Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3164/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2 Notariat Ofisinə (Daşınmaz Əmlakın Dövlət Reyestri və X4 şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri və X4 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2 Notariat Ofisinə (Daşınmaz Əmlakın Dövlət Reyestri və X4 şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri və X4 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 tərəfindən Cavabdeh1 adına qoyulmuş və 4 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi tərəfindən reyestrdə 2V-144 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş 18 fevral 2020-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 20 nömrəli evin 20 saylı mənzilinin, Qusar şəhəri, Rəsulbəyov küçəsində yerləşən 74 saylı evin, Binəqədi rayonu X2 ərazi hüdudlarında yerləşən, 350 kv.m. torpaq sahəsinin X1 ilə birgə mülkiyyət sayılması və həmin əmlakların ½ hissəsinə payının müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını, həmçinin Cavabdeh1 əməllərində cinayət tərkibinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq iddia tələbindən imtina etdiyini bildirmişdir. Belə ki, vəkil onun məlumatı olmadan onun adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, vəkilə verdiyi etibarnaməni notariat qaydasında ləğv etdirmişdir. Buna görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2 Notariat Ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri və X4 şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri və X4 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1, 261.0.3, 261.0.6 və 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddia baxılmamış saxlanılmalıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********№-li mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, dövlət rüsumunun qaytarılması Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2 Notariat Ofisinə (Daşınmaz Əmlakın Dövlət Reyestri və X4 şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri və X4 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3164/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3164/2023
04.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver