Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2946/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Məmmədova Zenfı̇ ra Alı qızının nümayəndələri X2 və (eyni zamanda vəkili) Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) X3, onun vəkilləri Vəkil3, Vəkil4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2 nümayəndəsi X6 və "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X13 iştirakları ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Məmmədova Zenfı̇ ra Alı qızının cavabdehlər İ̇skəndərov Mahmud Məmməd oğluna, İ̇sgəndərov Ağasəf Məhəmməd oğluna (qarşılıqlı iddia üzrə iddiaçı) və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı "qeyri-yaşayış sahəsinin geri qaytarılaraq, arakəsmə divarın bərpa olunması, maddi və mənəvi ziyanın tələb edilməsinə dair" ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) X3 cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma tələbi"nə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məmmədova Zenfı̇ ra Alı qızı cavabdehlər İ̇skəndərov Mahmud Məmməd oğluna, İ̇sgəndərov Ağasəf Məhəmməd oğluna və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı "qeyri-yaşayış sahəsinin geri qaytarılaraq, arakəsmə divarın bərpa olunması, maddi və mənəvi ziyanın tələb edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi RİH başçısının xx.xx.2017-ci il tarixli, 263 saylı sərəncamına əsasən Azadlıq pr, Ş.Əzizbəyov, M.Qaşqay və S.Rəhimov küçələrinin kəsişməsində, məhəllədə yerləşən binalar “Pilot” layihə statusunda tikilmək üçün Maraqlı şəxs1 MMC-nin istifadəsinə verilmişdir. “Pilot” layihənin tələblərinə uyğun olaraq RİH xx.xx.2017-ci il tarixdə 264 saylı sərəncamla ərazinin planlaşdırma sənədlərini təsdiq etmiş və tikinti şirkəti ilə müqavilə bağlamışdır. İddiaçı ilə Maraqlı şəxs1 MMC arasında xx.xx.2018-ci il tarixdə notariat kontorunda təsdiq edilmiş müqaviləyə əsasən iddiaçıya məxsus söküləcək qeyri-yaşayış sahəsinin əvəzinə MTK tərəfindən inşa ediləcək binanın “D” korpusunun 1-ci mərtəbəsində, ön pəncərələri və giriş qapısı Mirəli Qaşqay küçəsinə baxan hissəsində ümumi sahəsi 110.0 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsini MTK öz öhdəliyinə götürmüşdür. Maraqlı şəxs1 MMC-nin sonradan Maraqlı şəxs1 MTK-ya keçməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə təkrar Maraqlı şəxs1 MTK tərəfindən möhürlənmiş eskiz layihə əsasında binanın M.Qaşqay küçəsinə baxan hissəsində bütün ölçülər göstərilməklə əlavə müqavilə bağlanmışdır. Həmçinin, ümumi yığıncağın qərarına əsasən xx.xx.2019-cu il tarixdə payçı olaraq iddiaçı ilə Maraqlı şəxs1 MTK arasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə bağlanılmış və həmin müqavilədə iddiaçının maliyyə borcu olmadığı qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Maraqlı şəxs1 MTK arasında təhvil-təslim aktı imzalanaraq 110.0 kv.m qeyriyaşayış sahəsi ilə bağlı müqavilələrin bütün şərtləri və ölçüləri Maraqlı şəxs1 MTK tərəfindən icra olunduğu üçün qeyri-yaşayış sahəsi iddiaçının öz maddi vəsaiti hesabına təmir işləri aparmaq üçün təmirsiz olaraq iddiaçıya təhvil verilmişdir. Bundan sonra, iddiaçı Maraqlı şəxs1 MTK-nın rəsmi təmsilçisi Ziya Hacıyevin icazəsi ilə 2022-ci aprel ayından etibarən ilkin təmir, daha doğrusu suvaq, boya və elektrik işlərinə başladı və ilkin təmir işlərinə təxminən 5.000 (beş min) manat məbləğində vəsait xərclədi. Qeyri-yaşayış sahəsinin qonşuluğunda qeyri-yaşayış sahəsi olan Cavabdeh2 tikinti şirkətindən narazı qaldığı üçün, daha doğrusu ona ayrılmış qeyri-yaşayış sahəsinin qapısının yeri və ölçüsü ilə razılaşmadığından xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq iddiaçıya məxsus qeyriyaşayış sahəsinə daxil olaraq özü ilə gətirdiyi fəhlələrə arakəsmə divarı sökdürüb 6.8 metr irəli çəkərək 41.0 kv.m sahəni özünə və digər cavabdeh X7 məxsus qeyri-yaşayış sahəsinə birləşdirdi. İddiaçı və əri Məmmədhüseyn Məmmədov həmin şəxsdən məhkəmə və digər səlahiyyətli orqanın qərarını tələb etsə də, onlara heç bir sənəd təqdim edilməyərək, yeni divar 6.8 metr irəlidə inşa edildi və suvaq vuruldu. Həmin vaxt Maraqlı şəxs1 MTK-nın rəsmi təmsilçisi Ziya Hacıyev, prorab Sabir və digər nümayəndələr də qanunsuz söküntü aparılmasına etiraz etsələr də, onların da etirazlarına məhəl qoymadılar. Bununla da iddiaçıya məxsus 41.0 kv.m sahə Cavabdeh2 tərəfindən zor gücü ilə əlindən alındı. Qanuni olaraq iddiaçıya məxsus 41.0 kv.m qeyri-yaşayış sahəsi heç bir yazılı və şifahi razılaşma, həmçinin məhkəmə qərarı olmadığı halda qanunsuz olaraq iddiaçının əlindən alındığı üçün həmin sahə iddiaçıya qaytarılmalı, arakəsmə divarı Cavabdeh2 tərəfindən onun maddi vəsaiti hesabına sökülməmişdən əvvəlki vəziyyətində tikilib bərpa olunmalı, təmir üçün xərclədiyi 5.000 (beş min) manat məbləğində maddi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, cavabdehlərin bu cür qanunsuz və özbaşına hərəkətləri iddiaçıda mənəvi iztirab və psixi gərginliyə səbəb olmuşdur ki, həmin mənəvi iztirabların dəyəri pul ilə ölçülməsə də, həmin iztirabların əvəzi olaraq cavabdehdən 5.000 (beş min) manat pul vəsaiti tutulmalıdır. Göstərilənlərə əsasən qanuni olaraq iddiaçıya məxsus 41,0 kv.m qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması, qeyri-yaşayış sahəsinin arakəsmə divarının cavabdehlərin maddi vəsaiti hesabına sökülməmişdən əvvəlki vəziyyətində və yerində tikilib bərpa olunması, ilkin təmir üçün xərclənmiş 5000 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 130 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, X1 Zenfira Alı qızına qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma tələbi"nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İH-i başçısının xx.xx.2017-ci il tarixli, 263 saylı sərəncamına əsasən Azadlıq pr., Ş.Əzizbəyov, S.Rəhimov və M.Qaşqay küçələrinin kəsişməsində olan ərazidə yerləşən binalar “Pilot layihə” əsasında sökülərək onların yerində hündürmərtəbəli yeni binaların tikilməsi üçün Maraqlı şəxs1 MMC-nin istifadəsinə verilmişdir. Nəsimi RİH-nin xx.xx.2017-ci il tarixli, 264 saylı sərəncamı ilə ərazinin planlaşdırılma sənədləri təsdiq edilmiş və bu barədə tikinti şirkəti ilə müqavilə bağlamışlar. Bundan sonra, Maraqlı şəxs1 MMC ilə xx.xx.2018-ci il tarixdə iddiaçı və qardaşı Cavabdeh1la müqavilə bağlayaraq mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin sökülərək onun yerində inşa olunacaq binanın S.Rəhimov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində sahəsi 343 kv.metr olan qeyri-yaşayış sahəsinin onların istifadəsinə verilməsi üçün müqavilə bağlamışlar və bağlanmış müqavilə notariat kontorunda təsdiq olunmuşdur. Qeyri-yaşayış sahəsi M.Qaşqay küçəsi istiqamətində uzunluğu 19,60 metrdir və giriş ancaq M.Qaşqay küçəsindəndir. Qeyri-yaşayış sahəsinin eskiz layihəsi Nəsimi RİH ilə razılaşdırılmış və Maraqlı şəxs1 MMC-nin möhürü ilə təsdiq olunmuş, surəti iddiaçıya verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, onlara məxsus qeyri-yaşayış sahəsinin 80 kv. metr sahəsini cavabdeh İddiaçı öz qeyri-yaşayış sahəsinə birləşdirmişdir. Bu da iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır. Göstərilənlərə əsasən qanuni olaraq, Maraqlı şəxs1 MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus 80 kv.metr qeyri-yaşayış sahəsinin cavabdeh İddiaçı alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Məmmədova Zenfı̇ ra Alı qızının nümayəndələri X4 və (eyni zamanda vəkili) Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olmasına görə təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) X8, onun vəkilləri Vəkil3, Vəkil4 ilkin iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X16 bildirmişdir ki, Maraqlı şəxs2 Başçısının xx.xx.2017-ci il tarixli, 263 və 264 saylı sərəncamlarına əsasən Azadlıq pr, Ş.Əzizbəyov, M.Qaşqay və S.Rəhimov küçələrinin kəsişməsində, yerləşən torpaq sahəsi “Pilot” layihə statusunda binaların tikilməsi üçün Maraqlı şəxs1 MMC-nin istifadəsinə verilmişdir. Şirkət tərəfindən ilkin layihə “paket”, yəni hazır sənəd kimi alınmışdır. Həmin layihədə ərazinin bütün xüsusiyyətləri, incəlikləri, obyektlərin sayı, ərazinin relyefi və sair məsələlər nəzərə alınmamışdır. Qeyd olunan layihə Fövqəladə Hallar Nazirliyindən və digər ekspertizalardan keçməmişdir. Yanğından mühafizə tələblərinə cavab verməməklə sakinlərin təhlükəsizlikləri təmin edilməmişdir. Orada ehtiyyat çıxış pilləkənlərinin sayı çox az nəzərdə tutulmuşdur. 1-ci layihədə pilləkən və digər mühafizə kommunal giriş sahələrə itki 10,5 faiz (lift ətrafı ərazi də daxil olmaqla) təşkil edirdisə, 2-ci layihədə M.Qaşqay küçəsində həyətə salınmış avtomobil yolu ilə birlikdə itki 42 faiz təşkil edirdi. Tikinti şirkəti olaraq Şəhərsalma və Arxiterktura Komitəsinin tələblərini yerinə yetirmək məcburiyyətində qalıb qısa müddətdə binanın hazırda işlənilən layihəsini təqdim etdilər. Burada əsas məqsədləri əllərində olan texniki imkanlardan istifadə edib əhalinin istəklərini nəzərə almaq, həmçinin də sahibkar olmaqla “Pilot” layihə şərtlərini yerinə yetirmək olmuşdur. Cavabdeh2 məhkəməyə təqdim etdiyi layihədə cizgilər onun (Şahin Vəliyev) tərəfindən yazılmışdır. Qeyd olunduğu kimi o həmin layihədir ki, heç bir ekspertizadan keçməyib, bu gün tikinti aparılan layihədən texniki göstəricilərinə görə fərqlənir. Həmin cizgilər və yazı gələcəkdə verilə biləcək sahənin ehtimal formasıdır. Çünki tikinti şirkəti olaraq Maraqlı şəxs1 MTK ayrılmış torpaq sahəsində sakinlərin evlərini, obyektlərini sökərək onlara imkan daxilində əvəzini verir. Onlar təsdiq edilmiş eskiz üzrə fərdi ev tikmirlər ki, sifarişçinin bütün kapriz və istəyini nəzərə alsınlar. Həmçinin, payçıların obyekt bölgüsü layihəni işləyən mühəndislər və memarlar tərəfindən texniki göstəricilər nəzərə alınmaqla aparılmışdır. Cavabdeh2 adına yerin altında, pəncərəsi olmayan hündürlüyü 2 metrə yaxın 32.0 kv.m zirzəmi mövcud olub. Mahmud İsgəndərovun isə S.Rəhimov küçəsi 207 ünvanda 1 giriş qapısı və yanında bir pəncərəsi olan sahəsi 166 kv.m olan mənzili olmuşdur. xx.xx.2017-ci il tarixdən sonra, yəni Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrıldıqdan və MTK tərəfindən söküntü işləri başladıqdan sonra onlar (Cavabdeh2 və Cavabdeh1) mənzillərini 2017-ci ilin dekabr ayında qanunsuz olaraq qeyri-yaşayışa çevirmişlər. Hazırda da Ağasəf və Mahmud İsgəndərovlar həmin obyektdə pasport qeydiyyatındadırlar. 2018-ci ilin fevral ayında Ağasəf və Mahmud İsgəndərovlarla müqavilə bağlayarkən tikinti şirkəti olaraq onlara həmin ərazidə (geniş mənada, imkan daxilində) qeyri-yaşayış sahəsi verəcəklərini göstərmişlər. Onlarla bağladıqları müqavilədə hazırda məhkəməyə təqdim olunmuş eskiz layihə barəsində bir cümlə olsun belə qeyd olunmamışdır. Çünki həmin eskiz layihə mövcud deyil, heç bir dövlət orqanında qeydiyyatdan keçməyən, hüquqi qüvvəsi olmayan yazıdır. Ağasəf və Mahmud İsgəndərovlara 166.0 kv.m yarımzirzəmi verilməli olduğu halda 7 panoram pəncərəli, geniş 327.0 kv.m 3 girişli obyekt verilmişdir. Hətta zirzəmilərinin əvəzinə ticarət sahəsi vermişlər. Onda belə çıxır ki, qonşuluqda olan bütün obyekt sahiblərinin kapriz və istəklərini nəzərə alsaydılar orada tikinti işlərinin aparılması mümkünsüz olardı. İsgəndərovların təqdim etdiyi layihə heç bir dövlət orqanında təsdiqlənməyib, Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyatdan keçməyib, binanın tikintisində həmin layihədən istifadə olunmayıb və hazırda da mövcud deyil. 2018-ci ilin fevral ayında Ağasəf və Mahmud İsgəndərovlarla bağlanmış müqavilələrdə Ş.Vəliyev tərəfindən imzalanmış yazı öz əksini tapmayıb. Həmin yazı orada digər sakinlərin əvəzlənmə kimi alacaqları sahələr göstərilmədiyindən ilkin ehtimal xarakterlidir. Tikinti şirkəti olaraq Ağasəf və Mahmud İsgəndərovlara verilmiş obyekt həm quruluşuna görə, həm də ki, digər yaxşı xüsusiyyətlərinə görə digərlərindən fərqlidir. Maraqlı şəxs1 MTK tikinti şirkəti olaraq Ağasəf və Mahmud İsgəndərovlara 2 il müddətində dəfələrlə bildirmişdir ki, əgər müqavilə şərtlərindən narazılıqları varsa bu barədə məhkəməyə müraciət edə bilərlər. Əksinə, onlar qanunsuz olaraq arakəsmə divarı söküb, digər payçı İddiaçı məxsus obyektin bir hissəsini zəbt etmişlər. Hansı ki, zəbt olunmuş sahə İddiaçı MTK tərəfindən qanuni əsaslarla verilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə tikinti şirkəti ilə İddiaçı arasında bağlanmış müqavilədə (Ağasəf və Mahmud İsgəndərovlara bağlanmış müqavilələrdən əvvəl) ona mənzillərlə yanaşı, M.Qaşqay küçəsində pencərələri və giriş qapılarının çıxan hissəsində 110.0 kv.m qeyri-yaşayış sahəsi verməsi öhdəliyini MTK üzərinə götürmüşdür. Yəni konkret olaraq harada və hansı ölçüdə yer veriləcəyi göstərilmişdir. 2018-ci ilin iyun-iyul aylarında layihə bütün ekspertizalardan keçirildikdən sonra Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyata alınmışdır. Maraqlı şəxs1 MMCnin MTK-ya keçməsi ilə əlaqədar İddiaçı ilə xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə xx.xx.2019-cu il tarixdə notariusda möhürlə təsdiq olunmuş eskiz layihədə ölçülər, yer və qonşular göstərməklə əlavə müqavilə bağlanmışdır. Həmin əlavə müqavilədə İddiaçı veriləcək obyektin bütün ölçüləri, yeri, pencərələri və giriş qapıları göstərilmişdir. Qeyd olunan müqavilələrdə İddiaçı əvəzlənmə kimi veriləcək əmlaklar hamısı, yəni mənzillər və qeyri-yaşayış sahəsi ümumilikdə sadalandığından təsisçilərin ümumi yığıncağının qərarına əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Maraqlı şəxs1 MTK arasında mənzillərə və qeyri-yaşayış sahəsinə dair ayrı-ayrı müqavilələr bağlanmışdır. Həmin müqavilədə təkrar eskiz layihəyə istinad edilməklə bütün ölçülər, pencərələr və girişlər göstərilmişdir. M.Qaşqay küçəsində obyektin başlanğıcı və sonu dəqiqliklə təkrar göstərilmişdir. Müqaviləyə əsasən İddiaçı MTK-ya payçı kimi qəbul edilmiş və payçı kimi borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs1 MTK tərəfindən təhvil-təslim aktı ilə qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmişdir. İddiaçı martaprel aylarında elektrik, işıqlandırma, suvaq boya və sair işləri aparıb işləri görərək təmirin ilkin mərhələsində işləri başa çatdırmışdır. xx.xx.2022-ci il tarixdə Ağasəf və Mahmud İsgəndərov qardaşları kənardan fəhlə qüvvəsi cəlb edərək MTK-nın etirazına baxmayaraq, MTK tərəfindən hörülmüş divarı söküb, yeni divar hörməklə İddiaçı məxsus 45.0 kv.metr sahəni qanunsuz zəbt etmişdirlər. Maraqlı şəxs1 MTK Ağasəf və Mahmud İsgəndərov qardaşları qarşısında bütün öhdəlikərini vicdanla yerinə yetirərək onlara kifayət qədər qeyri-yaşayış sahəsini vermişdir. Onların iddiaları tam əsassızdır və qanunsuz olaraq zəbt etdikləri ərazini öz qanuni sahibinə təhvil verməlidirlər. Göstərilənlərə əsasən məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi X11 izahat verərək göstərmişdir ki, Bakı şəhəri Maraqlı şəxs2 264 nömrəli, 2017-ci il tarixli sərəncamı ilə birinci layihə təsdiq olunmuşdur. Şəhərsalma və Arxitektura Komitəsinin 02 sentyabr 2017-ci il tarixli məktubu ilə İcra Hakimiyyətinə razılaşmanın əldə olunduğu bildirildi və İcra Hakimiyyəti layihəni təsdiq etmişdir. İkinci layihə isə dəyişikliklərdən sonra edildi və həmin layihədən İcra Hakimiyyətinin xəbəri olmamışdır. Layihə dəyişdirilibsə yeni bir sərəncam verilməli idi. Layihənin sifarişçisi Maraqlı şəxs2dir. Qeyd olunanlara görə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı ilə Maraqlı şəxs1 MMC arasında bağlanmış müqaviləyə əsasən MMC eskiz layihəyə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində ön panoram pəncərələrinin və giriş qapısının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə çıxan hissəsində ümumi sahəsi 110 kv.m qeyri-yaşayış sahəsini və mənzilləri inşa edərək İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli İddiaçı ilə Maraqlı şəxs1 MTK arasında bağlanmış müqaviləyə əlavəyə əsasən Maraqlı şəxs1 MMC-nin hüquqi sənədlərində dəyişiklik etməsi və yeni hüquqi şəxsin, yəni hüquqi varisin yaranması ilə əlaqədar hüquqi varis Maraqlı şəxs1 MTK yeni eskiz layihəyə əsasən, inşa ediləcək binanın tikintisi yekunlaşdıqdan sonra tikiləcək binanın 1-ci mərtəbəsində ön panoram pəncərələrin və giriş qapısının Nəsimi rayonu, M.Qaşqay küçəsinə çıxan hissəsində ümumi sahəsi 110 kv.m qeyriyaşayış sahəsi və mənzilləri İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Maraqlı şəxs1 MTK-nın Təsisçilərinin ümumi yığıncağının Qərarından çıxarışdan görünür ki, müqavilələrə əlavə edilmiş “eskiz layihəyə” əsasən İddiaçı sökülmüş əmlakının bir hissəsinin əvəzi kimi, maliyyə ödənişi etməmək şərti ilə tikilmiş binanın “D” korpusunda Mirəli Qaşqay küçəsinə çıxan hissəsindən dərhal sonra Ş.Əzizbəyov küçəsi istiqamətində 2 binanın yəni (D və E korpuslar) binanın həyətinə avtomobil girişinə qədər 1-ci (birinci) mərtəbədə 2 böyük panoram və 1 kiçik panoram pəncərələrdən (3 panoram pəncərə) və girişlərdən ibarət sahəsinin uzunluğu 16 metr 900 sm ümumi sahəsi 110 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına yeni müqavilə bağlanaraq rəsmiləşdirilməsi və sonuncu Maraqlı şəxs1 MTKya payçı kimi qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan icraçı Maraqlı şəxs1 MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilədən görünür ki, Maraqlı şəxs1 MTK tikiləcək binanın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə çıxan (eskiz layihəyə əsasən – Süleyman Rəhimov küçəsi ilə kəsişdiyindən dərhal sonra, Şamil Əzizbəyov küçəsi istiqamətində 2 binanın arasında olan həyətə avtomobil girişinə qədər 1ci mərtəbədə 2 böyük panoram pəncərə və kiçik panoramdan ibarət 3 giriş qapıları ilə birlikdə) uzunluğu 16 metr 900 sm, ümumi sahəsi 110 kv.m olan qeyri-yaşayış sahəsi “payçı” kimi İddiaçı adına rəsmiləşdirir. İddiaçı müqavilənin predmeti olan ümumi sahəsi 110 kv.m qeyri-yaşayış sahəsinə görə Maraqlı şəxs1 MTK-ya maliyyə borcu yoxdur. İşdə olan 03 mart 2022-ci il tarixli “Təhvil-təslim Aktı”nın surətindən görünür ki, tərəflər arasında notarial qaydada təsdiqlənmiş “Eskiz Layihə” və xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə bağlanmış Müqavilələrə əsasən Maraqlı şəxs1 MTK İddiaçı sökülmüş əmlakının bir hissəsinin əvəzi kimi 110 kv.m-dən ibarət qeyriyaşayış sahəsini təmirsiz vəziyyətdə öz vəsaiti hesabına təmir işləri aparmaq üçün payçı İddiaçı təhvil vermişdir. İşin materiallarında olan Cavabdeh1 ilə Maraqlı şəxs1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, “tikinti şirkəti” söküntüsü nəzərdə tutulmuş binada “mülkiyyətçiyə” məxsus qeyri-yaşayış sahəsini sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın 1-ci mərtəbəsindən 281 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini “mülkiyyətçiyə” verməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh2 ilə Maraqlı şəxs1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, “tikinti şirkəti” söküntüsü nəzərdə tutulmuş binada “mülkiyyətçiyə” məxsus qeyri-yaşayış sahəsini sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın 1-ci mərtəbəsindən 62,08 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini “mülkiyyətçiyə” verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “vət. Cavabdeh2 və X5 zəbt etdikləri hissədə Maraqlı şəxs1 MTK-nın payçısı İddiaçı adına olan əmlakın, onun tərəfindən aparılmış təmirin qiymətləndirilməsi və vurulmuş ziyanın müəyyənləşdirilməsinə dair auditor yoxlaması” barədə aktdan görünür ki, Maraqlı şəxs1 MTK-nın tikdiyi binanın Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə çıxan (eskiz layihəyə əsasən Süleyman Rəhimov küçəsi ilə kəsişdiyindən dərhal sonra, Şamil Əzizbəyov küçəsi istiqamətində 2 binanın arasında olan həyətdə avtomobil girişinə qədər 1-ci mərtəbədə 2 böyük panoram pəncərə və kiçik panoramdan ibarət 3 giriş qapıları ilə birlikdə uzunluğu 16 metr 90 sm, ümumi sahəsi 110 kv.m olan qeyri-yaşayış sahəsindən vətəndaşlar Cavabdeh2 və X5 zəbt etdikləri 45,73 kv.m hissədə payçı İddiaçı adına olan əmlakın dəyəri 411.570 manat məbləğində ziyan vurulmuşdur. Bundan başqa, həmin ərazidə qanunsuz zəbt edilərək aparılmış söküntü nəticəsində İddiaçı korlanmış təmir işlərinin dəyəri 6717 manat məbləğində ziyan vurulmuşdur. Beləliklə, İddiaçı dəymiş ziyan 418.287 manat (411 570+ 6717) təşkil edir. Əsaslandırıcı hissə: MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İlkin iddia ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin iddia üzrə iddiaçı ilə Maraqlı şəxs1 MMC arasında xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən MMC inşa ediləcək binanın “D” korpusunun 1-ci mərtəbəsində, ön panoram pəncərələri və giriş qapısı Mirəli Qaşqay küçəsinə baxan hissəsində ümumi sahəsi 110.0 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsini öz öhdəliyinə götürmüşdür. MMC-nin sonradan MTK-ya keçməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə təkrar MTK tərəfindən möhürlənmiş eskiz layihə əsasında binanın “D” korpusunda M.Qaşqay küçəsinə baxan hissəsində bütün ölçülər dəqiq göstərilməklə notariat kontorunda əlavə müqavilə bağlanmışdır. Həmçinin, ümumi yığıncağın qərarına əsasən xx.xx.2019-cu il tarixdə payçı olaraq İddiaçı ilə MTK arasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə bağlanılmış və həmin müqavilədə maliyyə borcunun olmadığı qeyd olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə İddiaçı ilə MTK arasında təhvil-təslim aktı imzalanaraq 110.0 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı müqavilələrin bütün şərtləri və ölçüləri MTK tərəfindən icra olunduğu üçün qeyri-yaşayış sahəsi İddiaçı idarəçiliyinə verilərək öz maddi vəsaiti hesabına təmir işləri aparmaq üçün təmirsiz sonuncuya təhvil verilmişdir. Bundan sonra, MTK-nın icazəsi ilə 2022-ci il martaprel ayından etibarən ilkin təmir işlərinə (suvaq, boya və elektrik) başlanılaraq tamamlanmışdır. Mülki Məcəllənin 139-1.1.6.-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında mövcud olan ilkin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Maraqlı şəxs1 MTK-nın ümumi yığıncağının qərarından çıxarışda müqavilələrə əlavə edilmiş eskiz layihəyə əsasən İddiaçı sökülmüş əmlakının bir hissəsinin əvəzi kimi maliyyə ödənişi etməmək şərti ilə tikilmiş binanın “D” korpusunda Mirəli Qaşqay küçəsinə çıxan hissəsindən dərhal sonra Ş.Əzizbəyov küçəsi istiqamətində iki binanın (D və E korpusları) həyətinə avtomobil girişinə qədər 1-ci mərtəbədə 2 böyük panoram və 1 kiçik panoram pəncərələrdən (3 panoram pəncərə) və girişlərdən ibarət sahəsinin uzunluğu 16 metr 900 sm ümumi sahəsi 110.0 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına təkrar müqavilə bağlanaraq rəsmiləşdirilməsi və Maraqlı şəxs1 MTK-ya payçı kimi qəbul edilməsi qərara alınmışdır. İlkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəməyə təqdim olunmuş müqavilələr və digər sübutlarla təsdiq olunur ki, Maraqlı şəxs1 MTK ilkin iddiaçıya mübahisəli qeyri-yaşayış sahəsini onun yaşayış və qeyri-yaşayış sahələrinin əvəzi olaraq vermişdir. Yəni bu o deməkdir ki, ilkin iddiaçının Maraqlı şəxs1 MTK-ya maliyyə borcu olmamışdır. Belə olduğu təqdirdə Mülki Məcəllənin 139-1.1.6.-ci maddəsinə əsasən Maraqlı şəxs1 MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı İddiaçı münasibətdə mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün hüquqi əsasdır. Mülki Məcəllənin 389.1.-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir (MM-nin 389.3-cü maddəsi). Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə tərəfindən müəyyən olunan işin faktiki hallarından biri də odur ki, ilkin iddiaçı ilə Maraqlı şəxs1 MTK arasında qanunamüvafiq müqavilələr bağlanmış, həmin müqavilələrdə şərtlər çox aydın şəkildə ifadə olunmuş, konkret olaraq, hətta küçələrin kəsişməsi göstərilməklə İddiaçı veriləcək qeyri-yaşyış sahəsinin inşa olunacaq binanın hansı hissəsində olması aydın şəkildə göstərilmiş, Maraqlı şəxs1 MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarından, daha doğrusu binanın inşası başa çatdırıldıqdan sonra qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə akt əsasında İddiaçı təhvil verilmişdir. Lakin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 ilə Maraqlı şəxs1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrin 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqaviləyə əsasən tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçiyə məxsus AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış (Cavabdeh2 məxsus), xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış (Cavabdeh1 məxsus) ilə mülkiyyət hüquqlarını təsdiq edən ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus ümumi sahəsi 231.3 kv.metr, Cavabdeh2 məxsus ümumi sahəsi 54.6 kv.metr olan qeyriyaşayış sahəsini təhvil alıb həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra 1-ci mərtəbədə Cavabdeh1 281.0 kv.m, Cavabdeh2 isə 62.08 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini təhvil verməsini öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərindən göründüyü kimi Maraqlı şəxs1 MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 veriləcək qeyriyaşayış sahəsinin koordinatları konkret olaraq təsvir olunmamış, həmin ərazidə inşa ediləcək binadan verilməsi nəzərdə tutulmuşdur. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş eskiz layihə ilə bağlı məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi Maraqlı şəxs1 MMC tərəfindən inşa olunmuş bina həmin layihə əsasında inşa olunmamış, olunsa idi belə, qeyd olunan layihə Maraqlı şəxs1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə həmin layihəyə istinad olunmamış və layihə qeyd olunan müqavilənin tərkib hissəsi kimi nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh2 ona məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin Maraqlı şəxs1 MMC tərəfindən İddiaçı verilməsini düşünürsə, onda o hüquqlarının reallaşdırılması üçün Maraqlı şəxs1 MMC-yə qarşı müqavilə üzrə götürdüyü öhdəliklərin icrasına məcbur olunması barədə iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Üstəlik, İddiaçı ilə Cavabdeh2 arasında mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hər-hansı bir müqavilə bağlanmamışdır. Daha doğrusu, İddiaçı Cavabdeh2 qarşısında hər-hansısa öhdəlik götürməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs Nəsimi İH-nin hüquqşünası Hafiz Aberkarovun izahatında və çıxışında Cavabdeh2 məhkəməyə təqdim etdiyi layihənin əsaslı və qanuni olması, binanın inşa olunduğu layihədən məlumatlarının olmamasını bildirərək Cavabdeh2 iddiasının təmin olunmasını məhkəmədən xahiş etməsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla binanın inşa olunduğu layihə Nəsimi RİH ilə razılaşdırılmışdır. Cavabdeh2 Nəsimi RİH-in sifarişçi qrafasında Maraqlı şəxs1 MMC-nin qeyd olunması ilə bağlı məhkəmə bildirir ki, qeyd olunan qanun pozuntusu kimi qəbul olunmamalıdır və həmin layihənin qanuniliyini aradan qaldırmır. Belə ki, layihənin ilk vərəqindən sonuncu vərəqinədək Nəsimi RİH-nin 63 nömrəli, xx.xx.2017-ci il tarixli ştamp möhürü ilə təsdiqlənmişdir. Yəni qeyd olunan layihə Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən də təsdiq olunmuş, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeydiyyata alınmışdır. Göründüyü kimi layihənin təsdiq olunmasında və qeydiyyata alınmasında hər-hansı qanun pozuntusu baş verməmişdir. Binanın qeyd olunan layihə əsasında inşa olunub başa çatdırılması və binanın inşası müddəti ərzində layihə üzrə binanın inşasına nəzarət edən orqan olaraq Nəsimi RİH tərəfindən tikinti işlərinin dayandırılmaması bir daha təsdiq edir ki, binanın layihələndirilməsində və inşa olunmasında hər-hansı qanun pozuntusu yoxdur. Maraqlı şəxs1 MMC-nin nümayəndəsi Şahin Vəliyev məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, Şəhərsalma və Arxiterktura Komitəsinin tələbləri əsasında layihə dəyişdirilmiş, Cavabdeh2 məhkəməyə təqdim etdiyi layihədə cizgilər onun tərəfindən yazılsa da, həmin layihə heç bir ekspertizadan keçməmiş və bina həmin layihə əsasında inşa olunmamışdır. Həmin cizgilər və yazı gələcəkdə verilə biləcək sahənin ehtimal formasıdır. Üstəlik də ki, Ağasəf və Mahmud İsgəndərovlarla bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələr bağlanarkən Cavabdeh2 məhkəməyə təqdim etdiyi layihə və yazı öz əksini tapmamışdır. Həmçinin, Ş.Vəliyev izahatında göstərmişdir ki, Maraqlı şəxs1 MMC İddiaçı ilə xx.xx.2018-ci il tarixdə mövcud qeyri-yaşayış sahəsinin ona verilməsi ilə bağlı müqavilə imzalamış, Maraqlı şəxs1 MMC MTK-ya keçməsi ilə əlaqədar möhürlə təsdiq olunmuş eskiz lahiyədə ölçülər, yer və qonşular göstərilməklə İddiaçı ilə aralarında xx.xx.2019-cu il tarixli notarial təsdiq olunmuş müqavilə imzalanmışdır. Sonradan isə təsisçilərin ümumi yığıncağının qərarına əsasən qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı payçı kimi qəbul olunmuş və xx.xx.2022-ci il tarixdə qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlak (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istəlinən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçünçü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İlkin iddianın maddi ziyanın əvəzinin ödənilməsi hissəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Vurulmuş ziyanın müəyyənləşdirilməsinə dair auditor yoxlaması” barədə aktdan görünür ki, ilkin iddia üzrə cavabdehlərin ilkin iddia üzrə iddiaçıya məxsus olan 110 kv.m olan qeyri-yaşayış sahəsinin bir hissəsinin zəbt edilərək aparılmış söküntü nəticəsində korlanmış təmir işlərinin dəyəri 6717 manat məbləğində ziyan vurulmuşdur. İlkin iddia üzrə iddiaçı maddi ziyanın əvəzi kimi cavabdehlərdən 5000 manat məbləğində pul vəsaitinin ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, MPM-nin 218.3-cü maddəsinin tələbləri nəzərə alınaraq iddia bu hissədə verilmiş tələbdən kənara çıxmayaraq təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilərək, iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızına məxsus olan qeyri-yaşayış sahəsinin 41 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və İ̇sgəndərov Ağasəf Məhəmməd oğlundan alınaraq iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızına qaytarılmalı, qeyri-yaşayış sahəsinin arakəsmə divarı cavabdehlər Cavabdeh1 və İ̇sgəndərov Ağasəf Məhəmməd oğlunun maddi vəsaiti hesabına sökülməmişdən əvvəlki vəziyyətində və yerində tikilib bərpa olunmalı, iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızının ilkin təmir üçün xərclədiyi 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzi, həmçinin dövlət rüsumu kimi ödənilmiş 130 (bir yüz otuz) manat pul cavabdehlər Cavabdeh1 və İ̇sgəndərov Ağasəf Məhəmməd oğlundan tutularaq iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızına ödənilməlidir. İlkin iddianın mənəvi zərərin əvəzinin ilkin iddia üzrə cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddianın bu hissəsi ilkin iddia üzrə iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığına görə təmin olunmamalıdır. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən onun qeyri-yaşayış sahəsinin bir hissəsinin zəbt olunmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ilkin iddia üzrə İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin 41 kv.m hissəsinin zəbt olunduğu və arakasmə divarının yerinin qanunsuz olaraq dəyişdirildiyi işin məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızına məxsus olan qeyri-yaşayış sahəsinin 41 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və İ̇sgəndərov Ağasəf Məhəmməd oğlundan alınaraq iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızına qaytarılmalı, qeyri-yaşayış sahəsinin arakəsmə divarı cavabdehlər Cavabdeh1 və İ̇sgəndərov Ağasəf Məhəmməd oğlunun maddi vəsaiti hesabına sökülməmişdən əvvəlki vəziyyətində və yerində tikilib bərpa olunmalı, iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızının ilkin təmir üçün xərclədiyi 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzi, həmçinin dövlət rüsumu kimi ödənilmiş 130 (bir yüz otuz) manat pul cavabdehlər Cavabdeh1 və İ̇sgəndərov Ağasəf Məhəmməd oğlundan tutularaq iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızına ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı Məmmədova Zenfı̇ ra Alı qızına məxsus olan qeyri-yaşayış sahəsinin 41 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və İ̇sgəndərov Ağasəf Məhəmməd oğlundan alınaraq iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızına qaytarılsın. Qeyri-yaşayış sahəsinin arakəsmə divarı cavabdehlər Cavabdeh1 və İ̇sgəndərov Ağasəf Məhəmməd oğlunun maddi vəsaiti hesabına sökülməmişdən əvvəlki vəziyyətində və yerində tikilib bərpa olunsun. İddiaçı Məmmədova Zenfı̇ ra Alı qızının ilkin təmir üçün xərclədiyi 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzi, həmçinin dövlət rüsumu kimi ödənilmiş 130 (bir yüz otuz) manat pul cavabdehlər Cavabdeh1 və İ̇sgəndərov Ağasəf Məhəmməd oğlundan tutularaq iddiaçı Məmmədova Zenfı̇ ra Alı qızına ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-2946/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2946/2022
17.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver