi Cavabdeh, qalan 172 (bir yüz yetmiş iki) manat hissəsi isə İddiaçı BOKT MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyi üçün tələb edilən 400 (dörd yüz) manat məbləğində pulun 204 (iki yüz dörd) manat hissəsi Cavabdeh, qalan 196 (bir yüz doxsan altı) manat hissəsi isə İddiaçı BOKT MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
Nəticə:
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 568/3 nömrəli müqavilə üzrə 52.662,98 (əlli iki min altı yüz altmış iki manat doxsan səkkiz qəpik) manat məbləğində əsas, 10.375,85 (on min üç yüz yetmiş beş manat səksən beş qəpik) manat məbləğində faiz, 3.000 (üç min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 66.038,83 (altmış altı min otuz səkki manat səksən üç qəpik) manat; xx.xx.2020-ci il tarixli, 568/4 nömrəli müqavilə üzrə 1.643,58 (bir min altı yüz qırx üç manat əlli səkkiz qəpik) manat məbləğində əsas, 948,43 (doqquz yüz qırx səkkiz manat qırx üç qəpik) manat məbləğində faiz, 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.701,91 (iki min yeddi yüz bir manat doxsan bir qəpik) manat; ümumilikdə 68.740,74 (altmış səkkiz min yeddi yüz qırx manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129,1 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 166.500 (bir yüz altmış altı min beş yüz) manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin mənzilin satılmasından əldə edilən vəsaitdən cəmi 68.740,74 (altmış səkkiz min yeddi yüz qırx manat yetmiş dörd qəpik) manat məbləğində pul İddiaçı BOKT MMC-yə ödənilsin. Mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi Cavabdeh alınaraq İddiaçı BOKT MMC-yə ödənilsin, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsi Cavabdeh qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 156 (bir yüz əlli altı) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin, qalan hissəsi İddiaçı BOKT MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (iki yüz əlli) manat məbləğində pulun 178 (bir yüz yetmiş səkkiz) manat hissəsi Cavabdeh, qalan 172 (bir yüz yetmiş iki) manat hissəsi isə İddiaçı BOKT MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22); mütəxəssis rəyi üçün tələb edilən 400 (dörd yüz) manat məbləğində pulun 204 (iki yüz dörd) manat hissəsi Cavabdeh, qalan 196 (bir yüz doxsan altı) manat hissəsi isə İddiaçı BOKT MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına (MBA LTD MMC, VÖEN: **********, İBAN: AZ33İBAZ********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, Kod: 805562, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova