Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3251/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13/2025-00032 saylı 18 yanvar 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, barışığın şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər və bu barışıq sazişi təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr tərəflərə aydın olmuş və tərəflər könüllü olaraq bu sazişi imzalamışlar. Lakin ikinci tərəf saziş şərtlərinə əməl etməyərək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük könüllü müddət ərzində icra etməmişdir. Belə ki, qeyd olunan barışıq sazişinin şərtlərini, o cümlədən yeni ailə qurmaq və ya gələcəkdə həyatlarında yeni birinin olması ehtimalında boşanmalarına etiraz etməmək, hər iki tərəf bir-birinin şəxsi həyatına qarışmamamaq, 1-ci tərəfə 2-ci tərəfindən ediləcək zənglərin yalnız xüsusi hallarda (uşaqlarla bağlı təxirəsalınmaz yardıma ehtiyac olduqda) edilməsinə icazə verilməsi və eyni zamanda hər iki tərəfin bu dövrdə ortaq müzakirə predmeti yalnız və yalnız uşaqların mənafeyi ilə bağlı məsələlər olacağı barədə şərtləri pozmaqla 2-ci tərəf 1-ci tərəfin həyatına müdaxilə edir, ona yalnız uşaqlarla bağlı deyil, şəxsi məsələlərlə bağlı zənglər etməklə, həmçinin güdməklə şəxsi həyatına müdaxilələr edir, ərizəçinin həyatında başqası olduğu üçün razılaşdıqları kimi nikahın pozulmasına razılıq verməli olduğu halda ərizəçinin məhkəmədə qaldırdığı nikahın pozulması barədə iddiasını qəbul etməməklə barışıq sazişinin şərtlərini pozmuş, habelə 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan ********** qeydiyyat nömrəli, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə olan ½ pay hüququndan 2-ci tərəf Maraqlı şəxs torpaq sahəsinin satışından əldə olunan məbləğdən satış dəyərinin 10%-i, lakin maksimum 5000 manat məbləğin ona ödənilməsi şərti ilə 1-ci tərəf Ərizəçi xeyrinə imtina etmək barədə razılaşsalar da, eyni şərtlərlə daşınmaz əmlakın satışına razılıq vermir və gələcəkdə də sazişin digər şərtlərinə əməl etməyəcəyi aşkardır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Maraqlı şəxs öz izahatında bildirmişdir ki, razılıq verdiyi torpaq sahəsi artıq satılmış və ona 8.000 manat pul vəsaiti verilmişdir. Bu məsələ xx.xx.2025-ci il tarixdə baş tutmuşdur. Barışıq sazişinin bağlanmasında əsas məqsəd ondan ibarət idi ki, məhz sazişdə göstərilən şərtlər daxilində nikah münasibətləri davam etdirilsin. Hazırda nikahın pozulması ilə əlaqədar məhkəmədə işə baxılır. İstərdi ki, işə baxıldıqdan sonra barışıq təsdiq olunsun. Əgər, indi təsdiq ediləcəksə, nikahın pozulmsı hissəsində təsdiq edilməməsini xahiş edir. Çünki, nikah pozularkən o hissəyə qiymət verilməsini istəyir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, Barışıq Sazişinə əsasən, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər:
1. Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahlarından anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər 2-ci tərəf Maraqlı şəxs yanında saxlanılması barədə razılaşıblar.
2. Tərəflər razılığa gəldilər ki, onların 2 azyaşlı uşağının olması səbəbindən nikah de jure qüvvədə qalsa belə, tərəflər de fakto ayrılmış hesab edilir və gələcəkdə hər hansı mübahisə zamanı nikahın qüvvədə qalmasından istifadə edilmir və yeni ailə qurmaq və ya gələcəkdə həyatlarında yeni birinin olması ehtimalında boşanmalarına etiraz etmirlər. Tərəflər razılaşır ki, bu Saziş imzalandığı tarixdən etibarən onların nikahları və şəxsi münasibətləri formal xarakter daşıyır, onların arasında birgə təsərrüfat mövcud deyil, hər hansı fiziki münasibət qoxdur.
3. Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması 2025-ci ilin fevral ayından başlayaraq hər növbəti ayın 15-nə qədər hər uşaq üçün 500 manat ümumilikdə 1000 manat aliment məbləğinin 1-ci tərəf Ərizəçi tərəfindən 2-ci tərəf Maraqlı şəxs ödənilməsi barədə razılaşdılar.
4. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Qusar rayonu, Qayakən kəndində yerləşən fərdi yaşayış evinin və 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin aylıq kommunal xərclərini (qaz, su və elektrik xərcləri) aylıq ümumilikdə 100 manat məbləğində hər ay 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsi barədə razılaşdılar.
5. Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X1 təhsil xərclərini (illik hazırda qüvvədə olan müqavilə üzrə 7500 manat Hədəf liseyi xərcləri, liseyə gediş-gəliş üçün aylıq 150 manat servis xərcləri) 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsi barədə razılaşdılar.
6. Tərəflər birgə nikahdan anadan olan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər həftə içi hər gün saat 18:00-dan 21:00-a qədər, şənbə və bazar günləri məhdudiyyət olmadan ad günləri, bayram günləri, xüsusi günlərdə (uşaqların təhsili, tərbiyə, idman, inkişaf və sair maraqları nəzərə alınmaqla) isə tərəflər arasında razılaşdırılmış vaxtlarda 1-ci tərəf Ərizəçi ilə görüşüb ünsiyyətdə olmaları barədə razılaşdılar.
7. Tərəflər razılığa gəldilər ki, onların birgə nikah dövründə əldə etdikləri avtomobillərin, birgə nikah dövründə əldə olunmasına və nədən ibarət olmasından asılı olmayaraq onlara məxsus, onların hər birinin adına rəsmi reyestrdə qeydiyyata alınmış əmlak, adına qeydiyyata alıınmış şəxsə məxsusdur.
8. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan 2023 buraxılış ili, **-RC-*** dövlət qeydiyyat nişanlı, “X4 minik” markalı avtomobilin servis xidmətlərinin (yağ və filtr dəyişmələri) 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsi barədə razılaşdılar.
9. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2024-cü qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinin ipoteka ödənişlərinin (aylıq 1809 manat) 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsinə və ipoteka ödənişi bitdikdən sonra 1-ci tərəf Ərizəçi tərəfindən uşaqların saxlanması üçün aylıq ödənilən aliment məbləğinə hər ay əlavə 900 manat ödənişin əlavə edilməsi barədə razılaşdılar.
10. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinin fasad işlərinin yekunlaşması üçün 5.000 manat məbləği 2025-ci il ərzində 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsi barədə razılaşdılar.
11. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2024-cü qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinin fasad işləri yekunlaşdıqdan sonra biznes məqsədi ilə istifadə edəcəkləri və əldə olunan mənfəəti aralarında bərabər böləcəkləri barədə razılaşdılar.
12. Tərəflər birgə nigahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi uşaqların istirahəti ilə bağlı xarici ölkələrə getməsinə dair 1-ci tərəf 2-ci tərəfə, 2-ci tərəf 1-ci tərəfə məhdudiyyət yaratmayacağı və bununla əlaqədar icazənin verilməsi ilə bağlı razılığa gəldilər.
13. Tərəflər razılığa gəldilər ki, hər iki tərəf bir-birinin şəxsi həyatına qarışmayacaq 1ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs tərəfindən ediləcək zənglər yalnız xüsusi hallarda (uşaqlarla bağlı təxirəsalınmaz yardıma ehtiyac olduqda) edilməsinə icazə veriləcək və eyni zamanda hər iki tərəfin bu dövrdə ortaq müzakirə predmeti yalnız və yalnız uşaqların mənafeyi ilə bağlı məsələlər olacaq.
14. Tərəflər razılığa gəldilər ki, birgə nikah dövründə əldə etdikləri 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan ********** qeydiyyat nömrəli, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə olan ½ pay hüququndan 2-ci tərəf Maraqlı şəxs torpaq sahəsinin satışından əldə olunan məbləğdən satış dəyərinin 10%-i, lakin maksimum 5.000 manat məbləğin ona ödənilməsi şərti ilə 1-ci tərəf Ərizəçi xeyrinə imtina edir.
15. Tərəflər razılığa gəldilər ki, məcburi əmlak bölgüsü olarsa, birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan ********** qeydiyyat nömrəli, Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinə olan ½ pay hüququndan 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs xeyrinə imtina edir və gələcəkdə buna dair heç bir iddiası olmayacaq.
16. Tərəflər razılığa gəldilər ki, məcburiəmlak bölgüsü olarsa, birgə nikah dövründə əldə etdikləri 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə olan ½ pay hüququndan 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi xeyrinə imtina edir və gələcəkdə buna dair heç bir iddia olmayacaq.
17. Tərəflər razılığa gəldilər ki, birgə nikah dövründə əldə etdikləri hazırda 2-ci tərəf Maraqlı şəxs istifadə hüququ olan 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin satışı planlaşdırılarsa, o zaman yeni mənzil övladlarının birinin adına alınır və eyni qaydada 2-ci tərəf Maraqlı şəxs yeni mənzildən istifadə hüququna etiraz edilmir.
18. Tərəflər razılığa gəldilər ki, yuxarıda sadalanan bəndləri hüquqi yardım alaraq tam, dəqiqiliklə oxuyub, dərk edib, könüllü şəkildə imzalayırlar və bu bəndlərə əməledilmədiyi təqdirdə tərəflərdən hansısa birinin boşanma üçün məhkəməyə müraciət edəcəyini qəbuledirlər.
19. Tərəflər razılığa gəldilər ki, tərəflərdən hər hansı biri digər tərəfə yeni daşınar, şəxsi əşyaların maneəsiz və çətinlik yaradılmadan əldə edilməsinə şərait yaradırlar.
20. Tərəflər razılığa gəldilər ki, onların nəzarətində olan bütün bu əmlakların təhlükəsizliyi, yararlığı və normal vəziyyətdə saxlanması üçün məsuliyyət daşıyırlar.
21. Tərəflər razılığa gəldilər ki, bu sazişin hər hansı bir bəndinin qüvvədən düşməsi digər bəndlərin icrasının qüvvədə düşməsi hesab edilmir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Lakin, məhkəmə qeyd edir ki, barışıq sazişi bütün razılaşdırılmış şərtlər üzrə deyil, yalnız real icra tələb edən bəndlər üzrə təsdiq edilməlidir. Belə ki, hazırda tərəflər arasında uşaqların ananın yanında saxlanması ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Həmçinin ərizəçinin nümayəndəsinin (vəkili) bildirməsinə əsasən ərizəçi nikahın pozulması tələbi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir və mülki iş icraatdadır. Habelə barışıq sazişinin 14-cü bəndində göstərilən şərt icra edilmişdir və bununla bağlı maraqlı şəxs tərəfindən ərizə məhkəməyə təqdim edilmişdir. Habelə sazişin 18 və 21-ci bəndləri isə mahiyyət etibarilə məhkəmə qaydasında baxılmalı olmadığından məhkəmənin müvafiq qərardadı ilə sazişin qeyd edilən hissələrdə təsdiqi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi qismən təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin:
3. Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması 2025-ci ilin fevral ayından başlayaraq hər növbəti ayın 15-nə qədər hər uşaq üçün 500 manat ümumilikdə 1.000 manat aliment məbləğinin 1-ci tərəf Ərizəçi tərəfindən 2-ci tərəf Maraqlı şəxs ödənilməsi barədə razılaşdılar.
4. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Qusar rayonu, Qayakən kəndində yerləşən fərdi yaşayış evinin və 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin aylıq kommunal xərclərini (qaz, su və elektrik xərcləri) aylıq ümumilikdə 100 manat məbləğində hər ay 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsi barədə razılaşdılar.
5. Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X1 təhsil xərclərini (illik hazırda qüvvədə olan müqavilə üzrə 7.500 manat Hədəf liseyi xərcləri, liseyə gediş-gəliş üçün aylıq 150 manat servis xərcləri) 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsi barədə razılaşdılar.
6. Tərəflər birgə nikahdan anadan olan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər həftə içi hər gün saat 18:00-dan 21:00-a qədər, şənbə və bazar günləri məhdudiyyət olmadan ad günləri, bayram günləri, xüsusi günlərdə (uşaqların təhsili, tərbiyə, idman, inkişaf və sair maraqları nəzərə alınmaqla) isə tərəflər arasında razılaşdırlımış vaxtlarda 1-ci tərəf Ərizəçi ilə görüşüb ünsiyyətdə olmaları barədə razılaşdılar.
7. Tərəflər razılığa gəldilər ki, onların birgə nikah dövründə əldə etdikləri avtomobillərin, birgə nikah dövründə əldə olunmasına və nədən ibarət olmasından asılı olmayaraq onlara məxsus, onların hər birinin adına rəsmi reyestrdə qeydiyyata alınmış əmlak, adına qeydiyyata alıınmış şəxsə məxsusdur.
8. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan 2023 buraxılış ili, **-RC-*** dövlət qeydiyyat nişanlı, “X4 minik” markalı avtomobilin servis xidmətlərinin (yağ və filtr dəyişmələri) 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsi barədə razılaşdılar.
9. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2024-cü qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinin ipoteka ödənişlərinin (aylıq 1809 manat) 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsinə və ipoteka ödənişi bitdikdən sonra 1-ci tərəf Ərizəçi tərəfindən uşaqların saxlanması üçün aylıq ödənilən aliment məbləğinə hər ay əlavə 900 manat ödənişin əlavə edilməsi barədə razılaşdılar.
10. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinin fasad işlərinin yekunlaşması üçün 5.000 manat məbləği 2025-ci il ərzində 1-ci tərəf Ərizəçi tərəfindən ödənilməsi barədə razılaşdılar.
11. Tərəflər birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2024-cü qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinin fasad işləri yekunlaşdıqdan sonra biznes məqsədi ilə istifadə edəcəkləri və əldə olunan mənfəətiaralarında bərabər böləcəkləri barədə razılaşdılar.
12. Tərəflər birgə nigahdan anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi uşaqların istirahəti ilə bağlı xarici ölkələrə getməsinə dair 1-ci tərəf 2-ci tərəfə, 2-ci tərəf 1-ci tərəfə məhdudiyyət yaratmayacağı və bununla əlaqədar icazənin verilməsi ilə bağlı razılığa gəldilər.
13. Tərəflər razılığa gəldilər ki, hər iki tərəf bir-birinin şəxsi həyatına qarışmayacaq1ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs tərəfindən ediləcək zənglər yalnız xüsusi hallarda (uşaqlarla bağlı təxirəsalınmaz yardıma ehtiyac olduqda) edilməsinə icazə veriləcək və eyni zamanda hər iki tərəfin bu dövrdə ortaq müzakirə predmeti yalnız və yalnız uşaqların mənafeyi ilə bağlı məsələlər olacaq.
15. Tərəflər razılığa gəldilər ki, məcburi əmlak bölgüsü olarsa, birgə nikah dövründə əldə etdikləri 2-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan ********** qeydiyyat nömrəli, Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinə olan ½ pay hüququndan 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs xeyrinə imtina edir və gələcəkdə buna dair heç bir iddiası olmayacaq.
16. Tərəflər razılığa gəldilər ki, məcburi əmlak bölgüsü olarsa, birgə nikah dövründə əldə etdikləri 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Bakı şəhəri, Yasama rayonu, Alatava-7 küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 88, mənzil 86 ünvanında yerləşən mənzilə olan ½ pay hüququndan 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi xeyrinə imtina edir və gələcəkdə buna dair heç bir iddia olmayacaq.
17. Tərəflər razılığa gəldilər ki, birgə nikah dövründə əldə etdikləri hazırda 2-ci tərəf Maraqlı şəxs istifadə hüququ olan 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, Bakı şəhəri, Yasama rayonu, Alatava-7 küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 88, mənzil 86 ünvanında yerləşən mənzilin satışı planlaşdırılarsa, o zaman yeni mənzil övladlarının birinin adına alınır və eyni qaydada 2-ci tərəf Maraqlı şəxs yeni mənzildən istifadə hüququna etirazedilmir.
19. Tərəflər razılığa gəldilər ki, tərəflərdən hər hansı biri digər tərəfə yeni daşınar, şəxsi əşyaların maneəsiz və çətinlik yaradılmadan əldə edilməsinə şərait yaradırlar.
20. Tərəflər razılığa gəldilər ki, onların nəzarətində olan bütün bu əmlakların təhlükəsizliyi, yararlığı və normal vəziyyətdə saxlanması üçün məsuliyyət daşıyırlar. şərtləri təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Musayeva