Məhkəmə qərarları › İş №e-2(006)-2920/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2920/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2920/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixində Sumqayıt şəhərində doğulmuş, hazırda ünvan 1 ünvanında yaşayır. 17 avqust 1988-ci il tarixdə xx.xx.1968-ci il təvəllüdlü X7 ilə ailə həyatı qurmuş, nikahları Bakı şəhəri Səadət Sarayında 1707 №-li akt qeydi ilə qeydə alınmışdır. Onlar ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşamışlar. Hazırki ərizənin əsasını təşkil edən hal ondan ibarətdir ki, həyat yoldaşı X7 07 mart 2025-ci il tarixdə, saat 04:45-də “Qalaaltı Hotel”-də dünyasını dəyişmiş və həkimə qədər ölümü “Respublika Təcili və X2 Mərkəzi”nin Şabran TTTYS tərəfindən bu barədə müvafiq qeyd aparılmışdır. Lakin, mərhum həyat yoldaşının ölümü ilə bağlı rəsmiləşdirilmənin aparılması üçün Şabran TTTYS ona rəsmi arayış təqdim etmədiyindən o, ölüm faktını qeydə aldıra bilməmişdir. Tərəfindən eyni zamanda Şabran TTTYS tərəfindən verilmiş xəbərdarlıq vərəqəsini də aidiyyatı üzrə Maraqlı şəxs qəbul etməyərək xx.xx.2025-ci il tarixdə ona rəsmi məktub verərək “zəruri sənədlər təqdim edilmədiyindən” ona imtina vermişdir. Burada məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab etmişdir ki, mərhum həyat yoldaşının ölüm faktını qeydə aldırması həm də vərəsəliklə bağlı aidiyyətı üzrə notariat ofisinə müraciət etməsi üçün vacibdir. Lakin, ölüm faktının müvafiq tibbi arayışla təsdiq edilməməsi ölüm haqqında şəhadətnamənin alınmasını mümkünsüz etmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan şəhadətnaməni və beləliklə də mərhum həyat yoldaşının ölüm faktına dair sənədi o, başqa yolla əldə etmək hüququndan məhrum olduğundan mirasın faktiki qəbulu üçün də aidiyyatı üzrə notariusa müraciət edə bilmir. Ona görə də hesab etmişdir ki, hazırki ərizəsinə məhkəmədə xüsusi icraat qaydasında baxılıb hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Ərizəçi əri xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində Şabran şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Nəsimi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, mərhum onun atasının bibisi oğlu, eyni zamanda bibisinin əridir. Mərhum şəkər xəstəliyindən əziyyət çəkmişdir. “Qala altı” otelində vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. Dəfn mərasimi Zığ qəsəbəsində və Təzə Pir məscidində keçirilmişdir. Zığ kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində idafə vermiş X1 bildirmişdir ki, ərizəçinin qardaşıdır. Mərhum onun bibisi oğlu həmçinin bacısının əridir. Yeznəsi oteldə ürək çatışmazlığından vəfat etmişdir. Zığ kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş materiallarında olan Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixli 136 saylı arayışda göstərilmişdir ki, X7 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi rayonunda vəfat etmiş, Zığ kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X2 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsində görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:45-də Qalaaltı hotel ünvanda kişi cinsli meyit aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin əri X3 xx.xx.2025-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçin ərizəsi təmin edilməklə xx.xx.1968-ci il tarixdə doğulmuş X3 xx.xx.2025-ci il tarixdə Şabran şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Şabran şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar