Məhkəmə qərarları › İş №e-2(006)-305/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-305/2023

23.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-305/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X20 oğlunun katibliyi, İddiaçı Qeorqievnanın vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Qeorqievnanın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qeorqievna Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən 20 kv.metr yaşayış sahəsinin 5 saylı “ASAN xidmət” Mərkəzində bağlanmış 19 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsindən əldə etdiyi 17.700 (on yeddi min yeddi yüz) manat pulun və həmin pulu qanunsuz saxlamasına görə 1327 (bir min üç yüz iyirmi yeddi) manat pulun, cəmi 19027 (on doqquz min iyirmi yeddi) manat pulun alınıb İddiaçı Qeorqievnaya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən ümumi sahəsi 20 kv. metr olan bir otaqlı yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********26-05101- 093067 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında İddiaçı Qeorqievnaya məxsus olmuşdur. 26,05 kv. metr olan 2 otaqlı yaşayış sahəsi paylı mülkiyyət hüququ əsasında X4, 26,05 kv metr olan 2 otaqlı yaşayış sahəsi paylı mülkiyyət hüququ əsasında X15 məxsus olmuşdur. İddiaçı Qeorqievnaya paylı mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən ümumi sahəsi 20 kv. metr olan bir otaqlı yaşayış sahəsi 5 saylı “ASAN xidmət” Mərkəzində bağlanmış 19 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli,77/175-H/77-2021-4-51 reyestr nömrəli etibarnamə əsasında iddiaçını təmsil edən Cavabdeh tərəfindən X4 17.700 (on yeddi min yeddi yüz) manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********22 saylı məktuba əsasən Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, 26 saylı mənzilin 26,05 kv.metr olan 2 otaqlı yaşayış sahəsi və 20 kv.metr olan 1 otaqlı yaşayış sahəsi paylı mülkiyyət hüququ əsasında X4, 26,05 kv.metr olan 2 otaqlı yaşayış sahəsi paylı mülkiyyət hüququ əsasında X15 məxsusdur. İddiaçı Qeorqievna tərəfindən Rusiya Federasiyası, Moskva şəhərində verilmiş xx.xx.2021-ci il tarixli, 77/175-H/77-2021-4-51 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh iddiaçını təmsil edərək alqı-satqı müqaviləsini icra edərək, mənzilin satışından 17.700 (on yeddi min yeddi yüz) manat pulu iddiaçının adından qəbul etmişdir və mənzilin satışından əldə edilən pulu mülkiyyətçiyə verməmişdir. Belə ki, pandemiya dövrü olduğu üçün iddiaçı Bakı şəhərinə gələ bilməmiş, cavabdeh isə pulu iddiaçıya nə bank, nə də rabitə vasitəsi ilə göndərməmişdir. Həmin etibarnaməyə əsasən cavabdeh iddiaçını təmsil edərək müqaviləni bağlayıb pulu bankın depozit hesabından götürmüşdür və iddiaçıya verməmişdir. Cavbadehə həmin xidmətləri göstərmək üçün əvvəlcədən Moskva şəhərindən iddiaçı pul göndərmişdir, aralarındakı razılığa əsasən evin satışından əldə edilmiş vəsaiti cavabdeh üzərinə götürdüyü öhdəliyə əsasən tam olaraq iddiaçıya göndərməli idi. Cavabdeh iddiaçıya məxsus 17.700 (on yeddi min yeddi yüz) manat pulu əsassız 1 (bir) il 6 ay müddətində özündə qanunsuz saxlayaraq istifadə etmişdir və iddiaçını mövcud gəlirlərindən məhrum etməklə ona ziyan vurmuşdur, nəticədə pulun saxlanılmasına görə əlavə olaraq 1327 (bir min üç yüz iyirmi yeddi) manat pul ödəməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Qeorqievnanın vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlcədən razılaşaraq təyin olunmuş məhkəmə iclaslarının üst-üstə düşməsinə görə (Goranboy Rayon Məhkəməsi saat 10:00, baxış iclası) xx.xx.2023-cü il tarixində saat 14:30-da baş tutacaq məhkəmə baxış iclasında iştirakının mümkün olmayacağanı bildirmişdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh ilə bağlı məhkəmə baxış iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş şifahi sorğu əsasında daxil olmuş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (sədr: Toğrul Məmmədov) cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil2 23.1.2023-cü il tarixdə saat 10:00-da Goranboy Rayon Məhkəməsində hər hansı məhkəmə iclasında iştirakı nəzərdə tutulmamışdır. Eyni zamanda, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsimə teleqram vuraraq xx.xx.2023-cü il tarixində saat 14:30-da keçiriləcək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini nəzərə alıb iclasın başqa vaxta keçirilməsini xahiş etmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə bildirir ki, cavabdehin vəkili-nümayəndəsi Vəkil2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində təyin edilmiş məhkəmə iclasının vaxtının Goranboy Rayon Məhkəməsində təyin edilmiş məhkəmə iclasının vaxtı ilə üst-üstə düşməsi səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etməsinə baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin vəkili-nümayəndəsi Vəkil2 qeyd edilən tarixə Goranboy Rayon Məhkəməsində hər hansı məhkəmə iclasında iştirakı nəzərdə tutulmamışdır. Bundan başqa, Cavabdeh məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi barədə teleqram vurmasına baxmayaraq, xəstə olması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə prosesində vəkili-nümayəndəsi ilə təmsil olunmuşdur, onun vəkili-nümayəndəsi məhkəmə prosesində iştirak edə, sübutun təqdim olunması məsələsinə gəldikdə isə onun vəkili-nümayəndəsi tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə sübut məhkəməyə təqdim oluna bilərdi. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin və onun vəkili-nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil. Belə ki, o nə iddiaçını, nə də onun oğlunu tanımır. Sadəcə onlar müəyyən vasitəçilər vasitəsilə ona etibarnamə göndəriblər ki, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən ümumi sahəsi 20 kv. metr olan bir otaqlı yaşayış sahəsini satsın. O da həmin evin bütün sənədlərini hazırlamış və mənzili satmışdır. Mənzilin heç bir sənədi olmayıb və mənzildə iddiaçının qardaşı və ailəsi yaşayırdı. O, müəyyən çətinliklərlə mənzili satmış və pulun 5000 manat hissəsini iddiaçının oğlunun bank hesabına göndərmiş, 10000 manat hissəsini isə ona etibarnaməni gətirən vasitəçiyə vermişdir. Çünki ona pulun həmin vasitəçiyə verilməli olduğu bildirilmişdi. Yerdə qalan 2700 manat isə mənzilin satılmasına kömək etmiş şəxslərə xidmət haqqı olaraq verildi. Onun iddiaçıya heç bir borcu yoxdur. İddia tam əsassız və yalandır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil. Cavabdeh İddiaçı Qeorqievnaya olan borclarını ödəmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə hazırlıq iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 və əvvəlki məhkəmə baxış iclasında Cavabdeh tərəfindən verilmiş vəsatətlər üzrə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Məhkəmə baxış iclasında cavabdehin və onun vəkilinümayəndəsinin əsassız olaraq, yəni hər hansı dəlil göstərilmədən məhkəmə iclasının yenidən təxirə salınması xahişini qəbul etmir. Məhkəmə hesab edir ki, məhkəmə baxış iclasının təxirə salınması işin lüzumsuz uzanmasına gətirib çıxacaqdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu X9 təsdiq edir ki, Bakı şəhəri 15 saylı dövlət notariat ofisi tərəfindən xx.xx.2007-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-250 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnaməsində göstərilən əmlakın vərəsəsi Moskva şəhəri Kapotnya məh. 3, ev 16, mənzil 80 ünvanında qeydiyyatda olan İddiaçı Georqievnadır (Pasport: 63 03 539551, xx.xx.2003 – RF Saratov şəhəri Oktyabr rayonu DİŞ, FİN: d/t: xx.xx.1947) və o miras əmlak – AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 30/573 qeydə alma nömrəsi ilə 649 saylı reyestr kitabında 97365-ci səhifəsində qeyd edilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 46,05 kv.m olan 3 (üç) otaqlı mənzilin paylı mülkiyyət üzrə miras qoyan X11 məxsus olan sahəsi 20.0 kv.m olan 1 (bir) otaqdan ibarətdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən əldə edilmiş xx.xx.2020-ci il tarixli, çıxış nömrəsi 09A5/1488 olan Arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 41-də yerləşən 26 nömrəli mənzilin üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Daşınmaz əmlakın reyestr nömrəsi **********26-05101-093067. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 (reyestr nömrəsi: **********26-05101-093067) 2 otaq y/s-26.05 kv.m-dən 1/3 hissəsi X2, 2 otaq y/s-26.05 kv.m-dən 2/3 hissəsi X12 (qeydiyyat nömrəsi: **********) adına xx.xx.2019-cu il tarixdə və 1 otaq y/s-20.0 kv.m İddiaçı Georqievnanın adına xx.xx.2020-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 3130 nömrəli reyestr kitabının 292343 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 77 АГ ******* nömrəli, Moskva şəhərinin notariusu X5 tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, bu etibarnamə 16 sentyabr 1647-ci ildə Azərbaycan, Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, qasın cinsi, 01 fevral 2003-cü ildə Saratov şəhəri Oktyabr rayonu daxil işlər şöbəsi (bölmə kodu: 642-005) tərəfindən verilmiş 63 03 539551 saylı pasportun sahibi, Moskva şəhəri, kv- 1, Kapotnya 3, ev 16, mənzil 80 ünvanında qeydiyyatda olan İddiaçı Georqievna tərəfindən xx xxxxx 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, kişi cinsi, vəsiqə AA № 0991159, şəxsi № xxxxxxx olan, yaşadığı yerdə, Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh 07 aprel 2020-ci il tarixdə vəfat etmiş, Azərbaycan Respublikası, ünvan 3 ünvanında yaşamış, X8 ölümündən sonra qalmış əmlak üzərində onun vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi və notariat ofisində vərəsəlik işinin açılması məsələləri ilə əlaqədar olaraq: - Azərbaycan Respublikasının təşkilati-hüquqi formasından və tabeçilik növündən asılı olmayaraq, bütün səlahiyyətli orqan, müəssisə və təşkilatlarında, onların filiallarında, nümayəndəliklərində, şöbələrində, idarələrində, daxili struktur bölmələrində, o cümlədən notariat ofislərində, hakimiyyət dairələrində və yerli özünüidarəetmə orqanlarında, daxili işlər orqanlarında, telefon qovşaqlarında, idarəedici təşkilatda, sığorta şirkətlərində, qiymətləndirmə şirkətində, tikinti təşkilatlarında, su, qaz, elektrik təchizatı qurumlarında, kadastr palatasında, BTİ orqanlarında, mənzil-istismar orqanlarında, hesablama mərkəzlərində, VVAQ orqanlarında, vergi orqanlarında, idarələrarası komissiyalarda, ÇFM, poçtda, banklarda, YHTDM, Şəhər əmlakı departamentində, ətraf mühitin mühafizəsi orqanlarında, baş dövlət memarlıq və tikinti idarəsində, arxitektur-planlama müəssisəsində, Memarlıq və şəhərsalma idarəsində, daşınmaz əmlakın uçotunu və qiymətləndirilməsini həyata keçirən orqanlarda, daşınmaz əmlak üzərində hüquqların və onunla sazişlərin dövlət qeydiyyatını həyata keçirən orqanlarda onun nümayəndəsi olması , zəruri arayışları, vəsiqələri və sənədləri almağı və təqdim etməyi; - Mirası qəbul etməyi, adından ərizələr verməyi, o cümlədən mirasın qəbul olunması haqqında ərizəni, vərəsəlik hüququ haqqında şəhadətnaməyə qanunla müəyyən olunmuş müddəti gecikdirmiş vərəsələrin əlavə olunması haqqında ərizəni, qohumluq münasibətlərini sənədlərlə təsdiq etmək mümkün olmayan vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əlavə olunması haqqında ərizəni, mütləq payın ayrılmasına dair ərizəni təqdim etməyi; - bütün zəruri arayışları və sənədləri almağı, rəsmiləşdirməyi və təqdim etməyi, sənədlərin tələb olunan dublikatlarını almağı, sənədlərin qəbul olunmasına və/və ya notariat hərəkətinin həyata keçirilməsinə imtina almağı; - payların müəyyən olunması haqqında razılaşmanı imzalamağı; - mirasın bölünməsi haqqında razılığı imzalamağı, mülkiyyətçilərinin birinin ölümü ilə əlaqədar ümumi pay əmlaklarında payların müəyyən olunması haqqında razılaşmanı imzalamağı, sənədlərin qəbul olunmasına və/və ya notariat hərəkətinin həyata keçirilməsinə imtina almağı; - onun adına qeydiyyata alınmış bütün hüquqmüəyyənedici sənədləri almağı, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnaməni və daşınmaz əmlakın Vahid dövlət reyestrindən çıxarışları almağı; - bütün zəruri xərcləri, vergiləri, rüsumları və digər tələb olunan xərcləri ödəməyi, əvvəl qeydiyyata alınmış hüquqları təkrar qeydiyyata salmağı və əvvəl yaranmış hüquqları qeydiyyata salmağı; - vərəsəlik qaydasında ona çatası əmlakı və pul vəsaitlərini almağı; - zəruri olan hallarda vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə əlaqədar bütün məsələlərə dair mülki işlər üzrə bütün səlahiyyətli orqanlarda, təşkilatlarda və qurumlarda, eləcə də dövlət hakimiyyəti orqanlarında, məhkəmə orqanlarında, inzibati orqanlarında, vergi orqanlarında, prokurorluqda və digər hüquq mühafizə orqanlarında, bütün məhkəmə instansiyalarında, o cümlədən, arbitraj məhkəmələrində, münsiflər məhkəməsində, ümumi yurisdiksiya məhkəmələrində, məhkəmə icraçıları xidmətində, üçüncü şəxslər qarşısında onun adından mülki işlər aparmaq məsələləri ilə bağlı nümayəndəsi olmağı etibar edir; Bunun üçün qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, ərizəçiyə, onun nümayəndəsinə verilən bütün hüquqlara onun təmsilçilik olmaq, iddia ərizəsini və digər sənədləri imzalamaq və təqdim etmək, sülh sazişini bağlamaq, iddia tələblərindən tam və ya qismən imtina etmək, onların həcmini azaltmaq, iddianı qəbul etmək, iddianın predmetini və ya əsasını dəyişmək, mübahisəni münsiflər məhkəməsində baxılmaq üçün təqdim etmək, şikayətlər vermək, apellyasiya şikayəti, kassasiya şikayəti, nəzarət qaydasında şikayətlər vermək, qərarları, qərardadları, qətnamələri, icra vərəqələrini, məhkəmə əmrlərini, onların surətlərini, sənədlərdən çıxarışları almaq, icra vərəqəsini icraata təqdim etmək və geri götürmək, icraatı həyata keçirmək, tələb olunan sənədləri, arayışları, vəsiqələri istənilən səlahiyyətli orqanlarda, müəssisə və təşkilatlarda almaq və təqdim etmək, mübahisəni məhkəməyə qədər tənzimləmək və həll etmək, onun şəxsi məlumatlarının işlənilməsinə razılıq vermək, tibbi və ya qanunla müdafiə olunan digər sirri təşkil edən məlumatların işlənilməsinə icazə vermək, şikayətləri imzalamaq və təqdim etmək, məhkəmə pristavının – icraçısının hərəkətlərinə (hərəkətsizliyinə) qarşı şikayət vermək, kəsilmiş əmlakı və pul vəsaitlərini almaq, irəli sürülmüş tələblərin və ya mübahisənin mahiyyəti üzrə istənilən ərizələri təqdim etmək, işin materialları ilə tanış olmaq, poçt orqanlarında onun maraqlarını təmsiletmək və poçt korrespondensiyasını almaq, əvəzində imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri həyata keçirmək; - zəruri hüquqları, mülkiyyət hüququnu, ümumi pay mülkiyyəti hüququnu, daşınmaz əmlaklar üzərində hüquqların və onunla sazişlərin dövlət qeydiyyatını həyata keçirən orqanlarda qeydiyyata salmaq, zəruri ərizələri təqdim etmək, dövlət qeydiyyatının dayandırılması haqqında ərizə vermək, dövlət qeydiyyatının dayandırılması haqqında bildiriş almaq, dövlət qeydiyyatından imtina haqqında məlumat almaq, DƏVDR qeydlərinə dəyişiklik etmək, sənədlərə dəyişiklik etmək, tarifləri, rüsumları ödəmək, daşınmaz əmlakın Vahid dövlət reyestrindən çıxarış və bütün lazımi qeydiyyata salınmış sənədləri almaq, dövlət qeydiyyatı orqanlarında müqavilələrin, vərəsəlik haqqında şəhadətnamələrin və digər zəruri sənədlərin, o cümlədən DƏVDR-dən çıxarışların, şəxsin ona məxsus olan daşınmaz əmlak üzərində hüququ haqqında sənədlərin qeydiyyata salınmış nüsxələrini almaq, əvəzində imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri həyata keçirmək; - Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən 20 (iyirmi) kv.m sahəsi olan mənzili şəxsi mülahizəsinə əsasən qiymətə və şərtlər əsasında satmağı etibar edir. Bunun üçün ona aşağıda göstərilən hüquqları verir: - təşkilati-hüquqi formasından və tabeçilik növündən asılı olmayaraq, bütün səlahiyyətli orqan, müəssisə və təşkilatlarında, onların filiallarında, nümayəndəliklərində, şöbələrində, idarələrində, daxili struktur bölmələrində, o cümlədən BTİ, yerli hakimiyyət və özünüidarəetmə orqanlarında, bələdiyyələrdə, mənzil-istismar orqanlarında, Qİİ, MİS, Mİİ, bir pəncərə xidmətində, vergi orqanlarında, daşınmaz əmlak üzərində hüquqların və onunla sazişlərin dövlət qeydiyyatını həyata keçirən orqanlarda, ədliyyə orqanlarında, VVAQ orqanlarında, arxivlərdə, pasport masasında, notariat ofisində, daxili işlər orqanlarında, qəyyumluq və himayədarlıq orqanlarında, su, qaz, istilik, elektrik təchizatı orqanlarında, kadastr palatasında, telefon qovşağında, banklarda və digər qurumlarda onun təmsilçisi olmaq, hüquqmüəyyənedici sənədləri almaq, itirilmiş sənədləri bərpa etmək, daşınmaz əmlak üzərində hüquqların reyestrindən çıxarışları almaq, mərtəbə planını, şəxsi maliyyə hesabından çıxarışı, evlər kitabından çıxarışı, kommunal xidmətlərə görə borcun olmamasına dair arayışı, əmlak vergisi üzrə borcun olmamasına dair arayışı, vahid mənzil sənədini, kredit öhdəlikləri üzrə borcun olmamasına dair arayışı almaq; - alqı-satqı müqaviləsini, o cümlədən kredit vəsaitlərinin istifadəsi ilə alqı-satqı müqaviləsini imzalamaq, ötürmə aktını, şəxsi mülahizəsinə uyğun şərtlər əsasında beh müqaviləsini imzalamaq, avans ödənişini almaqda ilkin müqaviləni, tələb olunan hallarda əlavə razılaşmaları imzalamaq, ona çatası beh və ya avans ödənişlərini almaq, yuxarıda qeyd olunan daşınmaz əmlakın satışından pul vəsaitlərini istər nağd, istərsə də nağdsız qaydada almaq; - adından, təşkilati-hüquqi formasından və tabeçilik növündən asılı olmayaraq istənilən bankda onun nümayəndəsi olmaq, bank hesabı müqaviləsini bağlamaq, o cümlədən şəxsi hesab açmaq, bu hesab üzrə qanunla nəzərdə tutulmuş bütün hərəkətləri həyata keçirmək, sözü gedən hesaba köçürülən və hesabda möcvud olan pul vəsaitlərini istifadə etmək, istənilən əməliyyatları həyata keçirmək, o cümlədən hesaba pul qoymaq və hesabdan pul çıxarmaq, hesabı bağlamaq, bank seyfinin icarə müqaviləsini bağlamaq və bu müqavilənin icrası ilə bağlı istənilərn hərəkətləri həyata keçirmək, o cümlədən saxlanılacaq əşyanı fərdi bank seyfinə yerləşdirmək və bank seyfindən götürmək, müqavilə ilə nəzərdə tutulmuş sənədləri banka təqdim etmək, müqaviləyə əlavə razılaşmaları bağlamaq, həmçinin isifadə müddətini artıqmaq, müqavilə və razılaşmalara xitam vermək, seyfin açarlarını almaq və təhvil vermək, fərdi bank seyfinin icarə müqaviləsində nəzərdə tutulmuş bütün hərəkətləri həyata keçirmək; - yuxarıda qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun keçməsini, ümumi əmlak payı hüququnun keçməsini, daşınmaz əmlak üzərində hüquqların və onunla sazişlərin dövlət qeydiyyatını həyata keçirən orqanlarda qeydiyyata salmaq, bunun üçün zəruri arayışları, vəsiqələri və sənədlərin dublikatlarını istənilən orqan və qurumlardan almaq və təqdim etmək, zəruri sənədləri dövlət qeydiyyatına təqdim etmək, o cümlədən dövlət qeydiyyatının dayandırılması haqqında ərizə vermək, dövlət qeydiyyatının dayandırılması haqqında bildiriş almaq, dövlət qeydiyyatından imtina haqqında məlumat almaq, əlavə sənədləri təqdim etmək, hüquqların dövlət reyestrinə dəyişiklik etmək, dövlət qeydiyyatına alınmış hüquqmüəyyənedici sənədləri və hüquqları təsdiq edən sənədləri almağı, adından digər növ ərizələr vermək, texniki səhvlərin düzəliş edilməsi haqqında ərizə vermək, onun şəxsi məlumatlarının işlənilməsinə razılıq vermək, əvəzində imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri həyata keçirmək. Etibarnamə üç il müddətinə verilib, etibarnamə üzrə səlahiyyətlər digər şəxslərə verilə bilməz. Mülki işin materiallarında olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, b. 41, 26 nömrəli mənzil üzərində mülkiyyəti hüququ (reyestr nömrəsi: **********26-05101-093067) 2 otaq y/s-26.05 kv.m-dən 1/3 hissəsi X2, 2 otaq y/s-26.05 kv.m-dən 2/3 hissəsi X12 (qeydiyyat nömrəsi: **********) adına xx.xx.2019-cu il tarixdə və 1 otaq y/s-20.0 kv.m İddiaçı Georqievnanın adına xx.xx.2020-ci il tarixdə (qeydiyyat nömrəsi: **********)) daşınmaz əmlakın dövlət reyestrində 3130 nömrəli reyestr kitabının 292343 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan X17 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı Georqievnaya məxsus ünvan 4 ünvanında yerləşən mənzilin 1 otaq (y/s 20.0 kv.m) olan hissəsinin satılması haqqında məlumatı var. Bu payın alınması üçün üstün alıcılıq hüququndan imtina edir və onun başqa şəxsə satılmasına etiraz etmir. Mülki işin materiallarında olan Cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə yazdığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********26-05101-093067 reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı Qeorqievnanın mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 20.0 kv.metrdən ibarət 1 otaqlı evi satmaq istədiyini, bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan İddiaçı Georqiyevna və X2 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 ünvanladıqları xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, onlar İddiaçı Georqiyevnaya məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin (tam hissə, 20 kv./m, 1) 17700 manat 00 qəpik (on yeddi min yeddi yüz manat sıfır qəpik) qiymətə satılması üçün razılığa gəlmişlər. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Georqiyevnanın əvəzinə Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzilin ona məxsus 20 kv.m 1 otaq hissəsini 17,700.00 manata X4 satmışdır. Mülki işin materiallarında olan X7 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o həmin tarixli 4Ə-87 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi ünvan 4 ünvanında yerləşən mənzilə dair sənədi 10 (on) iş günü ərzində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməsi üçün sistem vasitəsilə ərizəsinin DƏDRX-ə ötürülməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən "xxxx" ASC-nin 1 saylı şöbəsinin müdiri Fərhad Mustafayevə ünvanlanmış xx.xx.2021-ci il tarixli 96 nömrəli məktubdan görünür ki, X7 tərəfindən notariat qaydasında təsdiq edilmiş mənzil alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 17700,00 (on yeddi min yeddi yüz) manat pulun müvafiq müqavilə X6 tərəfindən təsdiq edildikdən sonra məktubu əsasında Cavabdeh verilməsi üçün bankda olan **********0016255006 №-li depozit hesabına qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan “AzərTürkBank” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, X7 tərəfindən (xx.xx.2021-ci il tarixli 96 nömrəli məktuba əsasən alqısatqı üzrə depozit hesabına mədaxil) 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 hesabına 17,700.00 manat pul köçürülmüşdür. Mülki işin materiallarında olan “AzərTürkBank” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, 17,700.00 manat pul 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan “AzərTürkBank” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, 287.90 manat xidmət haqqı 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Georqiyevna tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin hesabına 10 manat rüsum ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Georqiyevna tərəfindən X23 ASC-nin hesabına 30 manat xidmət haqqı ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubundan görünür ki, Cavabdeh adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisinin xx.xx.2022-ci il tarixli 05/410-14 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 41, 26 saylı mənzilin alqı-satqısı müqaviləsinin xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində təsdiq edildiyi müəyyən olunmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq müvafiq sənədlər həmin notariat ofisindən əldə oluna bilər. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2022-ci il tarixli 14833-1222 nömrəli məktubundan və ona əlavə edilən kompüter çıxarışından görünür ki, Baş X22 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2010-cu il tarixdən “Vaz-21074” markalı **- XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır (AB382694 nömrəli, xx.xx.2010-cu il tarixli şəhadətnaməyə əsasən). Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)4365/2016 saylı icra vərəqəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun məktubu üzrə girov qoyulmuşdur. Həmin avtomobil xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixdən X13 etibar edilmiş, xx.xx.2011-ci il tarixdə etibarnaməyə xitam verilib. X10 məxsus “Toyota Land- Cruıser” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (AC825845 nömrəli, xx.xx.2016-cı il tarixli şəhadətnaməyə əsasən) etibarnamə ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2029cu il tarixədək Cavabdeh istifadəsinə verilməsi barədə DİN-nin Baş X22 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, 26 saylı mənzilin 2 otaq y/s-26.05 kv.m-dən 2/3 hissəsi X12, 2 otaq y/s- 26.05 kv.m-dən 2/3 hissəsi və 1 otaq y/s-20.0 kv.m X2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Mülki işin materiallarında olan Nizami RPİ 24-cü PŞ-nin sahə inspektoru polis mayoru Sabir Ağayevin Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müraciəti əsasında araşdırmanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli arayışından və həmin tarixli 089-10916 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə icraatına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hüquqlarını müdafiə etdiyi vətəndaş İddiaçı Sergeyevnanın müraciəti əsasında toplanmış material daxil olmuşdur. Müraciətdə, Nümayəndə Rusiya Federasiyası Moskva şəhəri, Kapotnaya 3-cü kvartal ev 16 mənzil 41 ünvanında yaşayan İddiaçı Sergeyevnanın ünvan 1-da yerləşən, ümumi sahəsi 20 kv.metr olan mənzilinin Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü Gəncə şəhərində anadan olmuş Cavabdeh tərəfindən satılaraq, 17700 manat pulunu mənimsəməsi barədə bildirmişdir. Nümayəndə müraciətində qeyd olunan xüsusatlar Azərbaycan Respublikası DİN-nin xx.xx.2009-cu il tarixli əmrinin 10-cu bəndinin müddəalarına əsasən mülki mübahisəli məsələ olduğundan, araşdırılmadan Nümayəndə mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Qeorqievna xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnaməsində göstərilən əmlakın vərəsəsi hesab edilmiş və miras əmlak ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 46,05 kv.m olan 3 (üç) otaqlı mənzilin paylı mülkiyyət üzrə miras qoyan X11 məxsus olan sahəsi 20.0 kv.m olan 1 (bir) otaqdan ibarət olmuşdur. ünvan 4-nın 2 otaq y/s-26.05 kv.m-dən 1/3 hissəsi X2, 2 otaq y/s- 26.05 kv.m-dən 2/3 hissəsi X12 adına xx.xx.2019-cu il tarixdə və 1 otaq y/s-20.0 kv.m İddiaçı Georqievnanın adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə 77 АГ ******* nömrəli etibarnamə ilə 07 aprel 2020-ci il tarixdə vəfat etmiş, Azərbaycan Respublikası, ünvan 3 ünvanında yaşamış, X8 ölümündən sonra qalmış əmlak üzərində onun vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi və notariat ofisində vərəsəlik işinin açılması məsələləri ilə əlaqədar olaraq Cavabdeh həmin mənzilin satılması da daxil olmaqla, bir sıra digər səlahiyyətlər vermişdir. Beləliklə, Cavabdeh İddiaçı Georqievnanın əvəzinə xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə müvafiq olaraq, ünvan 4 ünvanında yerləşən mənzilin iddiaçıya məxsus 20 kv.m-də ibarət olan 1 otağını 17,700.00 manata X4 satmışdır. Həmin məbləğ alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edildikdən sonra cavabdehə verilməsi üçün notariusun bankda olan depozit hesabına köçürülmüşdür. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzilin satışından əldə edilmiş pulu ona vermədiyini iddia edir və həmin məbləğlə yanaşı, qeyd edilən pulu qanunsuz saxlamasına görə 1327 manat pulun, cəmi 19027 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə həmin pulu əldə etdikdən sonra 5000 manat hissəsini iddiaçının oğlunun bank hesabına göndərdiyini, 10,000 manat hissəsini ona etibarnaməni gətirən vasitəçiyə, qalan 2700 manat hissəsini isə mənzilin satılmasına kömək etmiş şəxslərə xidmət haqqı olaraq verdiyini bildirir. Lakin buna baxmayaraq, cavabdeh qeyd etdiyi pul göndərmələri ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, yəni iddia etdiklərini məhkəmədə müvafiq qaydada sübuta yetirə bilməmişdir. Belə ki, qeyd edilənlərlə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut qismində bir neçə “screenshot” (telefon ekranının görüntüsü) təqdim edilmiş, lakin həmin şəkillərdən pul vəsaitlərinin kim tərəfindən kimə göndərilməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçı tərəfindən ona etibar edilən səlahiyyətlər üzrə mənzilin iddiaçıya məxsus hissəsini 17,700 manata satmış və həmin pul vəsaitini iddiaçıya vermək məqsədilə əldə etmiş, lakin pulu iddiaçıya verməyərək onun vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdeh əldə etdiyi pul vəsaitinin bir hissəsini iddiaçının oğluna, digər hissəsini vasitəçiyə və qalanını da xidmət haqqı kimi başqa şəxslərə ödədiyini bildirsə də, kifayətedici sübutlarla bunu məhkəmədə təsdiq edə bilməmişdir. Belə ki, cavabdeh pulun yuxarıda qeyd edilən şəxslərə ödənilməsini iddia etdiyi halda, onu məhz iddiaçıya və ya onun ixtiyarlı şəxsinə ödədiyini sübuta yetirmək yükünü daşıyır. Cavabdehin iddiaçıya məxsus olan pulu ona vermədiyi işin mübahisəsiz halını təşkil edir. Cavabdeh pulun bir hissəsini iddiaçının oğluna və digər hissəsini vasitəçilik edən şəxsə, qalan hissəsini isə xidmət haqqı kimi ödədiyini bildirərək bunu sübut etsəydi belə, bu hal pulun iddiaçıya verilməsi nəticəsinə gəlmək üçün əsas ola bilməzdi. Çünki həmin vəsaitin iddiaçının oğluna, vasitəçiyə və ya qeyrisinə verilməsi o zaman iddiaçıya verilməsi öhdəliyinin icrası sayıla bilər ki, həmin şəxslər iddiaçının ixtiyarlı şəxsi olsun. Halbuki, cavabdeh həmin şəxslərin icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını, habelə onların icranı qəbul etməyə ixtiyarsız şəxs olsa belə, iddiaçının buna razılıq verməsini və ya bu icradan fayda götürməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə iddia tələbinin “Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, bina 41, mənzil 26-da yerləşən 20 kv.metr yaşayış sahəsinin 5 saylı “ASAN xidmət” Mərkəzində bağlanmış 19 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsindən əldə etdiyi 17.700 manat pulun alınıb İddiaçı Qeorqievnaya verilməsi” hissəsində iddiaçının haqlı olduğu və iddia tələbinin bu hissəsinin təmin edilməli olması qənaətinə gəlir. Məhkəmə gəldiyi qənaəti aşağıdakı hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh 17,700 manat pulu gecikdirməyə görə (vaxtında qaytarılmadığına görə illik 5%-lə hesablanmaqla) 1327 manat pulun alınıb İddiaçı Qeorqievnaya verilməsi” hissəsi ilə əlaqədar hesab edir ki, iddiaçı haqlı olduğundan tələbin bu hissəsi də aşağıda istinad edilən hüquq normalarına əsasən təmin edilməlidir. Çünki, Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1 və 445.7-ci maddələrinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17700 (on yeddi min yeddi yüz) manat, pul vəsaitini qanunsuz saxlamasına görə 1327 (bir min üç yüz iyirmi yeddi) manat, cəmi 19027 (on doqquz min iyirmi yeddi) manat pulun və 147 (yüz qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qeorqievnaya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 17700 (on yeddi min yeddi yüz) manat, pul vəsaitini qanunsuz saxlamasına görə 1327 (bir min üç yüz iyirmi yeddi) manat, cəmi 19027 (on doqquz min iyirmi yeddi) manat pulun və 147 (yüz qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qeorqievnaya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar